Ən yaxın tarix
İlk və yeganə qadın spiker
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban "Ən yaxın tariximiz"
başlığı altındakı yeni
araşdırmasında arxiv sənədləri
əsasında müasirlərimiz olan
dövlət və ictimai xadimlərimiz
barədə indiyədək bilmədiyimiz məlumatları,
faktları işıq üzünə çıxarır.
İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.
(Azərbaycan Ali Sovetinin 1991-ci il 26 noyabrda keçirilən növbədənkənar sessiyasında Milli Şuranın tərkibi təsdiq edilmişdi. Şura üzvlərinin bir qisminin adlarını ötən yazıda vermişdik. Siyahını davam etdiririk)
NADİROV İ.A.- Hindarx kənd seçki dairəsindən deputat. Ağcabədi rayonu. Azərbaycan Respublikası Kitabxana Kollektorunun direktoru.
NƏCƏFOV N.A. - Beynəlmiləl seçki dairəsindən deputat.Bakı şəhərinin Kirov rayonu. "Azadlıq" qəzetinin redaktoru.
NURİYEV O.Q. -
Oktyabr seçki dairəsindən
deputat.Bakı şəhərinin Oktyabr rayonu. Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini.
RƏHİMZADƏ A.Q. - Tərtər seçki dairəsindən deputat. Azərbaycan Respublikası Ali Sovetinin Kənd təsərrüfatı daimi komissiyasının sədri.
RƏHİMOV
Ə.V. - Sumqayıt-Axundov seçki dairəsindən
deputat. Sumqayıt şəhəri. Azərbaycan
Respublikası EA Xlorüzvüsintez İnstitutunun laboratoriya müdiri.
RƏHİMOV
K.N. - Vədalan seçki dairəsindən
deputat. Masallı rayonu.
"Dirçəliş" jurnalının redaktoru.
RÜSTƏMOV
T.T. - Nügədi seçki dairəsindən
deputat. Quba rayonu. "Xalq qəzeti"nin baş redaktoru.
RÜSTƏMXANLI S.X. - Mehmandarov adına
seçki dairəsindən
deputat. Bakı şəhəri Xətai rayonu. Azərbaycan Respublikası Dövlət
Mətbuat Komitəsinin
sədri.
TİMOŞENKO V.V. - Sumqayıt Beynəlmiləl
seçki dairəsindən
deputat. Sumqayıt şəhəri. Hərbi qulluqçu.
FƏTƏLİYEV
R.M. - Musabəyov seçki
dairəsindən deputat.
Bakı şəhəri Oktyabr rayonu. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
direktoru.
FƏTTAYEV M.M. - Sumqayıt-
Corat seçki dairəsindən deputat. Sumqayıt şəhəri. V.İbrahim
adına 35 nömrəli Sumqayıt şəhər orta məktəbinin müəllimi.
HACIYEV A.M. - Aşağı
Tala seçki dairəsindən deputat. Zaqatala rayonu. Zaqatala yerli radio verilişləri
redaksiyasının redaktoru.
HACIKƏRİMOV
Ş.Q. - Şıxlinski seçki
dairəsindən deputat.
Bakı şəhəri Xətai rayonu. Azərbaycan Respublikası Milli
Təhlükəzlik Nazirliyinin
Xətai rayon şöbəsinin
rəisi.
HƏSƏNOVA M.D. - Siyəzən seçki dairəsindən deputat. Siyəzən rayonu. Zarat kənd
orta məktəbinin direktoru.
HÜSEYNOV Ş.B. - Gəncə-Lenin seçki
dairəsindən deputat.
Gəncə şəhərinin Kəpəz rayonu. Gəncə dəmiryol xəstəxanasının
baş həkimi.
CƏLİLOV A.O. - Sədərək seçki
dairəsindən deputat.
Naxçıvan Muxtar Respublikasının
Sədərək rayonu.
Azərbaycan Respublikası Ali Sovetinin Milli siyasət və millətlərarası məsələlər
daimi komissiyasının
sədri.
CƏLİLOV F.A. - Üçüncü
Kirov seçki dairəsindən
deputat. Bakı şəhərinin Kirov rayonu. M.Ə.Rəsulzadə
adına BDU-nun dosenti.
ŞİRİNOV
İ.Ə. - Puta seçki
dairəsindən deputat.
Bakı şəhəri Qaradağ
rayonu. Beyləqan rayonunun prokuroru.
ŞIXLİNSKİ
(ŞIXLI) İ.Q. - Qazax seçki
dairəsindən deputat.
Qazax rayonu. Azərbaycanın xalq yazıçısı.
