Heydər Əliyev Fondunun ehtiyacı olanlara qayğısı

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycanda qaçqın məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına onların həllinə diqqətlə yanaşır. Bu məqsədlə Fond bir sıra layihələr həyata keçirir, hər il qayğıya ehtiyacı olan insanlara köməklik edir.

   Məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan "Azərbaycan" internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Portalda Azərbaycan haqqında geniş informasiya əldə etmək olar.

   Portalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni vəhşiliklərindən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır. Heydər Əliyev Fondu bununla yanaşı hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.

   Tanıtımla bərabər məcburi köçkünlərə müəyyən köməkliklər də edilir. Heydər Əliyev Fondu tərəfindən hər il mütəmadi olaraq "Gülüstan" sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan, yetimvalideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir.

   Hər il sentyabr ayında Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlərin keçirilməsi, Fondun maliyyə dəstəyi ilə çoxsaylı məktəb binalarının tikilib istifadəyə verilməsi də bu diqqətin konkret ifadəsidir.

   2005-ci ilin avqustun 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru cənab Koiçiro Matsuuranın iştirakı ilə Gülüstan Sarayında "YUNESKO-Azərbaycan: Gələcəyə Körpü" mövzusunda dəyirmi masa keçirilibbu tədbirdə qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə məlumat verilməsinə imkan yaradılıb.

   Ermənistanın törətdiyi Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun əməyini ayrıca qeyd etməyə ehtiyac var.

   Heydər Əliyev Fondu hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarının fotoşəkillərini sərgiləyir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirir, "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgilər keçirir.

   Ümumiyyətlə, fond Azərbaycan həqiqətlərini dünyanın hər yerində nümayiş etdirir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq, müxtəlif dillərdə "Qarabağ həqiqətləri" toplusunu nəşr edir. Beynəlxalq ictimaiyyətə ünvanlanan toplu ilkin olaraq Azərbaycan, rusingilis dillərində nəşr edilib. Həmçinin, "Qarabağ həqiqətləri" oxuculara almanmacar dillərində təqdim olunub. Təbliğat materialları indiyədək bir çox xarici ölkələrdə yayılıb, müxtəlif tədbir və aksiyalar zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli ideoloji vasitəyə çevrilib.

   Xocalı soyqırımına həsr olunan mərasimlər də 2005-ci ildən başlayaraq Vaşinqton, Nyu-York, Varşava, London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel, Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi, Sarayevabaşqa şəhərlərdə həyata keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunan kitablar, broşürlər çap edilir və kinofilimlər çəkilərək dünya ictimaiyyətinə çatdırılır.

   Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət" kampaniyası bütün xocalıların səsini dünya ictimaiyyətinə çatdırılması baxımından önəmli tədbirdir.

   Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülən "Xocalıya ədalət" kampaniyası hal-hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

   Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkəsinin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb.

   Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə küçələrə və parklara Xocalı adı verilir. Xocalı haqqında həqiqətlər ictimaiyyətə təqdim edilir. 2012-ci il fevral ayının 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan "Dostluq parkı"nın və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışı olub.

   Dünyanın əksər ölkələrində keçirilən bu kampaniyaya həmin ölkələrin gəncləri də qoşulmuşlar. Son vaxtlar Amsterdam, Brüssel, Vyana, Vilnüs, Mexiko, Paris, MoskvaLos Ancelesdə də bu istiqamətdə tədbirlər keçirilib. Xocalı soyqırımının dünyada tanınması üçün bir sıra beynəlxalq təşkilatlarda da işlər aparılır.

   Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən, Ermənistanı təcavüzkar dövlət kimi tanıyan çoxsaylı qətnamələr qəbul edən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan ilk beynəlxalq təşkilatdır. Öz növbəsində, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti pisləyən ştatlarının sayı hər il artmaqdadır.

