Əlillərin əmək münasibətlərindəki üstünlükləri

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinə görə "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər yerlərində əmək müqaviləsi bağlanarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

   Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün vaxtının qısaldılmış müddəti nəzərdə tutulur. Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış vaxtı müəyyən edilməlidir. Həmin istehsalatların, peşə və vəzifələrin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

   Qeyd edək ki, əlillərin əmək hüquqlarının qorunması, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi daim aktualdır. Məhz bu baxımdan əlillərin əmək hüquqlarının qorunması milli qanunvericilik, eyni zamanda beynəlxalq qanunvericilikdə xüsusi əhəmiyyət kəsb edir. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Zamanlının fikrincə, bu sahədə qəbul edilmiş qanunlar əlillərə əmək münasibətlərinin həyata keçirilməsində, digər şəxslərlə münasibətlərdə bir sıra üstünlüklər və imtiyazlar verir. Bundan başqa, Əmək Məcəlləsində əlillərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir: "Digər şəxslərlə münasibətdə əlillərin əmək hüquqlarının həyata keçirilməsi ilə bağlı Azərbaycan qanunvericiliyində bir sıra fərqli qaydalar nəzərdə tutulub. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda əlillərin əmək hüquqlarının müdafiəsi məqsədilə bir sıra qadağalar müəyyən edilib. Belə ki, həmin qanunda işəgötürənlərə əlillərlə sağlamlıq imkanlarının məhdudluğu mülahizələrinə görə əmək müqaviləsini bağlamaqdan, yaxud işdə irəli çəkməkdən imtina edilməsi, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsi, öz razılığı olmadan başqa işə keçirilməsi qadağan edilir. Bu qadağalar yalnız Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə görə əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallarda istisna təşkil edir".

   Əmək Məcəlləsində əlillərin əmək hüquqlarının tənzimlənməsi, xüsusilə və istirahət vaxtı, məzuniyyət hüquqları, əməyin mühafizəsi sahəsində hüquqlarının həyata keçirilməsi ilə bağlı üstün qaydalar nəzərdə tutulub. "Belə ki, 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsini bu norması 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış vaxtının son həddini müəyyən etməklə, bu kateqoruyadan olan işçilərlə əmək müqaviləsi bağlanarkən, habelə kollektiv müqavilələrdə, hətta həftə ərzində 36 saatdan da az vaxtı müəyyən etməyə imkan verir. Əlil olan işçilər üçün qısaldılmış vaxtının müəyyən edilməsi onların digər əmək hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Digər şəxslərin natamam vaxtından istifadə etməsi işəgötürənin razılığı ilə həyata keçirildiyi halda, qanunvericilik əlillərin bu hüququnun təmin edilməsini işəgötürənlərin üzərinə bir vəzifə kimi qoyur. Natamam vaxtı həftə ərzində müəyyən edilmiş gündəlik vaxtının müəyyən saat azaldılmasını, gündəlik saatı saxlanılmaqla həftəlik günlərinin sayının azaldılmasını nəzərdə tuta bilər. Əmək funksiyasını natamam vaxtında yerinə yetirən əlillərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması qanunla qadağan edilir".

   Xatırladaq ki, əmək qanunvericiliyinə əsasən, əlillərin vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsinə yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir. "Əlillik qruplarından və səbəblərindən asılı olmayaraq əlillərə illik məzuniyyətlər mövcud qanunvericiliklə müəyyən edilmiş minimum məzuniyyət müddətinin iki mislindən az olmayaraq verilir. Belə ki, Əmək Məcəlləsində əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə verilən əmək məzuniyyətinin müddəti ən azı 42 təqvim günü müəyyən edilib. Bundan başqa, əlillərə (əlillik qruplarından və səbəblərindən asılı olmayaraq) digər şəxslərə verilən ödənişsiz məzuniyyətin müddəti ilə müqayisədə daha çox, azı bir təqvim ayı müddətində ödənişsiz məzuniyyətin verilməsi nəzərdə tutulur. Əlillər əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək, əmək məzuniyyətindən arzusu ilə onlar üçün əlverişli olan vaxtda istifadə etmək hüquqlarına da malikdirlər".

