"Əli və Nino" Zaqrebdə

 

Xorvat dilinə tərcümə olunmuş kitabın təqdimatı keçirildi

 

Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşəbbüsü dəstəyi ilə xorvat dilinə tərcümə olunmuş "Əli Nino" kitabının təqdimat mərasimi keçirilib.

   Səfirlikdən APA-ya verilən məlumata görə, mərasimdə Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, sabiq prezident Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının baş katibi Andriya Karafilipoviç, Xorvatiya Diplomatik Akademiyasının direktoru Mladen Andrliç, Xorvatiya Ali Məhkəməsinin, Xorvatiya Mədəniyyət Nazirliyi Zaqreb Şəhər Mədəniyyət İdarəsinin nümayəndələri, Xorvatiya parlamentinin üzvləri, o cümlədən, parlamentdə fəaliyyət göstərən Xorvatiya-Azərbaycan dostluq qrupunun üzvləri, Xorvatiyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli jurnalist ictimai xadimlər, digərləri iştirak edib.

   Tədbiri giriş sözü ilə Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasiyev açaraq Azərbaycanın qədim zəngin ədəbiyyatı haqqında ətraflı məlumat verib, "Əli Nino" əsərinin 30-dan çox dilə tərcümə olunduğunu 100 dəfədən çox nəşr edildiyini vurğulayıb.

   Səfir "Əli Nino" əsərini Azərbaycanda tarixən mövcud olmuş çoxmədəniyyətlilik tolerantlıq nümunəsi kimi dəyərləndirib əsərin əsas məğzinin sülh, dostluq, hörmət xeyirxahlığın təbliği olduğunu bildirib.

   Daha sonra tədbir iştirakçıları "Əli Nino" əsəri haqqında fikirlərini bölüşüb, Azərbaycanın zəngin ədəbiyyatı haqqında danışıblar.

   Tədbir Xorvatiyanın ictimai televiziyası radiosu "HRT 1" tərəfindən işıqlandırılıb, səfir K.Xasiyev "HRT 1"-ə müsahibə verib.

   Təqdimat mərasimi tədbir iştirakçılarının şərəfinə verilmiş ziyafətlə başa çatıb.

 

   Ekspress.-2014.- 13 mart.- S.23.