Milli maraq məsələsində iqtidar-müxalifət yoxdur

 

Aydın Mirzəzadə: "Bir qrup Avroparlamentin deputatı Azərbaycana ləkə atır, kimlərsə bu məsələyə çox sakitliklə yanaşır"

 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə "Ekspress"in suallarını cavablandırıb.

       - Milli Şura siyasi məhbusların azadlığa buraxılması tələbi ilə oktyabrın 12-də mitinq keçirəcək. Sizcə, bu tələblə aksiya keçirilməsi nədən xəbər verir?

   - Mən hansısa bir siyasi qüvvənin mitinq keçirməsinə normal baxıram. Demokratik ölkəyik, konstitusiyaqanunlarla belə bir hüquq verilir və kimlərinsə bundan istifadə etməsi onun öz hüququndan istifadə etməsidir. Bundaqeyri-qanuni, nə də təhlükəli bir vəziyyət görmürəm. O başqa məsələ ki, nə dərəcədə bu mitinqin keçirilməsi həmin siyasi qüvvənin özü üçün sərfəlidir. Bir qayda olaraq mitinq o vaxt keçirilir ki, hansısa bir qüvvə özünün gücünü göstərməyə çalışır, elektoratını küçəyə çıxarır. Bu gün bir müxalifət partiyası uydurma siyasi məhbus məsələsi ilə bağlı mitinq keçirməyə çağırır. İnanmıram ki, bir neçə yüzdən çox insan toplaya bilər. Məgər 10 milyonluq bir ölkədə bir neçə yüz nəfəri meydana çıxarmaqla kimsə özünün güclü olduğunumu iddia edəcək? Yoxsa hakimiyyətə iddiasının real olduğunu cəmiyyətə sübut edəcək? Yəni belədə bu gün mitinq keçirilməsi ilk növbədə həmin qüvvənin özünün gücününolduğunun cəmiyyət tərəfindən görünməsidir. Həmçinin mitinqlərdə, kütləvi aksiyalarda bir qayda olaraq hansısa bir aktual məsələ ilə bağlı fakir bildirilir. Azərbaycanda siyasi məhbus olmadığı halda zorla siyasi məhbus məsələsini gündəliyə çıxarmağın özü çox gülüncdür. Müxalifətin vəzifəsi alternativ fikirlər, proqramlar irəli sürməkdir. Amma biz nədənsə regionların sosial inkişafı, səhiyyənin, mədəniyyətin, maarifin səviyyəsinin qaldırılması ilə bağlı müxalifətdən heç bir təklif görmürük. Sadəcə olaraq yoxdur. Yaxud da həmin məsələdə onların etdiyi təkliflərin hakimiyyətin apardığı siyasətdən qat-qat zəif olduğunu görəcəyik. Ona görə də hesab edirəm ki, onların mitinq keçirməsi, əksinə hər kəsin hansı gücdə olduğunu bir daha görməkdən ötrü yaxşı bir vasitədir.

   - Mitinq üçün müxalifətin hansısa xarici qüvvədən sifariş aldığını ehtimal etmək olarmı?

   - Belə bir ehtimal var. Vaxtaşırı cəmiyyətdə bununla bağlı fakir bildirilir. Çünki bu qüvvələrin cəmiyyətdə dayağı demək olar ki, yoxdur. Bir qayda olaraq onlar heç bir büdcəyə malik olmadıqlarını və kasıb bir təşkilat olduqlarını bildirirlər. Amma nədənsə mitinqlər, insanların avtobusla gətirilməsi, onun texniki məsələsinin həlli üçün vəsait tapırlar. Digər tərəfdən, qısa bir zamanda Azərbaycanda keçirilmiş kiçik bir tədbirin şəkilləri Avropanın hansısa milyonluq tirajlı mətbuatında gedir. Bunun özü göstərir ki, hardasa onların arxasında xüsusi sifarişola bilər. Müxalifət tərəfindən belə bir sifarişli aksiyanın keçirilməsi birinci dəfə deyil.

   - Avropa Parlamenti də, müxalifət də Azərbaycanda siyasi məhbusların azadlığa çıxarılmasını tələb edir. Sizcə, onların təklif və tələbləri nəzərə alına bilər?

   - O baxır müxalifət nəyi təklif edir. Konstruktiv, reallığı əks etdirən, inkişafa kömək edən təkliflər həmişə arzuolunandır və şübhəsiz ki, belə təkliflər həmişə nəzərə alınacaq. Yox, sadəcə olaraq özünün partiya maraqlarını cəmiyyət maraqlarından, milli maraqlardan üstün tutaraq təklif verirsə, bunun qəbul edilməsi sıfıra bərabərdir. Yaxud da cəmiyyətin əksəriyyətinin qəbul etmədiyi bir məsələnin zorla cəmiyyətə qəbul etdirməyin özümümkün deyil. Avropa Parlamentinin qərarına gəlincə isə onun adı Avropa Parlamentidir. Əslində isə Avroparlament deyil. Yəni 700 nəfərlik parlamentdən 40 nəfərinin hansısa bir qətnamə qəbul etməsi, bunu parlamentin adından yayması düzgün olmaz. Düzdür, prosedur qaydasına görə hətta iki nəfər də qətnamə qəbul edə bilər. Ancaq Avropa Parlamentinin 4 faizinin Avropa adından danışması, öz iddiasını ortaya qoyması, əlbəttə ki, Azərbaycan tərəfindən narazılıqla qarşılanacaq.

