"Qanlı gecə"
(poemadan bir parça)
Qaniçənlər
Xalqım hey
can atıb suverenliyə,
Bəsdir özgələrə baş əydiyimiz.
Azadlıq əzmini boğurlar niyə,
İyirmi Yanvarda nələr
gördük biz?
Haqqını istəyən xalqın başına
Qaniçən "ordumuz" min oyun açdı.
Oğul, qız itirdi gör neçə ana,
Güllələr zülmətdə gur işıq saçdı.
O gün susduruldu yüzlərlə
insan,
Ana fəryadını
eşitdi hamı.
Ah çəkdi
diyarım, sarsıldı
yaman,
Eşitdi yer üzü
bu ittihamı.
Şənbə gecəsində
töküldü qanım,
Mələklər diksindi güllə
səsindən.
Köksünü
ötürdü Azərbaycanım,
Dərdli anaların ah-naləsindən.
Nahaq qan tökməyə gəlmişdi ordu,
Günahsız insanlar şəhid
oldular.
Hədəf eylədilər müqəddəs
yurdu,
Quzğunlar Bakıya necə
doldular?
Başımın üstündən
uçdu güllələr,
Tankların nərəsi qulaq
batırdı.
Qeyrətli övladlar susdular hədər,
Burda hiylə vardı,
bəd niyyət vardı.
Çatdı məqsədinə bədxahlar
o gün,
Küçələr boyandı lalə
rənginə.
Yanağı allandı bir anda göyün,
Ağır zərbə aldıq
biz dönə-dönə.
Nəydi günahımız, nəydi bilmirəm?
Kimin toyuğuna "kiş"
demişdik biz.
Bu zərbə
nə üçün
dəydi, bilmirəm?
Qana qəltan oldu
igidlərimiz.
Nəydi günahımız, görən,
ay Allah,
Bakıda yağıştək yağdı güllələr.
İnana bilmirəm, bilmirəm, billah,
Niyə qan rənginə
boyandı səhər?
Nəydi günahımız, nəydi,
ilahi,
Bakının qəlbinə yara
vurdular.
Güllə sinəmizdən dəydi, ilahi,
Tülkülər,
çaqqallar ara vurdular.
Nəydi günahımız, nəydi,
görəsən?
Zindana salındı Xəlil
-üsyankar.
Necə dərk edəsən,
cavab verəsən?
Hər sözün altında
bir müəmma var.
Xalqını sevməkdi cinayətləri,
İşgəncə verdilər Lefortovoda.
Niyə puça çıxdı
saf niyyətləri,
Yetmədi heç kimsə,
yetmədi dada.
Nə idi günahı
Xəlil Rzanın?
Zülmət Lefortovo qəfəsdi
ona.
Bilərək qədrini şair hər anın,
Nəğmələr bəxş etdi
Azərbaycana.
Salındı zindana neçə günahsız,
Qantökən, qaniçən cəzalanmadı.
Tanklar tapdalayan küçə günahsız,
Cəlladın hər yanda
cəlladdır adı.
Hər an söylədilər:
-Gözləyin hələ,
Sizin bundan ayrı
yolunuz yoxdur.
Susaraq gözləmək qismətdir elə?
Ya qılınc tutmağa
qolumuz yoxdur?
Susmuşuq, susuruq iki yüz
ildir,
Dözüm yarışının qalibi bizik.
Bu qədim Gəncədir, o Ərdəbildir,
Əhdə vəfadarıq, ilqara
düzük.
Susmuşuq, susuruq iki yüz
ildir,
Bu dərdə
bir çarə tapılmır niyə?
Heç kəs qeydimizə qalan deyildir,
Əl-ələ verəyin birləşək
deyə.
Susmuşuq, susuruq iki yüz
ildir,
Dilimiz qıfıllı, sərhəd bağlıdır.
O taylı-bu taylı vahid bir eldir,
Ürəklər niskilli, sinə
dağlıdır.
Səbrin də həddi var, hüdudu vardır,
Arazı nə qədər
danlamaq olar?
