Əlillərin istirahəti gücləndirlir

 

2018-ci ilə qədər istirahət tədbirləri bir qədər genişləndiriləcək

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Əlillərin sosial müdafiəsi və reabilitasiyası məqsədilə görülən mühüm tədbirlər sırasında onların sanatoriya-kurort müalicələrinin təşkili, bədən tərbiyəsi və idmana cəlb edilməsi tədbirləridir. Xüsusilə sanatoriya-kurort müalicələrinin təşkili əlillik vəziyyətinin ağırlaşmasının qarşısının alınması, əlillərin əmək fəaliyyətinin təmin edilməsi baxımından önəmlidir.

   Əlillərin istirahətinin səmərəli təşkili üçün hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud olan Azərbaycan vətəndaşlarının bir hissəsini sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin edir.

   Son illərin statistikasına nəzər yetirdikdə görürük ki, hər il orta hesabla 1000 əlil sanatoriya-kurort zonalarına göndərilir.

   2012-ci ildə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 1050 nəfərdən artıq əlilliyi olan şəxs istirahət zonalarına göndərilib. Onların istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub. İstirahətə göndərilənlər arasında Azərbaycanın ərazi bütövlüyüKonstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir. Bununla əlaqədar, Dövlət Sosial Təminat Xidməti tərəfindən əlillərin İsmayıllı, Lənkəran rayonlarında və Nabranda yerləşən istirahət zonalarına göndərilməsi ilə bağlı işlər görülüb.

   2013-cü ildə 800-dən artıq əlil istirahət zonalarına yola salınıb. Ötən il ərzində 570 nəfər əlilliyi olan şəxs Qəbələ, 230 nəfər əlilliyi olan şəxs isə Lənkəran rayonunda yerləşən istirahət mərkəzlərində 10 günlük istirahəti təşkil olunub.

   2013-cü ildə də Azərbaycanın ərazi bütövlüyüKonstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin istirahətə göndərilməsinə xüsusi diqqət yetirilib.

   2014-cü ildə 1000-dən artıq sağlamlıq imkanını itirən şəxs sanator-kurort zonalarına göndəriləcək. Bu tədbirlər əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə təsdiqlənən "2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq həyata keçiriləcək. Nazirliyin məlumatına əsasən, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulur.

   Bu il 300-ə yaxın əlil istirahət zonalarına yola salınıb. İstirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır, tibbi və fizioterapevtik proseduralarla təmin edilirlər. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb - gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

 

   Ümumiyyətlə bildirək ki, hər il mayın 18-dən etibarən əlillərin istirahətə göndərilməsinə başlanılır. İstirahət mərkəzlərinə göndərilən əlillərin istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil edilir. İstirahət günlərində əlillər üçün stolüstü oyunlar (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, dominos.), habelə futbolvoleybol üzrə yarışların, müxtəlif idman alətləri ilə məşqlərin, ətraf rayonlaratarixi yerlərə gəzinti turlarının, onlar üçün tibbifizoterapevtik prosedurların və s. təşkili həyata keçiriləcək. Əlillər istirahət mərkəzlərinə, habelə istirahət günlərində müxtəlif turlara xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilir.

   Əlillərin sanatoriya-kurort zonalarına göndərilməsi, onların istirahətinin təşkili Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli Qərarı ilə təsdiq olunan qaydalara uyğun həyata keçirilir. Bu qaydalara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyerli Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir. İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə ərizə, işləmədikləri barədə arayış, əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd, həkimdən sanator-kurort arayışı və şəxsiyyət vəsiqəsinin surətinini təqdim etməlidirlər.

   Sanator-kurort putyofkasından istifadə edən şəxs müalicəsini qurtardiqdan sonra istifadə etdiyi putyovkanin (yollayışın) "geriyə qaytarılan talon" hissəsini putyovkani verən yerli Əhalinin Sosial Müdafiəsi Mərkəzinə verməlidir.

   Qaydalara bir qədər ətraflı tanış olduqda məlum olur ki, sanatoriya-kurort zonalarına göndərişlərdən əlillərlə bərabər İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailələri, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülən uşaqların və ya 18 yaşınadək yeniyetmələrin, habelə 1986-cı il aprelin 26-dan sonra doğulan və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olan yaxud Çernobıl qəzası nəticəsində zərər çəkən və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olan valideynlərin birindən olan uşaqlar, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkən vətəndaşlar sanatoriya-kurort müalicəsi ilə təmin edilir.

