Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Cümhuriyyət
tələbələrinin andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
"...Ertəsi günü mehriban və qonaqpərvər Saloğluların yanında idim. Kənddə yeni tikilib istifadəyə verilmiş məktəbdə müəllimlər və yuxarı sinif şagirdlərinə həmkəndliləri Mustafa Mustafayevin keçdiyi həyat yolu barədə məlumat verdim:
- Sizin həmyerliniz Mustafa Molla Hacırəhim oğlu Mustafayev Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, öz arzusu ilə təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Fransaya göndərilmişdir. O, Tuluza instititunda təhsil almışdır. Tələbəlik illərində Mustafa Mustafayev Fransanın məşhur "Reno" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçmiş, İnstitutu bitirdikdən sonra "Reno" şirkətində mühəndis işləmiş və elə o zaman fransız xanımı ilə evlənmişdir.
Kamil mütəxəssis 1927-ci ildə Azərbaycana qayıtmış, mühəndis-energetik kimi 10 il müddətində elektrik stansiyalarının və eləcə də Bakı tramvay xəttinin salınmasında çalışmışdır. 1937-ci ildə repressiyaya məruz qalmışdır. Həmin il SSRİ Xalq Daxili İşlər Komissarının 30 iyul tarixli (N 0044) qərarı əsasında Azərbaycandan didərgin salınmışdır. İkinci dünya müharibəsi başlayanda Mustafa Mustafayev Şimali Qazaxıstanda, fransız arvadı isə Özbəkistanın Səmərqənd şəhərində sürgündə idilər. Bəraət aldıqdan sonra Mustafa Mustafayev Bakı Dövlət Universitetində və Sənaye İnstitutunda riyaziyyat və fransız dili fənlərindən dərs demişdir.
Çıxışımın sonunda suallara cavab verdim. Cümhuriyyət
tələbəsi Mustafa Mustafayevə
aid arxiv sənədlərinin
surətini məktəbə
hədiyyə etdim.
Şöbə müdiri T. Qurban".
MÜƏLLİFİN
ŞƏXSİ ARXİVİNDƏN:
"Xalq Təhsili Muzeyinin direktoru Lalə xanım Bayramovaya
Sizin 7 iyul 2006-cı il
tarixli 27 N-li əmrinizə əsasən
bu il iyul
ayının 10-dan 14-dək Göyçay rayonunda ezamiyyətdə oldum. Rayon Təhsil şöbəsinin
müdiri Asif Nəbiyevlə görüşdüm
və məktubunuzu ona təqdim etdim. O bildirdi ki, şöbəmizin metodika kabinetinin müdiri Yasin Əbdürrəhmanov vaxtilə
muzeyinizdə dəfələrlə
olmuşdur. O vaxtlar muzeyinizin direktoru olmuş rəhmətlik Tahirə xanım bizə çox böyük metodiki köməklik göstərmişdir.
Sonra o, muzeyimizlə müqaviləni
həvəslə imzaladı.
Azərbaycan Cümhuriyyəti hökuməti
tərəfindən ali təhsil almağa xarici ölkələrə göndərilmiş
tələbələrin arxiv
sənədləri ilə
maraqla tanış olan Asif müəllim
dedi ki, 100 nəfərdən birisinin
Bərgüşaddan olduğunu
təsəvvürünə gətirməzdi. Ancaq Bərgüşad kəndi indi Ucar rayonu ərazisi
bölgüsünə mənsubdur.
Nə fərqi var, Göyçay olmasın, Ucar olsun, Bərgüşad
həmən Bərgüşaddır.
Asif müəllim məni
xidməti maşınıyla
Ucara yola saldı. Bir azdan rayonun təhsil şöbəsinin
müdiri Fuad İsrafilovun kabinetində
idim. Rayon mərkəzindən 35 kilometr
uzaqlıqda yerləşən
Bərgüşad kəndi
Şirvan torpağının
ən qədim yaşayış məskənlərindəndir.
Hazırda burada iki orta, bir doqquzillik
məktəb vardır.
Səfərimdə məni müşayiət
edən Pərviz Xəlilov şəhər
orta məktəbinin direktorudur, doğulduğu
Bərgüşad kəndinin
tarixini mükəmməl
bilir, adamlarını
yaxından tanıyır.
Pərviz müəllim
məni Bərgüşadın
ən yaşlı ağsaqqalı, uzun illər kolxoz sədri işləmiş
Aydın Məmmədov
ilə tanış
etdi. Mən ona arxiv sənədlərini göstərərək
məlumat verdim ki, Səədi Hacı Həsən oğlu 1919-cu ildə Türkiyədə İstanbul
Universitetinin tibb fakültəsinin son kursunda
oxuyarkən maddi çətinlik üzündən
təhsilini yarımçıq
buraxaraq Azərbaycana qayıtmışdır. Bir
neçə aydan sonra isə Azərbaycan Cümhuriyyəti
hökumətinin 1919-cu il 1 sentyabr qərarı ilə yenidən təhsilini başa çatdırmışdır.
