Kimsəsiz uşaqlara dövlət qayğısı

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Birinci Dünya Müharibəsində valideynlərini itirmiş uşaqlara qayğı göstərmək məqsədilə yaradılan qayğı mərkəzlərinin tarixi 1910-cu ilə təsadüf edir. Azərbaycan neft milyonçuları tərəfindən 1910-cu ilin əvvəllərində formalaşan kütləvi qayğı mərkəzlərin əksəriyyəti Azərbaycanda İkinci Dünya Müharibəsi kimi genişmiqyaslı sosial fəlakətlə əlaqədar olaraq yarandı.

   İkinci Dünya Müharibəsindən sonra 15 respublikada, o cümlədən Azərbaycanda sağlamlıq imkanları məhdud, əlil, valideyn himayəsindən məhrum olansosial cəhətdən müdafiəyə ehtiyacı olan ailələrin uşaqları üçün dövlətin qayğı sistemi yaradılaraq inkişaf etdirilib. Yeri gəlmişkən, bu sistem daima dövlətin nəzarətində olub və dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib.

   SSRİ-nin süqutundan sonra Azərbaycanda 63 dövlət uşaq müəssisəsində 20 mindən artıq uşaq yaşayır, təlim və tərbiyə alırdı. Ermənistanın Azərbaycana təcavüzü zamanı baş verən dəhşətlər nəticəsində dövlət uşaq müəssisələrində uşaqların sayı artdı.

   Baş verənlər əhalinin maddi durumuna mənfi təsir göstərdi ki, nəticədə də çoxuşaqlı ailələrin vəziyyətinin yoxsulluq həddinə çatması ilə nəticələndi. O zaman ölkədə yaranmış vəziyyət aztəminatlı ailələrin uşaqlarının sosial xidmətlərdən istifadə imkanlarını azaltdı. Bu məqsədlə vəziyyətin yaxşılaşdırılması üçün bir çox tədbirlər görüldü. 90-cı illərin sonundan başlayaraq, UNİCEF və digər beynəlxalq təşkilatlar tərəfindən dövlət uşaq müəssisələrinin və orada təlim-tərbiyə alan uşaqların vəziyyəti araşdırılmağa başlanıb.

   Ekspertlərin fikrincə, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların böyüdükdən sonra ən çox üzləşdikləri problem evsizlikişsizlikdir. Doğrudur, dövlətin qayğısı nəticəsində bu problemlərin bir qismi öz həllini tapsa da hələ görüləcək işlər görülənlərdən daha çoxdur.

   Uşaq Hüquqları Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirovun fikrincə, himayəyə möhtac uşaqların əsas problemli günləri dövlətin qəyyumluq müddəti başa çatdıqdan sonra başlayır: "Belə ki, həmin kimsəsizlər uşaq evlərini tərk etdikdən sonra əksər hallarda ya cinayətkar, ya da cinayətkar qrupların qurbanları olurlar. Ölkə qanunvericiliyinə əsasən, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların ev və işlə təmin edilməsi vacibdir".

   Uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanıb Heydər Əliyev Fonduna təqdim edilib ki, nəticədə də bu məlumatların təhlili əsasında "Uşaq evləri və internat məktəblərinin İnkişafı Proqramı" adlı 5 illik proqram hazırlanıb. Proqram çərçivəsində görülən tədbirlər nəticəsində bu tip müəssisələrin bir çoxu yenidən qurulmuş, əsaslı təmir edilmiş, yeni inventar və avadanlıqlarla təchiz edilib. Bu tip müəssisələrdə ailə ocağından məhrum olmuş uşaqlar üçün ev şəraitinə maksimum yaxın olan mühit yaradılıb. Xatırladaq ki, görülən bütün bu işlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Fondun prezidenti bu sahədə dünyanın aparıcı ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunması zərurətini də önə çəkir: "Konkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet sistemi ilə idarə olunması çərçivəsində yarandığını nəzərə almaq son dərəcə vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən faydalanmaq və istifadə etmək üçün qapıları açmaq zəruridir. Heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmir olunmuş, avadanlıqla təmin edilən məktəb belə, heç zaman ailə mühitini əvəz edə bilməz. Fondun ən vacibböyük məqsədlərindən biribu təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların ailə şəraitində tərbiyə almasını təmin etməkdir".

   Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra insan hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyaları ratifikasiya edib. Bunlardan biri 1992-ci ildə ratifikasiya edilən Uşaq Hüquqları Konvensiyasıdır. Konvensiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə uşaq hüquqları ilə bağlı müxtəlif qanunlar, prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qəbul edilib. Həmin sənədlərə əsasən, ailədə böyümək hər bir uşağın hüququdur, ailə isə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Qeyd edək ki, Konvensiyanın tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların biolojiya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" hazırlanıb və 2006-cı il martın 29-da ölkə prezidentinin sərəncamı ilə təsdiq olunub. Proqram De-institusionalizasiya ilə bağlı işlərin genişləndirilməsi, səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.

