Əlillərin peşə hazırlığı

 

Onların işlə təminatında peşə hazırlığı vacibdir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Əlillik insanın sadəcə sağlamlıq imkanlarının məhdudlaşdırılması deyil, əlillik həm insanların əmək müstəqilliyinin məhdudlaşmasıdır. Gercəklik ondan ibarətdir ki, əlil olan insanlar əqli, fiziki, sosial və peşə bacarığından tam şəkildə faydalana bilmir.

   Əlilik dərəcəsindən asılı olaraq insanların bir qismi müstəqil əmək fəaliyyəti ilə məşğul olsa da, digər qism öz peşə bacarıqlarını tam rellaşdırmaq imkanını itirir. Bununla da həmin insanlar obyektivsubyektiv səbəblərdən müəssisə və təşkilatlar üçün lazımlı kadr siyahısından çıxarılır.

   Əlillərin əmək fəaliyyəti ilə bağlı üzləşdiyi çətinliyi nəzərə alaraq Azərbaycan dövləti əlillərin işə düzəlməsinə köməklik edir, qanunvericiliklə onların məşğulluğuna əlavə təminatlar verir, eyni zamanda onların peşə hazırlığının artırılması üçün müxtəlif kurslar təşkil edir.

   "Məşğulluq Haqqında" qanuna görə, əlilləri işə düzəltməyə müəssisələr borcludur. Hər bir müəssisədə çalışan işçilərin ən azı 1,5 faizi sağlamlıq imkanı məhdud olan insanlar olmalıdır. Bu məqsədlə müəssisə və təşkilatlar üçün kvota müəyyənləşdirilib. Qanunda qeyd edilir ki, işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə yerlərindən biri əlillər üçün nəzərdə tutulur.

   İşçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 2 faizi əlillər üçün ayrılır.

   İşçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər üçün ayrılmalıdır.

   Kvota ilə müəyyən edilən yerlərinə əlillərin işə göndərilməsi dövlət məşğulluğu xidmətinin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilən göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq kvota müəyyənləşdirilən bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir.

   Dövlət qanunvericiliklə bu kvotanı müəyyən etməklə əlillərin işlə təminatı asanlaşdırır, eyni zamanda onların işdən azad edilməsini çətinləşdirir. Buna baxmayaraq bir çox hallarda əlillər obyektiv səbəblərlə əlaqədar olaraq yerlərini itirməli olur. Yaxud əlillik onların digər insanlarla barabər imkanlarla rəqabət apararaq tapmasını çətinləşdirir.

   Bunu nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillərin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarının artırılmasına diqqətini son illərdə artırıb. 2007-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil edir.

   Bu kurslarda 2014-cü ilin mayında peşə hazırlığı kursunu bitirən daha bir qrup əlilliyi olan şəxsə müvafiq şəhadətnamələr verilib.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya mərkəzində peşə hazırlığı kurslarını bitirən bir qrup əlilliyi olan şəxsin buraxılış imtahanı olub.

   Mərkəzdə kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuqs. peşələr üzrə təşkil olunan hazırlıq kursunu başa vurmuş şəxslərə imtahan komissiyasının qərarına əsasən müvafiq şəhadətnamələr təqdim edilib.

 

   Kursları bitirənlərdən 3 nəfərin təlim keçdikləri peşə ilə bağlı bacarıqlara tam yiyələnə bilməmələri səbəbindən onların hazırlıq kursunun bir ay uzadılması qərara alınıb. Dərzilik kursunu bitirən 2 nəfərin isə əvvəllər təlim kursları uzadılsa da, bu peşəni normal səviyyədə mənimsəmək üçün qavrama qabiliyyətlərinin yetərli olmadığı müəyyən edilibonlara kursu bitirmə barədə arayışlar verilib.

   Son bir ayda mərkəzdə peşə hazırlıq kurslarını bitirmiş 41 nəfər əlilliyi olan şəxsə şəhadətnamələr verilib və onların yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanlarına müraciətlər göndərilib. Hazırda mərkəzdə 85 nəfər əlilliyi olan şəxs 10 peşə üzrə təlim keçir. Peşə hazırlığına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclər burada yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin olunurlar.

   Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması vacib məsələdir. Yuxarıda adıçəkilən Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qara Qarayev küçəsi 14) 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompüter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariyas.) üzrə hazırlıq kurslarına eyni vaxtda 200 nəfərədək sağlamlıq imkanları məhdud gənc cəlb etmək mümkündür. İki, üçya altı aylıq kursları bitirdikdən sonra həmin gənclər qeyd olunan peşələrdə özünüməşğulluq imkanlarına yiyələnəcək, həmçinin onların yeni qazandıqları peşələr üzrə məşğulluğunun təmin olunması üçün Dövlət Məşğulluq Xidməti tərəfindən müvafiq işlər görüləcək. Ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gələn əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana, habelə onların tibbi xidmətlə təmin olunması üçün tibbi korpus fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idmantrenacor zalları və s. də yaradılıb. İl ərzində 800 nəfərdən çox əlilliyi olan şəxsin mərkəzdə peşə hazırlığına cəlb olunması nəzərdə tutulur.

