Sosial problemlərin həllində beynəlxalq əməkdaşlıq

 

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Əhalisinin qayğıya ehtiyacı olan hissəsinin sosial problemlərinin həlli xidmətin hansı səviyyədə təşkilindən çox asılıdır. Sadəcə vəsait ayırmaqla insanları çətin vəziyyətdən çıxartmaq olmaz. Ağır sosial vəziyyətin aradan qaldırılması üçün pul qədər önəmli olan məsələ xidmətin keyfiyyətli təşkilidir.

   Buna görə də xarici ölkələrdə və Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlarla işləyən təşkilatlar daim təcrübə mübadiləsi aparır. Təcrübə mübadiləsi hesabına qabaqcıl biliklər mənimsənilir, insanların problemlərinin daha səmərəli həll yolları öyrənilir ki, bununla da qayğıya ehtiyacı olan insanların sosial təminatı gücləndirilir.

   Ölkəmizdə sosial qayğıya ehtiyacı olan sosial qruplarla daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məşğul olur. ƏƏSMN öz əməkdaşlarının bilik və bacarığının artırılması, sosial müdafiənin təşkili ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlığını genişlındirir.

   ƏƏSMN-nin beynəlxalq fəaliyyətlə bağlı məlumatında qeyd edilir ki, nazirlik öz fəaliyyətində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinə böyük əhəmiyyət verir. Bu məqsədlə xarici ölkələrin müvafiq dövlət qurumları ilə, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarla əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq həyata keçirilir və ikitərəfli əlaqələrin əhatə dairəsi son illər ərzində xeyli genişləndirib.

   Dünyanın 20-dən artıq ölkəsinin, o cümlədən Almaniya, Avstriya, Niderland, İsveç və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələr qurulub və inkişaf etdirilir. İndiyədək nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə və beynəlxalq təşkilatlarla 30-dan artıq Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, MemorandumProqram imzalanıb və müntəzəm olaraq görüşlər keçirilir. Qeyd olunanlar nazirliyin əməkdaşlarına mütərəqqi xarici təcrübənin öyrənilməsi və tətbiqinə, eləcə də xarici tərəfdaşlarımızın Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi sistemi və ölkəmizin özünəməxsusluğu ilə tanış olmasına imkan yaradıb.

   Azərbaycan 1992-ci ilin may ayından Beynəlxalq Əmək Təşkilatının (BƏT) tam hüquqlu üzvüdür. Nazirlik bildirir ki, ötən dövr ərzində ölkəmizlə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daim genişlənməsi amili ilə müşahidə olunan fəal əlaqələr yaradılıb.

   Azərbaycan hökumətinin BƏT-lə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılıb. Ötən müddətdə Azərbaycan BƏT-in 57 Konvensiyasına qoşulub və nəticə etibarilə ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilib və bu qanunvericilik daim təkmilləşdirilir.

   BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair hazırlanan hökumət hesabatları müntəzəm olaraq Beynəlxalq Əmək Təşkilatının Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur.

   Nazirlik Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (YUNİSEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsinə, ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

 

   Azərbaycan insan hüquqları sahəsində mühüm beynəlxalq müqavilələrə və Konvensiyalara qoşulub. Ölkəmiz 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının "Bütün əmək miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" Konvensiyasını, 2008-ci ildə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair" Konvensiyasını, eləcə də müxtəlif dövrlərdə Beynəlxalq Əmək Təşkilatının əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasını (ümumilikdə 57 Konvensiyasını) ratifikasiya edib.

   Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya"sının tətbiqi ilə əlaqədar respublika hökuməti daxilində fəaliyyəti əlaqələndirmək məqsədi ilə ƏƏSMN-nin nəzdində yaradılan işçi qrupunda aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. İşçi qrupunun əsas vəzifəsi konvensiyadan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə əlillərin hüquqlarının müdafiəsi üzrə müddəaların müvafiq şəkildə əks etdirilməsini və həyata keçirilməsini təmin etməkdən ibarətdir.

   BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya"sına uyğun olaraq Azərbaycanın qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülən tədbirlər barədə ilk hesabatı aidiyyəti dövlət qurumlarından daxil olan məlumatlar əsasında hazırlanıb və QHT-lərin iştirakı ilə hesabatla bağlı müvafiq müzakirələr aparılıb. İşçi qrup tərəfindən Azərbaycan Prezidentinə 2010-cu ilin sonunda təqdim edilən hesabat Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə 2011-ci ilin yanvar ayının sonunda BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinə göndərilib. 2014-cü ilin aprelində isə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-də əlillərlə bağlı Azərbaycan hökumətinin ilk məruzəsini təqdim edib.

