Sosial təminat üçün məşğulluq vacibdir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Hər bir hökumətin sosial problemlərin həlli ilə bağlı qarşısında dayanan əsas məsələlərdən biri insanlar arasında aktiv məşğulluğun təmin edilməsidir. Çünki axtaran hər bir adam taparsa, insanların sosial təminatında ciddi dəyişiklik baş verər. Sosial təminatın yaxşılaşdırılmasında əsas mərhələ məhz işsizliyin aradan qaldırılmasıdır.

   Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün müxtəlif xidmətlər təşkil edir. Həmin xidmətlər sayəsində boş yerləri ilə bağlı məlumatlar toplanır, informasiya bazası yaradılır, işverənlə axtaranlar arasında təmaslar qurulur, tapmaqda çətinlik çəkən sosial qrupların qanunla müəyyən edilən kvotaya uyğun olaraq tapmasına köməklik edilirs. Sadalanan məqsədlərə çatmaq üçün Məşğulluq Xidməti əmək birjaları təşkil edir, əmək yarmarkaları keçirir.

   Əmək birjaları

   Əmək birjaları əhalinin məşğulluğunun gücləndirilməsi, xüsusi ilə sosial müdafiəyə ehtiyacı olan gənclərin, təqaüdçilərin, əlillərin, natamam gününatamam həftəsi əsasında işləyənlərin, qadınların müvəqqəti məşğulluğunu təmin etmək, onların boş vaxtları ərzində əlavə qazanc əldə etmək, müvəqqəti xarakterli o, cümlədən birdəfəlik, qısa müddətli, mövsümü işlərlə təmin edilməsində köməklik göstərilməsi məqsədi ilə yaradılır.

   İlk dəfə olaraq 1999-cu il mayın 10-da Bakı şəhərində "Əmək Birjası" yaradılıb. Sonrakı illərdə Sumqayıtda (2001-ci il), Naxçıvanda (2002-ci il), Gəncədə (2004-cü il), Mingəçevirdə (2004-cü il) "Əmək Biraları" təsis edilib. Birjanın müvəqqəti axtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq respublikanın digər şəhər və rayonlarında da birjaların yaradılması ehtimalı var.

   Məlumatlara əsasən, əmək birjaları MDB məkanında ilk dəfə Azərbaycanda yaradılıb.

   "Əmək Birjası" müxtəlif peşə sahibləri, yüksək ixtisaslı işçilər haqqında geniş məlumat bankına malikdir.

   Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, bu cür birjalar əhalidən və ayrı-ayrı adamlarından təmir, tikinti, yaşıllaşdırma, bütün növ xidmət, eləcə də ev işləri və digər peşə və ixtisaslar üzrə müvəqqəti işçilərə olan tələbat haqqında sifarişlər qəbul edərək həmin sifarişlər əsasında müvəqqəti işlərin yerinə yetirilməsi üçün müvafiq peşə sahiblərini operativ olaraq həmin ünvana göndərir. Birjada sifarişlərin qəbulu, axtaran vətəndaşların qeydiyyatı və müvəqqəti işlərə göndərilməsi xüsusi proqram təminatı vasitəsi ilə həyata keçirilir.

   Sifarişlərin qəbulu telefonlaya birbaşa birjaya müraciət etməklə qəbul olunur.

   Sifarişlərin qəbul edilməsi, müvəqqəti işə göndərmək, qeydiyyat və məlumat-məsləhət xidmətləri pulsuz həyata keçirilir.

   Əmək Birjalarında sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara (əlillərə, az yaşlı uşaqları tərbiyə edən tənha analara, gənclərə, məcburi köçkünlər və qaçqınlara və.s) üstünlük verilir.

 

   Burada müvəqqəti axtaranlara əmək bazarının vəziyyəti haqqında məlumat verərək onların qeydiyyatını aparılır, axtaranların peşəsinə və ixtisasına uyğun müvəqqəti işlərə göndərilməsini eləcə də müvəqqəti yerləri haqqında işəgötürənlərdən bilavasitə məlumat toplayaraq, işəgötürənlərlə müvəqqəti axtaranlar arsında vasitəçiliyi təmin edir.

   Birjaların yaradılması bir tərəfdən müvəqqəti və əlavə qazanc axtaranların məşğulluğunun təmin edilməsi, digər tərəfdən isə fizikihüquqi şəxslərin peşə xidmətlərinə cari təlabatların ödənilməsinə köməklik göstərilməsi məqsədi daşıyır.

   Xidmətin məlumatına əsasən, "Əmək Birjaları"nda müxtəlif peşə sahibləri, yüksək ixtisaslı işçilər haqqında geniş məlumat bankı yaradılıb ki, bunun da nəticəsində əhalidən və ayrı-ayrı adamlarından təmir-tikinti, bütün növ xidmət, eləcə də ev işləri və digər peşə və ixtisaslar üzrə müvəqqəti işçilərə olan tələbat haqqında sifarişlər qəbul edilərək həmin sifarişlər əsasında müvəqqəti işlərin yerinə yetirilməsi üçün müvafiq peşə sahiblərinin operativ olaraq həmin ünvana göndərilməsi təmin olunur.

   Beləliklə, birjalar əmək bazarındakı gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinin səmərililiyinin artırılmasına xidmət edir.