   Yeri gəlmişkən, paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsindəki Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılan şərait də bir daha sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.

   Əvvəllər Gənc Əlillərin Əmək və İstirahət evi adlanan bu müəssisə 1990-cı ildə 2 nömrəli internat evinin bazasında yaradılıb. Müxtəlif sahələrdə əmək vərdişləri qazanmaq üçün ayrı-ayrı bölgələrdən buraya gələn əlillər sonralar yaşadıqları rayonların Ermənistan tərəfindən işğal olunduğuna, həmçinin ailə qurduqlarına görə burada məskunlaşıblar.

   2011-ci ildə burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Təmirin aparılmasında əsas məqsəd əlilliyi olan şəxslərin səmərəli peşə hazırlığını təmin etmək üçün müvafiq şəraitin yaradılmasıdır.

   Belə müəssisələrin reagionlarda da yaradılması yaxşı olardı. Mərkəzdə il ərzində 800 əlil peşə təliminə cəlb oluna bilər. Hazırda peşə təliminə cəlb olunmaq istəyən əlillərimizin sayı isə daha çoxdur. Buna görə də paytaxtdan kənarda, başqa regionlarda da əlillər üçün bu tipli mərkəzlərin istifadəyə verilməsi məqsədə uyğundur.

   Bəzi mütəxəsislərin fikrincə, əlillərin peşə təlimlərini ayrıca mərkəzlərdə təşkil etmək düzgün deyil. Əlillərin cəmiyyətin digər üzvləri ilə təmaslarını gücləndirmək, cəmiyyətin ayrılmaz üzvünə çevrilməsi üçün əlil olmayan insanlarla birgə başqa mərkəzlərdə də təlim keçməsi vacibdir. Bu məqsədlə mövcud peşə məktəblərinin də imkanlarından faydalanmaq olarya yeni mərkəzlər inşa edilər. Dövlətin hazırkı maliyyə imkanlarını nəzərə alsaq yeni mərkəzlərin inşaası çətinlik yaratmaz.

 

   Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, eləcə də digər müvafiq icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti lazım gələcək.

   Peşə sahibi olan əlillərin ən böyük çətinliyi tapmaqdır. Bu məsələni Məşğulluq Xidməti həll etməlidir. Kursu bitirən əlil insanların işlə təminatı olmasa əlillərin sonrakı məşğulluğu sual altına düşə bilər.

   Qanunvericiliyə görə, əlillərin peşə hazırlığı və ixtisasının artırılması fərdi bərpa proqramına uyğun olaraq təhsil ocaqlarında, müəssisələrdə və təşkilatlarda (ixtisaslaşdırılmış və ya ümumi tipli) əlillərə sosial yardım göstərən idarələr və onların ictimai təşkilatları ilə birlikdə təmin edilməlidir.

   Görməyən və zəif görən uşaqlar üçün isə Brayl yazı sistemi ilə çap olunan dərsliklərlə, danışan kitablarla, əyani vəsaitlərlə, xüsusi maqnitofonlarla, lupalar, əl ağacları, karlar eşitmə cihazları və digər tiflo-surdotexniki vasitələri ilə təmin olunur, onlar üçün xüsusi məktəblər və səsyazma studiyası yaradılmalı, xüsusi kitabxanalar təşkil olunmalıdır.

   Əlillərin əmək fəaliyyətinin genişləndirilməsi məqsədilə qanunlarımızda konkredt tələblər öz əksini tapır. Hər şeydən öncə, əlilin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, əlillik mülahizələrinə görə əlillə əmək müqaviləsini bağlamaqdan, yaxud əlili işdə irəli çəkməkdən imtina edilməsinə, müdiriyyətin təşəbbüsü ilə onun işdən azad edilməsinə, öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir.

   Müvafiq müəssisələrdə tibbi, peşə və sosial bərpa keçən şəxsin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsi qadağandır.

   Qanunvericilik əlillərin məşğulluğunu təmin etmək üçün yerli hakimiyyət orqanlarına, müəssisələrə, idarə və təşkilatlara, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillərin ictimai təşkilatları ilə birlikdə əlillərin əməyi üçün müəssisələr və təşkilatlar yaratmaq yolu ilə xüsusi proqramlar üzrə təlim təşkil etməli və başqa tədbirlər görməlidir.

   Müəssisələr, idarələr, təşkilatlar, kooperativlər və sahibkarlar həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirən və ya peşə xəstəliyinə tutulan, bunun nəticəsində əlil sayılan işçilərin işə düzəlməsi üçün yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

   Qanunvericilik onu da bildirir ki, işverən göstərilən tələbi yerinə yetirmədikdə onlar bu işçi ilə əmək müqaviləsini ləğv edərkən əlilləri sosial müdafiə fonduna həmin işçinin on illik əmək haqqı məbləğində vəsait köçürməlidir.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 24 iyul.- S.9.