   - Bəzi deputat həmkarlarınız hesab edir ki, Avropa Parlamentinin üzərinə getmək olmaz və həbs olunmuş şəxslər azadlığa çıxarılmalıdır. Siz bu fikirləri bölüşürsünüz?

   - Açığını deyim ki, deputat həmlkarlarımın hüquqi-nihilizm nümayiş etdirməsi məndə təəssüf hissi doğurur. Necə yəni qapılar açılıb onlar azadlığa çıxmalıdır? Bəs onların ittiham edildiyi maddələr, bəs məhkəmənin qərarı? Qanun qəbul edən şəxslər üçün belə bir fikir söyləmək yanlışdır. Çox təəccüblüdür ki, qanun qəbul edən şəxslər qanun pozuntusu ilə kimlərinsə azadlığa buraxılmasını tələb edir. Digər tərəfdən, araşdırmadan, xaricdən bir qüvvənin Azərbaycanın daxili işinə qarışmasına razılaşmağın özü kənardan çox əcaib görünür. Məgər milli maraqlarımızın qorunması ancaq iqtidarınmı vəzifəsidir? Bir qrup Avropa Parlamentinin deputatı Azərbaycana ləkə atır, Azərbaycanın daxili işlərinə qarışır, Azərbaycanı üçüncü dünya ölkələri kimi qəbul edir və kimlərsə bu məsələyə çox sakitliklə yanaşır. Mən fikirləşirəm ki, həmin insanlar Azərbaycanda iqtidarda olsalar, deməli, xarici qüvvələr Azərbaycanda at oynadacaqlar. Ancaq ona görə ki, xaricdəki qüvvələr rəsmi Bakıya təpinəcək və Bakı onların dediyini Quran ayəsi kimi qəbul edəcək. Hesab edirəm ki, milli maraqlar, Azərbaycanın qürur məsələlərində iqtidar və müxalifət söhbəti yoxdur.

   - Bəzi həmkarlarınız Milli Məclisin Türkiyənin həm İŞİD və həm PKK terroru ilə mübarizəsinə siyasi dəstək verməsini istəyir. Sizcə, belə bir bəyanata ehtiyac varmı? Ümumiyyətlə, Türkiyəyə qarşı İŞİD təhlükəsi görürsünüz?

   - Birincisi, Türkiyənin maraqları, Türkiyənin qarşılaşdığı problemlər həmişə Azərbaycanın maraqları və problemləri olub. Tarixən də belə olub və yaşadığımız dövrdə də həmişə Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış ediblər. Türkiyənin PKK təhlükəsində də, 1915-ci il uydurma erməni soyqırımı məsələsində ona qarşı basqılarda da Azərbaycan Türkiyənin yanında olub. Bu gün Türkiyəyə İŞİD təhlükəsi yoxdur. Yəni İŞİD-in fəaliyyəti İraq və Suriyadadır. İŞİD problemini o ölkələr, eyni zamanda beynəlxalq koalisiya həll etməlidir, həmin təhlükəyə qarşı mübarizə aparmalıdır. Türkiyə də burda iştiraka dəvət edilibbuna münasibət bildirib. Türkiyənin kifayət qədər daxili imkanları var ki, ona kənardan hansısa bir terrorçu təşkilat müdaxilə edərsə, onun cavabını verər. Göründüyü kimi İŞİD təbliğatçıları Türkiyəyə qarşı münasibətdə çox ehtiyatlı bəyanatlar verirlər. Belədə isə hesab edirəm ki, Azərbaycan- Türkiyə dostluğuna, birgə fəaliyyətinə dair heç vaxt probblem olmayıb, bundan sonra da olmayacaq.

   - Bəs Türkiyə sərhədində yaşananlar nədən xəbər verir?

   - Türkiyə onsuz da həmişə müəyyən problemlərin içində və sərhədində olub. Çox təəssüf ki, Suriya və İraqın daxilində oturuşmuş dövlət problemi onların özləri üçün ağrılı nəticələrə gətirib çıxarıb. Əgər güclü dövlət olsaydı, sonradan problemlərə qarşı adekvat reaksiya verən cəmiyyət olsaydı, bu gün vətəndaş müharibəsi getməzdi və bu problemlər yaşanmazdı. Ancaq bununla belə hesab edirəm ki, Türkiyə ən böyüknüfuzlu dövlətlərdən biri kimi həmişə bu tip məsələləri həll edib.

   - Hazırda Türkiyə parlamenti orduya Suriya və İraq ərazisində hərbi əməliyyatlar aparmağa icazə verib, lakin sərhəddə gərginlik yaşanmağına baxmayaraq hələlik heç bir əməliyyat aparılmır. Eyni zamanda, Türkiyədəki kürdlər guya buna etiraz olaraq ölkənin bir çox yerlərində iğtişaşlar aparırılar. Bir tərəfdən Qərb Türkiyəni əməliyyat aparmamaqda ittiham edir, digər tərəfdən, Rusiyaİran Türkiyəni Suriyada hərbi əməliyyat aparmamaq üçün hədələyir. Sizcə, bütün bunlar Türkiyənin hansısa oyuna cəlb edilməsi deyilmi?

 

   - Həmişə güclü dövləti istəməyənlər olub. Amma Türkiyə o dövlətlərdən deyil ki, ona təzyiq edəsən, ona hansısa yolu tutmaq lazım olduğunu öyrədəsən. Türkiyə Türkiyədir və onun nüfuzunu dünya həmişə qəbul edib və edəcək.

 

  

Aqil ASLAN

Ekspress.-2014.- 11-13 oktyabr.- S.16.