Ağı söyləməkdən dilim
qabardır,
Çayı da heç hədər danlamaq olar?
Susmaq qızıl olub xalqımız üçün,
Birliyə birlikdə can atmaq gərək.
Bəxtimə düşəcək görən hansı gün?
Möhlət ver, ay Allah, o günü
görək.
Qırılıb köləlik
zənciri tamam,
Ellər torpağının sahibi olub.
Azad görməliyik
hər yeri tamam,
Qan tökən həmişə
qanda boğulub.
Vahid olmalıdır Azərbaycanım,
Şirvanım, Muğanım, Qarabağım
var.
Yaşa dolmalıdır Azərbaycanım,
Bir dilim, bir elim, bir torpağım
var.
Onun bir qarışı yad elə keçməz,
Tomrislər qoruyub öz
qanı ilə.
Sərin bulağından yadlar su içməz,
Bu elin
şöhrəti düşübdür
dilə.
Sərhəd kəndlərimi
atəşə tutan,
Qatili, cəlladı cilovlayan
yox.
Gecə də, gündüz də səngərdə yatan
Qəddar millətçilər, saqqallılar çox.
Özgə torpağında gözümüz
yoxdur,
Qonşunun məqsədi hamıya
bəlli.
Qeyrətsiz deyilik, gözümüz toxdur,
Torpağa bağlıyıq obalı,
elli.
Gördü öz işini güclü zəlzələ,
Dostları çox oldu
"cəfakeş" xalqın.
Gəldi bağlamalar bədniyyət
elə,
Artdı silahları birəbeş
xalqın.
Siz ey BMT-də oturan kəslər,
Mənim də xalqımı düşünün barı.
İnsan hüququndan dəm vuran kəslər,
Azadlıq istəyir Odlar
diyarı.
Təxirəsalınmaz
məsələ budur,
Daha parçalanmış ölkə
qalmayıb,
Bu ulu istəkdir, ulu arzudur,
Bizimtək niskilli millət
olmayıb.
Salın gündəliyə, birləşdirin
siz,
Şimali, Cənubi Azərbaycanı.
Məsələ
həll edin, qərar verin siz,
Xoş xəbər dolaşsın,
gəzsin hər yanı.
***
Əzizinəm,
çarəsiz,
Dərdə düşdük çarəsiz,
Bəlaya tutulmuşuq,
Çarə tapın, çarə,
siz.
Eləmi qazan ağlar,
Ocaqda qazan ağlar.
Şəhidə
ağı deyən,
Bayatı yazan ağlar.
Eləmi dilim-dilim,
Doğrandım dilim-dilim.
Dərdim ümmana dönüb,
Qələm tutmayır əlim.
Bizə yaddı bu tankçı,
Lap cəlladdı
bu tankçı.
Nişan alıb sinəmi,
Niyə atdı bu tankçı?
Nə tufandı, gurhagurdu,
Faciədi, vurhavurdu.
Moskvadan gəlib bu bəla,
Günahsızı qırhaqırdı.
Dil açdı avtomatlar,
Od
saçdı avtomatlar.
Qatillərin əlində
Gör neçə avtomat
var?
Ana, bacı qan ağlar,
Damarımda qan ağlar.
Şəhidlərin
dərdinə
Ürəyi yanan ağlar.
Ana, bağla yaramı,
Açıb yoxla yaramı.
Hər yetənə göstərmə,
Pünhan saxla yaramı.
Yox, əyilməz Sabirim,
Qorxu bilməz Sabirim.
Adaşıydı
o mərdin
Böyük, ölməz Sabirin.
Qorxmaz idi Şakirim də,
Əyilmədi Şakirim də.
Düşmənlərə,
qatillərə
"Ölüm!"
-dedi Şakirim də.
Hər kəs qorxmaz aslan oldu,
İttihamçı zaman oldu.
Şəhidlərdən
birisi də
Soydaşımız Ruslan oldu.
Teymurumuz neyləyəydi?
Sinəsindən güllə dəydi.
