Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

  Cümhuriyyət tələbələrinin andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

       Salyan torpağının daha bir Cümhuriyyət tələbəsi - Bəhrambəy İsmayılbəy oğlu Hüseynzadə də ömrü boyu tələbəlik andına sadiq qalmışdı.

   Arxiv sənədinə görə, Bayrambəy 1901-ci il mart ayının 4-də Bakı quberniyasının Cavad qəzasının Salyan şəhərində doğulub. Atası İsmayılbəy Hüseynzadə böyük mütəfəkkir və naşir Əlibəy Hüseynzadənin qardaşıdır. Anası Minaxanım Məşədi Məmməd qızıdır.

   Valideynlərinin himayəsi ilə on iki yaşlı Bəhrambəy 1913-cü il sentyabrın 1-də Şamaxı realnı məktəbinə daxil olmuş və 1918-ci il martın 14-də aşağıdakı attestat qiymətləri ilə oranı bitirmişdir:

   İlahiyyat - 4 (dörd)

   Rus dili - 4 (dörd)

   Alman dili - 4 (dörd)

   Fransız dili - 4 (dörd)

   Riyaziyyat - 5 (beş)

   Cəbr - 5 (beş)

   Həndəsə - 5 (beş)

   Triqonometriya - 4 (dörd)

   Fizika - 4 (dörd)

   Təbiət tarixi - 5 (beş)

   Coğrafiya - 4 (dörd)

 

   Tarix - 4 (dörd)

   Rəsm, rəsmxət - 4 (dörd)

   Tatar dili - 4 (dörd)

       Şamaxıdan sonra Bəhrambəy təhsilini Bakıda davam etdirmişdir. O, 1918-ci ilin oktyabr ayında Bakı 1 nömrəli real məktəbinin yuxarı sinfinə qəbul olunmuş, 1919-cu il iyun ayının 14-də nümunəvi davranış əla qiymətlərlə təhsilini başa çatdırmışdır. Həmin ilin avqust ayında Bəhrambəy Hüseynzadə xaricdə təhsil almaq üçün Azərbaycan parlamentinə ərizə yazmışdır. Arxivdə on səkkiz yaşlı Bəhrambəyin ailə vəziyyətinə aid bir sənəd saxlanılır. Cavad qəzasının Salyan şəhərinin pristav rəisinin möhür vurub Bakıya göndərdiyi arayışda oxuyuruq: "Verilir Salyan sakini Bəhrambəy İsmayılbəy oğlu Hüseynzadəyə ona görə ki, o, həqiqətən, varlı ailədən deyildir. Atası İsmayılbəy müəllimdir, əlli bir yaşındadır. Anası Mina işləmir, qırx iki yaşı var. İyirmi iki yaşlı böyük qardaşı zabitdir. On yeddi on iki yaşlarında qardaşları məktəbdə oxuyurlar".

   Beləliklə, Azərbaycan Cümhuriyyəti parlamentinin qərarı ilə Əlibəy Hüseynzadənin qardaşı oğlu dövlət hesabına Almaniyanın Darmştadt Ali Texniki Məktəbinə ali təhsil almağa göndərilmişdir. 1926-cı ildə ali məktəbi bitirən Bəhrambəy Vətənə sevərək əhd-peyman bağladığı Luiza Helt ilə qayıtmışdır. Bəhrambəy əmək fəaliyyətinə Gəncədən başlamışdır. Toxuculuq kombinatının elektrik təsərrüfatına rəhbərlik kimi məsul sahə ona tapşırılmışdır. Bu şəhərdə o, Gəncə texnikumunun texniki təchizat şöbəsinin müdiri vəzifəsində çalışmışdır Gənc ər-arvad, iki ali savadlı mühəndis - salyanlı balası iyirmi altı yaşlı Bəhrambəy iyirmi dörd yaşlı alman gözəli Luiza xanım asudə vaxtlarını qədim Gəncənin qoynunda, Göygöl sahilində keçirmişlər.

   1936-cı ilin sentyabrında Cümhuriyyət tələbəsi Gəncədən Bakıya gəlməli olur. Onu daha məsul vəzifəyə təyin etmişlər:

   Azərbaycan Xalq Torpaq Komissarlığının bölmə rəisi. Bayrambəy Hüseynzadə həm Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda energetikadan dərs demişdir.

   Fəqət İkinci Dünya müharibəsi ərəfəsində sovetlərin dəhşətli qanunları Luizanı Bəhrambəydən ayrı salır. SSRİ ərazisində yaşayan bütün almanların köçürülməsi qərarından sonra Luiza xanım Almaniyaya qayıdır.

   Vəfalı Luiza Bəhrambəyin təhsil aldığı Darmştadt şəhərində dükan açmış bu dükanı rəsmən "Luiza Hüseynzadə" adlandırmışdı. Dükana gələn yerli almanları "Hüseynzadə" kəlməsi maraqlandırırdı. Dükan sahibi isə iftixarla cavab verərdi: "Ərimdir, mütləq yanıma gələcək!"

   Zavallı Luiza bilməmişdi ki, onu Bakıdan göz yaşları ilə yola salmış Bəhrambəy hansı fəlakətlərə düçar olub. Milli Təhlükəzlik Nazirliyinin arxivində Bəhrambəy Hüsenzadənin dindirilmə protokolları saxlanılır. Bu qondarma sorğu-suallar Zeynalabdinbəy Hüseynbəyovun istintaq işindən fərqlənmir.

   1938-ci il aprelin 2-də Bəhrambəy İsmayılbəy oğlu Hüseynzadə həbs edilmiş 25 il müddlətinə Krasnoyarsk vilayətinə sürgün edilmişdir. Cümhuriyyət tələbəsinin Almaniyada aldığı təhsil sürgünlük vaxtında əlindən tutmuşdur. İslah-Əmək Düşərgəsinin nəzdindəki trestin elektriki olmuşdur.

   Salyanda ezamiyyətdə olarkən Bəhrambəyin yaxın-uzaq qohumlarından, bu qohumlardan soraq verənlərdən tapa bilmədim. Bircə bunu dedilər ki, Bəhrambəyin qardaşı qızı Bakıda yaşayır.

 

   Sən demə, Cümhuriyyət tələbəsinin qardaşı qızı qiyabi olaraq tanıdığım musiqişünas rəssam Cəmilə Hüseynzadə imiş. Hazırda Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin müəllimidir. İlk baxışdan mühasibini sadəliyi səmimiyyəti, danışıq tərzinin şirinliyi ilə məftun edən ziyalı xanım köməyimə çatdı. Arxivdə olmayanlardan məni xəbərdar etdi. Söylədiklərini oxuculara çatdırıram.

   Cəmilə xanım HÜSEYNZADƏ: Bəhrambəyin iyirmi beş il sürmüş sürgünlük cəzasına 1956-cı il yanvarın 31-də son qoyulmuşdur. O, bəraət almış Bakıya qayıtmışdır. 1956-cı il oktyabrın 15-dən ömrünün sonunadək Azərbaycan Kommunal- Enerji trestinin rəisi vəzifəsində çalışmışdır. 1967-ci ildə 66 yaşında vəfat etmişdir. Almaniyada daima Bəhramın həsrətilə yaşayaraq ailə qurmayan Luiza Hüseynzadəyə ərinin ölüm xəbəri bir ildən sonra məlum olmuşdur. Bu dəhşətli xəbərdən sarsılan biçarə xanım bir neçə aydan sonra dünyasını dəyişmişdir...

       "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

 

    (ardı var)

 

   Komissiyasının sədri

   Teyyub QURBAN

  Ekspress.-2014.- 14-17 iyun.- S.15.