***
1991-ci il noyabr ayının 29-da Milli Şuranın ilk iclası
keçirilir. İclasda prezident
Ayaz Mütəllibovun
Moskva danışıqları
barədə prezidentin
müşaviri Rasim Musabəyovun məlumatı
dinlənilir. İki saatdan
artıq davam edən məruzə deputatları heç də razı salmır.
Milli Şuranın 1991-ci il dekabrın 5-də keçirilən ikinci iclasında Azərbaycan Respublikasının dövlət
müstəqilliyi məsələsi
üzrə referendum keçirilməsi
məsələsinə baxılmışdı.
Günün ikinci yarısı
iclasa sədrlik edən Ziyad Səmədzadə Milli Şuranın işinin təşkili ilə əlaqədar prezidentlə
görüşdüyünü bildirmişdi. O, Ayaz Mütəllibovun sözlərini
Şura üzvlərinə
çatdırmışdır ki, Milli Şura
üçün hər
cür şərait yaradılacaqqdır. Onlara hökumət
telefonu veriləcək,
xidməti maşınla
təmin olunacaqlar.
Rayonlardan gələn Şura
üzvləri üçün
"İnturist" mehmanxanasında
yer ayrılacaqdır.
Sonra Tamerlan Qarayev
Milli Şuranın konsepsiyası, onun müxtəlif istiqamətlər
üzrə yaradılacaq
komissiyalarının işi
və digər məsələlərdən ətraflı
danışmışdır. Milli Şura üzvləri qərara gəlmişlər
ki, hamı bir-birinə "bəy"
və "xanım"
sözlərilə müraciət
etsin.
1991-ci il dekabrın 6-da Milli Şuranın iclasında noyabrın 20-də
vertolyot qəzası ilə əlaqədar Tamerlan Qarayev çıxış etmiş
və suallara cavab vermişdir. Deputat Mirmahmud Fəttayev iradını T.Qarayevə bu sözlərlə bildirmişdir:
"Məsələyə
müdaxilə etməyiniz
düzgün deyil.
Nəzərə almalısınız ki, bu məsələlərdə
sizin adınız hallanır, həmin hadisələrin hamısı
sizin adınızın
əhatəsindədir".
Deputat M.Mütəllimov çıxışında
demişdir: "Prezidenti,
baş naziri, Ali Sovetin sədrini çıxmaqla, respublikanın
bütün rəhbərləri
həlak olmuşlar. Bundan artıq faciə ola
bilməz". Bu sözlərdən sonra qızğın mübahisə
düşmüşdür.
Milli Şuranın dekabrın
9-da keçirilən iclasında
yenə də yetərsay olmamışdır.
Deputat M.Mütəllimov demişdir
ki, respublikanın rəhbərliyi bilə-bilə
Milli Şuranın işini pozur. Belə olmasaydı, eyni vaxda bir neçə
qrup deputat xaricə göndərilməzdi.
Deputatların ezamiyyət məsələsi
Milli Şura ilə razılaşdırılmalıdır.
Mili Şuranın dekabrın
13-də başlanan iclası
Şuşa icra hakimiyyəti başçısının həlak
olması ilə əlaqədar bir dəqiqəlik sükutdan
sonra davam etmişdir. Gündəliyin
təsdiqi ilə əlaqədar müzakirələrdə
deputat R.İsmayılov
iclasın sədri Tamerlan Qarayevə üzünü tutaraq demişdir: "Biz işləyirik,
gücümüz çatanı
edirik, Nazirlər Sovetində isə bizi lağa qoyurlar, etirazımı bildirirəm".
Deputat İsmayıl Şıxlı
bildirmişdir ki, Nazirlər Sovetinin həmin yığıncağında
iştirak etmişdir.
Baş nazir öz iqtisadi
konsepsiyası haqda məruzə etdi. Yığıncaqda mənə verilən
sualların müəyyən
qismi hücum və istehza səciyyəsi daşıyırdı.
Deputat Sabir Rüstəmxanlı
qeyd etmişdir ki, televiziya və mətbuat açıq-aşkar Milli
Şuranın işinə
hörmətsizlik və
təxribat edir.
Milli Şuranın dekabrın
16-da keçirilən iclası
başlayan kimi sədrlik edən Tamerlan Qarayev elan etmişdir ki, yenə də
yetərsay yoxdur.
Buna görə də deputatlar müxtəlif mövzularda
danışmaqla kifayətlənmişlər.
