Cümhuriyyət tələbələri

 

III fəsil. Tale sorağında

 

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

      Bariz Əsədov "Onu unutmaqmı olar?" sərlövhəli məqaləsində iki qudanın - professor Əhməd Rəcəbli ilə general Ağasəlim Atakişiyevin 1954-cü ilin payızındakı il görüşü barədə belə yazır ki, alimin müsibətli günləri qurtarmışdı, irəlidə onu yeni elmi axtarışlar gözləyirdi, generalın isə yaman günləri indi başlanırdı: vəzifədən götürülmüş, bütün mükafat və rütbələrdən məhrum edilmişdi, mühakimə olunmaq qorxusu vardı.

   "Sükutu Fəhimə xanım pozdu:

   - Çayınızı soyutmayın, söhbət edin. Yüz fikir bir borcu ödəməz, - dedi. Özü nəvəsi Zemfiranı qucağına alıb onların yanında əyləşdi. Qudalar eyni vaxtda əllərini stəkanlara uzatdılar".

   Məqalədə qeyd edilir ki, Əhməd Rəcəbli 1963-cü ildə 65 yaşında, Ağasəlim Atakişiyev isə 1970-ci ildə 67 yaşında vəfat etmişdi. Qudalar eyni qəbiristanlıqda bir-birinin yaxınlığında dəfn olunublar. Uşaqları hər ikisinin xatirəsini əziz tutur, onların mənzillərinin üstündə ikisinin familiyası yazılıb: "Rəcəbli, Atakişiyev".

   1992-ci il yanvarının ilk günü Rəcəbli Atakişiyevdən Moskva mətbuatı yazır. "Literaturnaya qazeta"nın 12-ci səhifəsində qəzetin xüsusi müxbiri Elmira Axundovanın "Məhəbbətin tarixi" başlığı altındakı məqaləsində Ağasəlim Atakişiyevin oğlu Tofiqlə Əhməd Rəcəblinin qızı Xalidə arasındakı ülvi eşqi qələmə alınmışdı. Məncə, Elmira xanımın "Tofiq Xalidə"si indiyədək yazılmamış ən kiçikhəcmli məhəbbət dastanıdır.

   Elmira Axundovanın "Tofiq Xalidə" hekayəti ölməz şairimiz Məmməd Arazın məşhur misrası ilə bitir:

   Dünya mənim, dünya sənin, dünya heç kimin. ..

   "Literaturnaya qazeta"nın xüsusi müxbirinin yazısında Tofiqin Xalidənin valideynləri barədə məlumat verilir.

   Burada oxuyuruq: "Onlar eyni qəbiristanlıqda bir-birinin yaxınlığında uyuyurlar: general Atakişiyev professor Rəcəbli. Onların xatirələrini Tofiq Xalidə eyni anırlar. uşaqlarının ziyarətindən sonra tər güllər məzar daşı üstündə qalır".

   Elmira Axundovanın "Qoy ədalət zəfər çalsın"səciyyəli daha bir məqaləsi xüsusi müxbiri olduğu qəzetin 1992-ci ildəki 20-ci sayında dərc olunub. Böyük Azərbaycan bioloqu aqronomu Əhməd Rəcəblinin xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş çağırış "REZONANS" başlığı ilə verilmişdir: Akademik Rəcəbli niyə unudulmuşdur? Bakıda yaşadığı evə xatirə lövhəsi vurmaq, bir küçəyə, məktəbə, instituta adını vermək olmazmı?

   yaxşı ki, Elmira Axundova Azərbaycan Milli Məclisinin deputatı seçiləndən sonra təkliflərinin həyata keçirilməsinə nail olmuşdur. 1998-ci ildə Əhməd Rəcəblinin anadan olmasının 100 illiyi ərəfəsində vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 106 saylı qərarı ilə Qubadakı Elmi-Tədqiqat Bağçılıq Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilmiş foyedə büstü qoyulmuşdur.

   1992-ci ildə həmçinin Bakıda Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı əsasında Ümumtifaq Lenin Kommunist Gənclər İttifaqının (ÜİLKGİ) 50 illiyi adına küçə Əhməd Rəcəbli adlandırılmışdır.

   Beləliklə , Azərbaycan Cümhuriyyəti tərəfindən xaricə ali təhsil almağa göndərilmiş 100 nəfərdən birisinin adına paytaxtda küçə yaranmışdır.

   Ötən əsrin doxsanıncı illərində indiki yüzilliyin əvvəllərində Əhməd Rəcəbli- general Ağasəlim Atakişiyev münasibətləri tanınmış tədqiqatçı-alim İltifat Əliyarlının elmi fəaliyyətində özünə yer tapmışdır. Azərbaycan polisinin tarixi mövzusunda respublikada ilk dəfə dissertasiya müdafiə etmiş İ.Əliyarlı 2008-ci ildə T.Behbudov ilə müştərək "Azərbaycanın daxili işlər nazirləri" adlı kitab nəşr etmişdir. 535 səhifədən ibarət kitabda Ağasəlim İbrahim oğlu Atakişiyev barəsində geniş məlumat verilir: O, 1903-cü ildə Maştağada dənizçi ailəsində anadan olub. İbtidai təhsilini rus-tatar məktəbində alıb. On beş yaşında Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində əmək fəaliyyətinə başlayıb. Azərbaycan Cümhuriyyəti dövründə Bakı dəmiryolçular məktəbində işləyib. Aprel işğalından sonra, 1920-ci ilin may ayında Bakı Soveti İnzibati Şöbəsində ictimai asayişin mühafizəsi üzrə nəzarətçi vəzifəsində çalışıb. O zaman gələcək general 17 yaşında idi...

   1950-ci il martın 22-də 47 yaşlı general qudası Əhməd Rəcəblinin Moskvanın rəsmi əmrinə əsasən ikinci dəfə sürgün olunmasına dair orderi imzalamışdı.

   1952-ci il sentyabrın 28-də iki tələbə - Dövlət təhlükəsizlik nazirinin müavini general-mayor Ağasəlim Atakişiyevin oğlu Tofiq "xalq düşməni" Əhməd Rəcəblinin qızı Xalidə gizlicə nikah bağlayırlar. Gənc ailəyə tale bir qız uşağı bəxş edir. Hazırda Zemfira Kanadada yaşayır.

   MÜƏLLİFDƏN. Qudalardan biri - Əhməd Rəcəbli digərindən beş il əvvəl dünyaya gəlmiş 65 yaşında dünyasını dəyişmişdir. Ağasəlim Atakişiyev 1970-ci ildə 67 yaşında vəfat etmiş doğulduğu Maştağa kəndində basdırılmışdır. Bəs Əhməd Rəcəblinin qəbri hardadır?

       "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

  əvvəli, ardı var

 

Teyyub QURBAN

  Ekspress.-2014.- 22-24 noyabr.- S.15.