Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
1898-ci il avqustun 28-də dünyaya göz açan Əhməd Rəcəblinin 1978-ci ildə 80 illik yubileyi yada düşməmişdi.
1988-ci il martın 1-dəsə "Sovet kəndi" qəzetində Azərbaycan Bağçılıq və Subtropik Bitkilər Elm-İstehsalat Birliyinin baş direktoru, biologiya elmləri namizədi F.Məmmədovla həmin birliyin baş elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Ə.Sadıqovun Əhməd Rəcəbliyə həsr olunmuş "Görkəmli alim" sərlövhəli məqaləsi dərc olunmuşdu.
1992-ci ildə "Xalq qəzeti"nin əməkdaşı Bariz Əsədov "Adamlar və talelər" rubrikası altında ("Xalq qəzeti", 1992ci il 14 fevral) Əhməd Rəcəbliyə həsr olunmuş əhatəli yazısına "Onu unutmaqmı olar?" başlığı qoymuşdu.
Müəllif oçerkində 1992-ci ildə Əhməd Rəcəblini unutmayanların dediklərini olduğu kimi oxuculara çatdırır. Müsahiblərinin hamısı Əhməd Rəcəblinin yetirmələri, Qubada yerləşən Bağçılıq və Subtropik Bitkilər Elm-İstehsalat Birliyinin əməkdaşlarıdır:
Əlibaba Məmmədov, Bağçılıq və Subtropik Bitkilər Elm-İstehsalat Birliyinin baş diektoru, kənd təsərrüfatı elmləri namizədi: - Əhməd Rəcəbli əsl elm fədaisi idi. Təsadüfi deyil ki, yetişdirdiyi şaftalı sortlarından birini "Fədai"adlandırmışdı. Mən onunla bircə dəfə görüşmüşəm, amma yaddaşıma əbədi həkk olunub. 1963-cü il idi, aspiranturaya təzəcə qəbul edilmişdim, metodikanı hazırlayıb professora göstərdim. Faydalı məsləhətlər verdi və bildirdi: "Təcrübəni dağlıq şəraitində aparacaqsınız, sizin yerinizdə olsaydım, qışlıq alma sortlarının əvəzində payızlıq sortlar əkərdim. Belə də etdim və bunun işimə çox köməyi dəydi. Əfsus ki, bu böyük insanla görüşmək bir daha mənə nəsib olmadı.
İrin Jiqarynviç, Birliyin baş direktorunun elm üzrə müavini, biologiya elmlər namizədi: - Əhməd Rəcəbli hərtərəfli inkişaf etmiş, geniş profilli alim idi. Tarixi, coqrafiyanı, ədəbiyyatı yaxşı bilirdi, alman, fransız, ispan, italyan, türk, fars, latın və qədim yunan dillərini mükəmməl öyrənmişdi. Təkcə meyvə bitkiləri və subtropik bitkilərlə məşğul olmurdu, tərəvəz, zeytun, dənli-paxlalı, texniki və digər bitkiləri də tədqiq edirdi. Məşhur rus akademiki N.Vavilovla möhkəm dost idi. Onlar birlikdə dövlət tarla bitkilərinin dövlət sort sınaqlarının əsasını qoymuşdular. Əhməd Rəcəbli ölkədə ilk dəfə qanlı mənənə ilə mübarizənin bioloji metodunu tətbiq etmiş, İtaliyadan bu zərərvericinin yırtıcısı olan afelinusu gətirib artıraraq bağlara buraxmışdı. Azərbaycanda meyvə bitkilərindən yüksək və sabit məhsul almaq üçün bir sıra aqrotexniki tədbirlər hazırlamış, iyirmidən artıq alma, şaftalı, heyva, alça, ərik, armud, habelə buğda, çəltik, yer fındığı sortları yetişdirmiş, onları rayonlaşdırıb geniş yaymışdı. Respublikada tütün və yer fındığı bitkilərinin öyrənilib inkişaf etdirilməsi, Zaqatala zonasında çay yetişdirilməsi onun adı ilə bağlıdır.
