"Bir nəmər çatacaq
qaranquşlara"
Ramiz Əskər-60
Yaşıdlarımın, məndən beş-on yaş böyük, ya da kiçik olan tanıdığım adamların 60-70 yaşa çatdıqlarını eşidəndə həmişə heyrətlənmişəm. Necə oldu ki, illər belə sürətlə ötüb keçdi? Qədim Oğuz ellərində buz bulaqlarından içdiyimiz, uca dağlarında dolaşdığımız, çöllərində, yamaclarında kərənti çəkdiyimiz, çiçəkli çəmənlərinin şehində islandığımız uşaqlıq dostlarım necə oldu ki, belə tez yaşlandılar?
Özümün də yaşımın üstünə yaş gəldikcə həm sevinmişəm, həm də kədərlənmişəm. Sevinmişəm ki, Ulu Tanrı mənə bir il də ömür bəxş etdi, yaşamaq möhləti verdi. Kədərlənmişəm ki, bir il də yaşlandım, gəncliyimdən uzaqlaşa-uzaqlaşa ömrün qürubuna doğru bir il də yaxınlaşdım. Gənclik dostum, tanınmış türkoloq Ramiz Əskərin 60 yaşı olduğunu eşidəndə də eyni hissləri keçirmişəm. İnanmadım ki, Ramiz Əskərin 60 yaşı tamam olur. Ancaq təbiətin əzəli və əbədi qanunları var. Dünyaya göz açan hər kəs Tanrının ona verdiyi ömrün illərindən bir-birinə körpü sala-sala irəliləyir. Elə insanlar var ki, bir körpüdən o birinə keçməmiş arxasındakı körpülər uçub dağılır, ondan əsər-əlamət qalmır. Elələri də var ki, qurduğu körpülər nəinki qalır, hətta bu körpülərdən neçə-neçə yolçu keçib onun arxasınca gəlir. Ramiz Əskərin ömür yolu, saldığı körpülər əsl elm fədaisinin, cəfakeş bir alimin özündən sonra qoyduğu pozulmaz izlərdir.
Ramiz
Əskəri mən qırx ildən çoxdur
ki, tanıyıram. O, orta
məktəbi 1971-ci ildə, mən isə ondan
bir il sonra
1972-ci ildə bitirmişəm. O vaxtlar
yaxşı oxuyan uşaqların adı bütün ətraf kəndlərə
yayılırdı. Ramiz Qaraçanta
(1939-cu ildən Əzizbəyov) kənd orta
məktəbində oxuyarkən adını tez-tez
eşidərdik. Şeir və məqalələrlə
rayonumuzda " Amasiya rayonunda çıxan "Əmək" qəzetində
çıxış edirdi. Orta məktəbi
bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə
daxil oldu. Üçüncü kursu
bitirdikdən sonra təhsilini M.V.Lomonosov adına Moskva
Dövlət Universitetində davam etdirdi və bu mötəbər
universiteti bitirən ilk
amasiyalı jurnalist Ramizin
tale payına düşdü.
O, çox müxtəlif vəzifələrdə - Azərbaycan radiosunda redaktor (1978-1983),
Azərbaycan, türk, ərəb, rus, ingilis, fransız və
alman dillərində çıxan "Azərbaycan
bu gün"
jurnalının baş redaktoru
(1983-1984), kiril, latın və ərəb
əlifbaları ilə nəşr olunan
"Odlar yurdu" qəzetinin
baş redaktoru (1984-1991),
"Hürriyyət" qəzetinin (İstanbul)
Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993) və başqa
vəzifələrdə uğurla
çalışmışdır. Ramiz Əskər Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, respublikanın Əməkdar
jurnalistidir. O, "Qızıl
qələm", "Həsən
bəy Zərdabi",
"Humay", Türkiyənin
"Yeni Orhun" və "Türk dünyasına xidmət",
Türkmənistanın "Altun əsr",
TÜRKSOY-un "Özəl ödül" mükafatları
laureatıdır. Hazırda bu
görkəmli alim
BDU-nun nüfuzlu bir kafedrasının Türk xalqları ədəbiyyatı
kafedrasının müdiri
vəzifəsində çalışır,
inzibati-idarə işləri
ilə yanaşı, elmi axtarışlarını,
tərcüməçilik fəaliyyətini uğurla
davam etdirir. Əslində Ramiz Əskərin
gördüyü işlər,
qazandığı titullar
sadaladıqlarımızdan qat-qat çoxdur. Onun gərgin yaradıcılıq
axtarışları və
ağır zehni əməyi nəticəsində
işıq üzü
görən böyük
ensiklopedik alim Mahmud Kaşğarinin "Divanü-lüğat-it türk əsərinin adını
çəkmək kifayətdir
ki, Ramiz Əskərin Azərbaycan
dilçiliyi, türkologiya
elmində özünəməxsus
yerini və mövqeyini müəyyənləşdirəsən.
