Ağrılı-acılı
günlərin əks-sədası
Əsgər
andı
Vətən, sənin dar günündə,
Ağır sınaqlar günündə,
Ruhum deyib, canım deyib,
Adım deyib, sanım deyib,
Səcdə qılıb, diz çökərək,
Müqəddəs bilib öpərək,
Bayrağına and içirəm!
Babaların uyuduğu
Torpağına and içirəm!
Səslə bu gün hər
oğlunu,
Azərbaycan, doğma yurdum!
Sənin cəsur əsgərinəm,
Salam, mətin Milli Ordum!
Qəbul eylə öz sırana,
Yer üzünün insanları,
Dinləsinlər qoy andımı!
Saxlasınlar yaddaşında
Soy adımı, soy andımı!
Mərd Babəki, Koroğlunu,
Cavanşiri, Səttarxanı
Bir də anıb and
içirəm.
Torpağını
qorumaqçün
Silahlanıb and içirəm!
And içirəm əcdadımın
-
Xətainin
qılıncına.
Qarı düşmən məhv
olmamış
Girməyəcək
qılınc qına.
And içirəm şəhidlərin
Məzarına - al
qanına.
Qoy andımı qəbul etsin
Dədəm Qorqud, Tomris ana.
Sadiqəm mən ömrüm boyu
Öz andıma,
öz vədimə.
Vətən, inan övladına,
Vətən, inan
düz vədimə.
Dönük çıxsam haram
olsun
Qoy verdiyin
çörək mənə.
Sənsiz axı, nəyə gərək,
Bu can mənə,
ürək mənə.
Torpağıma - öz anama,
Vicdanıma and içirəm!
Ən müqəddəs
kitabıma -
Quranıma and içirəm!
Layla deyib Azərbaycan,
Keşik çəkib
hər an mənə.
Öz andımı pozsam əgər,
Qənim olsun Quran mənə,
Qənim olsun Quran mənə!
Aprel 1992
Torpağın
Vətənə ana de - qeyrətlisənsə,
İnan öz gücünə -
cürətlisənsə,
Qoru od-ocağı - qüdrətlisənsə,
Düşmən
tapdağında qalıb torpağın.
Qubadlını, Kəlbəcəri
düşün sən,
Doğma yurdu, doğma yeri
düşün sən,
Qələbəni - o səhəri
düşün sən,
Düşmən
tapdağında qalıb torpağın.
Kədərlə yad edir o anı Vətən,
Xəbərdar eylədi cahanı Vətən,
Nə qədər
çəkəcək cəfanı Vətən?
Düşmən
tapdağında qalıb torpağın.
Laçın gedib, Ağdam gedib,
ay Allah,
Yağı hər an
fürsət güdüb, ay Allah,
Qaniçənlər
nələr edib? Ay Allah,
Düşmən
tapdağında qalıb torpağın.
Gəl, deyir oğluna, gəl,
Qarabağın!
12 may 2002
Mübarək
Qudurğan dığalar ağ elədi, ağ,
Səslədi haraya səni bu
torpaq,
Yaddan təmizlənsin cənnət
Qarabağ,
Vətənim qədrini biləcək,
Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
Düşmən lərzə gəlsin
ayaq səsindən,
Yerlərin, göylərin titrəməsindən,
Axır deməliydin öz
sözünü sən,
İgid Koroğlutək nərə
çək, Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
Yağı tapdağında
qaldı torpağım,
Ah çəkdi, xəyala daldı
torpağım,
Yaddan qisasını aldı
torpağım,
Daha xoş günlərin gələcək,
Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
Ali Baş Komandan - dahi bir insan,
Qalır el-obanın qeydinə hər
an,
Qisas almalısan yaddan,
yağıdan,
Səpilsin yoluna gül,
çiçək, Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
Arxanca su səpdi minlərlə
ana,
Dedilər get son qoy,
qırğına, qana,
Hər an sadiq
qaldın sən öz andına,
Ellər şadlanacaq, güləcək,
Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
Müqəddəs torpağı
qoruyan sənsən,
Hər evi-ocağı qoruyan sənsən,
Üçrəngli bayrağı
qoruyan sənsən,
Bu ağır günlərin ötəcək,
Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
Düşmənin məzarı
qazılsın gərək,
Adları tarixdən pozulsun gərək,
Sənin zəfər nəğmən
yazılsın gərək,
Uğurlu sabaha bir gedək, Ordum!
Qələbən, Zəfərin
mübarək, Ordum!
24 yanvar 1994
Göylər
övladı
Hərbi təyyarəçi,
baş leytenant, Qarabağ müharibəsində qəhrəmancasına
şəhid olmuş Yusif Vəliyevin yeganə övladı
Zibeydə hələ də atasını göylərdə
axtarır.
