300 mindən çox
məcburi köçkünişlə
təmin olunub
Ermənistanın Azərbaycana hərbi
təcavüzü, onun
vurduğu maddi və mənəvi zərər hələ də dövlətin bir nömrəli problemi olaraq qalır. Qaçqın
və məcburi köçkünlərin bütün
sosial problemləri Azərbaycan prezidentinin sərəncamı ilə
təsdiq edilmiş
"Qaçqınların və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"
və həmin sərəncamın icrası
ilə əlaqədar
Nazirlər Kabinetinin sərəncamı ilə
təsdiq edilmiş tədbirlər planında
öz əksini tapıb.
Görülən tədbirlərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin humanitar
və sosial vəziyyəti hələ
də mürəkkəb
olaraq qalır. Məsələn, son illər ərzində
donorlar tərəfindən
qaçqın və məcburi köçkünlərə
göstərilən ərzaq
və qeyri-ərzaq yardımının həcmi
əhəmiyyətli dərəcədə
(4 dəfə) azaldılıb.
Bakı,
Sumqayıt şəhərlərində
və Abşeron rayonunda müvəqqəti
məskunlaşmış 230 min nəfərdən çox
məcburi köçkün
1992-1993-cü illərdən etibarən ərzaq yardımı ilə təmin olunmur. Ümumiyyətlə, 1 milyondan çox
qaçqın və məcburi köçkündən
hazırda yalnız 30
faizi aylıq ərzaq yardımı ilə təmin olunur. 2001-ci ildə beynəlxalq humanitar təşkilatlar tərəfindən 214 min nəfər
məcburi köçkünə
ərzaq yardımı
dayandırılıb.
Qeyd edək ki,
son illər ərzində
beynəlxalq humanitar təşkilatlar tərəfindən
Azərbaycana 900 milyon
ABŞ dolları məbləğində
yardım göstərilib.
Bu barədə bildirən
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
sədri Əli Həsənovun sözlərinə
görə, bunun 450 milyon dolları ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət
təşkilatları tərəfindən
edilən yardımlar olub. Münaqişə nəticəsində qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüş
Azərbaycan vətəndaşlarına
ən böyük yardımı ABŞ QHT-ləri
göstərib.
Əslində maliyyə imkanları məhdud olduğundan məcburi köçkünlərin
müvəqqəti istifadə
üçün ayrılmış
torpaq sahələrindən
səmərəli istifadə
olunmasının təmin
edilməsində hələ
də çətinliklər
var. Yeni xırda istehsal sahələrinin yaradılması kiçik
və orta biznesin inkişafı, kənd təsərrüfatı,
mikro maliyyə və sair dairələrin
həyata keçirilməsinə
böyük tələbat
yaranıb. Məcburi köçkünlərin sıx
məskunlaşma yerlərində
- yataqxanalarda, tikintisi
yarımçıq qalmış
binalarda, uşaq sağlamlıq düşərgələrində
və sair yerlərdə infrastruktur,
elektrik xətləri,
içməli su kəmərləri, daxili yollar, dam örtükləri, təhsil,
səhiyyə obyektlərinin
vəziyyətinin yaxşılaşdırılmasına
ciddi ehtiyac duyulur. Qeyd edək
ki, hazırda Azərbaycan Respublikasının
ərazisində 378 min 505 nəfər
əmək qabiliyyətli
məcburi köçkündən
35 min 872 nəfər işsizdir.
İş yerlərinin
azlığından, maddi
vəsait olmadığından
yeni iş yerlərinin yaranması sahəsində problemlərin
yaranması, aqrar sənayedə görülən
işlərə baxmayaraq
işsizlik probleminin tamamilə aradan qaldırılması bir sıra maneələrlə
üzləşir.
Ümumilikdə 2001-2008-ci illərdə
277 min 174 nəfər qaçqın
və məcburi köçkün işlə
təmin olunmuş,
2467 nəfər işsizlik
statusu almış,
932 nəfər haqqı
ödənilən ictimai
işlərə cəlb
olunmuş, 1116 nəfər
peşə-hazırlıq kurslarına
göndərilmiş, 5099 ailəyə
ünvanlı sosial yardım edilib. 1747 nəfər Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri
ilə qarşılıqlı
fəaliyyət nəticəsində
işlə təmin olunub. Bundan əlavə, 563 nəfərə
işsiz statusu verilib, 680 nəfərə
isə işsizlik müavinəti təyin edilib. 467 nəfər
qaçqın və məcburi köckün əmək bazarının
müasir tələbləri
əsasında peşə
hazırlığı kurslarına,
253 nəfər isə
haqqı ödənilən
ictimai işlərə
cəlb olunub. Azərbaycan Respublikası
prezidentinin sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"na edilmiş əlavələrin icrası
nəticəsində məcburi
köçkünlər arasında
yoxsulluq həddi 75%-dən 23%-ə enib. Yeni salınmış qəsəbələrdə 27814 yeni iş yeri
yaradılıb.
Son olaraq qeyd edək
ki, məcburi köçkünlərə müvəqqəti
istifadə üçün
dövlət və bələdiyyə ehtiyat fondlarından 60 min hektar torpaq sahəsi ayrılıb, eyni zamanda 47 min məcburi köçkünün əhatə
olunduğu 760 fermer təsərrüfatı yaradılıb.
Xədicə QİYAS
Ekspress.-2014.- 18-21 yanvar.-
S.12.