Əlillərimiz niyə
çoxalır?
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Hazırda Azərbaycanda 420 minə yaxın əlil var ki, bunların da 60 mini uşaqlardır. Ümumiyyətlə, son illər ölkədə əlil uşaqların sayında artım hiss olunur.
"Azərbaycanda əlil uşaqların sayında artım var". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardla görüşündə bildirib. ƏƏSMN-dən verilən məlumata görə, ötən ilin on ayında Azərbaycanda 8 minə yaxın uşağa əlillik dərəcəsi verilib və bununla yanaşı, 19 min uşaq təkrar müayinəyə cəlb olunub. Bu rəqəmin ölkəmiz üçün böyük göstərici olduğunu deyən nazir bu istiqamətdə ciddi işlərin aparılmasını vacib bilir: "Azərbaycanda uşaqların müdafiəsi üçün bir sıra islahatlar həyata keçirilib və müvafiq qanunlar qəbul edilib. Düşünürük ki, uşaqların müdafiəsinə yönəlmiş konkret sosial layihələr həyata keçirilməlidir. Bu layihələri bir neçə istiqamətdə daha ciddi şəkildə yerinə yetirməyi planlaşdırırıq. Bunun üçün UNİCEF-in ƏƏSMN-lə birgə fəaliyyəti zəruridir. Birinci növbbədə, sağlamlığı məhdud olan, kimsəsiz uşaqların sosial reabilitasiyasının gücləndirilməsi, yetkinlik yaşına çatmayan uşaqların işə cəlb edilməsinin qarşısının alınması istiqamətində ciddi işlər aparılacaq".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
də Azərbaycanda son 6 il
ərzində əlil insanların sayında artım
müşahidə olunduğunu deyir: "Ölkədə əlillik statusu alan şəxslərin
sayı təxminən 61 min nəfər
artıb. Dünya praktikasında ölkə
əhalisinin 10 faizinin
əlil statusu alması normal hesab olunur. Azərbaycanda 2008-ci ildə
286 min insan əlilliyə
görə təqaüd
alırdısa, gələn
ilə proqnozlaşdırılan
rəqəm 346 min nəfər
təşkil edəcək".
Əlillər İttifaqının prezidenti
Davud Rəhimovun fikrincə, 10 il əvvəl əlillərin
sayı 250 min nəfər
təşkil edirdisə,
hazırda bu rəqəm 506 min 127-yə çatıb.
Bu isə ümumi ölkə əhalisinin 5,5 faizini təşkil
edir. Hazırda əlillərdən 202450 nəfəri qadın,
61693 nəfəri uşaqdır.
Onun sözlərinə görə,
dünyada da ümumi tendensiya belədir ki, əhalinin sayı artdıqca əlilliyi olan insanların sayı da paralel
olaraq artır: "Heç kim
deyə bilməz ki, illər keçdikcə əlilliyin
sayında artım olmayacaq və ya fiziki qüsurlu
insanların sayı azalacaq. Bu, normaldır".
Əlilliyi doğuran səbəblərə
gəlincə, ekspertlər
qeyd edirlər ki, xəstəliklərin və qəzaların sayının artması əlillərin də sayının artmasına səbəb olur. Statistik məlumatlara görə, ən çox əlillik dərəcəsi
alanlar əsəb sistemi xəstəliklərindən
əziyyət çəkən,
ruhi davranış pozuntuları olan və anadangəlmə anomaliyaları olan insanlardır. Bundan əlavə,
cəmiyyətdə müəyyən
səbəblərdən yaranan
və yayılan xəstəliklər əlilliyin
yaranmasına səbəb
olur. Yol-qəza hadisələri çoxaldıqca,
eyni zamanda, fiziki qüsurlu insanların da sayı çoxalır.
Bütün bunlar əlilliyin
artma dinamikasına təsir edir.