Hələ mən onun türk xalqları ədəbiyyatından tərcümə
etdiyi fundamental əsərləri,
tərtib etdiyi kitabları demirəm.
"Monqolların gizli
tarixi", Yusif Xas Hacibin "Qutadğu bilik", Z.M. Baburun "Baburnamə",
B.Çobanzadənin "Seçilmiş
əsərləri", B.Ögəlin
"Türk mifologiyası",
F.Sümərin "Oğuzlar"
və daha neçə-neçə əsər
bu qəbildəndir.
Orxon abidələri haqqında
Azərbaycan filologiyasında
bir sıra maraqlı araşdırmalar
aparılmış, dəyərli
tədqiqat əsərləri
yazılmışdır. Bakı Dövlət Universitetindən
bu müqəddəs məkana ayaq basıb, Orxon abidələrini ziyarət
etmək şərəfi
yenə də Ramiz Əskərə nəsib olmuşdur. Ramiz Əskərin təbirincə
desək, "türk
dünyasının gerçək
patriotu və əsil ziyalısı akademik Abel Məhərrəmov"
bu sahədə ona yaxından köməklik göstərmiş
və nəticədə
Abel müəllimin maddi-mənəvi
dəstəyi, Ramiz Əskərin gərgin axtarışları hesabına
"Orxon abidələri"
(Bakı, 2012) adlı
nəfis tərtibatlı
qiymətli bir kitab işıq üzü görmüşdür.
Qədim
türk yazılı abıidələri fənninin
tədrisində mövcud
boşluğun doldurulmasında
bu tədris vəsaiti indi faydalı bir mənbədir. Biz də yeri gəlmişkən,
Azərbaycan dilinə
və ədəbiyyatına,
ümumiyyətlə, elm və
təhsilə göstərdiyi
böyük diqqət
və qayğıya görə akademik Abel Məhərrəmova dərin
təşəkkürümüzü və sonsuz şükranlığımızı bildiririk.
Ramiz Əskər vaxtilə onun müəllimləri, müəllimlərinin müəllimi
olmuş AMEA-nın müxbir üzvü,
professor Tofiq Hacıyevlə,
professor Pənah Xəlilovla,
mərhum professor Yusif
Seyidovla və daha neçə görkəmli alimlə çiyin-çiyinə çalışmış
və indi də çalışır.
Müəllim üçün
tələbənin, tələbə
üçün müəllimin
bundan böyük fəxri ola
bilməz. Və bu görkəmli elm adamları sırasında
BDU-da təhsil aldığım illərdə
mənə də dərs demiş Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu,
Ağamusa Axundov, Fərhad Zeynalov, Cəlal Abdullayev, Samət Əlizadə, Tofiq Hüseynoğlu kimi alimlərin qarşısında ehtiramla,
aciz bir şagird tək baş əyirəm. Qoy tanrının işığı dünyadan
köçənlərin də,
dünyada qalanların
da üstündə olsun!
Məşhur bir kəlam var: "Alim olmaq asandır, insan olmaq çətin".
İnsan
məfhumu altında bu kəlamda, məncə, humanizm, xeyirxahlıq, daxili saflıq, təvazökarlıq,
zəhmətsevərlik və
sair kimi yüksək mənəvi
keyfiyyətlər ifadə
olunmuşdur. Məhz bu
keyfiyyətlərdir Ramiz
Əskəri dağdan
ağır işlərin
altına girməyə
vadar edən, gecəli-gündüzlü onu
çalışdıran. Həm də bu keyfiyyətlər
Ramizin etno-milli yaddaşından, nəsil-nəsil
qanından-iliyindən süzülüb
gələn mənəvi
göstəricilərdir. Ümumiyyətlə, Ramiz Əskərin
mənsub olduğu Alməmmədlilər nəsli
açıq dünyagörüşlü,
elm və təhsilə
yüksək qiymət
verən intellekt nəsil kimi tanınır. Onun atası
Baxşəli Əskərov
Ağbaba mahalında tanınmış pedaqoqlardan
idi. Baxşəli müəllim uzun
müddət Amasiya rayonunda müxtəlif məsul vəzifələrdə
(məktəb direktoru,
"Sovet Ermənistanı"
qəzetinin xüsusi müxbiri, "Əmək"
qəzetinin redaktoru, Amasiya rayon partiya komitəsində təlimatçı,
şöbə müdiri)
çalışmışdı. Onun 2001-ci ildə nəşr etdirdiyi "Ağbabada qalan izlər" kitabı maraqlı etnoqrafik məlumatlarla, Ağbabanın
tarixi, iqtisadiyyatı,
əhalinin etnik tərkibi, milli məişəti və sair materiallarla olduqca zəngindir. Bütün şüurlu həyatını
maarifin inkişafına
sərf etmiş bu el ağsaqqalını Məmməd Aslan sərrast və obrazlı ifadə ilə "əyalətə
məhkum olunmuş böyük ziyalı, gölə düşmüş
balina" adlandırmışdır.
