Ahıllara qayğı hər
zaman dövlətin diqqətindədir
Qaçqın
və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Ölkəmizdə ahıl vətəndaşlar daim dövlətin diqqət və qayğısıyla əhatə olunub. Sosial təminat sahəsinə aid qanunların, fərman və sərəncamların qəbulu zamanı həmişə ahılların maraqları, sosial statusu nəzərə alınıb.
Hətta ahılların sosial müdafiəsi ilə bağlı ayrıca qanun da mövcuddur. 2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" qanun qəbul edilib. Bu qanunda ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olundu.
BMT-nin inkişaf
proqramında da son illər ahıllar problemi geniş yer tutur.
2002-ci ilin aprelində İspaniyanın
paytaxtı Madrid şəhərində BMT-nin ahıllar
üzrə 2-ci Ümumdünya Məclisinin keçirilməsi
də buna misaldır. Bu Ümumdünya tədbirində
belə bir fikir səsləndi ki, yaşlılar da cəmiyyətin
bərabərhüquqlu vətəndaşlarıdır, onlara
ehtiram göstərmək yüksək insani keyfiyyətdir.
Bu cür beynəlxalq
çağırışlara cavab olaraq Azərbaycanda
2006-cı ildə prezidentin sərəncamı ilə
"Ahıl vətəndaşlarin sosial müdafiəsinin
gücləndirilməsi üzrə dövlət
proqramı" qəbul olundu. Proqram ratifikasiya edilən
beynəlxalq konvensiyalara və "Yaşlaşma üzrə
Madrid Beynəlxalq Fəaliyyət Planı"nın
prinsiplərinə əsaslandı. Proqramın əsas məqsədi
ahıl vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsinə nail olmaqdır.
Ölkədə "Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı"na əsasən,
onların sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
davamlı islahatlar həyata keçirilir. "Azərbaycan
Respublikasında demoqrafiya və əhali sakinliyinin
inkişafı sahəsində Dövlət Proqramı"nda,
dövlət başçısının 2008-ci ilin
sentyabrında imzaladığı sərəncamla təsdiqlənın
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı"nda və digər dövlət
proqramlarında ahılların sosial müdafiəsi ilə
bağlı nəzərdə tutulan tədbirlər həyata
keçirilir.
Azərbaycan dövləti
yaxın vaxtlarda 2014-2020-ci illəri əhatə edəcək
"Ahıl vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsinə dair Dövlət Proqramı"
qəbul etməyə hazırlaşır. Yeni
proqramın qəbulu "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının hədəflərinə
nail olmağa xidmət edəcək.
Azərbaycan
qanunlarına görə, ahıl yaşı 70-i
ötmüş insandır. Bu yaşda olan
insanların əmək fəaliyyəti və fiziki
imkanları məhdudlaşdığından onların
müdafiəsinə ehtiyac artır. Buna
görə də dövlət qəbul etdiyi müxtəlif
qanun və proqramlarda ahıl insanların sosial müdafiəsinə,
maddi vəziyyətlərinin yaxşılaşmasına daim
diqqət ayırır.
2014-cü ilin əvvəlinə
olan rəsmi statistikaya əsasən, ölkəmizdə 390,3
min ahıl var. Son 3 ildə ahıl vətəndaşların
sayında azalma müşahidə edilir. 2012-ci ildə ölkəmizdə
ahılların sayı ən yüksək həddə - 408,4 minə yüksəlib. Ötən ilin əvvəlində
ahılların sayı 401,8 minə, bu ilin
əvvəlində isə 390,3 minə enib.
2014-cü ilin əvvəlində
əhalinin ümumi sayı 9,477 milyon nəfər olub.
Deməli, bu dövrdə Azərbaycan əhalisinin 4,11 faizi ahıl vətəndaşlar olub.
2013-cü ildə bu göstərisi 4,3
faiz, 2012-ci ildə 4,42 faiz təşkil edib.
Statistikaya baxdıqda görürük ki, Azərbaycanda
ahılların həm sayında, həm də ümumi əhali
sayına nisbətdə azalma var. Amma 1990-cı illə
müqayisə etsək görərik ki, ahıl vətəndaşların
sayı və nisbəti artıb. 1990-cı ildə
ölkəmizdə olan vətəndaşların 220,5 min nəfəri və ya 3,1 faizi ahıl olub.