Əlil Qadınlar Cəmiyyətinin
sədri Məhluqə
Rəhimova əlilliyin
artma səbəblərini
son illərdə əhalinin
maariflənərək öz
hüquqlarını tələb
etməsindən irəli
gəldiyini söyləyir:
"Əlillərin sayının
artmasının ən
böyük səbəbi
onlar arasında maarifləndirmə işlərinin
düzgün aparılması
ilə bağlıdır.
Xüsusilə son dövrlər onlar maariflənərək
öz hüquqlarını
tələb edir və sənədləşmə
işlərini vaxtında
görə bilirlər.
Bundan bir neçə il əvvələ qədər insanlar bilmirdilər ki, hansı hallarda onlara əlillik statusu düşür".
Digər səbəb isə neçə illərdir müharibə şəraitində
yaşamağımızla əlaqədardır:
"20 faiz torpaqlarımız
işğal olunub və baş verənlər orada yaşayan əsəb-sinir
sisteminə də təsir edir. Onların hər biri psixoloji
zədə alıb və hər biri əlildir".
Ekspertlərin fikrincə, əlil kişi və
əlil qadın ailə qurduğu üçün onların
övladları da fiziki qüsurlu olaraq dünyaya gəlir. Bu baxımdan
demək olar ki, ölkəmizdə fiziki imkanları məhdud olan insanlar normal insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Buna görə də əlil öz əlil yoldaşı ilə ünsiyyət qurur və evlənir. Bu da genetik xəstəliklərin yaranmasına
səbəb olur.
Onların fiziki imkanları
məhdud olmayan insanlarla ailə qurması imkansızdır.
Çünki cəmiyyətimizdə əlillər fiziki qüsurlu olduğu üçün onlara inam, etibar yoxdur.
Qüsurlu insanların vaxtında
müayinə olunmaması
nəticəsində xəstəliklər
yayılır və onların sayında çoxalma müşahidə
olunur. Xəstəliyin ana bətnində
aşkarlanıb müayinə
olunması üçün
vaxtlı-vaxtında insanlar
müayinə olunmalıdırlar.
Bu baxımdan əlilliyin çoxalmasının
qarşısını almaq
üçün ilk növbədə
genetik xəstəliklərin
qarşısı alınmalı
və əlilliyi olan şəxslər üçün müayinələr
pulsuz həyata keçirilməlidir.
Əlillərin sayının artma
səbəblərindən biri
olaraq səhiyyənin
səviyyəsinin aşağı,
sosial vəziyyətin
ağır olmasında
və ekoloji tarazlığın pozulması
da göstərilir.
Qeyd edək ki,
son illər ayrı-ayrı
təşkilatlar əlilliyi
olan şəxslərə
dəstək layihələri
həyata keçirirlər.
"Rəvan" Gəncliyə
Dəstək İctimai
Birliyinin həyata keçirdiyi
"Fiziki cəhətdən qüsurlu
gənclərin əmək
fəaliyyətinə dəstək"
layihəsi çərçivəsində
Milli Məclisin Sosial siyasət komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edilərək
real vəziyyət araşdırılıb,
hazırlanmış ilkin
təkliflər dövlət
qurumlarının əməkdaşları
və QHT təmsilçilərinin
iştirakı ilə
keçirilən debatda
müzakirəyə çıxarılıb.
Birlik rəy və tövsiyələri
nəzərə almaqla
fiziki cəhətdən
qüsurlu gənclərin
əmək fəaliyyətinə
dəstək məqsədi
ilə hazırlanan təklifləri Nazirlər
Kabinetinə, Milli Məclisə, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət
Sosial Müdafiə Fonduna ünvanlayıb
("lent.az"). Eyni zamanda bu təkliflərin QHT-lər
tərəfindən dəstəklənməsi
və cəmiyyətə
çatdırılmasının qanunverici orqan və müvafiq dövlət qurumları qərarlar qəbul edərkən bu məsələləri nəzərə
almalarına zəmin yarada biləcəyini nəzərə alaraq, həmin təkliflər əlillər təşkilatlarına
da təqdim edilib.
