Əlilliyə səbəb olan xəstəliklər

 

                                                                   Xəstəliklərə qarşı mübarizəni gücləndirməklə əlilliyin səbəblərini zəiflətmək olar

                                Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Ölkəmizdə əlillik statusunu daşıyan şəxslərin əksər hissəsi müxtəlif xəstəliklərlə əlaqədar əlil olmuş insanlardır. Müharibə, fövqəlada hallar, müxtəlif qəzalarla əlaqədar əlil olanların sayı isə cəmi əlillərin kiçik hissəsini təşkil edir. Azərbaycanda 11 minə yaxın Qarabağ müharibəsi əlili var. Böyük Vətən, Əfqanıstan, Çernobıl, 20 Yanvar, müxtəlif terror hadisələri, travmalars. oxşar hallarla bağlı əlil olanlar da nəzərə alınarsa bu cür xarici səbəblərlə bağlı əlillərin sayı 50 mini ötmür. Ölkəmizdə isə 2012-ci ilin sonuna olan məlumata görə 520,8 min əlil var. Müqayisədən görünür ki, xarici səbəblərlə bağlı əlil olanların sayı cəmi əlillərin 8 faizi qədərindədir.

   Statistika göstərir ki, 2012-ci ilin sonuna olan məlumata əsasən, ilk dəfə əlil statusu alanların sayı 22,687 min olub və onların 1861 nəfəri (8,2 faiz) travmalar, zəhərlənmələr, xarici səbəblərin təsirinin digər nəticələri, həmçinin istehsalatda travmaların nəticələri və peşə xəstəlikləri sayəsində əlil olanlardır. Bir il ərzində əlil olan 20 mindən artıq insan isə müxtəlif xəstəliklərlə əlaqədar sağlamlığını itirənlərdir.

   Məlumatü üçün bildirək ki, ölkəmizdə əlillərin sayı, onların ümumi əhali sayına nisbəti yüksək deyil. Dünyada 1 milyard əlil var və onların dünya əhalisinin sayına nisbəti təxminən 15 faizdir. Azərbaycanda əlillərin əhali sayına nisbəti 5,6 faiz təşkil edir.

   Ölkəmizdə əlillərin sayının azlığını MDB ölkələrində olan eyni göstəricilərin müqayisədən də görmək olar.

   Azərbaycanda əhalinin 0,23 faizi, Belarusda 0,51 faizi, Ermənistanda 0,51 faizi, Qırğızıstanda 0,28 faizi, Moldovada 0,36 faizi, Rusiyada 0,59 faizi, Ukraynada 0,39 faizi ilk dəfə əlil hesab edilib. Göründüyü kimi Azərbaycanda əlil olanların əhali sayına nisbəti daha aşağıdır.

   Rəsmi statistikaya görə, ölkəmizdə 520,8 min (2012-ci il) əlil var. 2000-ci illə müqayisədə ötən müddətdə əlillərin sayında ciddi artım olub. Həmin tarixdə Azərbaycanda 250,71 min əlil var idi. Ötən 12 il ərzində ölkə əhalisinin sayı 15 faiz artdığı halda əlilliyə görə pensiya və müavinət alanların sayı 2,07 dəfə artıb. Yalnız 2012-ci ildə 22,7 min nəfər ilk dəfə əlil statusu alıb. 2009-cu ildə bu göstərici 18,5 min olub.

   İlk dəfə əlil statusu alanların 8,8 mini 18 yaşına qədər olan uşaqlardır. 2009-cu ildə 6,2 min uşaq ilk dəfə əlil statusu qazanıb.

   Bu məsələdə təəssüfləndirici fakt ondan ibarətdir ki, kənd yerlərində əlil uşaqların sayında artım sürəti şəhər yerlərinə nisbətən yüksəkdir. 2012-ci ildə uşaqlar arasında ilk dəfə əlillik statusu alan şəxslərin 5 mini kənd yerlərində, 3,8 mini şəhər yerlərində yaşayan uşaqlar olub. 2009-cu ildə isə 6,2 min ilk dəfə əlil adı alan uşağın 3,3 mini kəndlərdə, 2,9 mini şəhərdə yaşayanlar təşkil edib. 2009-2012-ci illər ərzində şəhər yerlərində ilk dəfə əlil hesab edilən uşaqların sayı 31 faiz artdığı halda kənd yerlərində 51 faizdən çox artıb. Halbuki, hazırda Azərbaycan əhalisinin 53 faizi şəhərlərdə, 47 faizi kəndlərdə yaşayır. Bu nisbətlə ilk dəfə əlil olan uşaqların da çox hissəsi şəhərlərdə olmalı idi.

