"Bütün kartlarımı açıq
oynayıram..."
Aslan Şirin: "Ən
ağır haqsızlıqlara qarşı belə susa bilirəm"
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Aslan Şirinin "milli.az"a
müsahibəsi
- Necə oldu ki, aktyor oldunuz?
- Mən lap kiçik yaşlarımdan
incəsənətə meylli
olmuşam. Orta məktəbdə oxuyarkən teatr dərnəklərinin üzvü
olmuşam. Orta məktəbi
bitirəndən sonra Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinə daxil oldum. Oxuya-oxuya Azərbaycan Dövlət
Televiziyasında verilişlər
aparmağa başladım.
Universiteti bitirdikdən sonra
bir şans yarandı, məni təyinatla Musiqli Komediya Teatrına göndərdilər. Lakin oranı
isətmirdim. O vaxt
oranın rəhbəri
rəhmətlik Hacıbaba
Bağırov idi. O məni qəbul etdi. Lakin mən təyinatımı
onun otağında cırdım. Çünki Akademik Milli Dram Tetrında işləmək
istəyirdim. Zaman elə
gətirdi ki, 1997-ci ildə bura işə qəbul olundum və o vaxtdan bu günə
qədər fəaliyyətimi
davam etdirirəm.
- Aktyorluqdan savayı əlinizdən daha nə gəlir?
- Mən müğənni kimi də faəliyyət göstərmişəm. Müxtəlif illərdə müxtəlif
konsert proqramları ilə çıxışlarım
olub. Hətta evdə həmin
proqramların afişaları
indi də qalır.
- Bəs nə üçün müğənnilik fəaliyyətinizi
davam etdirmədiniz?
- Çünki
iki işi bir arada aparmaq
mənim üçün
çox çətin
idi. Ona görə də
qərar verməli idim. Nəticə etibarilə aktyor
olmaq qərarına gəldim.
- Sizi bir çox tamaşalarda komik rollarda görürük. Sizə dram daha yaxındır, yoxsa komediya?
- Mən dram və kino aktyorluğu
fakültəsini bitirdiyim
üçün dram daha
yaxındır. Lakin mənim
üçün rolun
necəliyinin əhəmiyyəti
yoxdur. Əslində, mənə həvalə
olunan bütün rolların arasında heç bir bağlılıq olmur.
Fərqli-fərqli obrazlar canlandırmışam.
Onu da deyim ki,
bütün rejissorlar
mənimlə işləyib.
- Tamaşaların
bir çoxunda siz türk dilində
danışan obrazları
canlandırırsınız. Bu nədən irəli
gəlir?
- Mən uzun illər Türkiyədə işləmişəm.
Təsəvvür edin ki, hər yay mən
Antalyaya gedib orada gecələr konsert proqramında çıxış edirdim.
Dili gözəl bilməyim orada tez-tez olmağımdan
qaynaqlanır.
- Ailəlisiniz?
- Bəli, bir qızım var.
- Artıq orta yaşdasınız. Səhnədə ağır rollar
oynamaq, müxtəlif
plastikalar göstərmək
və s. sizin üçün çətin
olmur?
- Düzdür,
artıq 45 yaşım
var. Amma fiziki baxımdan və xarici görünüşüm
mənə ağır
rollar oynamağa imkan verir. Tərif üçün
demirəm, mənim yaşımda mən oynadığım rolları
hər aktyor oynaya bilmir.
- Aktyor sənətinin mənfi tərəfini görə
bilirsiniz?
- Aktyorluq çox gözəl və məsuliyyətli sənətdir. Müsbət cəhətləri göz qabağındadır.
Lakin tamaşaçı üçün
görünməyən tərəfi
isə budur ki, həddindən artıq çətin və əziyyətli peşədir.
- Sizin üçün artıq nə gecdir?
- Vaxtında oynaya bilmədiyim rolları indi oynamaq mənim üçün artıq gecdir. Əslində, oynayaram. Çətinlikdən qorxmuram. Lakin mən özümü
o rollarda görmürəm.
Düzdür, indinin özündə
də mənə müxtəlif xarici film şirkətlərindən təkliflər
gəlir. Onlar mənim
xarici görünüşümə
baxıb inanmırlar,
ancaq həqiqəti biləndən sonra mənə 22 yaşında
gənc oğlan roluna çəkilməyi
və s. təklif edirlər.
- Bəs xüsusi arzuladığınız
bir rol var?
- Mən heç vaxt rol arzusunda olmamışam.
Obrazın mənim üçün
fərqi yoxdur. Mənə həvalə olunan bütün rolların öhdəsindən maksimum
dərəcədə gəlməyə
çalışıram.
- Serillara tez-tez dəvət alırsınız?
- Bəli, dəvətlər alıram.
Artıq
bir ilə yaxındır ki, serialdayam. Lakin onlarla imzaladığım
müqaviləyə əsasən,
başqa seriallarda çəkilə bilmərəm.
- Təbiətcə
necə insansınız?
- Mən təbiətcə çox
sakitəm. Hətta mənə qarşı olunan ən ağır haqsızlıqlara
qarşı belə susa bilirəm.
Mən susmağımla göstərirəm
ki, onların böyük gördükləri,
əslində, mənim
üçün çox
cılız və əhəmiyyətsizdir.
- Deməli, kifayət qədər haqsızlıqla rastlaşmısınız...
- Bəli, saysız-hesabsız haqsızlıqlarla
üzləşmişəm. Lakin mən bütün kartlarımı açıq
oynayıram. Ona görə
də gec-tez ədalət öz yerini tapır.
- Sizinlə bağlı hansı yeniliklər gözlənilir?
- Yeni tamaşalar üzərində məşqlər
gedir. İnşallah,
yaxın zamanlarda təhvil veriləcək.
Bundan başqa da yeniliklər var, lakin bunları hələ sirr
kimi saxlayıram (gülür).
Ekspress.-2014.- 3-5 may.-S.20.