Ən yaxın tarix
İlk və yeganə
qadın spiker
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban "Ən yaxın tariximiz"
başlığı altındakı yeni
araşdırmasında arxiv sənədləri
əsasında müasirlərimiz olan
dövlət və ictimai xadimlərimiz
barədə indiyədək bilmədiyimiz məlumatları,
faktları işıq üzünə çıxarır.
İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.
Naxçıvan Muxtar Respublikanın Ali Məclisi sədrinin birinci müavini R.həsənovun Azərbaycan Ali Sovetinə ünvanladığı 26 oktyabr 1991-ci il tarixli məktubunda göstərilənlərin arxiv sənədlərində necə əks olunmasını araşdırmaq üçün Respulika Dövlət Arxivinə üz tutduq. Ümidimiz boşa çıxdı.
Məlum oldu ki, Arxiv haqqında Qanunun tələblərinə zidd olaraq, 1987-ci ildən indiyədək Azərbaycan Respublikası Parlamentinin materialları Dövlət Arxivinə təhvil verilməmişdir.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının fəaliyyətinə dair arxiv sənədləri, nə qədər qəribə görünsə də ya M.F.Axundov adına Milli Kitabxanada, ya da Maksim Musayevin 2001-ci ildə "Ağrıdağ" nəşriyyatı tərəfindən buraxılmış "Milli Şura Parlamenti" (30 oktyabr 1991 - 18 may 1992) kitabında tapılır.
Əsrimizin ilk ilində nəşr olunmuş kitabın əvvəlindəki bu sözlər bir onillik keçdikdən sonra daha aktual səslənir: "Bu kitab zaman keçdikcə, şübhəsiz, dövlətçiliyimizin tarixini öyrənənlərə, tarixçilərə, hərbçilərə, sosioloqlara, hüquqşünaslara, tələbələrə, diplomatlara və digər sahələrin mütəxəssislərinə çox lazım olacaqdır. Kitab həm də deputatların övladları, qohumları, dostları, el-oba adamları üçün də maraqlı sənəd mənbəyinə çevriləcəkdir. Belə ki, onlar doğmaları kimi tanıdıqları deputatların parlamentdəki çıxışları, söylədikləri fikirləri və tutduqları mövqeləri ilə tanış olacaqlar. Kitab arxiv sənədlərinə əsasən tərtib edilmişdir. İstinad edilən sənədlərin bir çoxu orijinal olmaqla bərabər, yeganə nüsxədən ibarətdir. Konstitusiya qanunundan sui-istifadə nəticəsində intiqam almaq cəhdi və siyasi ixtilaflar olduğu kimi verilmişdir. Əgər həmin sənədlər məhv edilərsə, bu kitab vasitəsilə belə faktlar tarixdə qalacaqdıvr. 1993-cü ildə Milli Məclis binasının 13-cü mərtəbəsində baş verən yanğın zamanı bir sıra vacib sənədlərin məhv olması və digər hallar buna əyani sübutdur".
Respublika Xalq Nəzarəti Komitəsində işlədiyim vaxtlarda ülfət bağladığım Maksim Musayevin icazəsilə kitabın Elmira Qafarova ilə bağlı məqamlarını təqdim edirəm:
1991-ci il 8 oktyabr
"1991-ci il oktyabrın 8-də parlamentin iclasını Ali Sovetin sədri Elmira Mikayıl qızı Qafarova aparırdı.
Elmira Qafarova: - Oktyabrın 16-da respublika Ali Sovetinin ikinci sessiyasını çağırmağı planlaşdırmışdıq. Lakin müxalifətin təklifi ilə bugünkü növbədənkənar sessiyada toplaşmışıq. Biz müxalifətlə siyasi qarşıdurmanın güclənməsinə yol vermək istəmirik və respublika həyatının çox mühüm məsələlərinə dair parlamentdə qarşılıqlı surətdə qərarlar qəbul etməyə tərəfdarıq.
Etibar Məmmədov (68 nömrəli seçki dairəsindən deputat): - Elmira xanım, hamı bilir ki, bu sessiya nə cür çağrılıb. Mitinqlər olub, müxalifətin tələbi olub. Prezident müxalifətin üzvlərini qəbul eləyib, sessiyanın çağırılması haqqında qərar qəbul olunub. Halbuki prezidentin buna səlahiyyəti yox idi. Hələlik respublikada heç bir qanun işləmir, ayrı-ayrı adamlar, o cümlədən prezident bütün məsələləri həll edirlər. Mən bir qədər bitərəf qalmağa çalışırdım ki, bu qarşıdurmanın qarşısını alım. Ancaq belə getsə, mən də bu qarşıdurmada ən fəal surətdə iştirak edəcəyəm.