Ramizin əmisi Kərim
Əskərov da Qərbi Azərbaycanda böyük nüfuz sahibi idi. O, on ildən artıq Amasiya rayon təhsil şöbəsinin müdiri
vəzifəsində çalışmış,
rayondakı azərbaycanlı
məktəblərin (14 orta,
8 səkkizillik məktəb)
inkişafında, bu tədris ocaqlarının
yerli milli kadrlarla təmin olunmasinda böyuk əmək sərf etmişdi. Olduqca təvazökar və
həlim təbiətli
bu insan 1988-ci ilin deportasiyasınadək
Amasiya rayonunda iki dildə nəşr olunan "Əmək" ("Aşxatank")
qəzetinin redaktoru idi. Redaksiyada yaradılan və
1987-ci ilədək fəaliyyət
göstərən "Ağbaba"
ədəbi birliyi Kərim müəllimin və qəzetin məsul katibi Rakif Namazovun sayəsində özünə
pərəstişkarlar qazandı.
İndi onlar bizim aramızda
olmasalar da, xatirələrdə yaşayırlar.
Mən bu məqaləni
Ramiz Əskərə
həsr etsəm də, özümdən asılı olmayaraq tanıdığım ürəyi
nurlu, xeyirxah insanları xatırlamaya bilmədim. Görünür, bu da taleyin bir hökmüdür
ki, Ramiz müəllim kimi təvazökar ziyalının,
elm fədaisinin adını
tək çəkmək,
ondan ayrıca bəhs etmək olmur.
Professor Ramiz Əskər 60 yaşına sanballı əsərlərlə, dərin
məzmunlu tədqiqatlarla
qədəm qoyur.
Ana təbiətdə baharın gəlişini qaranquşlar necə muştuluqlayırsa, Ramiz müəllimin çap etdirdiyi kitablar və tərcümə əsərləri də
elm aləminə bu sahədə ilk araşdırmaların
xoş sorağını
çatdırır. Ramiz
Əskərin "Əmək"
qəzetinin 1983-cü il aprel nömrələrinin birində
dərc olunmuş
"Baharın gəlişi"
adlı şeirində
yazdığı kimi:
Baharın gəlişi gəlin gəlişi,
Bir nəmər çatacaq
qaranquşlara.
Görən təbiətin nədir bəxşişi,
Göyləri qanadla yaran quşlara"
Bu bəndi
öz-özumə təkrarlaya-təkrarlaya
fikirləşirəm ki,
ana təbiətin yaratdığı bəzi
varlıqlarla əsl ziyalılar, elm adamları
arasında oxşarlıqlar
çoxdur. Qaranquşlar
baharın müjdəsini
gətirir, bal arıları min bir çiçəkdən zərrə-zərrə
bal toplayır, qarışqalar
özündən dəfələrlə
ağır yük çəkir. Ancaq nə qaranquş, nə bal arısı,
nə də qarışqalar heç kimdən heç nə ummurlar. Ulu qüdrət necə nizamlayıbsa, onlar da elə edirlər.
Ramiz Əskərin də ömür yolu eynilə beləcədir; cəmiyyətdə
yaşayıb-yaratmasına baxmayaraq, təbiət qanunlarından kənara çıxmır, o da eyni işi görür:
qarışqanın, bal
arısının, qaranquşun
etdiyi kimi!
Avtandil AĞBABA Sumqayıt Dövlət
Universiteti Əməkdar
journalist
Ekspress.-2014.- 10 yanvar.- S.14.