Milli Şuranın dekabrın
19-dakı iclasında Milli
Təhlükəsizlik Nazirliyinin
nümayəndəsi ilə
deputatların sual-cavab
görüşü təşkil
edilmişdir. Sonra Milli
Şuranın daimi komissiyalarının tərkibi
barədə fikir mübadiləsi olmuşdur.
İclasda yetərsay yarananda
"Ermənistandakı daimi
yaşayış yerlərini
tərk edərək Azərbaycan Respublikasında
yerləşdirilmiş vətəndaşlar
arasında rəy sorğusu keçirilməsi
haqqında" məsələyə
baxılmışdır. 1992-ci ilin yanvarında keçiriləcəyi nəzərdə
tutulmuş rəy soğusunun mətni deputatlar tərəfindən
yekdilliklə təsdiq
edilmişdir:
"AZƏRBAYCANLILARA TAM
MUXTARİYYƏT VERİLMƏSİ ŞƏRTİLƏ,
ZORLA QOVULDUĞUNUZ YAŞAYIŞ YERİNƏ QAYITMAĞA RAZI
OLARDINIZMI? "HƏ",
"YOX"?"
Milli Şuranın dekabrın
21-dəki iclasına Ziyad
Səmədzadə sədrlik
etmişdir. İclasda dövlətlərarası
münasibətlər müzakirə
olunmuşdur. Azərbaycanr
Respublikasının Müstəqil
Dövlətlər Birliyinə
daxil olub-olmaması barədə aşağıdakı
qərar layihəsi qəbul edilmişdir:
1. AZƏRBAYCARN
RESPUBLİKASININ MDB-YƏ QOŞULMASI İNDİKİ
ŞƏRAİTDƏ MƏQSƏDƏUYĞUN SAYILMASIN.
2. AZƏRBAYCAN
RESPUBLİKASINDA YERLƏŞƏN SOVET HƏRBİ
HİSSƏLƏRİNİN STATUSU AZƏRBAYCAN
KONSTİTUSİYASINA, MİLLİ ŞURA QƏRARLARINA VƏ
PREZİDENT FƏRMANINA UYĞUN
DƏQİQLƏŞDİRİLSİN. BU
HİSSƏLƏRİN QISA MÜDDƏTDƏ AZƏRBAYCANDAN
ÇIXARILMASI MƏQSƏDİLƏ MÜVAFİQ
RAZILAŞDIRMA ƏLDƏ ETMƏK AZƏRBAYCAN
PREZİDENTİNƏ HƏVALƏ EDİLSİN.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının sədri Elmira Qafarova müalicədən qayıtdıqdan
sonra 1991-ci il
dekabrın 25-də Milli
Şuranın iclasını
apardı. Ancaq yenə də
izlasa başlamaq üçün yetərsay
olmadı.
Elmira Qafarova çoxlarının gözləmədiyi
bir təklif verdi":Ali Sovetin işçiləri
deputatları bir-bir evlərindən iclas zalına gətirsinlər.
Buna qədər gündəlikdəki "Əlifba
islahatı haqqında"
məsələyə baxılsın.
Bu haqda deputat
Firudin Cəlilovun məruzəsini dinləyək".
Firudin Cəlilovun "Azərbaycan
əlifbasının latın
qrafikasına keçirilməsi
barədə" məruzəsi
bitər-bitməz evlərindən
maşınla Ali Sovetə
gətirilən deputatların
hesabına zalda yetərsay yarandı.
Məruzəçi qərar
layihəsi ilə deputatları tanış
etdi. Səs çoxluğu ilə
"Latın əlifbasına
keçmək haqqında"
Qanun qəbul edildi.
Sonra Elmira Qafarovanın təklifi ilə 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi
günü elan edilməsinə dair Qanun da yekdilliklə
qəbul olundu.
Milli Şuranın dekabrın
31-dəki iclasında Enlmira
Qafarova deputatlara bildirdi ki, iclasda
qonaqlarımız - Türkiyənin
görkəmli ictimai xadimləri Cəmil Ünal, Əhməd Qaraca və Fəxrəndin bəy iştirak edirlər.
Elmira xanım deputatlar adından hörmətli qonaqları
salamladı. Eləcə də,
Dünya azərbaycanlılarının
həmrəyliyi günü
münasibətilə hamını
təbrik etdi.
İclasda yetərsay olduğundan həmin gün Milli Şura bazar iqtisadiyyatı, pul islahatı və özəlləşdirmə
haqqında Azərbaycan
hökumətinin konsepsiyasını
Nazirlər Kabineti üzvlərinin iştirakı
ilə müzakirə
etdi..."
(ardı var)
Teyyub QURBAN
Ekspress.-2014.- 29-31
mart.-S.15.