Məcburi köçkünlərə humanitar yardım

 

Xarici yerli donorlar bu məqsədlə 900 milyon dollardan çox vəsait xərcləyib

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

1992-ci ildən bəri ölkəmizdə qaçqın və məcburi köçkünlərin iqtisadisosial şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan dövləti ilə bərabər beynəlxalq və yerli humanitar təşkilatlar, həmçinin ayrı-ayrı dövlətlər tərəfindən humanitar köməklik edilir. Düzdür, son illərdə Azərbaycan dövləti tərəfindən göztərilən yardım dəfələrlə artdığından hazırda digər tərəflərin humanitar fəaliyyəti, onların göstərdiyi yardımlar nəzərə çarpmır. Bunun digər səbəbi də 1990-cı illərin əvvəli ilə müqayisədə beynəlxalq təşkilatların, xarici dövlətlərin humanitar fəaliyyətinin nisbətən zəifləməsidir.

   Ancaq Azərbaycanın müstəqilliyinin ilk illərində olduğu kimi indi də beynəlxalq və yerli təşkilatlar, ayrı-ayrı dövlətlər qaçqın və məcburi köçkünlərə humanitar dəstəyini davam etdirir.

   Ölkəmizdə qaçqın və məcburi köçkünlərə xaricdən ilk dəfə humanitar dəstək 1993-cü ildə edilib. Belə bir yardım Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) tərəfindən gəlib. Bu məqsədlə BMTQAK 1992-ci ilin dekabr ayında Azərbaycanda nümayəndəliyini açıb. Daimi nümayəndəliyin açılması məqsədilə Azərbaycan hökuməti BMT-yə müraciət edib və BMT Baş katibliyi müraciəti müsbət qarşılayıb.

   Dağlıq Qarabağ münaqişəsinin doğurduğu minlərlə məcburi köçkünün kəskin ehtiyacına cavab olaraq BMTQAK təcili xilas əməliyyatına başladı. Bu müddət ərzində məcburi köçkünlərə, sığınacaq axtaran şəxslərə, qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə yardım, himayə və mümkün olan yerlərdə davamlı həll yollarını təqdim etməklə yanaşı, BMTQAK həmçinin Azərbaycan hökumətinə milli sığınacaq sisteminin yaradılmasına, vətəndaşlıq haqqında və vətəndaşsızlığın aradan qaldırılması ilə bağlı qanunvericiliyin təkminləşdirilməsinə yardım etdi. BMTQAK eyni zamanda QHT sektorunun inkişafını dəstəklədi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə məsələyə birgə yanaşmaları gücləndirdi.

   BMTQAK 39 600-dan çox insana (9400 ailəyə) sığınacaq şəraiti verdiya bu şəraiti yaxşılaşdırdı. 1995 və 2001-ci illər arasında BMTQAK özünün icra edici partnyor təşkilatları vasitəsilə 11 800 insanı yerləşdirmək üçün 2 800-dən çox evin tikilməsini monitorinq edib. Bundan başqa, 1996 və 1999-cu illər arasında BMTQAK Fizuli, Ağdam, Tərtər və Ağcabədi rayonlarında müharibədə dağılan lakin gedilməsi mümkün olan ərazilərdə evlərinə qayıdan 12 200-ə qədər məcburi köçkün (2 900 ailə) üçün şəxsi evlərin bərpasına yardım göstərib.

   Beynəlxalq Humanitar Yardım üzrə

   Respublika Komissiyası

   1995-ci ildən isə Azərbaycan hökuməti beynəlxalq humanitar yardımların əlaqələndirilməsi qərarına gəldi. Bunun üçün Azərbaycan Prezidenti 1995-ci ilin yanvarında sərəncam imzaladı. Sərəncam beynəlxalq, yerli humanitar onların təsis etdiyi inkişaf təşkilatlarının fəaliyyətinin aidiyyəti dövlət orqanları ilə koordinasiya etməsini nəzərdə tuturdu. Sərəncamla ölkəmizdə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradıldı. Bir qədər sonraya gedərək qeyd edək ki, 2004-cü ilin iyulunda "Qaçqınların məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının qəbulu ilə bağlı verilən sərəncamda da koordinasiya məsələsinə bir daha qayıdılıb. Sərəncamda bildirilirdi ki, dövlət proqramında nəzərdə tutulan tədbirlər Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməklə birgə həyata keçirilməlidir.

   Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiya öz fəaliyyətini qaçqın, məcburi köçkün aztəminatlı əhalinin sosial problemlərinin vaxtaşırı olaraq ətraflı təhlil edilməsi, daha çox ehtiyac duyulan, ciddi narahatlıq doğuran vacib məsələlərin aidiyyəti dövlət orqanları beynəlxalq humanitar inkişaf təşkilatları, donor ölkə maliyyə qurumları ilə birlikdə araşdırılması, məsələnin həlli yollarının müəyyən edilməsi, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində qurur.

   Qaçqınların Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin məlumatına görə, hazırda fəaliyyətləri həmin komissiya tərəfindən əlaqələndirilən 48 beynəlxalq, 43 yerli humanitar bu sahədəki inkişaf təşkilatlarının xətti ilə müxtəlif layihələr həyata keçirilir. Beynəlxalq humanitar təşkilatlardan 10-u BMT agentliklərini, 14-ü ABŞ-ı, 16-ı Avropa 8-i Şərq ölkələrini təmsil edir.

   Həmin təşkilatların tam sərbəst, azad şəffaf fəaliyyətləri üçün şərait yaradılıb. Komitə bildirir ki, bu, ilk növbədə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları, donorlar, humanitar inkişaf təşkilatlarının rəhbərləri tərəfindən səsləndirilən rəydir.

   Komissiya həmin təşkilatların dövlət qeydiyyatına alınması, viza, vergi s. məsələlərinin, bir milyondan çox qaçqın məcburi köçkünün, o cümlədən həmin ərazilərdə yaşayan əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli üçün tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq, yerli humanitar onların təsis etdikləri inkişaf təşkilatları ilə birlikdə təhlillər müzakirələr aparılmasını, prioritetlərin müəyyənləşdirilməsini təmin edir.

   Donorların

   yardımının dəyəri

   1993-2013-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı müxtəlif ərzaq, qeyri-ərzaq, təhsil, səhiyyə, gəlirəldəetmə, icma inkişafı, mikro-kredit s. humanitar inkişaf layihələri üzrə onların təqdim etdikləri məlumatlara əsasən təxminən 940 milyon ABŞ dolları həcmində yardım göstərilib.

   Donor ölkə, beynəlxalq yerli humanitar təşkilatlar tərəfindən Azərbaycandakı qaçqın, məcburi köçkün aztəminatlı əhalinin sosial müdafiəsi ilə bağlı həyata keçirilən layihələrə sərf olunan vəsaitlərin illər üzrə dinamikasına nəzər yetirdikdə görürük ki, göstərilən humanitar yardımın dəyərində ciddi azalma var. Azərbaycan manatı ilə ifadə etdikdə ölkəmizə 1993-2013-cü illərdə 752 milyon manat həcmində yardım edilib. Humanitar yardımın daha çox hissəsi 1993-2003-cü illərdə ayrılıb. İlk 10 illik müddətində 497 milyon manat ya indiyə qədər edilən yardımın 70% faizi göztərilib.

   2004-2013-cü illərdə isə 255 milyon manat dəyərində humanitar yardım ayrılıb.

   Yardım ayıran subyektlərin məlumatına görə ümumi vəsaitin 240 milyon ABŞ dollarını BMT qurumlarının, 400 milyon ABŞ dolları ABŞ-ın humanitar təşkilatlarının, 300 milyon ABŞ dolları isə digər təşkilatların payına düşür.

   1993-cü ildə xarici donorlar Azərbaycandakı qaçqın məcburi köçkünlərə 70 milyon dollar dəyərində yardım edib. 1994-cü ildə yardımın dəyəri 78 milyon dollar, 1995-ci ildə 76 milyon dollar təşkil edib.

