2013-cü ildə 20 min köçkün yeni evlərə köçüb

 

                                                  Prezident: "Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq bu siyasəti davam etdirəcəyik"

                                          

                                    Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

          Xəbər verdiyimiz kimi, yanvarın 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçısı iclasda geniş nitq söyləyib.

   Prezident bildirib ki, xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində, əfsuslar ki, heç bir irəliləyiş olmayıb. "Ermənistan tərəfi il ərzində danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə uzatmaq taktikasını seçib. Demək olar ki, il ərzində danışıqlar prosesində heç bir irəliləyiş olmamışdır, durğunluq hökm sürüb. Sadəcə olaraq ilin sonunda müəyyən canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan məsələnin həlli ilə bağlı konstruktiv mövqe nümayiş etdirərsə, qısa müddət ərzində razılaşmaya gəlmək mümkün olacaq. Müəyyən ümidlər, müəyyən nikbin məqamlar var" deyən dövlət başçısı vurğulayıb ki, 2014-cü ildə bunlar araşdırılacaq. İlham Əliyevin sözlərinə görə, hər halda 2014-cü ildə Ermənistanın həqiqi niyyəti tam bəlli olacaq. "Sözün düzü, keçən dövr nikbinliyə o qədər də əsas vermir. Çünki Ermənistan bütün danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləyib, vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə, danışıqlar prosesini iflic vəziyyətə salıb".

   Prezident bildirib ki, əgər Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücüburada öz rolunu oynayır və oynayacaq. "Bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət yaşanır və bunu Ermənistanın rəsmi orqanları da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi məsələyə ciddi yanaşarsa və Ermənistan dövlətinin maraqlarını üstün tutarsa, açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət aparmaq üçün onlardaimkanlar var, nə də ki, potensial.

   Hesab etmirəm ki, hansısa bir ölkə üçün ancaq xarici yardıma arxalanmaq böyük şərəf gətirir. Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Mən bu barədə hələ 5-6 il bundan əvvəl demişəm, öz fikirlərimi bildirmişəm. Artıq biz buna nail ola bilmişikbundan sonrakı dövr də şübhəsiz, Azərbaycan dövləti üstünlüyünü daha da möhkəmləndirəcək" deyən dövlət başçısı ümid edir ki, danışıqlar prosesində müsbət dəyişikliklər olacaq. Onun sözlərinə görə, beynəlxalq vasitəçilər çalışırlar ki, burada irəliləyiş olsun. "Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmayıb. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilib. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ vardır. Sadəcə olaraq biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyurümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir".

   Azərbaycanın heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini vurğulayan İlham Əliyev bildirib ki, məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcək. "Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq".

   Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinin də keçən il həll olunduğunu deyən İlham Əliyev bildirib ki, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülüb: "Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlayıb və davam etdiriləcək".

   Azərbaycanın dövlət başçısı keçən il sosial məsələlərin həlli işində də önəmli addımlar atıldığını vurğulayıb. "İlk növbədə, sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatıb. Deyə bilərəm ki, MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir. Biz bunu ən qısa müddətdə - iki il ərzində təmin etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan dövləti bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımırdı - nə hüquqi, nə mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün biz bunu etdik. Böyük vəsait ayırdıq və qısa müddət ərzində bu məsələni həll edə bildik".

   Prezident keçən il maaşlar və pensiyaların qaldırıldığını deyərək, bunun müsbət hal olduğunu vurğulayıb: "Biz yaxşı bilirik ki, bəzi ölkələrdə pensiyalar, maaşlar kəsilir, yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç bir sosial proqrama toxunulmadı, əksinə, biz insanların rifah halının yaxşılaşması üçün əlavə tədbirlər gördük. Həm sosial yönümlü, həm investisiya yönümlü. Əlbəttə ki, bu, özünü real həyatda da göstərir".

   İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, əhalinin rifah halının göstəricilərində də müsbət dinamika müşahidə olunur (AzerTAc). Belə ki, onun sözlərinə görə, 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olub.

   "Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilib. Dövlət sektorunda çalışanların əmək haqları isə ən azı 10 faiz həcmində artırılıb" deyən maliyyə naziri bildirib ki, tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb.

   S.Şərifovun sözlərinə görə, 2013-cü ildə də dövlətin sosial siyasətinin mərkəzində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünün mənzil-məişət şəraitinin və sosial təminatının yaxşılaşdırılması məsələləri durub ki, bu məqsədlərə dövlət büdcəsindən və Neft Fondunun büdcəsindən üst-üstə 522 milyon manat vəsait yönəldilib. Maliyyə nazirinin dediyinə görə, məcburi köçkünlərə ərzaq təminatı ilə bağlı 110 milyon manat sosial müavinət, bəzi kommunal xidmətləri (elektrik enerjisi, qaz, sus.) üzrə güzəştlərin tətbiqi ilə bağlı 96 milyon manat vəsait ödənilmiş, sosial müavinətlərin aylıq məbləği isə 10 faiz artırılıb.

   Şərifov qeyd edib ki, 2013-cü ildə xüsusi əhəmiyyət kəsb edən, ən vacib sosial layihələrindən biri kimi vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik ödənilməsi prosesinin başa çatması olub. Onun sözlərinə görə, ödənişə başlanıldığı andan MDB məkanında rekord müddətdə, yəni 1 il 7 ay ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilib.

 

Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

Ekspress.-2014.- 11-13 yanvar.- S.11.