   Son məlumata görə, 18 yaşına qədər olan hər 10 min uşaqdan 34,5 nəfəri ilk dəfə əlil hesab edilib. 2009-cu ildə hər 10 min nəfərə düşən göstərici 24 nəfər olub.

   Uşaqlardan fərqli olaraq yaşı 18-i ötən şəxslər arasında ilk dəfə əlillik daha çox şəhər yerlərində müşahidə edilir. 2012-ci ildə şəhər yerlərində 7800 nəfər, kənd yerlərində 6100 nəfər ilk dəfə əlillik statusu alıb.

   Ümumilikdə isə ilk dəfə əlil hesab edilənlərin 11,6 min nəfəri şəhərdə, 11,1 min nəfəri kənddə yaşayıb.

   Statistik məlumatlardan görünür ki, ilk dəfə əlil hesab edilən insanların daha çox hissəsi 2 qrup əlillərdir. Belə ki, 2012-ci ildə ilk dəfə əlil olan 22,7 nəfərin 78,9 faizi 2-ci qrup əlilik dərəcəsi alıb. Əlillərin 15,1 faizi 3-cü qrup, qalanı birinci qrup əlillər olub. İlk dəfə əlil adı alan şəxslərin 98,2 faizi əmək qabiliyyətli yaşda olan insanlardır.

   Bu statistik məlumatları təsadüfən çəkmirik. Hamıya aydındır ki, əlillərin sayının artması qayğıya ehtiyacı olan insanların sayının artması deməkdir. Daha çox əlil dövlətdən daha çox maliyyə digər iqtisadi, sosial resurslardan istifadə etməyi tələb edir. Əlillik insanlar üçün sadəcə fiziki deyil, həm mənəvi zərbə olduğundan o insanların reabilitasiyası, cəmiyyətə inteqrasiyası dövlət üçün ən həssas məsələlərdən birinə çevrilir. Buna görə dövlət əillərə qayğını artırmaqla bərabər əlilliyə səbəb olan amillərin mümkün qədər zəiflədilməsinə nail olmalıdır. Əlilliyin səbəbləri arasında isə yuxarıda qeyd etdiyimiz kimi müxtəlif xəstəliklər əsas baiskardır.

   Rəsmi məlumatlara görə, ilk dəfə əlil hesab edilənlərin daha çox hissəsi qan dövranı sistemi xəstəliklərinə görə əlil olur. 2012-ci ildə 5,03 min şəxs bu xəstəlikdən əlil olub. Əlilliyə səbəb olan əsas xəstəliklər arasında ikinci sırada əsəb sisteminin xəstəlikləri (2,178 min əlil) gəlir. Digərlərinə diqqət yetirdikdə görünür ki, ruhi davranış pozğunluqları (1806 əlil), bədxassəli şişlər (1667 əlil), endokrin sisteminin xəstəlikləri, qidalanmanın maddələr mübadiləsinin pozğunluqları (1628 əlil), göz əlavə aparatının xəstəliyi (1397 əlil), vərəm (1116 əlil) əlilliyə səbəb olan əsas xəstəliklərdəndir.

   2009-cu illə müqayisə etdikdə məlum olur ki, 2012-ci ildə ilk dəfə əlil olanların sayı 23 faiz artıb. Xəstəliklər üzrə müqayisə etdikdə isə bu müddətdə qan dövranı sistemi xəstəliklərinə görə əlillik 28 faizdən çox, əsəb sisteminin xəstəlikləri ilə əlaqədar əlillik 6,24 faiz, ruhi davranış pozğunluqları 8,3 faiz, bədxassəli şişlərlə əlaqədar əlillik 26,5 faiz, endokrin sisteminin xəstəlikləri, qidalanmanın maddələr mübadiləsinin pozğunluqlarına görə əlillik 36 faiz, vərəmlə əlaqədar əlillik 17,8 faiz artıb. Göz əlavə aparatının xəstəliyinə görə əlillik bu müddətdə 2 faiz azalıb.