   Qaydalara əsasən göndərişlərlə işləyən əlillər (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil olanlar və "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular istisna olmaqla), iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionun yerli orqanları tərəfindən təmin olunurlar.

   Əgər əlil birinci qrupdursa onu müşayiət edən şəxslər də sanatoriya-kurort putyovkaları ilə təmin edilməlidir. Həmin şəxslərin putyovkasını həmin əlillərin sanatoriya-kurort putyovkası ilə təmin olunduqları idarə, müəssisə, təşkilat, orqanlar tərəfindən verilir.

   Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işlədiyi zaman əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil olanlar isə pensiyada olduğu müddətdə də həmin idarə, müəssisə və təşkilatın vəsaiti hesabına sanatoriya-kurort putyovkası ilə təmin olunur.

   Qaydalarda bildirilir ki, sanatoriya-kurort putyovkasını almaq üçün tələb olunan əsas sənəd tibb müəssisəsi tərəfindən verilən sanatoriya-kurort kartasıdır. I qrup əlilin müşayiətçiyə ehtiyacı vardırsa, sanatoriya-kurort kartasında "müşayiətçiyə ehtiyacı vardır" sözləri yazılır.

 

   Sözügedən qaylara əsasən sanatoriya-kurort putyovkası qiymətli sənəddir və pul vəsaiti ilə bərabər saxlanılmalı və uçota alınmalıdır.

   Məlumat üçün bildirək ki, ölkəmizdə 73 sanatoriya və istirahət müəssisəsi var. Onlarda ümumilikdə 11 min çarpayı nəzərdə tutulub. Sanatoriyaların sayı isə 30-dur. Sanatoriyalar eyni vaxtda cəmi 5785 istirahət edəni qəbul edə bilər. Sanatoriyaların 14 uşaqlar üçün nəzərdə tutulub. Burada çarpayı yeri 1050-dir.

   Statistikaya görə hər il sanatoriya-kurort və sağlamlıq məqsədilə göstərilən xidmətlərə ayrılan vəsaitin həcmi artır. Əgər 2007-ci ildə bu məqsədlə 15,5 milyon manat ayrılmışdısa, bu göstərici 2010-cu ildə 54 milyon manatı, 2012-ci ildə 72 milyon manatı ötüb.

   Azərbaycanda yaxın gələcəkdə əlillərin istirahətinin təşkili sahəsində dönüş gözlənilir. Bununla bağlı tədbirlər yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqram"ın layihəsində öz əksini tapıb. 2014-2018-ci illəri əhatə edən proqramda "Əlilliyin dərki, əlliyi olan şəxslərin potensialının təbliğ olunması, mədəni həyatda iştirakının, istirahətinin və idman tədbirlərinin təşkili" haqqında ayrıca bir bölmə var. Həmin bölmə üzrə nəzərdə tutulan tədbirlər sırasında əlillərin istirahətinin səmərəli təşkili, onların mədəni həyatda iştirakını artırmasına xidmət edən məsələlər var.

   Proqramda qeyd edilir ki, 2018-ci ilə qədər əlilliyi olan şəxslərin turizm, asudə vaxtidman fəaliyyətləri ilə bağlı xidmətlərdən istifadə imkanları genişləndirilməlidir.

   Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların beynəlxalq müsabiqə, seminarsimpoziumlarda iştirakını təmin etmək üçün tədbirlərin görüləcək. Yaradıcılıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əsərlərindən ibarət toplu və albomların nəşr edilməsi, onların yaradıcılıq təşkilatlarının işində bərabərhüquqlu üzv kimi iştirakını təmin edən tədbirlərin görülməsi nəzərdə tutulur.

   Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün kinoteatrlarda, teatrlarda, muzeylərdə və digər bu kimi kütləvi informasiyanı əhatə edən mühitlərdə təsvirlərin proqramlar vasitəsi ilə (buraya titrlər, kadraltı yazılar, audio təsvirlər və əl işarələri daxil ola bilər) şərh edilməsi, əlil idmançıların ölkə daxilində və beynəlxalq yarışlarda iştirakının təmin edilməsi məqsədilə fiziki hazırlığın və maddi-texniki bazanın yaxşılaşdırılması, televiziya kanallarında müxtəlif informasiya xarakterli verilişlərin eşitmə qabiliyyəti pozulan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün surdo tərcüməçinin təmin olnması, publisistik, elmi-kütləvi və mədəni-maarif yönümlü tele-radio proqramlarının onların tələbatına uyğunlaşdırılması da planlaşdırılan tədbirlər sırasındadır.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 14-17 iyun .- S.11.