Ağrının portreti...

 

  İstanbulda Qarabağ münaqişəsi qurbanlarına həsr olunmuş fotosərgi açılıb

 

İstanbulda XIV əsrə aid "Tophaneyi Əmir" mədəniyyət və incəsənət mərkəzində (Memar Sinan Universiteti) Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına həsr olunmuş fotosərginin açılışı olub.

   Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) məlumatına görə, TEAS-ın Türkiyə təmsilçiliyinin təşkil etdiyi bu təsirli sərgidə tanınmış alman fotoqrafı Filip Ratmerin ruhlandırıcı işləri nümayiş olunur. Ratmer Mixael Şumaxer, Ledi Qaqa, Cay Z, Sofi LorenLuçiano Pavarotti kimi ünlülərin fotoşəkillərinin müəllifi olub.

   Qonaqlar arasında müəllif və teleaparıcı Pelin Batu, aktrisa Vilma Velles, İstanbul operabalet teatrının bədii rəhbəri Beyhan Merfi, qalereyaçı Murad Pirevneli, Türkiyə-Amerika Biznes Birliyinin prezidenti Zeynəb Dereli, mədəniyyət və elmi axtarışlar fondundan İnci Aksoy və Belçikadakı Türkiyə kosulu Kəmaləddin Eruyğur kimi tanınmış simalar olub.

   Sərgilənən 50 fotoşəkilin hamısı Ağcabədi rayon ərazisində yerləşən Taxtakörpü qəsəbəsi və Ağdamın Quzanlı qəsəbəsində, eləcə də Bakının Dərnəgül və Qızılqum məcburi köçkün düşərgələrində çəkilib.

   TEAS-ın Türkiyə Nümayəndəliyinin rəhbəri Rəna Rzayeva sərginin açılış mərasimində deyib: "Mən sizin hamınızdan soruşmaq istəyirəm. Sizvaxtsa, öz evinizdən didərgin salınmısınızmı? Sizin torpaqlarvaxtsa qanunsuz olaraq əlinizdən alınıbmı? Sizvaxtsa tanış olmayan başqa məkana köçməyə məcbur edilmisinizmi? Azərbaycan əhalisinin doqquzda bir hissəsi qaçqın və məcburi köçkündür, Azərbaycan torpaqlarının təxminən beşdə bir hissəsi isə erməni işğalında qalmaqdadır. Bu insan faciəsi 20 ildən artıqdır ki, davam edirbu münaqişə öz həllini tapmır. Bütün azərbaycanlılar kimi, biz də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarır və qanuni torpaqlarımızın tezliklə geri qaytarılmasını tələb edirik".

   Sonra Rzayeva bir neçə fotoşəkilə istinad edərək bildirib: "Bu gün axşam bizi qalereyada sərgilənən fotoşəkillərdəki uşaq və gənclərin, kişi və qadınların müxtəlif simaları əhatə edir. Onlardan hər biri öz şəxsi faciəsini açıqlayır. Bu layihədə yer almış ən yaşlı məcburi köçkünün fotoşəkli 86 yaşda olan Samaya Məmmədovadır. Onun üzündəki qırışlar sanki onun əzablı və çətin həyatını təsvir edir. Erməni işğalı zamanı o, ailəsi ilə birlikdə Şuşanı tərk etmişdir. Onun oğlu könüllü olaraq müharibədə iştirak edib. 1992-ci ildə o, itkin düşmüşonun sonrakı taleyi haqda heç nə məlum deyil. Həyat yoldaşının və doğma qızının ölümündən sonra onun axirətdə onlara qovuşmaq kimi yeganə bir arzusu var".

   Filip Ratmer bu mövzuya öz yanaşmasını belə izah etdi: "Mən bu insanların simalarını iri miqyasda çəkməklə onların ağrı və acılarını təqdim etmək istədim. Hər sima, dolayısı yolla işıqlandırılmış qara fonda, eyni qaydada çəkilmişdir və bu zaman diqqətimi simalardakı həyat hekayələrinin göstərilməsinə yönəltdim. Siz onların gözlərindən və üzlərindəki qırışlardan ağrı və acını hiss edə bilərsiniz. Diqqətimi insanın halı, vəziyyəti, taleyi üzərində cəlb etmişəm, hər kəsin adını, yaşını, işini, yaşadığı düşərgəni və köçkün düşdüyü məkanı qeyd etmişəm. Onların hər biri mənə öz arzu-istəklərini danışıb. Öz evinə qayıtmaq istəyi insanların arzusunda ümumi idi. Çəkdiyim insanlar 6-86 yaşlar arasında idilər və bəziləri öz doğma yurdlarını belə görməmişdilər. Onların simalarında əzab və ağrıların, həmçinin bir gün hər hansı bir yolla işğal olunmuş rayonlara qayıdacaqlarının ümidi sezilir".   

 

     Ekspress.-2014.- 10 iyun.- S.15.