Belə bir ultimatumsayağı çıxışdan sonra Elmira Qafarova qısa cavab nitqi söylədi. Lakin heç nəyə məhəl qoymayan deputat İskəndər Həmidov 4-cü mikrofona yaxınlaşaraq, sessiyanın televiziya ilə birbaşa translyasiya edilməsindən istifadə edərək, tərəfdarları olan tamaşaçıları Ali Sovetin ətrafına gəlməyə çağırdı. Deputatlar fasilədən iclas zalına qayıdanadək artıq Ali Sovetin qarşısına xeyli adam toplaşmışdı. 242 nömrəli seçki dairəsindən deputat Asya Manafova camaatın Ali Sovetin binası qarşısına yığılmasına etirazını spikerə bildirdi. Elmira Qafarova Asya Manafovaya və əsəbləşən, narahatlıq keçirən digər deputatlara təmkinli və səbrli olmağı bildirdi.
148 nömrəli Qazıməmməd şəhər seçgi dairəsindən deputat Əlibala Hüseynov göstərdi ki, Konstitusiyamızda parlamentin buraxılması mexanizmi yoxdur: "Parlamentə təzyiq ədalətsizlikdir. Dünyanın hansı parlamentində mikrofonla çağırış eləyiblər ki, yığışın gəlin parlamentin olduğu yerə? Diktatorlar gəlib bizə demokratiya dərsi deyirlər. Mən bayırda Xalq Cəbhəsi liderinin camaata müraciətini eşitdim.
Başa düşməliyik ki, camaatımız siyasi mübarizəyə hazır deyildir, faciəli nəticələr ola bilər".
Deputat
Bəxtiyar Vahabzadə çıxışında dedi: - Burada
qarşımızda duran bir
məsələdir - parlament
buraxılsın və ya
buraxılmasın. Parlamenti indiki şəraitdə buraxmağın tərəfdarı
deyiləm.
Deputat İsa Qəmbərov söz alaraq dedi: - Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə qəbul edilib. Bu da o deməkdir ki, Azərbaycanda bütün hakimiyyət strukturları, bütün rejim yuxarıdan aşağı, aşağıdan yuxarı dəyişdirilməlidir, yeni Konstitusiya hazırlanmalı, yeni seçki qanunu qəbul edilməlidir. Bizim indiki təklifimiz mövcud hakimiyyət strukturunu fəallaşdırmaqyolu ilə ciddi islahatlara başlamaq və xalqı yaxınlaşan fəlakətlərdən xilas etməkdən ibarətdir. Bizim hakimiyyət iddiamız yoxdur və hədə-qorxu da gəlmirik. Mən hakimiyyət iddiasında olmadığımı sübut etmək üçün müvəqqəti Milli Məclis yaradılması haqqında qərar qəbul olunana qədər deputat mandatından imtina edirəm.
Deputat Əli Ömərov çıxışında dedi: - Bizim nə təqsirimiz var ki, beş saatdır burada günahsız həbs olunmuşuq. Rəyasət Heyəti istefa versin!
İclasa sədrlik edən Elmira Qafarova mikrofonlardan istefa sözlərini eşitdikcə qəti qərara gəldi və dedi: -Əgər mənə etimad göstərilmirsə, mən işləyə bilmərəm.
Bu vaxt Tamerlan Qarayev istefa verdi.
Beləliklə, gündəlikdəki məsələ öz məcrasından çıxdı.
Deputat M.Mütəllimov sözlərini
Elmira Qafarovaya istiqamətləndirərək
dedi: - Elmira xanım, sizin istefanız məsələsi qoyulub, sizsə salonda oturubsunuz. Bu bir
növ iclasa təsir göstərir.
Bugünkü qərarla deputatları
Naxçıvana qarşı
qoymusunuz. Bu fakta görə parlament özü-özünü
buraxmaq hüququnu qazanır.
Mikrofonlara yaxınlaşan deputatlar
çıxışlarında qeyd edirdilər ki, məsələnin zorla həyata keçirilməsi yaramaz haldır, çöldəki
camaatı deutatların
üzərinə qaldırmaq
düz deyil, belə demokratiya oyunu tarixdə heç yerdə görünməyib. İki deputat
mandatını təhvil
veribsə, salonda niyə oturub?
Söz alıb çıxış
edən deputat İsa Qəmbərov dedi: - Mandatını təhvil vermiş deputatlardan biri mənəm, o birisi də İskəndər Həmidov. Əgər kompromis qərar
qəbul olunmasa, biz burada iştirak etməyəcəyik.
Sədrlik edən Elmira Qafarova isə cavabında dedi: - İsa Qəmbərova üzümü
tutub deyirəm, şərait yaradın ki, camaat evlərinə
getsin. Mitinqi necə təşkil
etmisiniz, eləcə də dağıtmalısınız.
Fikirləşin, belə işlər
görməklə, parlamentə
təzyiq göstərmək
heç də demokratiya demək deyildir. Demokratiya təzyiqlə yaradılmır.
Siz diktatoru götürürsünüz,
o biri diktatordan istifadə edirsiniz.