2000-ci ildə onların sayı 226,7 minə
qədər artsa da, ahılların ümumi əhali sayına
nisbəti 2,8 faizə enib. Lakin 2011-ci ildə ahılların
sayı 406,8 minə (4,46 faiz) yüksəlib.
2011-ci ildə qeydə alınan göstərici
Azərbaycanda ahılların əhali sayına nisbətində
ən yüksək göstəricidir.
Qeyd edək ki,
ölkəmizdə ahılların sayının son illərdə
artmamasının əsas səbəblərindən biri
ölkəmizdə təbii artımın yüksəlməsidir.
Son 10 ildə Azərbaycan vətəndaşlarının
sayı 13 faizdən çox artıb ki, bu da yüksək
artım göstərici sayılır.
Onu da əlavə edək
ki, ahılların sayının artmasına baxmayaraq xarici
ölkələrin əksəriyyəti ilə müqayisədə
Azərbaycanda yaşı 70-dən yuxarı olan insanların
xüsusi çəkisinin yüksək olmadığı məlumdur.
Çünki Azərbaycan əhalisi gənc olan
ölkələrdən sayılır.
Azərbaycanda
ahıllara diqqətin daha bir bariz nümunəsi ölkəmizdə
Ahıllar Gününün qeyd edilməsidir.
BMT Baş Məclisinin
1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi
ilə bağlı Qətnamə"yə əsasən, 1
Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilib.
Beynəlxalq Ahıllar Günü 1993-cü ildən
başlayaraq Azərbaycanda da hər il
yüksək səviyyədə qeyd edilir.
Ahıl insanların
hərtərəfli dövlət qayğısı ilə təmin
olunması, onların maddi və mənəvi tələbatlarının
ödənilməsi təmin edilir.
Ahıl şəxslərin
rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi
olaraq gücləndirilir. Hazırda Azərbaycanda əmək
pensiyalarının baza məbləği 100 manat, orta aylıq
məbləği 172,7 manat, yaşa görə pensiyalar
üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə
əmsalı 45 faiz təşkil edib. Nəticədə,
pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib.
Dövlət
qarşısında xüsusi xidmətləri olmuş
ahıllar əmək pensiyaları ilə yanaşı, Azərbaycan
Prezidentinin təqaüdü ilə də təmin olunurlar.
Dövlət başçısının 17 mart 2014-cü il
tarixli Fərmanına əsasən, Böyük Vətən
müharibəsi əlillərinə verilən Azərbaycan
Prezidentinin təqaüdləri cari il aprelin 1-dən I qrup əlillər
üçün 110 manatdan 150 manata, II qrup əlillər
üçün 85 manatdan 130 manata və III qrup əlillər
üçün 60 manatdan 100 manata çatdırılıb.
Eyni zamanda, 30 aprel 2014-cü il tarixli Sərəncamla
Böyük Vətən müharibəsi
iştirakçılarına, Leninqrad şəhərinin
mühasirəsi zamanı şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş və
"Leninqradın müdafiəsinə görə"
medalı, "Leninqrad mühasirəsində yaşayan"
döş nişanı ilə təltif edilmiş şəxslərə
təyin olunan Prezident təqaüdünün aylıq məbləği
cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 55
manatdan 100 manata qaldırılıb.
Son məlumatlara
görə, Azərbaycanda əmək
pensiyaçılarının təxminən 350 min nəfəri
ahıl vətəndaşlardır. Başqa
sözlə cəmi pensiyaçıların 28 faizi
ahıldır. Yaşa görə pensiya
alanların 39%-i isə ahıl vətəndaşlardır.
Hazırda ən çox pensiya alan ahıl vətəndaşlar Gədəbəy
rayonunun payına düşür. Digər iki və
üçüncü yerləri Quba, Qusar və Qobustan
rayonları təşkil edir. Xüsusi çəkisi ən
az olan məcburi köçkün
rayonlarıdır.
Bu vaxta qədər Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi (ƏƏSMN) tərəfindən 1055 nəfər
Böyük Vətən müharibəsi əlili minik
avtomobili, həmin təbəqədən olan 80 nəfərə
yaxın ahıl isə mənzillə təmin edilib. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə
xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort
yollayışları ilə təminatı sahəsində də
işlər ilbəil güclənir.