Göz dikir göylərə Zibeydə
bala,
Boylanıb izləyir
hər təyyarəni.
Durub qaşqabaqlı, dalır xəyala,
Göy səma, gizlətmə,
ver təyyarəni.
Şığıdı göylərdə
Yusif şahintək,
Qırıcı təyyarə
qorudu eli.
Qələbə anırdı
köksündə ürək,
Kövrəlir Zibeydə, söz
tutmur dili.
Anası Arzuya suallar verir:
Nə vaxt
qayıdacaq bəs atam yerə?
Əngin səmalarda təyyarə
görür,
Uşaq gözləriylə
azı yüz kərə.
Odur, yüksəklərdə
atamdır uçan,
Yəqin ki, oradan əl
edir mənə?
Atamdır düşmənə atəşlər
açan,
Yağılar dözəmməz
zərbələrinə.
Anası bilməyir nə cavab
versin,
Zibeydə zənn
edir Yusif göydədir.
Ölüm xəbərini
necə yetirsin?
Şəhid olmaq nədir,
mavi göy nədir?
Nə bilsin Zibeydə qəhrəman
ata
Qızını
düşməndən qoruyub dünən?
Qorxub çəkinməyib bircə
an ata,
Bu torpaq yolunda can qoyub dünən.
Nə bilsin Zibeydə
yağılar, yadlar,
Doğma yurdumuza diş
qıcamışdı.
Sönmək bilməyirdi alovlar,
odlar,
Torpaq itirilsə,
bahar da qışdı.
Nə bilsin qızcığaz cənnət
Qarabağ
Bu gün düşmənlərin
tapdağındadır.
Qorxaqlıq Yusifə yasaqdır,
yasaq,
Düşmən Azərbaycan
torpağındadır.
Nə bilsin Yusifin ciyərparası,
Atası
döyüşdə şəhid olubdur?
Sağalmazdır qızın
ürək yarası,
Gül yanağı
onun üçün solubdur.
Qəhrəman atası şəhid
olanda
Qızın bir
yaşı da yox idi hələ.
Tanklar, təyyarələr haray
salanda,
Evdə
oyuncağı çox idi hələ.
Ananın yadında qalıb həmin
gün,
Zibeydə
ağladı axşama kimi.
Göz yaşı
tökürdü axı nə üçün?
Səsi
bürümüşdü bütün aləmi.
Atanın ölümü dilsiz
körpəyə
Siz deyin, haradan əyan olmuşdu?
Körpə qız
gözünü dikmişdi göyə,
Həsrətdən,
kədərdən üzü solmuşdu.
Yusif həsrətindən nəğmələr
yazır,
Arzunun yadından
çıxmır gənc əri.
Hünərdən,
qeyrətdən gör nələr yazır?
Qəm simi
üstündə - qəm nəğmələri.
Cəsur təyyarəçi
dönüb kəndinə,
Nehrəmdə heykəli,
Nehrəmdə büstü.
Zibeydə göz dikir göylərə
yenə,
Hər günəş
doğanda, hər axşamüstü.
Yusif qovuşubdur əbədiyyətə,
Göylərin sakini,
göylər övladı.
O qurban gedibdir ülvi niyyətə,
Qızına şərəfdir
atanın adı.
Naxçıvan torpağı fəxr
etsin bu gün,
Nehrəmdən bir
şahin qalxdı havaya.
Qoy ellər, obalar eşitsin bu
gün,
Babəklər
övladı gedib davaya.
Gedibdir yadlara qan uddurmağa,
Vətən bel
bağlayır cəngavərlərə.
Düşmənlər girməsin
bağçaya, bağa,
Yaddan təmizlənsin
hər dağ, hər dərə.
Zibeydə göylərə baxacaq
hələ,
Deməyin, səmadan gözlərini
çək!
Çətin ki, şadlana, çətin
ki, gülə,
Yusifin qisası alınanadək!
5 mart 2000
Zəfər
adlı bir ananın
əsgər xeyir-duası
Vətən göz dikibdir mərd
oğullara,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Torpaq kömək istər
düşəndə dara,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Səni göndərmişəm
qoru Vətəni,
Ananam, sevindir, sevindir
məni.