Qanlı yanvar gecəsində
Qapıları ölüm döydü.
Dara düşdü Bəhruz yaman,
Aman! -dedi, Allah, aman.
Çaya döndü, gölə döndü
Bakımızda tökülən qan.
Neyləmişdim yadlara mən?
Ürəyimdən vurdu nədən?
Zalım dövran axı niyə,
Ayrı düşdük biz Rahimdən?
Qəlbimi didir qəzəb,
Məni qul edir qəzəb.
Baxdı nifrət hissiylə
Yad üzünə Mirqəzəb.
Torpağı qədim, ulu,
Əcdadı Qoç Koroğlu.
Həkim olmalı idi
Elçin Beydulla oğlu.
Göylərdən
od ələndi,
Salman da güllələndi.
Atasız neyləsin bəs,
Üç qız, bir oğlan indi?
Şəhid oldu, şəhid Rövşən,
Nə tez susdu igid Rövşən?
Belə oğul itirənlər
Bu dünyada
olarmı şən?
Səslər gəlir göydən, yerdən,
Zərbə aldı el əsgərdən.
Biz əbədi
ayrı düşdük
Odlar oğlu Ələsgərdən.
Tanrım, mənə qulaq as,
El-obada
yenə yas?
Hamı yaxşı bilir ki,
Qorxaq deyildi Abbas.
Elçin, göz açdın Qubada,
Boy atdın eldə, obada.
Sən öz doğma vətənində
Axı niyə düşdün
oda?
Dörd aylıq qızın Şövqiyyə,
Mirzə, ahı qalxır
göyə.
Özünü
danlayacaq o,
Nəhsdir ayağım, nəhs
-deyə.
Gücsüz idin o savaşda,
Şəhid oldun əlli
yaşda.
Ay Səxavət, qıydı
düşmən,
Yaşayırsan sən yaddaşda.
Bafadardır adın sənin,
Əsiriydin bu Vətənin.
Söylədin
ki, mən torpağın,
Meşə, hava, su Vətənin.
İlqarımın düz
ilqarı,
Od
oğlunun öz ilqarı.
Allah, yaman tez itirdik
Bu aləmdə
biz İlqarı.
Habil, hardasan, harda?
Ana qəlbi
qalıb darda.
Eloğlu, ad günün idi
On doqquzu
yanvarda.
Tələbəydi
Azərimiz,
Bada verdik Azəri
biz.
Yatır Dağüstü parkda o,
Laylasını deyir dəniz.
Qarabağ eşqiylə yandı,
Bu torpağı
Məkkə sandı.
Zaur, yurdun Azərbaycan,
Uyuduğun Xiyabandı.
Çox darıxır Aynur balan,
Yola baxır Aynur
balan.
Faiq, sənsiz anasını
Oda yaxır Aynur
balan.
Qırxa çatmışdı yaşı,
Qeyrət dostu, sirdaşı.
Bayram yaman gecikdi,
Harda qarışıb başı?
Namiqin günahı nəydi?
Namərdin gülləsi dəydi.
Bir ay sonra qız evinə
Axı nişan getməliydi.
Xiyabanda məzarlar var,
Birində də yatır
İlqar.
Sona xala balam deyib,
Soyuq qəbri ha qucaqlar.
Töküldü al qanım, niyə?
Lap üzüldü
canım, niyə?
Maşındaca
susduruldu
Svetlana xanım, niyə?
Cabbar, Müşfiq, bir də Fuad,
Siz üç qardaş,
üç qol-qanad.
Fuadını itirəndən
Ana hər
gün edir fəryad.
Ha yollara baxır ana,
Tarıyel dönmür Lənkərana.
Dəfn olunub Xiyabanda,
Doğmalar baş çəkir
ona.
Sən sağ idin dünən,
İlqar,
Bir şam kimi sönən İlqar.
Axı belə deməmişdin,
İlqarından dönən İlqar?
17 yanvar 2014
Əli VƏKİL
Ekspress.-2013.- 18-21
yanvar.- S.20.