Təklifə əsasən gənc əlillərin idarə, müəssisə və təşkilatlarda çalışmalarına
şəraitin olması
üçün idarə,
müəssisə və
təşkilatların yerləşdikləri
bina və qurğularla bağlı milli standartın qəbul edilməsi, dövlət qurumlarında
da əlillər üçün iş yerləri ilə bağlı kvota müəyyənləşdirilməsi, dövlət qurumlarında
əlillər üçün
müəyyən kvotalar
üzrə işə
götürülmənin statistikasının
aparılması, əlillərin
kvota üzrə müəyyən olunmuş
iş yerlərinə
qəbul edilməməsinə,
habelə dövlət
büdcəsinə vəsait
köçürülməməsinə görə müəyyən
edilən cərimənin
miqdarının artırılması
qeyd olunub. Bundan başqa, təkliflər sırasında
Əlillər Fondunun yaradılması və bu cərimələrin həmin Fondda yığılaraq əlillərin
sosial-iqtisadi problemlərinin
həllinə sərf
olunması, müvafiq
icra hakimiyyəti orqanlarının əlillərin
əməyindən istifadə
üçün ixtisaslaşdırılmış
iş yerlərinin yeni respublika standartlarını hazırlaması,
"Təhsil haqqında"
qanunda əlillərin
təhsil hüquqları
ilə bağlı məsələlərin təkmilləşdirilməsi,
gənc əlillərin
İKT istiqaməti üzrə
orta ixtisas təhsili müəssisələrinə,
peşə məktəblərinə,
o cümlədən yeni
yaradılacaq İnformasiya
Texnologiyaları Universitetinə
güzəştli qəbuluna
şərait yaradılması,
İKT üzrə bilik
və hazırlıq səviyyələrinin yüksəldilməsi
üçün təkmilləşdirmə
kurslarına cəlb edilməsi, mobil rabitə şirkətlərinin
gənc əlillərin
işə qəbulunda
maraqlı olması üçün vətəndaş
cəmiyyəti institutları
və KİV tərəfindən
təbliğati işlərin
aparılması da yer alıb. Maarifləndirmənin aparılması,
mərkəzi və yerli icra hakimiyyəti
orqanlarında yaradılan
və yaradılması
nəzərdə tutulan
elektron informasiya resurslarında gənc əlillərin işə
cəlb edilməsi, qəzet köşklərində
gənc əlillərin
çalışmasına şərait
yaradılması, gənc
əlillərin Azərbaycanda
fəaliyyət göstərən
xarici şirkətlərin
sosial layihələrinə
cəlb olunması, əlillərin ictimai nəqliyyatdan (avtobuslar və s.) istifadəsi sahəsindəki mövcud
problemlərin aradan qaldırılması üçün
qanunvericilikdəki tələblərin
sərtləşdirilməsi, avtobus və digər ictimai nəqliyyat vasitələrini
əlillərin rahat istifadəsi üçün
uyğunlaşdırmayan nəqliyyat
şirkətləri üçün
cərimələrin müəyyən
edilməsi də rəy və təkliflərdə qeyd olunub.
Yetim uşaqlara ev
tikiləcək
Azərbaycanda valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş, yaşayış
yeri olmayan uşaqlar üçün
yaşayış binası
tikiləcək. Trend-in məlumatına görə,
bu barədə Nazirlər Kabinetinin
2013-cü ilin yekunları
ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.
Sənəddə
bildirilir ki, Azərbaycanda valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan, uşaq
evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən
olan məzunlar üçün 1 otaqlı
120 mənzillik binanın
tikilməsi üçün
zəruri tədbirlər
görülüb.
Hesabatda qeyd olunub ki, uşaqların internat tipli müəssisələrə daxil
olmasına ciddi nəzarətin təmin edilməsi nəticəsində
34 uşağın belə
müəssisələrə düşməsinin qarşısı
allınıb. Bununla yanaşı,
13 nəfər uşaq
övladlığa verilib,
51 uşaq isə bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə
qaytarılıb.
Rəşid RƏŞAD
Ekspress.-2014.-6 mart.- S.9.