   Əmək yarmarkaları

   İşaxtaranişsiz vətəndaşların xüsusi ilə gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biribütün regionlarda hər il təşkil olunan əmək yarmarkalarıdır.

   Yarmarkaların keçirilməsində əsas məqsəd işəgötürənlərlə işsizişaxtaran vətəndaşların bilavasitə qarşılıqlı ünsiyyətinin təşkil edilməsi və bununlada işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verə bilən ixtisaslı, peşəkar, təcürbəli kadr seçiminə geniş imkanlar yaratmaq, eyni zamanda işzizişaxtaran vətəndaşların mövcud vakant yerləri haqında məlumat almalarına və layiqli işlə təmin olunmalarına köməklik göstərilməsini təşkil etməkdir.

   Əmək yarmarkalarının təşkili ilə bərabər 2007-ci ildən başlayaraq Bakı, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən ali təhsil ocaqlarının məzun və tələbələrinə aldıqları ixtisaslar üzrə yerlərinə cəlb olunmaları məqsədi ilə məzunların və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilir.

   Bu tədbirlərin keçirilməsində məqsəd tələbələrə aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, adamlarına (sahibkarlara) gələcək kadrların seçiminin aparılmasına köməklik göstərmək və eyni zamanda məzun və tələbələrin ixtisasları üzrə boş (vakant) yerlərinə cəlb olunmalarına köməklik göstərməkdir.

   Yeri gəlmişkən bildirək ki, Dövlət Məşğulluq Xidməti 2014-cü ilin iyun ayında 5 rayonda (Qax, Daşkəsən, Ağstafa, Qazax, Tovuz) əmək yarmarkaları keçirməyi planlaşdırır. Yarmarkalarda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən toplanan boş (vakant) yerləri işsizişaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə vakant yerləri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq.

   Bu ilin yanvar-may aylarında Bakı şəhərində və respublikanın 6 rayon və şəhərində (Şəmkir, İsmayıllı, Yardımlı, Naftalan, Qobustan, Şəki) keçirilən əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaranişsiz vətəndaşa münasib yerlərinə göndəriş verilib. Yarmarkalar zamanı 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb.

   Qeyd olunan müddətdə məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə ayrı-ayrı ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirlərində isə vakant yerlərinə göndəriş verilənlərin sayı 619 nəfər, peşə hazırlığı kurslarına cəlb olunanların sayı isə 163 nəfər, əmək bircasında qeydiyyata alınanların sayı isə 132 nəfər təşkil edib. İşəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün ümumilikdə 2560 nəfər tələbə və məzundan CV-lər qəbul edilib.

   Boş yerləri

   Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq müəssisə və təşkilatlar mütəmadi qaydada boş yerləri haqqında Məşğulluq Xidmətini məlumatlandırmalıdır.

   "Məşğulluq haqqında" qanunun 17-ci maddəsinə əsasən, məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakının təşkil etmək məqsədi ilə, işəgötürənlər hesabatlar təqdim etməlidir.

   Hesabatlardan biri "Boş yerləri (vakansiya) haqqında hesabat" adlanır. Bu hesabat forması işəgötürənlər tərəfindən boş yerləri yarandığı təqdirdə 5 gündən gec olmayaraq yerli məşğulluq orqanlarına təqdim edilməlidir. Formada əsasən boş yerinin sayı, vəzifə (peşənin) adı, tələb olunan işçinin göstəriciləri (cinsi, yaş həddi, təhsili və s.), əmək haqqının məbləği və digər məlumatlar öz əksini tapır. Bir daha qeyd edim ki, bu forma yalnız müəssisədə vakansiya yarandıqda verilir. Əgər müəssisədə vakansiya 5 aydan bir yaranıbsa, onda bu forma da 5 ayda bir dəfə təqdim olunur.

   Bundan başqa işə qəbul edilən və işdən çıxarılan işçilər haqqında hesabat verilməlidir. Aylıq verilən hesabat növbəti ayın 10-a kimi təqdim olunmalıdır. Bu hesabat forması vasitəsiylə təşkilat işçilərin sayı, daxil olan və işdən çıxan işçilər haqqında məlumatları verir.

   Müəssisə və təşkilat yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında da hesabat verməlidir. Belə hesabat ildə bir dəfə təqdim edilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında hesabatı hər il iyul ayının 1-ə olan məlumata əsasən, avqust ayının 1-dək yerli məşğulluq orqanlarına təqdim etməlidirlər. Hesabatda yerlərinin və işçilərin orta illik siyahı sayı haqqında məlumatlar öz əksini tapır.

   Bu, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota yerlərinin müəyyənləşdirilməsi üçün vacib formadır.

   Sadalananlarla yanaşı qanunvericilik əhalinin müəyyən sosial qruplarının təminatını asanlaşdırmaq üçün müəssisə və təşkilatlar qarşısında kvota müəyyən edib. "Məşğulluq haqqında" Azərbaycan Qanununa müvafiq olaraq sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyasına mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi yerləri müəyyən edilir.

   Güzəştli kateqoriyaya 20 yaşadək gənclər, yetkinlik yaşına çatmayan uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilən vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları və şəhid ailələrinin üzvləridir.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 6 iyun .- S.9.