   Uşaqlar arasında əlilliyə səbəb olan xəstəliklərin statistikasına diqqət yetirdikdə aydın olur ki, 18 yaşına qədər insanlar daha çox əsəb sisteminin xəstəlikləri ilə əlaqədar əlil olur. 2012-ci ildə 2491 nəfər bu xəstəliklərlə əlaqədar ilk dəfə əlil hesab edilib. Ruhi davranış pozğunluqlarına görə 863 nəfər, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar xromosom pozğunluqları ilə əlaqədar 854 nəfər, tənəffüs sisteminin xəstəliklərinə görə 707 nəfər, göz əlavə aparatının xəstəliyinə görə 540 nəfər ilk dəfə əlil olub. 2009-cu illə müqayisədə 2012-ci ildə əlilliyin səbəbləri arasında əsəb sisteminin xəstəlikləri 42 faiz, ruhi davranış pozğunluqları xəstəlikləri 30 faiz, anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar xromosom pozğunluqları 56 faiz, tənəffüs sisteminin xəstəlikləri 2,1 dəfə, göz əlavə aparatının xəstəliyinə görə 25 faiz artıb. Bu müddətdə uşaqlar arasında ilk dəfə əlil olanların sayı 41 faizdən çox artıb.

   Statistika göstərir ki, ürək-damar xəstəlikləri Azərbaycanda artmaqdadır. Bu xəstəlik həm əlilliyin əsas səbəblərindən biridir. Lakin qeyd edək ki, ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Dünya Səhiyyə Təşkilatının ən son statistic göstəricilərinə görə, ürək-damar xəstəlikləri hələ dünyada ən çox ölümə əlilliyə səbəb olan xəstəlikdir.

   Deməli, sağlamlığa diqqəti artırmaqla əlilliyi doğuran səbəbləri zəiflətmək, beləliklə, əlil insanların sayında artım sürətini azaltmaq olar. Bunun üçün həm qanunvericilik təkmilləşdirilməli, həm insanların öz sağlamlığını qoruması üçün maarifləndirici tədbirlər görülməlidir.

   Ölkəmizdə "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun mövcuddur bu qanunda olan müddəalar mütamadi olaraq təkmilləşdirilir. Qanunda dəqiq ifadə edilir ki, dövlət ailə üzvlərinin sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür. Yəni, insanların sağlamlıq məsələsinə görə dövlət birbaşa məsuliyyət daşıyır.

   Qanunda qeyd edilir ki, hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə ailə-nigah münasibətlərinin tibbi-psixoloci cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq , müayinədən keçmək dispanser nəzarətində olmaq hüququna malikdir.

   Əgər dövlət insanların vaxtlı-vaxtında tibbi müayinəsini təşkil edə bilsə, həmçinin insanlar fərdi qaydada öz sağlamlıqlarına diqqət ayırsa insanlar ağır xəstəliklərə daha az düçar olar əlillik faktlarının sayında artım böyük olmaz.

   Qeyd etmək yerinə düşər ki, dövlət indiyədək insanların sağlamlığının qorunması üçün xəstəxanaların, poliklinikaların əsaslı təmiri, səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təchizatı işini xeyli yaxşılaşdırıb. İndi ölkəmizdə müayinə zamanı istənilən xəstəliyi vaxtında aşkar etməyə imkan verən tibb avadanlıqları ixtisaslı həkimlər var. Sadəcə olaraq uşaqların 18 yaşdan böyük olan insanların müayinəsinin təmin edilməsi məqsədilə işləri gücləndirmək vacibdir. Vaxtında müayinə müalicə əlilliyə səbəb olan xəstəliklərin əksəriyyətinin qarşısını almağa imkan verir.

   Artıq əlil olan insanların reabilitsaiyası işləri ölkəmizdə aparılır. Bu məsələ "Əlilliyin uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sosial müdafiəsi haqqında" qanunla tənzimlənir.

   2012-ci ilin məlumatına əsasən, Azərbaycanda reabilitasiya göstəricisi 3,5 faiz olmaqla, tam reabilitasiya olunanların sayı 6 952 nəfər olub.

   2012-ci il ərzində 83 nəfər əlilin Ukrayna Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib.

   Sağlamlıq imkanları məhdud uşaqlara sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü il dövlət büdcəsində Prezidentin ehtiyat fondundan ayrılmış 2 milyon manat vəsait, ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəlib.

 

  

Vasif CƏFƏROV

Ekspress.-2014.- 25-27 yanvar.- S.11.