Əlillər cəmiyyətin
tamhüquqlu üzvünə çevriləcək
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycanda BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyada əksini tapan müddəaların həyata keçirilməsi məqsədilə "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı"nın layihəsi hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan və 2014-2018-ci illəri əhatə edəcək sənəd dövlət və qeyri-hökumət təşkilatları ilə birgə müzakirəsi yekunlaşmaq üzrədir.
Milli Fəaliyyət Proqramında əlilliyi olan şəxslərin bir sıra sosial təminatları ilə yanaşı, onların cəmiyyətin tam hüquqlu və bərabər üzvləri kimi ayrı-seçkilikdən müdafiə olunması, məşğulluq imkanlarının genişləndirilməsi, onlara digər insanlarla bərabər şəkildə təhsil almaq və öz intellektual, yaradıcılıq, fiziki potensiallarını reallaşdırmaq imkanının yaradılması, mövcud infrastrukturun həmin şəxslər üçün müəssərliyinin təmin edilməsi və s. kimi məsələlər yer alıb.
Xatırladaq
ki, Azərbaycan Respublikası BMT-nin "Əlilliyi olan
şəxslərin hüquqları haqqında"
Konvensiyasına 2008-ci ilin oktyabrında qoşulub və öz qanunvericiliyini hökmən bu
konvensiyanın tələblərinə
uyğunlaşdırmalıdır. "Əlilliyi olan şəxslərin hüquqlarının
müdafiəsinə dair Milli
Fəaliyyət Proqramı"nın layihəsi BMT-nin Konvensiyasına
uyğunlaşdırılıb. Milli Fəliyyət
Proqramında 9 istiqamət üzrə tədbirlərin
görülməsi nəzərdə tutulur.
Təbii ki, bu tədbirlə proqramın qəbulundan sonra mümkündür. Bəs, proqramda hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
Əlilləri
işə götürənlərə güzəştlər
olacaq
Proqramda ilk növbədə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi planlaşdırılır. Qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Azərbaycanın tərəfdar çıxmadığı beynəlxalq müqavilələrin nəzərdən keçirilməsi, həmin sənədlərə və Yenidən baxılmış Avropa Sosial Xartiyasının 15-ci maddəsinə ölkəmizin qoşulması istiqamətində təkliflər hazırlanmalıdır.
Bundan başqa, əlillərin və 15 yaşı tamam olan sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi məqsədilə işəgötürənlərə vergi və sığorta güzəştlərinin müəyyən olunması barədə təkliflərin hazırlanması, həmçinin əlillərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilən həvəsləndirmə mexanizmlərinin tətbiq edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.
Əlilliyi olan şəxslərin sağlamlığının mühafizəsi və tibbi-sosial reabilitasiyası proqramda ayrıca istiqamət kimi müəyyənləşdirilib. Əlilliyin minumuma endirilməsi üçün erkən aşkarlama və müdaxilə proqramlarının mütəmadi təbliği və tətbiq olunması, əlilliyin səbəbi olan genetik xəstəliklərin öyrənilməsi məqsədi ilə laboratoriyaların yaradılması və əhali arasında sağlam həyat tərzinin təbliğinə yönələn tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Eyni zamanda, əlillərin sağlamlıqlarının davamlı olaraq yaxşılaşdırılması və onlara profilaktik tibbi-sosial reabilitasiya xidmətlərin göstərilməsi məqsədi ilə Bakı şəhərində və regionlarda sağlamlıq sanatoriyalarının, idman sağlamlıq mərkəzlərinin yaradılması, inkişafdan geri qalmış uşaqlara və onların valideynlərinə, yaxın qoxumlarına psixoloci və metodik köməklik göstərilməsi məqsədilə tibb müəssisələrində kabinetlərin yaradılması nəzərdə tutulur.
Reabilitasiya vasitələrinin istehsalı sənayesinin yaradılması üçün təkliflərin hazırlanması, ƏƏSMN-nin strukturuna daxil olmayan və tabeliyində olan sosial xidmət müəssisələrinin ixtisaslaşdırılması barədə müvafiq təkliflərin hazırlanması, Bakıda və respublikanın digər böyük şəhərlərində surdoloci mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün eşitmə qabiliyyəti pozulmuş insanların mimikasını bilən xüsusi işçi heyətinin hazırlanması, Naxçıvan, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Lənkəran şəhərlərində əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların texniki reabilitasiya vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması və s tədbirlər bu qəbildəndir.
Əlillərin sosial müdafiəsi və həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda əlilliyin müəyyən olunması və TSEK-lərın fəaliyyətinin təkmilləşdirilməsi ayrıca istiqamət kimi müəyyənləşdirilib. Əlillərin sosial müdafiəsi məqsədilə dayaq-hərəkət sisteminin pozğunluğu səbəbindən əlilliyi olan şəxslərin sosial-məişət reabilitasiyası üçün müyəssər şəraitə malik yaşayış sahəsi modellərinin hazırlanması, əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, əlillərin sosial müdafiəsi ilə bağlı məsrəflərinin dövlət tərəfindən qarşılanacaq.