Aydın kişi
mənə diqqətlə
qulaq asdı və xəyala daldı. Sonra dedi: "Səədinin nə özündən, nə qohumlarından Bərgüşadda məlumatı
olan yoxdur. Mənə gəldikdəsə, atası
Hacı Həsən ilə yaxındım, sədri olduğum kolxozda çalışırdı.
Qəbrini ziyarət etmək istəhirsinizsə,apara bilərəm".
Üçlükdə kənd qəbiristanlığında
Cümhuriyyət tələbəsinin
atası Hacı Həsənin məzarını
ziyarət etdik.
Şöbə
müdiri Teyyub Qurban
15.07.2006".
ARAYIŞA YAZMADIQLARIM:
Bərgüşaddan
ayrılarkən Aydın
kişi mənə yaxın durub dedi:
"Qulağını
bəri ver, bir söz deyəcəyəm".
Nə desə yaxşıdır?
Pıçıldadı ki, Hacı Həsən mənə bir söz demişdi.
Demişdi ki, Səədi
oğlum 1917-ci ildə
Rəsulzadə ilə
görüşübdür. Mən, əlbəttə, onun dediyinə inanmadım.
Axı
1917-ci ildə Bərgüşadlı
balası Məhəmməd
Əmin ilə necə və harada görüışə
bilərdi?
Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Tarix Arxivində Səədi Hacı Həsən oğlunun sənədlərini
bir daha birbəbir çevirdim.
Buradakı əksi əlifba
ilə yazılmış
vərəqi oxuya bilmədiyim üçün
surətini çıxarmamışdım.
Səhvimi düzəltdim. Və Səədinin 1917-ci ildə
həqiqətən M.Ə.Rəsulzadə
ilə görüşməsi
düz çıxdı.
Aydın oldu ki, 1919-cu ildə Azəbaycan Cümhuriyyəti
maarif və dini etiqad naziri
Nurməmməd Şahsuvarova
Türkiyədən ünvanlanmış
məktublar arasında
İstambul Darülfünunu
Tibb fakultəsinin son kurs tələbəsi Səədi Hacı Həsən oğlunun dəst-xətti ilə yazdığı ərizəsi
də var. Tanış
olun:
"Əfəndim
həzrətləri!
Mən Bakı vilayətinin
Göyçay uyezdinin
Bərgüşad kəndindən
olub, indiyə qədər İstambulda təhsil alıram. Bu günə kimi
bütün ləvazimatım
və hətta aylıq ehtiyaclarım
"Türk ocağı"
cəmiyyətləri tərəfindən
ödənilmişdir. İndi isə haqqında söhbət gedən cəmiyyətlərin müavinət
imkanı qalmadığı
üçün mənim
də təhsil aldığım Darüfünunun
Tibb fakültəsində
qalmağım mümkün
olmayacaqdır. Bu barədə İstambulda Azərbaycan konsulluğuna
da müraciət etmişəm. Xahişim
budur ki, hökumət mənim tibb fakültəsində
son kursda oxuduğumu və diplom almağıma çox az bir zaman qaldığını
nəzərə alsın.
Əgər Azərbaycan hökuməti
mənə bir qədər nəqd müavinət ayırarsa,
mən də öz növbəmdə söz verirəm ki, darülfünunu bitirər-bitirməz hökumətin
göstərdiyi istənilən
yerdə həkimlik vəzifəmi yerinə yetirərəm. Keçən
il keçirilən
böyük sülh konfransına Azərbaycan hökuməti tərəfindən
göndərilmiş Rəsulzadə
bəyin yanında xidmət göstərdim. Vəziyyətim barədə onu
da xəbərdar etdim.
İstambul Darülfünunu Tibb fakültəsinin son kurs tələbəsi
(1112 nömrəli) Səədi
Hacı Həsən oğlu".
Cümhuriyyət tələbəsinin xahişi hökumət səviyyəsində yerinə
yetirilmişdir. 1920-ci ilin fevralınadək ona üç min frank məbləğində xərclik
göndərilmişdir. Beləliklə də, Səədi Hacı Həsən oğlu İstambul Darüfünunu Tibb fakültəsini bitirərək
diplom almışdır.
1925-ci ilədək İstambulda yaşamış
həkim və ictimai xadimin fəaliyyəti gələcək
tədqiqatçılar tərəfindən
yəqin ki, öyrəniləcəkdir. O zaman Səədi-Rəsulzadə
münasibətlərinə də aydınlıq gətiriləcəkdir.
"Ey
gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının
sədri
(ardı
var)
Teyyub QURBAN
Ekspress.-2014.- 3-5
may.-S. 15.