Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Cümhuriyyət tələbələrinin andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

           1940-cı il may ayının 15-də Cümhuriyyət tələbəsi Zeynalabdinbəy Hüseynbəyovun müstəntiq leytenant M.Mustafayev tərəfindən aparılmış dindirilmə protokolu (davamı):

       SUAL: Fransanın hansı təhsil müəssisələrində təhsil almısınız?

   CAVAB: Parisə gələn kimi, 1920-ci ilin yanvarında tibb fakültəsinin nəzdindəki təbiiyyat elmləri kurslarına qəbul olunmuşam. Bu kurslar "TEN" adlanırdı və tibb fakültəsinə daxil olmaq üçün vacib mərhələ idi, çünki burada fransız dilini mükəmməl öyrənməli idin. Ancaq mən buna nail ola bilmirdim. çünki burada həmvətənlərimlə ana dilində danışırdım. Çıxış yolu tapdım - Bezans şəhərinə getdim. Bezansdakı kurslarda azərbaycanlılar yox idi və mən hamı ilə fransızca danışırdım. Bezansda xüsusi mənzilin bir otağında qalırdım. Ev sahiblərinin adlarını unutmuşam, ünvan da yadımda deyil. Beləliklə, "TEN" kurslarında fransızcanı tam öyrəndikdən sonra Parisə qayıtdım və tibb fakültəsinə qəbul olundum.

   SUAL: Bəs fransız xanımı ilə harada və necə tanış olmusunuz?

   CAVAB: Leman Mariya Tereza ilə Bezansda tanış olmuşam. O,anası ilə pansionatda qalırdı. Mən ona fransızca sual verəndə, türkcə cavab qaytarırdı. Münasibətimzi anası biləndə bərk əsəbiləşmişdi. Qeyri-müsəlman qızının müsəlmana ərə getməsini qəbul edə bilmirdi. Tereza atasına məktub yazaraq onun xeyir-duasını aldı. Gələcək qayınatam yazmışdı:

   "Dinlər müxtəlif, Allah birdir. Xoşbəxt yaşayasınız".

   Beləliklə, 1924-cü ildə Tereza ilə evləndim. Ailə qurandan sonra Parisdə kirayədə qalmışıq. 1926-cı ildə tibb institutunu eyni vaxtda Paris Universitetini gigiyena ixtisası üzrə bitirdim. 1927-ci ildə dissertasiya müdafiə etdim arvadımla birlikdə Azərbaycana qayıtdım.

   SUAL: Xaricdə hazırda qohumlarınızdan kimlər yaşayır?

   CAVAB: Şəxsən mənim xaricdə heç bir qohumum yaşamır. Arvadımın yaxınlarından hazırda Fransada aşağıdakılar vardır:

 

   1. Leman Bernardin - qayın-atam, notarius işləyir.

   2. Leman Leon - Terezanın əmisi. Rəssamdır, müharibə əlilidir.

   3. Leman Hiit - baldızım. Əri pedaqoqdur.

   Hazırda Fransada olan qayınanamdan isə xəbərimiz yoxdur. Yuxarıda göstərdiyim kimi, fanatikcəsinə dindar olduğu üçün qayınanam bizdən üz döndərdi, Terezanın da, mənim məktublarımıza cavab vermədi.

   SUAL: Antisovet fəaliyyətə zaman başlamısınız?

   CAVAB: 1933-cü ildə. Həmyerlim, Azərbaycan Parlamentinin üzvü olmuş Baxışbəy Rüstəmbəyovla görüşəndən sonra. 1934-ci ilin aprelində o məni evinə dəvət etdi. Qonaqlarla tanış oldum: Müsavat Parlamentinin deputatları olmuş Nərimanbəy Nərimanbəyli, Hacıhüseyn Əfəndiyev başqaları. Baxışbəy Rüstəmbəyov bəyan etdi ki, ideoloji cəbhədə antisovet təbliğatını təşkil etmək məqsədilə qrup yaradırıq. Mən qrupun üzvü kimi tələbələrin türkçülük ruhunda tərbiyə olunması onların antisovet təbliğatı işinə cəlb olunmasını təşkil etməliydim.

   ( Müəllifin qeydi: Azərbaycan Cümhuriyyəti Parlamentinin Müsavat bitərəflər fraksiyasının üzvü Baxışbəy Rüstəmbəyovun başçılıq etdiyi qrupun bütün üzvləri 1937-1940-cı illərdə həbs edilib Azərbaycandan sürgün edildilər. Salyan torpağının böyük ziyalı övladı 1942-ci ildə 72 yaşında sürgündən vətənə qayıdarkən vəfat etdi)

   Zeynalabdinbəy Hüseynbəyovun dindirilməsi 1940-cı il iyunun 16-da davam etdirilib.

   SUAL: İfadələrinizdə əksinqilabi fəaliyyətiniz barədə biri-birinə zidd olan cavablar verirsiniz. Bunu ilə izah edirsiniz?

   CAVAB: Mərkəzi əsəb sistemimdə pozğunluq baş vermişdir. Müalicəyə ehtiyacım var.

   1940-cı ilin payızında Cümhuriyyət tələbəsinə aşağıdakı arayış təqdim edilir:

   "SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar sessiyasının bağlı məhkəməsinin 1940-cı il 5 oktyabr tarixli prtokolundan çıxarış

   Hüseynbəyov Zeynalabdin Adilbəy oğlu əksinqilabi fəaliyyətinə görə 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilsin".

   Sevimli həyat yoldaşını göz yaşları ilə Qazaxıstana yola salan qırx bir yaşlı Mari Terezanın kədərli günləri başlanır. Repressiyanın dəhşətli maddələrinə görə o ya ərindən imtina etməli, ya da sürgün olunmalı idi. Vəfalı Tereza ərinin yanına - Qazaxıstana getməyi üstün tutur. Fəqət onu Qazaxıstana deyil, Sibirə sürgün edirlər... orada dünyasını dəyişir...

   1948-ci ildə cəza müddətini başa vuran Zeynalabdinbəy Hüseynbəyov Azərbaycana qayıdır. Həkim dostu, Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Vəli Axundovun köməkliyi ilə Yevlax rayonuna baş həkim vəzifəsinə göndərilir. Sonra daha bir xeyirxah qədirbilən loğman - Tibb İnstitutunun rektoru Bahadur Eyvazov onu uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsinə təyin edir. Vaxtilə Cümhuriyyət hökuməti tərəfindən Fransaya ali təhsil almağa göndərilmiş məhşur uşaq həkimi, professor Azərbaycan SSR- Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin sədri seçilir.

   Fəqət, sən saydığını say, gör fələk sayır. İyirmi yaşında tələbə ikən gecələr dəmir yolunda fəhləlik edərkən qəzaya düşməmiş, qırx yaşında sürgün məşəqqətlərindən qalib çıxmış Azərbaycan tibb ordusunun sərkərdələrindən biri 1969-cu ildə altmış doqquz yaşında İrəvanda keçirilən ümumittifaq simpoziumda ürəyini tutub qəfildən keçinir. Hazırda Salyan rayon uşaq xəstəxanası onun adını daşıyır.

 

   Ezamiyyətdə olarkən, bu səhiyyə ocağına baş çəkdim. Xəstəxananın direktoru Sabir Kərimovun kabinetində divarın baş tərəfində Zeynalabdinbəy Hüseynbəyovun portretini görəndə ürəyim dağa döndü.

       "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

 əvvəli, ardı var

 

Teyyub QURBAN

Ekspress.-2014.- 7-9 iyun.- S.15.