Ən yaxın tarix

 

                                                                                                                             İlk və yeganə qadın spiker

 

Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.

   İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.

   "... Həsən Həsənov həmin gün axşam Bakıya qayıdır, Ali Sovetin iclasından xəbəri yox, gəlir Nazirlər Kabinetinə, bütün müavinləri çağırır yanına, təkcə Hüseynovdan başqa, yəni artıq o, müavin deyil. Firuz Mustafayev, Zülfi Hacıyev, Artur Rəsizadə, Matvey Radayev - hamısı yığışırlar. Həsənov soruşur ki, nə var, nə yox?...

   Artur Rəsizadə qayıdıb-deyir:

   - Həsən Əzizoviç, bilirsən bu gün Ali Sovetdə nə hay-küy oldu?

   - Nə hay-küy?

   - Təklif olunanda ki, Dövlət Plan Komitəsinin sədri (Rəhim Hüseynov - red.) baş nazirin müavini olmasın, bir hay-küy qopdu ki, prezident hanı, baş nazir hanı... Nə isə, təklif keçmədi...

   Həsənov deyir:

   - Onu kim edib? Mənim xəbərim yoxdur!

   Müavinlər baxırlar bir-birinin üzünə: necə yəni xəbərim yoxdur, orda deyilir ki, hökumətin təklifidir.

   Həsən Həsənov keçir öz stolu arxasına, daxili telefonla Elmira Qafarovaya zəng edir:

   - Elmira xanım, bu nədir, bir gün rayona getmişəm, ortaya təzə şeylər çıxır, daha baş nazir sayılmır. Bu gün müavinimi çıxarırlar, təzəsinə təklif edirlər, bu nə məsələdir?

   Müavinlər də sakitcə qulaq asırlar. Bunun heç nədən xəbəri yoxmuş ki? Nə isə, Həsən Həsənov Elmira xanıma çox narazılığını bildirirdeyir ki, sabah mən prezidentə müraciət edəcəyəm, belə edəcəyəm, elə edəcəyəm və trubkanı qoyur yerə, gəlir oturur və... iclas qurtarır.

   Ertəsi günü yenə Ali Sovetin iclası davam edir. Biz həmişəki kimi orada iştirak edirik. isə, gəlmişik Ali Sovetə. Qarderobun qarşısında görürəm Zülfi Hacıyev, Firuz Mustafayev, Artur Rəsizadə başqaları. Hamısı yığışdı başıma ki, bəs Rəhim Əliyeviç, heç Həsən Həsənovun bu işdən xəbəri yox imiş. Dedim, necə yəni xəbəri yox imiş? Dedilər ki, bəs, Elmira Qafarova ilə yanımızda danışdı etirazını bildirdi. Firuzla Zülfi dedilər ki, qalxaq yuxarı, Elmira xanımın yanına. Mən etiraz elədim. Ancaq onlar getdilər. Heç üstündən on dəqiqə keçməmiş gördüm gəldilər. Dedilər ki, Elmira xanım dünən heç işdə olmayıb bütün bu işlərdən xəbərsizdir. Həsən Həsənov yalandan boş telefonu götürüb provokasiya edirmiş, boş telefonla danışıb müavinlərini dolayırmış".

   Beləliklə, Elmira Qafarova ilə Rəhim Hüseynov arasında nifaq salmaq istəyən qarayaxanların oyunu baş tutmadı. Elmira xanım bu iki provokasiyadan sonra demişdi: "Vətən təhlükə qarşısındadır, düşmən caynaqlarını torpağımıza uzatmışdır, sizlər, boş telefona "xoruzlananlar" isə əl-ələ verib basılmaz döyüş səngərləri hazırlamaq əvəzinə bir-birinizin ayağı altını qazırsınız. Utanın! Rəhim Hüseynova gəldikdə, onu müavinlikdən azad etmək yox, irəli çəkmək lazımdır. Bu gün Azərbaycanın ona daha böyük ehtiyacı vardır".

   1990-cı il avqust ayının 29-da Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova iki qərar imzalamışdı. "Azərbaycan SSR sərhədlərində Ermənistanın silahlı təcavüzü haqqında" on birinci çağırış respublika Ali Sovetinin on beşinci sessiyası tərəfindən qəbul edilmiş sənəddə deyilirdi: "1988-ci ilin fevralından indiyədək Ermənistandan Azərbaycan SSR-ə qarşı ardı-arası kəsilməyən təcavüz törədilir.