   1996-cı ildən yardımların dəyərində sürətli azalma baş verib. Həmin ildə yardımların həcmi 68 milyon dollar 1997-ci ildə 64 milyon dollar, 1998-ci ildə 55 milyon dollar olub.

   Humanitar yardımların həcmində azalma növbəti ildə davam edib Dövlət Proqramının icrasına başlanıldığı 2005-ci ildə 33 milyon dollara qədər azlıb. 2013-cü ildə yardımlarən dəyəri 30 milyon dollar qiymətləndirilib.

   Humanitar yardımlarının azalmasının əsas səbəbi dövlət büdcəsindən Dövlət Neft Fondundan daha çox vəsaitin bu məqsədlər üçün istifadə edilməsidir. Adətən dövlətin maliyyə imkanları artdıqca donor təşkilatların ölkələrin yardımlarında azalma baş verir. Eyni proses Azərbaycanda da müşahidə edilir.

   Məlumat üçün deyək ki, 1993-2013-cü illərdə qaçqın məcburi köçkünlərin sosial problemlərinin həllinə ümumilikdə 4,4 milyard manat həcmində vəsait sərf olunub. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun vəsaitidir. Bu vəsaitin 84 faizi, yaxud 3,7 milyard manatı məhz son 10 ildə istifadə olunub. Azərbaycan iqtisadiyyatının dövlətinin imkanlarının artması məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına daha çox vəsaitin ayrılmasına şərait yaradır.

   Komitənin məlumatına görə, 2000-2002-ci illərdə beynəlxalq yerli humanitar təşkilatlar tərəfindən təsis edilən 14 bank olmayan kredit təşkilatı da qaçqın məcburi köçkünlər arasında kiçik orta sahibkarlığın inkişafı, məşğulluğun artırılması yeni yerlərinin yaradılması istiqamətində konkret tədbirlər həyata keçirib. Təxminən 200 milyon ABŞ dolları həcmində kredit portfelinə malik olan həmin təşkilatlar tərəfindən 2000-2010-cu illər ərzində 200 min nəfərdən çox fəal müştəriyə xidmət göstərib.

   Beynəlxalq humanitar təşkilatların xətti ilə məcburi köçkünlər üçün 12 çadır düşərgəsi, 16 fin tipli qəsəbə salınıb, 8000 sadə daş çiy kərpicdən ev tikilib, 160 min nəfər qaçqın məcburi köçkün gəlir əldəetmə icmanın inkişafı proqramlarına cəlb olunub, Füzuli Ağdam rayonlarının işğaldan azad edilən ərazilərində 700 şəxsi ev təmir ya bərpa edilib, 600 ictimai bina təmir olunub, 470 məktəb səhiyyə obyektləri üçün əlavə otaqlar tikilib lazımi avadanlıqlarla, tədris ləvazimatları ilə təchiz olunub, icma inkişafı, kənd təsərrüfatı, təhsil, səhiyyə, mikro-kredit, gəlirəldəetmə, peşə təlimi, vətəndaş cəmiyyətinin inkişafı, infrastrukturun bərpası s. layihələr həyata keçirib.

   İsveçrə Hökuməti tərəfindən maliyyələşdirilən BMT-nin Ərzaq Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən "Ağdam rayonunun yeni salınan qəsəbələrində məskunlaşan məcburi köçkünlər üçün kəndin inkişafı ərzaq təchizatı üzrə imkanların artırılması" layihəsi icra edilib. Layihə 2 fazada icra olunub.

   Birinci fazasının ümumi dəyəri 664 000 ABŞ dolları (Azərbaycan Hökumətinin payı isə 61 000 ABŞ dolları) olub, 2009-2012-ci illəri əhatə edən 2-ci fazanın ümumi dəyəri isə 1,75 milyon ABŞ dolları (255 min ABŞ dolları Azərbaycan Hökumətinin payıdır) təşkil edib. Həmin layihədən faydalananların sayı 3100 ailə 13 min nəfər olub.

 

  

Vasif CƏFƏROV

 Ekspress.-2014.-5 mart.- S.9.