Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Maarif naziri Nurməmməd Şahsuvarovun Cümhuriyyət tələbəsi Əlihüseyn Hüseynova verdiyi şəhadətnamə

 

Cümhuriyyət tələbələrinin andı

       "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

 

       Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   

   Ertəsi günü, günəşli may səhərində ana Kürün seyrangahına çıxdıq. Salyan şəhərinin tarixi yerlərinə baş çəkdik.

   Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Adilə xanım Cəfərova bizi muzeyin nadir eksponatları ilə tanış etdi. Axırda mən Adilə xanıma hədiyyəmi təqdim etdim, Salyandan olan üç nəfər Cümhuriyyət tələbəsinin arxiv sənədlərinin surəti muzeyin ekspoziyasına əlavə olundu.

   Əlimizdə təzə-tər çiçəklər şəhər qəbiristanlığına tərəf yönəldik. Cümhuriyyət tələbəsi Əlihüseyn Ağahüseyn oğlu Hüseynovunonun yaxın qohumlarının məzarlarını ziyarət etdik.

   Taleyin acısına bax: Əlihüseyn 21 yaşında atası Ağahüsen və anası Püstəxanımın xeyir-duası ilə Salyandan ayrılmış, 1919-cu ildə Almaniyanın Rostok Universitetinə qəbul olunmuşdur. Fəqət ağır xəstəliyə düçar olduğundan təhsilini davam etdirə bilməmişdir. Azərbaycana dönərək Salyana gəlmiş, ana Kürün seyrinə dalaraq dərindən köks ötürmüşiyirmi beş yaşında əbədiyyətə qovuşmuşdur.

   May ayının 25-də Yəhya müəllimlə birlikdə Salyandakı 6 saylı orta məktəbin qonağı idik. Məktəbin direktoru Nadir Rüstəmov tədqiqatçı-pedaqoqdur. Onunla Bakıda "Şirvannəşr"də tanış olmuşdum. Nadir müəllim zala toplaşanlara Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən xarici ölkələrə ali təhsil almağa göndərilmiş 100 nəfərdən üçünün Salyandan olduğu barədə məlumat verdi. Yəhya müəllim şəhər qəbiristanlığında Cümhuriyyət tələbəsi Əlihüseyn Hüseynovun qəbrini ziyarət etdiyimizdən söhbət açdı. Mən isə arxiv sənədlərini nümayiş etdirə-etdirə danışdım: "1911-ci il may ayının 17-də Zaqafqaziya Şiə Ruhani İdarəsi tərəfindən verilmiş doğum şəhadlətməsinin surətində deyilir ki, Əlihüseyn Hüseynov 1898-ci ildə Bakı quberniyasının Cavad qəzasının Salyan qəsəbəsində doğulmuşdur. Doğulduğu aygün məlum deyildir. Atası Ağahüseyn Hacıhüseyn oğlu, anası Püstəxanım Məşədi Mehdi qızıdır. Ağahüsen kişi və Püstəxanım ana Salyan torpağına beş oğul bəxş etmişlər: Əlihüseyn (ilkbeşik.1898-ci il), Gülhüseyn ( 1900-cü il), Xanhüseyn ( 1905-ci il), Məmmədhüseyn (1910-cu il) və Aslan (1916-cı il).

   İlkbeşik - Cümhuriyyət tələbəsi Əlihüseyn barəsində Azərbaycan Dövlət Tarix Arxivində araşdırdığım bəzi sənədlərlə tanış olun.

   1919-cu il may ayının 23-də Lənkəran Kişi Gimnaziyası tərəfindən verilmiş şəhadətnamədə göstərilir ki, Əlihüseyn Ağahüseyn oğlu Hüseynov 1912-ci il avqustun 14-də Lənkəran Kişi Gimnaziyasına qəbul olunmuş və 1919-cu il may ayının 18-də gimnaziyanı aşağıda göstərilən qiymətlərlə bitirmişdir:

   İlahiyyat - əla

   Rus dili - yaxşı

   Latın dili  yaxşı

   Riyaziyyat  yaxşı

   Fizika - yaxşı

   Coğrafiya  yaxşı

   Tarix  yaxşı

   Fransız dili  yaxşı

   Alman dili - yaxşı

   Fəlsəfə yaxşı

   Qanunşünaslıq  yaxşı

   Türk dili - əla .