   Aparılan məqsədyönlü tədbirlərin nəticəsində artıq 7 dövlət - Pakistan (1 fevral 2012), Meksika (2 fevral 2012) Kolumbiya (24 aprel 2012), Rumıniya (12 fevral 2013), Çexiya (19 fevral 2013), BosniyaHersoqovina (26 fevral 2013), Peru (2013) parlamentində və ABŞ-n 15 ştatı (Massaçusets, Texas, Şimali Karolina, Nyu-Cersi, Corciya, Men, Arkanzas, Oklahoma, Nyu- Meksiko, İndiana, Tennessi, Pensilvaniya, Missisipi, Vest Virciniya, Konnektikut) bu qətliamı soyqırımı aktı kimi tanınmış və bu barədə xüsusi qətnamə qəbul edib.

   Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlət, Çexiya parlamenti isə Avropa İttifaqında ilk qanunverici orqan olmuşdur. 2013-cü il fevralın 7-də bu ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl "erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunan Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə" Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edi.

 

   Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində məqsədyönlü tədbirlər bu gündavam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Xocalı soyqırımı, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar, faktlar, fotoşəkillər tam dəqiqliyi ilə diqqətə çatdırılmalıdır. Çünki Ermənistan dövləti və erməbi lobbisi 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyinin qeyd edilməsi üçün bütün güc və resurslarını səfərbər edib. Bu saxta kampaniyasının qarşısının alınması üçün ən səmərəli yollardan biri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, dünyanın aparıcı dövlətləri və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən tanınmasına nail olmaqdır.

   Xatırladaq ki, 2014-cü ilin avqustun 22-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin "Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkünlərə qayğısı" mövzusunda keçirdiyi tədbirdə də Fondun bu istiqamətdə gördüyü işlərdən geniş bəhs edilib.

   Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərə daim xüsusi diqqət və qayğı ilə yanaşır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Ə.Həsənov qeyd edib ki, Fondun münaqişə ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı "Qarabağ həqiqətləri" adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Artıq bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

   Baş nazirin müavini Fondun prezidenti Mehriban Əliyevanın hər zaman məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşdığını, hər il Yeni il şənliklərində məcburi köçkün uşaqlarla görüşdüyünü, hər dərs ili ərəfəsində bu uşaqların çantalarla, dərs vəsaitləri ilə təmin olunduğunu söyləyib.

   Baş nazirin müavini deyib ki, Heydər Əliyev Fondu yarandığı gündən bu günədək məcburi köçkünlər tərəfindən Fonda 8500 müraciət olunub. Bu müraciətlərin hamısı öz müsbət həllini tapıb. Bəzi ağır xəstəliklərə düçar olan məcburi köçkünlərin xarici ölkələrdə Fond tərəfindən müalicəsi təmin olunub.

   Ə.Həsənov əlavə edib ki, Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və xaricində çox böyük layihələr həyata keçirir, beynəlxalq tədbirlər təşkil edir. Eyni zamanda, beynəlxalq təşkilatların tədbirləri Fond tərəfindən ölkəmizdə və xaricdə uğurla təşkil olunur.

   Diqqətə çatdırılıb ki, məhz Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Bakıda Muğam Mərkəzi açılıb, Qarabağ xanəndələrinin albomu hazırlanıb, muğam festivalları keçirilir, ayrı-ayrı ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri təşkil edilir, xalqımızın adət-ənənələri, milli mətbəxi, musiqisi geniş təbliğ olunur.

   Ə.Həsənov söyləyib ki, indiyə qədər keçirilən 4 muğam festivalında 1500 məcburi köçkün iştirak edib. Maraqlısı budur ki, birinci festivalda ilk üç yeri tutan ifaçıların hamısı məcburi köçkün olub. Bütün bunlar bir daha göstərir ki, muğamın mənbəyi də, mərkəzi də Qarabağdır. Məhz Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan muğamı, xalçaları, Novruz bayramı, aşıq musiqisi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib.

 

   Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin təbliğində, təhsilin, səhiyyənin inkişafında Heydər Əliyev Fondunun prezidentinin xüsusi xidmətləri var.

 

   

   Vasif CƏFƏROV

   Ekspress.-2014.- 14 oktyabr.- S.9.