Çıxışının
sonunda Elmira xanım deputat Sabir Rüstəmxanlıya
müraciətlə dedi:
"Siz "Demblok"un
nümayəndəsisiniz. Xahiş edirəm,
bayıra çıxasınız,
necə ki, bizi həbs eləmisiniz, indi də elə yol açasınız".
Deputatlar küçə söyüşləri, təhqiramiz
sözlər altında
çətinliklə olsa
da, binadan çıxıb gedə bildilər.
1991-ci il 9 oktyabr
Sessiya 241 nəfər deputatın
iştirakı ilə
işini davam etdirdi. Sədrlik edən Elmira Qafarova
Ali Sovetin sədr müavini Tamerlan Qarayevin Rəyasət Heyətindəki yerinə
qayıtmasını xahiş
etdi. O, zalda
"demblokçular"la əyləşmişdi.
Elə bu vaxt Ali Sovpet
sədrinin birinci müavini Telman Orucov mikrofon ilə dedi: "Biz hamımız dünən
axşamkı biabırçılığın,
özbaşınalığın şahidi olduq. Gözlərimizlə gördüklərimiz nə xalqımızın
adət-ənənəsinə, nə depuat ləyaqətinə, nə
kişiliyə, nə
də bir qayda-qanuna uyğundur.
Odur ki, sessiya işə
başlayarkən təhrikçiləri,
onları öyrədib
buraya göndərənləri
müəyyənləşdirsin. Belə güzəştə
gedə-gedə sessiya
heç bir iş görə bilməz. Bu, hörmətsizlikdir,
təzyiqdir, ultimatumdur".
Gündəliyin
müzakirəsinə başlanmamış
yaranmış vəziyyəti
sakitləşdirmək üçün
Elmira Qafarova respublika prokuroru İsmət Qayıbova tapşırıq
verdi ki,
deputat toxunulmazlığını
nəzarətə götürsün,
hadisə ilə əlaqədar olan müqəssir adamları tapıb tədbir görsün və sessiyaya məlumat versin.
Deputatlardan Sürət Hüseynov
və Rəhim Qazıyev iclasa sədrlik edən Elmira Qafarovaya iradlar tutub mübahisəyə girişdiklərinə görə
tənəffüs elan
olundu.
Tənəffüsdən sonra hesablayıcı
komissiyanın məlumatına
görə yetərsay
olmadı, zalda cəmi 152 deputat vardı. Bütün cəhdlərə baxmayaraq millət vəkilləri iclas zalına toplaşmadı.
1991-ci il 10 oktyabr
İclası açan Elmira Qafarova
oktyabrın 9-da axşam
Ali Sovetin binasından
çıxan deputatlar
təhqir olunduğu, onlara qarşı zor işləndiyi üçün, qanunsuz mitinqlər keçirildiyinə
görə baş prokurorun və daxili işlər nazirinin məlumat verməsini təklif etdi.
Lakin mikrofonlara toplaşan deputatlar təkidlə tələb etdilər ki, Tamerlan Qarayev
sədarətdə öz
yerini tutsun, Konstitusiyanın 112-ci maddəsinin
Heydər Əliyevə
aid olan sonuncu cümləsi çıxarılsın,
Ali Sovetin sədri, onun müavinləri və Rəyasət Heyəti istefaya göndərilsinlər.
Deputat Baxşəliyev bildirdi
ki, mitinq işğtirakçılarına nəşəxor və sərxoş dediyi üçün Elmira Qafarova
onlardan üzr istəməlidir.
Elmira Qafarova dərhal cavab verdi ki,
mən üç gün burada gedən mitinq iştirakçılarını deyil, üç deputatı döyən və buna görə
də prokurorluq tərəfindən istintaqı
aparılanlar barədə
bu sözləri demişəm.
Zalda qışqırıq qopdu. Bu zaman
iclasa sədrlik edən Elmira Qafarova öz istefasının səsə qoyulmasını
təkidlə irəli
sürdü. Lakin yerlərdən
deputatlar çıxış
edərək belə fikir söylədilər ki, müvafiq komissiya işləsin və nəticəsindən
asılı olaraq məsələyə baxılsın.
Yenə ara
qarışdı. Deputat Bayram
Bayramov 3-cü mikrofondan
çıxış etməyə
başlayanda sözü
yarımçıq qaldı.
Vəziyyətin gərginləşdiyini görən Telman Orucov yarım saatlıq fasilə elan etdi.
Parlament rəhbərliyində boşluq yarandı. Tənəffüsdən sonra sahibsiz
qalan iclasa sədrliyi ağsaqqal kimi deputat Tofiq
Bağırov etdi.
Sədrə könüllü köməkçi olan İsmayıl Şıxlı
iclasın birbaşa televiziya ilə verilməsi məsələsini
səsə qoydu.
Səsvermənin yekununa
görə televiziya ilə birbaşa yayım baş tutmadı..."
(əvvəli, ardı var)
Teyyub QURBAN
Ekspress.-2014.- 1-3
mart.-S.-15.