Hazırda respublikamızda 13 100 nəfərdən
çox vətəndaşa evlərində sosial-məişət
xidməti göstərilir ki, onlardan 11 min nəfərdən
çoxu 70 yaşdan yuxarı olanlardır. Həmçinin
nazirliyinin sosial xidmət müəssisələrində 200 nəfərədək
ahıl tam dövlət təminatında yaşayır.
Dövlət başçısının bu təbəqədən
olan insanlara diqqət və qayğısının növbəti
ifadəsi kimi, ƏƏSMN-nin Bilgəh müharibə və əmək
əlilləri üçün pansionatının (Qocalar evi)
beşmərtəbəli, 170 yerlik ikinci korpusu inşa olunaraq
istifadəyə verilib. Burada beynəlxalq təcrübədən
irəli gələn meyarlara uyğun olaraq, tənha ahıl və
əlillərin keyfiyyətli tibbi-sosial xidmətlə təmin
edilməsi, asudə vaxtlarının mənalı təşkili
üçün müasir tələblərə uyğun
şərait yaradılıb.
Azərbaycan Prezidentinin 29 dekabr
2012-ci il tarixli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan 2020: Gələcəyə
Baxış" İnkişaf Konsepsiyasının 7.3-cü bəndinin
icrasını təmin etmək məqsədilə hazırda
ƏƏSMN tərəfindən "Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsinə dair
Dövlət Proqramı"nın (2014-2020-ci illər) layihəsi
hazırlanır. Layihənin hazırlanması zamanı BMT-nin
Beynəlxalq Madrid Fəaliyyət Planının və
Yaşlaşma Problemləri üzrə Vyana nazirlər
konfransının prinsipləri, ahılların layiqli həyat
tərzi keçirmələri üçün əlverişli
şəraitin yaradılması, onların cəmiyyətə
inteqrasiyasının gücləndirilməsi və s. məsələlər
diqqətdə saxlanılır.
Ölkəmizdə
ahılların sosial müdafiəsi 2001-ci ildə qəbul
edilən "Ahıllara sosial xidmət haqqında" Qanundan
sonra güclənib. Həmin qanun
ahılların sosial müdafiəsinin əsas istiqamətlərindən
biri olan sosial xidmət sahəsində yaranan münasibətləri
tənzimləyir, onlar üçün sosial, iqtisadi və
hüquqi təminatlar müəyyən edir.
Ahıllara sosial xidmət dedikdə
ahılların sosial xidmətə olan tələbatının
ödənilməsinə yönəldilən, onlara mülkiyyət
növündən və təşkilati-hüququ
formasından asılı olmayaraq sosial xidmət müəssisələrində
və evdə qulluq, iaşənin təşkili, tibbi, sosial,
psixoloci, hüquqi və digər yardımların məcmusundan
ibarət olan fəaliyyət nəzərdə tutulur.
Qanuna əsasən ahılların
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada sosial xidmət müəssisəsini
və sosial xidmət növünü seçmək, sosial
xidmət müəssisələrinin işçiləri tərəfindən
şərəf və ləyaqətlərinə hörmət
olunmasını və humanist münasibət bəslənilməsini
tələb etmək, daxili qaydalar pozulmamaq şərtilə
dini ayinlərin icra edilməsi üçün ayrıca yerlə
təmin olunmaq, sosial xidmət göstərilməsinə
razılıq vermək və ya sosial xidmətdən imtina etmək
və s. hüquqları var.
Qanunda bildirilir ki,
ahıllar zərurət olduqda sosial xidmət müəssisəsinə
yerləşdirilə bilər. Bunun
üçün tibbi-sosial ekspert komissiyasının qərarı
olmalıdır.
Qanuna əsasən
ahıllara göstərilən sosial xidmətin 5 forması
var. Bunlar evdə, yarımstasionar vəziyyətdə, stasionar
vəziyətdə, fərdi qaydada peşəkar sosial xidmətlərdən
və sosial-məsləhət yardımından ibarətdir.
Vasif
CƏFƏROV
Ekspress.-2014.- 24 oktyabr.- S.9.