   Yeri gəlmişkən, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuşbu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin işləmədiyi müddət onların ümumi və fasiləsiz stajına daxil edilir. Bütün bunlarla yanaşı, qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən müəyyən üstünlükmövcuddur. "Belə ki, müvafiq müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Habelə, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmaqdan azad olunurlar. Xüsusi olaraq qeyd edək ki, müvafiq müəssisədə, idarədə və təşkilatda işəgötürənlərin öz təşəbbüsü ilə əlillərə müəyyən üstünlüklər verməsi halları da qanunla qadağan edilmir. Qanunvericiliyə görə, müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlill işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin".

   Onu da qeyd edək ki, Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" Konvensiyaya ilə də müdafiə olunur. Konvensiyaya əsasən, iştirakçı dövlətlər əlillərin əmək hüququnu tanıyırlar. Həmçinin bu sənəd əlillərə münasibətdə ayrıseçkiliyi qadağan edir. "Beynəlxalq qanunvericilikdə bərabər şərait və eyni dəyərli əməyə görə bərabər mükafatlandırılma, əlillərin əmək və həmkarlar təşkilatı ilə bağlı hüquqlarını digər şəxslərlə bərabər həyata keçirə bilməsinin təmin edilməsi, əlillərin dövlət sektorunda işə qəbul edilməsi kimi hüquqları xüsusi yer tutur".

   Əslində əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması, onlara qayğı və diqqət göstərilməsi dövlət əhəmiyyətli məsələ hesab edilməlidir.

   Əlillərin əmək münasibətlərində olan üstünlükləri "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunun tələblərinə əsasən müəyyənləşdirilməsi barədə hüquqşunas Şəhriyar Əbilov fikir bildirib: "Həkim-əmək ekspert komissiyasının rəyinə görə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə, əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq işəgötürənin təşəbbüsü ilə fərdi əmək müqaviləsinin (kontraktının) ləğv edilməsinə yol verilmir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunanlardan başqa, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanları və əlillərin problemləri ilə məşğul olan ictimai təşkilatlar müəssisə və təşkilatlarda əlillərin işlə təmin olunmasına nəzarət edirlər".

   Ş.Əbilov onu da qeyd edib ki, əlillərin işə düzəlməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və ya onları işə düzəltməkdən boyun qaçıran müəssisələr, idarələr və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq, Dövlət Sosial Müdafiə Fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə hər yeri üçün respublika üzrə müəyyən edilmiş respublika üzrə orta aylıq əmək haqqının 3 misli məbləğində vəsait köçürürlər: "Yaradılmış və kvota müəyyən edilmiş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir".

   Hüquqşünasın fikrincə, müəssisələr, idarələr, təşkilatlar, kooperativlər, kolxozlarxüsusi sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmişya peşə xəstəliyinə tutulmuş, bunun nəticəsində əlil sayılmış işçilərin işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar: "Müəssisənin ləğv edilməsi halları istisna olmaqla göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini ləğv edərkən Dövlət Sosial Müdafiə Fonduna respublika üzrə orta aylıq əmək haqqının 120 misli məbləğində vəsait köçürməlidirlər. Müvafiq işədüzəltmə orqanları, habelə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr və təşkilatlar əlillərin tələbatını və yerli xüsusiyyətləri nəzərə almaqla əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələr, sexlər və sahələr yaradırlar. Müvafiq icra hakimiyyəti orqanları əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış yerlərinin respublika standartlarını hazırlayıb müəyyən olunmuş qaydada təsdiq edirlər". Ümumiyyətlə götürdükdə qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən müəyyən üstünlükmövcuddur. Müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən ixtisas dərəcəsi eyni olduqda həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər.

 

  

Rəşid RƏŞAD

Ekspress.-2014.- 23 iyul.- S.9.