   Azərbaycan Avropa İttifaqı ilə də əməkdaşlıq edir. Avropa ittifqı ilə genişlənən əməkdaşlıq çərçivəsində sosialyönümlü islahatların dəstəklənməsi istiqamətində Tvinninq layihələri hazırlanaraq həyata keçirilir. Layihələr Avropa İttifaqı ilə Azərbaycan arasında Fəaliyyət Planının prioritetlərinə uyğundur. Bu layihələrdən birincisi artıq həyata keçirilib. Birinci layihənin ümumi məqsədi aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateci planlaşdırma sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensial imkanlarının artırılmasından ibarətdir. Bu layihəni Fransanın Səhiyyə və Sosial İşlər Nazirlikləri və ADECRİ təşkilatı həyata keçirib. Layihə çərçivəsində təlim səfərləri təşkil edilib. Bu sahədə mövcud vəziyyət təhlil edilibmüvafiq beynəlxalq təcrübənin təqdimatı məqsədi ilə beynəlxalq ekspertlərin iştirakı ilə işçi qrupunun iclasları keçirilib.

   Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə də 1999-cu ildən etibarən başlanan əməkdaşlıq çərçivəsində, əvvəlcədən "Azərbaycan Respublikasında PensiyaSosial Yardım islahatı" layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı işlər görülüb, sonradan 2005-2010-cu illərdə "PensiyaSosial Təminat Layihəsi" həyata keçirilib. Daha sonra Dünya Bankı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında mövcud olan tərəfdaşlıq və səmərəli əməkdaşlıq nəticəsində konseptual baxımdan ölkə üçün vacib olan yeni "Sosial Müdafiənin İnkişafı Layihəsi" hazırlanıb və 2009-cu ilin mart ayından onun icrasına start verilib. Layihənin əsas məqsədi Azərbaycan Hökumətinə ölkədə sosial islahatların və proqramların icrasında dəstək verməkdən ibarətdir.

   "Sosial Müdafiənin İnkişafı" Layihəsi çərçivəsində digər layihə komponentlərinin icrası ilə yanaşı, əlilliyin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirilməsi komponentinin icrasında Dünya Bankı ilə əməkdaşlıq həyata keçirilir. Komponentin məqsədi əlillik dərəcəsinin müəyyən olunması qaydalarına yenidən baxılması, Tibbi-Sosial Ekspertiza Komissiyalarının işinin təkmilləşdirilməsi, əlillərin tibbi-sosial reabilitasiyası işinin yaxşılaşdırılmasından ibarətdir.

   Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində daha bir nümunə iyunun 9-da ƏƏSMN ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı imzalanmasını da göstərmək olar.

 

   Əməkdaşlığın imzalanmasına dair keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda uşaqlarla bağlı dövlət siyasətinin, o cümlədən ölkədə uşaqların sosial müdafiə hüquqlarının təminatı sisteminin gücləndirilir. Nazirin sözlərinə görə, bu istiqamətdə aparılan işlərdə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq getdikcə genişlənir. "Sosial xidmət haqqında" qanunun hazırlanmasında, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarsosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusionaltexniki baxımdan dəstəklənməsində bu əməkdaşlığın mühüm rolu var.

   Müslümov bildirib ki, imzalanan Fəaliyyət Planında "Uşaq qayğı sistemində islahatlar" üzrə birgə Tədbirlər Planının icrası, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafının texniki dəstəklənməsi, bu sahədə peşəkar kadr resurslarının artırılması əksini tapıb: "Plan üzrə fəaliyyət istiqamətlərindən birinazirliyin tabeliyindəki bərpa mərkəzlərinin sosial reabilitasiya imkanlarının artırılması olacaq. Bu, reabilitasiya sferasında tibbi modellə yanaşı, sosial modelin tətbiqinin də genişlənməsinə yardım edəcək". Nazir sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi və müvafiq texniki tapşırıqların hazırlanması, çətin həyat şəraitində olan uşaqların və onların ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi, sosial sifarişlər əsasında icra olunan layihələrin icra mexanizminin təkmillləşdirilməsi və digər vacib sahələrdə Fəaliyyət Planı üzrə birgə işlərin aparılacağını qeyd edib.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 21-23 iyun .- S.11.