Qələbə eşqiylə gəl
dindir məni,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Mən verdim bu adı, mən verdim
sənə,
Vüqarlı ürəyin
sığmır köksünə,
Budur xeyir-duam, deyirəm yenə,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Qulluq eləyirsən ləyaqət
ilə,
Bu elə, Vətənə sədaqət
ilə,
Durmusan keşikdə dəyanət
ilə,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Daim səninləyəm mən də
keşikdə,
Yağışlı günlərdə,
çəndə, keşikdə,
Mərd dayan sərhəddə,
öndə, keşikdə,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Oğlum, çox razıdır
komandirlərin,
Sənə sevgiləri dərindən
dərin,
Vətəndir arxanda, yox dərdi-sərin,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
Uğurla başa vur xidmətini sən,
Ürəkdən sevirsən millətini
sən,
Beləcə hey qoru hörmətini
sən,
Zəfər
çalmalısan sən, zəfər, oğlum.
8 avqust 1999
Bağışla
bizi
Sahibsiz qoymuşuq bu gün
büstünü,
Bağışla, ay
ustad, bağışla bizi.
Çən-duman alıbdır orda
üstünü,
Bağışla, ay
ustad, bağışla bizi.
Tamam boşalıbdır
Göyçə mahalı,
Yadlara qalıbdır Göyçə
mahalı,
Dərddən qocalıbdır
Göyçə mahalı,
Bağışla, ay
ustad, bağışla bizi.
Ölümdən,
qırğından verərək soraq,
Açıldı güllələr
taraqqataraq,
Ağkilsə kəndindən yoxdur
bir soraq,
Bağışla, ay
ustad, bağışla bizi.
Hamı ayrı düşdü
doğma yurdundan,
Aman dilədilər,
Allahdan aman.
Bilsin həqiqəti qoy
bütün cahan,
Bağışla, ay
ustad, bağışla bizi.
Kələyə əl atdı
düşmən yüz kərə,
Vardenis söylədi
Basarkeçərə.
Adını yaşadır hər
dağ, hər dərə,
Bağışla, ay
ustad, bağışla bizi.
Doğma beşiyindi Ağkilsə
kəndi,
Yaman qəzəbləndi Ağkilsə
kəndi,
Neyləsin bəs
indi Ağkilsə kəndi?
Bağışla, ay
ustad, bağışla bizi.
Təkdir Qızılvəngdə
ustadın Alı,
Elin kədərindən, dərdindən
halı,
Qaldı yağılara doğma
mahalı,
Bağışla, ay
ustad, bağışla bizi.
1990
Cəsarət
Ərənlərlə bir
doğulur,
Cahana gəlir cəsarət.
Qılınclar iş görən
zaman
Qələbə
çalır cəsarət.
Qəhrəmanlıq rəmzi kimi
Tarixdə qalır cəsarət.
Döyüşlərdə
düşmənləri
Təşvişə
salır cəsarət.
Yer üzündə insanlığa
Şöhrət-şan
olur cəsarət.
Məmləkətə Babəkimdən,
Koroğludan
yadigardır.
Nəsiminin qeyrəti də
Millət
üçün iftixardır.
Cavanşirim, Səttarxanım,
Ər oğlu ərlərim
vardır.
Əfsanəvi Mixaylom da
Qəhrəmandır,
xilaskardır.
Cəsurların ürəyində
Yerini bulur cəsarət.
Əli Vəkil öyünür
ki,
İgid Xətaim var
mənim.
Ölkələri fəth eləyən
Şah Məhəmməd
Qacar mənim.
Nadir şahım, Cavad xanım -
Müdrik
basılmazlar mənim.
Dədə Qorqud
ünvanlıdır,
Od nəfəsli
diyar mənim.
Ürəklərdə baş
qaldırıb
Haqdan güc alır
cəsarət.
5 iyul 2004
Biz
(Azərbaycan əsgərinin dilindən)
Şuşasız,
Laçınsız, Kəlbəcərsizəm,
İstərəm Ağdamı dolaşam, gəzəm,
Çətin bu həsrətə
tablaşam, dözəm,
Azad etməliyik torpaqları biz!
Dəlidağ kədərdən dəli
olubdur,
Cəbrayılın
gül-çiçəyi solubdur,
Səbrimin kasası daha dolubdur,
Azad etməliyik
torpaqları biz.
Füzuli, Zəngilan, bir də
Qubadlı,
Dözəmmir həsrətə, dərdə
Qubadlı,
Güvən cəsurlara, mərdə,
Qubadlı,
Azad etməliyik
torpaqları biz.
Darıxmasın cənnət
Qarabağım da,
Qayıdacaq xoş günüm,
xoş çağım da,
Toy-düyün olacaq hər
bucağında,
Azad etməliyik
torpaqları biz.
Bəsdir ömür sürdük
çöldə, çadırda,
Çovğunda,
yağışda, seldə, çadırda,
İlahi,
yaşarmış el də çadırda?
Azad etməliyik
torpaqları biz.
15 may 2002
Əli Vəkil
Ekspress.-2014.- 20-22
sentyabr.- S.20.