   

   İlahiyyatdan ana dilimiz türk dilindən əla, latın, fransız, alman dillərindən yaxşı qiymət alan salyanlı gənc, əlbəttə ki, Avropanın hər hansı qabaqcıl ali məktəbində təhsilini başa çatdıra bilərdi...

   ***

   Azərbaycan Cümhuriyyətinin ildönümü ərəfəsində -2006-cı il may ayının 27-də Yəhya müəllimlə birlikdə Salyandan olan daha bir Cümhuriyyət tələbəsinin - 1925-ci ildə Paris Universitetinin Tibb fakültəsini bitirmiş Zeynalabdinbəy Adilbəy oğlu Hüseynbəyovun qohumlarının sorağına düşdük. Şəhərdən aralanaraq, Cümhuriyyət tələbəsinin doğulduğu Ərəbqardaşbəyli kəndinə yol alanda Kür üstündəki həyətlərdən birinin qarşısında Yəhya müəllim maşını əylətdirdi:

   - Gülməmməd dayı bu evdə yaşayır, - dedi. - doxsan üçü haqlayıb. Hüseynbəyovlar nəslinə yaxşı bələddir.

   Yaşına görə qıvraq görünən Gülməmməd kişi məqsədimizdən hali olan kimi bildirdi ki, süftəsi o rəhmətlik doktorun əmisi nəvəsi Arifə Salahovanı görmək lazımdır.

 

   Elə də etdik. Yarım saat keçməmiş Ərəbqardaşbəylinin yamyaşıl həyətli evlərindən birinin açıq darvasından içəri keçdik. Bizi Arifə ana, oğulları, gəlinləri, nəvə və nəticələri gülərüzlə salamladılar. Ürəyim dağa döndü. Elə bil ki, dünyaya göz açdığım Bülbülədə qədim həyətimizdə nənəm, anam, bacılarım və həyət uşaqlarının arasına düşmüşəm.

   Həyətə göz gəzdirdim. Yuxarı başdakı köhnə bir tikili nəzərimi cəlb etdi. Sən demə, bir əsr öncə Zeynalabdinbəy bu daxmada dünyaya gəlibmiş. İndi bura nəvə-nəticələrin dərs otağıdır.

   Həyəti dolaşıb geri qayıdanda artıq samovara od düşmüşdü. Açıq havada süfrə başında Hüseynbəyovlarla yanaşı qonum-qonşular da əyləşmişdilər. Yəhya müəllim bu qeyri-adi toplantıya işarə edərək üzündə təbəssüm mənə baxdı:

   - 28 May sabahdır, bugün Ərəbqardaşbəylidə bayramaxşamıdır!

   "Bayramaxşamı"nın yubilyarı Zeynalabdinbəy idi. Yeməkdən sonra onun barəsindəki sənədlərlə həmkəndlilərini tanış etdim. Dedim ki, bu sənədlərdə göstərildiyi kimi, Zeynalabdinbəy ibtidai təhsilini Ərəbqardaşbəylidə almış, 1918-ci ildə Lənkəran realnı gimnaziyasını əla qiymətlərlə bitirmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə dövlət hesabına Fransaya ali təhsil almağa göndərilmişdir. 1920-ci ilin may ayınadək Azərbaycan dövlətinin vəsaiti hesabına Paris Dövlət Universitetinin tibb fakültəsinin uşaq xəstəlikləri şöbəsində təhsil almışdır.

   Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Cümhuriyyət tələbələrinin təqaüdü kəsiləndə Zeynalabdinbəy axşamlar dəmir yolunda fəhləlik etməklə təhsil haqqını ödəmişdir. Elə bu zaman iyirmi yaşlı salyanlı gəncin ürəyinə məhəbbət odu düşür.

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

  

(ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2014.- 24-26 may.- S.15.