   Onu da qeyd edək ki, uşaqların hüquqlarının qorunması artıq bütün dünyada müqəddəs vəzifə sayılır. Məhz bu səbəblə 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Uşaq hüquqları haqqında" Konvensiya uşaqlarla bağlı əsas beynəlxalq sənəd hesab olunur. Hazırda 190 dövlət həmin konvensiyaya qoşulub. Xatırladaq ki, Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Artıq uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizdə qanunvericilik bazası formalaşıb. "Uşaq hüquqları haqqında" qanun və bəzi digər hüquqi normativ aktlar qəbul edilib.

   Ölkəmizdə uşaqların sosialhüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunvericinormativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd "Uşaq hüquqları haqqında" qanundur. Qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir. Əgər nəzərə alsaq ki, Azərbaycan hökuməti uşaq hüquqları sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetiriməsinə xüsusi önəm verir, o zaman qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, eyni zamanda konkret tədbirlərin həyata keçirilməsi yolu ilə də reallaşmaqdadır. Bu məqsədlə ölkə hökuməti, ilk növbədə, uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atıb.

   Qeyd edək ki, uşaqların sağlamlığının qorunması dövlətimizin ən ümdə vəzifəsidir. Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də uğurlu nailiyyətlər əldə olunub.

   Son 10 il ərzində ölkəmizdə səhiyyə sahəsində irimiqyaslı layihələr, görülən tədbirlər, ilk növbədə, ən vacib istiqamətlərə yönəlib. Yaradılan yeni tibb müəssisələri müasir aparatlarla təmin edilərək əhalinin ixtiyarına verilib. Əslində kifayət qədər inkişaf gedən ölkəmizdə problemlərin də olması təbii haldır, ancaq problemlərlə daha çox kimsəsiz uşaqların qarşılaşması bir qədər acınacaqlı durumdur. Ancaqolur olsun dövlətin diqqəti, qayğısı daima onların üzərindədir.

   Ancaq bütün bunlara baxmayaraq uşaq evlərini və internat məktəblərini tərk edən yeniyetmələr xeyli problemlərlə qarşılaşırlar. Xüsusilə müəyyən yaş həddindən sonra kimsəsiz uşaqların uşaq evlərini tərk etməsi və hara getməsi sual doğurur. Ailə istiliyi görməyən, ev şəraitinə alışmayan bu gənclər cəmiyyətimizə necə qoşulacaq və necə inteqrasiya olunacaqlar kimi suallar xüsusilə çoxluq təşkil edir. Məhz bu baxımdan kimsəsiz uşaqlar hələ internat məktəbini tərk etmədən onların sonrakı həyatının müüəyyənləşdirilməsi yolun da işlərin görülməsi vacibdir. Ekspertlər də o fikirdədirlər ki, internatları bitirən və uşaq evlərini tərk edən uşaqlar mütləq və mənzillə təmin olunmalıdırlar.

   Statistik məlumatlara görə, kimsəsiz uşaqların çox az qismi tapmağa müvəffəq olur. Digərləri isə müxtəlif şəkildə cəmiyyətə inteqrasiya olunur ki, bu da əksər vaxtlarda böyük faciələrə gətirib çıxarır. Belə halların qarşısını almaq məqsədilə həmin uşaqların sosial problemlərinin həllinə yönələcək proqramlar qəbul edilməlidir. Ölkə parlamenti tərəfindən "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunun qəbul edisə də, bu vaxta qədər sözügedən sənədin bir sıra müddəalarının icra edilməmiş qalır.

   Qeyd etdiyimiz kimi kimsəsiz uşaqlarla bağlı xeyli sayda qanunlar və sənədlər təsdiq edilsə də, onların icrasında hələ də çoxlu problemlər mövcuddur. Sözügedən sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, qanun yaradıcılığı təşəbbüsləri, uşaq evlərində olan uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması, sosial müdafiəsi mexanizmlərinin hazırlanması, qəbul edilməsi və icrası ilə bağlı görüləsi xeyli işlər var. Bundan başqa, əlilliyi olaninternat məktəblərini tərk etməyə hazırlaşan uşaq və gənclərin peşə hazırlığını artırmaq, onların həyat bacarıqlarını yüksəltmək və dövlət müəssisələrini tərk etdikdən sonra müstəqil yaşamaq və fəaliyyət göstərmək üçün müvafiq işlə təmin olunmalarına yardım göstərmək kimi məsələlər də qarşıda duran əsas vəzifələrdəndir.

 

   

   Rəşid RƏŞAD

  Ekspress.-2014.- 11-13 oktyabr.- S.10.