Əlillər üçün elektron təhsil
Milli Fəaliyyət Proqramında əlillərin təhsilinin və peşəyönümünün yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Bu sıradan ilk tədbir kimi təhsil müəssisələrində infrastruktur əlillərin sərbəst hərəkətlərinə uyğunlaşdırılacaq, əlillərin təhsilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək, Brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrlar hazırlanacaq və təhsil müəssisələrinə cəlb ediləcək, cest dilinin və alternativ ünsiyyət üsullarının tətbiqi genişləndiriləcək.
Həmçinin əqli və fiziki inkişafı, fərdi istedad və bacarığı nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşaqlar arzu etdikləri yerlərdə inklüziv təhsilə cəlb olunacaq.
Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi üçün ayrıca tədbirlər planlaşdırılır.
Əlillərin məşğulluğunun artırılması mqəsədilə "Əlilliyi olan şəxs xidmətləri" və "Əlilliyi olan şəxslərə icma dəstək" layihələri həyata keçiriləcək. Əhali üçün nəzərdə tutulan əmək yarmarkalarında əlillərin iştirakı təmin olunacaq və lazım gəldikdə ixtisaslaşmış əmək yarmarkalarının keçirilməsinin təşkil ediləcək.
Əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün müvafiq tədbirlərin həyata keçiriləcək, əlillər üçün peşə hazırlığı proqramları hazırlanacaq. Əlillərin İKT vasitələrindən istifadəsinin asanlaşdırılması üçün proqramda bəzi tədbirlər nəzərdə tutulur. İlk növbədə şəhər və rayonlarda informasiya texnologiyaları mərkəzlərinin əlilliyi olan şəxslərə uyğunlaşdırılacaq.
Eşitmə, görmə qabiliyyətinin məhdud olması səbəbindən əlill olan şəxslərin informasiya və kommunikasiya texnologiyalarına qoşulmaları üçün texniki dəstəyin verilməsi, mobil operatorlar vasitəsi ilə onlar üçün xüsusi informasiya məlumat növünün yaradılması nəzərdə tutulur.
Görməyənlərin və zəif görənlərin kompüter və mobil informasiya texnologiyalarından istifadəsi üçün səsli proqramların alınacaq və onların tətbiqi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.
ƏƏSMN-nin "internet" informasiya kommunikasiya şəbəkəsində olan rəsmi saytlar gözdən əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılacaq, onların dövlətin siyasi həyatında iştirakı üçün uyğun şəraitin yaradılacaq.
İnfrastruktur
sistemində əlillər nəzərə alınacaq
İnfrastruktur obyektləri əlillər üçün uyğunlaşdırılacaq. Bu məqsədlə metro stansiyaları əlillərin istifadəsinı uyğunlaşdırılacaq, Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində əhalinin sıx yaşadığı yerlərdəki sərnişin marşrutlarında qaldırıcı liftə malik iri tutumlu nəqliyyat vasitələrindən istifadəsi təmin ediləcək. Bundan başqa, dayaq hərəkət sistemində problemi olan, əlil arabasında hərəkət edən şəxslərin çimərliklərdən sərbəst istifadə etmələri üçün şəraitin yaradılacaq, bankomatların, telefon avtomatların, poçt terminallarının, keçid turniketlərinin, lift, tunel keçidlərinin, eskalator və digər avtomat qurğularının əlillərə uyğunlaşdırılacaq. Həmçinin ictimai binaların qarşısında obyekt və xidmətə dair Brayl qabartma üsulu ilə və ya digər uyğun formatlarda xəritə və məlumatların yerləşdiriləcək.
Əlillərin sosial müdafiəsinin ən vacib tədbirlərindən biri də əlilliyin dərki, əlliyi onların potensialının təbliğ olunması, mədəni həyatda iştirakının, istirahətinin və idman tədbirlərinin təşkilidir. Bunun üçün əlilliyi doğuran səbəblər və əlilliyin qarşısının alınmasının profilaktikası barədə metodiki vəsaitlərin hazırlanması, nəşr edilməsi və maarifləndirici video çarxların çəkilməsi, əlillərin turizm, asudə vaxt və idman fəaliyyətləri ilə bağlı xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi, əlillərin beynəlxalq müsabiqə, seminar və simpoziumlarda iştirakını təmin etmək üçün tədbirlərin görülməsi və s. planlaşdırılır.
Əlillərin hüquqları ilə bağlı məlumatlıq səviyyəsinin yüksəldilməsibu sahədə elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması da nəzərdə tutulan tədbirlərdəndir.
Milli Fəaliyyət Proqramın çərçivəsində sadalanan tədbirlərin həyata keçirilməsindən sonra əlillərlə bağlı dövlət siyasətini müəyyən edən qanunvericilik aktlarının əlillər üçün müyəssərliyi təmin ediləcəck.
Cəmiyyətin bütün sahələrində əlilliyi olan şəxslərə bərabər imkanlar yaradılacaq, onların azad seçim imkanlarının yaradılması və cəmiyyətdə effektiv iştirakı təmin ediləcək, əlilliyi olan şəxslər üçün informasiya mühiti genişləndiriləcək, əlilliyi olan şəxslərlə bağlı mənfi stereotiplərin, yalnış fikir və zərərli hərəkətləri aradan qaldıracaq.
Cəmiyyətdə əlilliyi olan şəxslər haqqında pozitiv təsəvvürlər formalaşacaq, əhalinin yararlandığı digər imkanlara və xidmətlərə müəssərliyin təmin ediləcək.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 28-29
may.- S.9.