Məmmədrəsul Əhmədov, Birliyin aqrokimya və torpaq münbitliyi laboratoriyasının müdiri, kənd təsərrüfatı elmləri namizədi:
- Son dərəcə
mehriban, qayğıkeş
insan idi. Öz sortları əkilmiş bağın gözətçisi
Atamalı kişiyə
tez-tez pulla, pal-paltarla kömək edərdi. Məni elmi-tədqiqat işinə
o həvəsləndirib. Dissertasiyamla əlaqədar evinə gedər, məsləhətlər
alardım. Məni həmişə
doğma balası kimi qarşılayardı.
Biliyini heç kəsdən əsirgəməzdi. Zəhməti batmayıb, yetirmələri
sırasında çoxlu
elmlər doktoru,
professor, akademik, respublika
miqyaslı rəhbər
işçilər vardır.
Ələddin Sadıqov, seleksiya və sortöyrənmə
laboratoriyasının aparıcı
elmi işçisi, kənd təsərrüfatı
elmləri namizədi:
- Əhməd Rəcəblinin seleksiya yolu ilə aldığı
alma sort və formalarının genfondunun
yığılması və
təsərrüfat-bioloji xüsusiyyətlərinin
öyrənilməsi davam
etdirilir. "Pipvahid"
kolxozunda on beş
hektarda onun "Rəcəbli peneti",
"Fəhimə", "Qızıl Şirvan"
alma sortlarından ibarət
bağ salınmışdır.
Hazırda yardımçı
təcrübə təsərrüfatımızda
həmin sortların yeni kolleksiya bağını yaradırıq...
Əsədovun adı çəkilən
məqaləsində göstərildiyi
kimi, Qubada yerləşən Birliyin əməkdaşları unudulmaz
alimin xatirəsini əziz tutur, onun ailəsinə baş çəkirlər. 1992-ci ilin
sonunda Yeni il ərəfəsində
Birliyin əməkdaşlarından
bir qrupu Əhməd Rəcəblinin
ömür-gün həmdəmi
Fəhimə xanımının
yanında olmuşdular.
Fəhimə xanım uzun
illər Bakı Dövlət Universitetinin fizika kafedrasında çalışıb, fizika-
riyaziyyat elmləri namizədidir.
Qeyd edək ki,
1963-cü ildə Əhməd
Rəcəblinin vəfatından
sonra uzun illər onun xatirəsinə biganə münasibətin səbəbləri
barədə mətbuatımızda
ilk dəfə Bariz Əsədov söz açıb.
"Onu unutmaqmı olar" məqaləsində oxuyuruq:
"1954-cü ilin payızı
idi... Sakitcə üz-üzə oturmuşdular. Quda idilər,
lakin birinci dəfə idi görüşürdülər.
Professor ömrünün
hədər getmiş
illərindən danışmaq
istəyir, ancaq bacarmırdı. General onun və ailəsinin başına gətirilənlərdə əli
olduğundan xəcalət
çəkir, dinə
bilmirdi və hər ikisi gələcək haqqında
düşünürdü. Həyatlarının çoxu gedib,
azı qalıb.
Bu qalan müddətdə
necə yaşayacaqlar,
taleləri necə olacaq? Əhməd Rəcəblinin müsibətli
günləri qurtarmışdı,
irəlidə onu sevimli işi, yeni elmi axtarışlar
gözləyirdi. Ağasəlim Atakişiyevin yaman günləri indi başlanırdı. Vəzifədən
götürülmüş, bütün mükafat və rütbələrdən
məhrum edilmişdi,
mühakimə olunmaq qorxusu vardı..."
"Ey gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının
sədri
əvvəli, ardı var
Teyyub QURBAN
Ekspress.-2014.- 15-17
noyabr.- S.15.