Əbülfəs Qarayev türkiyəli həmkarı ilə görüşdü

 

Nazirlərin görüşündə ölkələr arasında mədəniyyət turizm əlaqələrinin hazırkı vəziyyəti müzakirə olunub

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə Toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb.

   Nazirlikdən verilən məlumata görə, görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir.

   Görüşdə iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırki vəziyyəti, əməkdaşlıq proqramının hazırlanması, UNESCO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, bu ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə Mədəniyyət Günləri və s. məsələlər müzakirə olunub.

   Ə.Qarayev Ö.Çeliki Bakıya səfərə dəvət edib.

 

  Ekspress.-2014.- 6 iyun .- S.23.