"Aktrisalıqdan başqa əlimdən heç
nə gəlmir..."
Şəlalə Şahvələdqızı:
"Yalnız sənətimdə
irəli getmək barədə düşünürəm"
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Şəlalə Şahvələdqızı "milli.az"a müsahibə verib. Aktrisa sənətə gəlişindən, hazırkı durumundan, eləcə də teatrın vəziyyətindən danışıb.
Tanıtım: Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində doğulub. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyoru fakültəsinə daxil olub. Sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov Elçinin "Ah, Paris, Paris!.." satirik komediyasını Akademik Milli Dram Teatrında tamaşaya hazırlayanda, tələbə aktrisaya da rol verib. Gülbəniz rolunun məşqlərinə inamla başlayan Şəlalə 1996-cı ildə aktrisa kimi bu teatra işə götürülüb. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb.
2012-ci il
mayın 9-da əməkdar
artist adına layiq görülüb.
- Necə oldu, aktrisa olmaq
qərarına gəldiniz?
- Mən, əslində, aktrisa olmaq fikrində olmamışam. Arzum iqtisadçı olmaq idi. Lakin iş elə
gətirdi ki, fikrimi dəyişdim. Sənədlərimi Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinə verdim və qəbul olundum. Nəticə etibarilə, aktrisa
oldum. İndi işimdən, sənətimdən
çox razıyam.
- Bu qərarınızı
valideynləriniz necə
qarşıladılar?
- Mənə qarşı heç bir etiraz olmadı.
Yalnız qardaşlarım dedilər ki, özünü düz-əməlli
aparsan, heç bir problem yoxdur (gülür).
- Bu vaxtacan ən uğurlu rolunuz hansı olub?
- Mən oynadığım bütün
rollarımı sevirəm.
O ki qaldı ən uğurlu roluma, onu mən
yox, tamaşaçılar
daha yaxşı bilərlər.
- İmtina
etdiyiniz rol olub?
- Xeyr, elə bir rol
olmayıb. Teatrda mənə həvalə
olunan bütün rolları oynamışam.
Amma filmlərdə, seriallarda imtina etdiyim rollar olub.
- Necə rol oynamaq istərdiniz?
- Psixoloji rol oynamaq istərdim.
Özü də teatrda
yox, filmdə.
- Sənət baxımından hələ
də öyrənə
bilmədiyiniz nəsə
qalıb?
- Təbii ki, hər bir
insan kimi, mənim də zəif nöqtələrim
var. Amma nələr olduğunu deməyəcəm,
çünki düşmənlərim
bundan istifadə edə bilərlər.
- Düşmənləriniz
çoxdur?
- Düşmənim
olmağına var, amma nə qədər
olduğunu bilmirəm.
- Əlavə
qazanc yeriniz var?
- Seriallardan qazanc əldə edirəm.
- Aktrisalıqdan
savayı əlinizdən
hansı iş gəlir?
- Heç bir iş. Xarici dil
bilirəm. Onu da yüksək səviyyədə
bilmirəm ki, gedim haradasa işləyim.
- Ailəlisiniz?
- Xeyr, ailə qurmamışam.
- Bunun özəl bir səbəbi var?
- Şəxsi
həyatım haqqında
danışmağı xoşlamıram.
- Səhnədən
neçə yaşınızda
getməyi planlaşdırırsınız?
- Belə bir planım yoxdur. Mən ölənə qədər
səhnələrdə olacağam,
inşallah.
- Sənətdə
sizinlə rəqabət
aparan insanlar var?
- Olub-olmadığını
mən dəqiq deyə bilmərəm.
- Bəs siz necə, kiminləsə rəqabət
aparırsınız?
- Xeyr, mən heç kimlə rəqabət aparmıram və heç bir qalmaqala başımı qoşmuram.
- İndi nəyə can atırsınız?
- Yalnız və yalnız sənətimdə irəli
getmək barədə
düşünürəm. Bütün fikrimi məhz buna yönəltmişəm.
- Həyatdan nə gözəyirsiniz?
- Yeni-yeni layihələrin həyata
keçəcəyinə ümid
edirəm. Elə layihələrin ki, biz aktrisalar özümüzü həmin
layihələrdə daha
da yaxşı təsdiqləyə bilək.
- Hal-hazırda
hansı serialda çəkilirsiniz?
- İndi
"Sənə inanıram"
adlı serialda rol alıram. Serialın bir neçə bölümü artıq nümayiş olunub.
- "Ola bilərdi..." -bu ifadəni necə tamamlayardınız?
- Ola bilərdi,
amma olmadı...
Ekspress.-2013.-
11-13 yanvar.- S.20