   Bu ilin əvvəlində Naxçıvan MSSR-in Kərki kəndi silahlı erməni quldur dəstələri tərəfindən zəbt edilmiş, azərbaycanlı əhali oradan qovulmuş kənd ermənilərlə məskunlaşdırılmışdır.

   Qanunsuz yaradılmış, müasir növlü silahlar hərbi texnika ilə təchiz olunmuş erməni milli ordusu bu il avqustun 18-22-də Azərbaycan SSR-in Qazax rayonuna silahlı müdaxilə etmişdir.

   Ermənistan hakimiyyət idarə orqanları xalqımıza qarşı siyasi mənəvi təcavüzün silahlı təcavüzə çevrilməsinə şərait yaratmışlar. Ermənistanın ərazisində yaradılmış silahlı dəstələrin Azərbaycan SSR-in əhalisinə ərazi bütövlüyünə qarşı yönəldilmiş azğınlığa terrora yol verdiyi bir şəraitdə Ermənistan SSR Ali Soveti bu quldur dəstələrini qanuniləşdirmək rəsmiləşdirmək üçün müxtəlif siyasi yollar vəsaitlər axtarır.

   Azərbaycan SSR Ali Soveti qərara alır:

   1.Ermənistan ərazisindən törədilən Azərbaycan SSR-in müstəqilliyinə ərazi bütövlüyünə qarşı yönəldilən silahlı basqınlar bütün Azərbaycan xalqının iradəsi ilə təcavüz kimi qiymətləndirilsin.

   2. Azərbaycan SSR prezidentinin müttəfiq respublikaların Ali Sovetlərinə müraciəti tamamilə bəyənilsin. SSRİ Ali Sovetinə müttəfiq respublikaların Ali Sovetlərinə təklif edilsin ki, Azərbaycan SSR-ə qarşı edilən təcavüzə özlərinin münasibətini bildirsinlər.

   3. Qeyd edilsin ki, İttifaq hakimiyyət idarə orqanlarının fəaliyyətsizliyi nəticəsində Ermənistanda SSRİ Konstitusiyasına zidd olaraq yaxşı silahlanmış ordu yaradılmasının məqsədi təyinatı Azərbaycan SSR-ni ərazicə parçalamaqdır.

   SSRİ Ali Sovetindən SSRİ prezidentindən tələb edilsin ki, erməni silahlı dəstələrini tərkisilah etmək Azərbaycan SSR-in ərazi bütövlüyünün suverenliyinin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görsünlər.

   4. Birləşmiş Millətlər Təşkilatının baş katibindən xahiş edilsin ki, bu qərarı BMT-nin üzvləri arasında yaysın, dünya ictimaiyyəti tərəfindən həqiqətin aşkara çıxarılmasına Azərbaycan SSR-ə qarşı Ermənistanın törətdiyi təcavüzün lazımınca pislənilməsinə kömək göstərsin.

   5. Azərbaycan SSR sərhədlərində təcavüz hallarının davam etdiriləcəyi təqdirdə Azərbaycan SSR prezidenti Ermənistan barəsində siyasi, iqtisadi digər sanksiyalar tətbiq etməyə vəkil edilsin.

   6. Azərbaycan SSR ərazi bütövlüyünü milli təhlükəsizliyini təmin etməyə yönəldilən tədbirlər kompleksinin təxirə salınmadan hazırlanması zəruri hesab edilsin respublika hökumətinə müvafiq tədbirlər hazırlayıb Azərbaycan SSR Ali Sovetinin müzakirəsinə təqdim etmək tapşırılsın.

   7. Azərbaycan SSR prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Komitəsinə, Ədliyyə Nazirliyinə Ali Məhkəməsinə bir vəzifə olaraq tapşırılsın ki, Ermənistan ərazisindən soxulan terrorçuların hüquqa zidd hərəkətlərinin ciddi təhqiq edilməsini onların cinayət məsiluyyətinə cəlb olunmasını təmin etsinlər. Respublikanın ərazi bütövlüyünə, onun vətəndaşlarının həyatına təhlükəsizliyinə qarşı yönəldilən cinayətlərin heç birisi cəzasız qalmamalıdır. Respublikanın hüquq-mühafizə orqanları Ermənistanla sərhədlərin möhkəmləndirilməsi üçün lazımi tədbirlər görsünlər.

   Azərbaycan SSS Ali Sovetinin sədri Elmira QAFAROVA".

   Azərbaycan SSR Ali Soveti qeyd edirdi ki, Ermənistan tərəfindən elan edilmiş müharibə nəticəsində Naxçıvan MSSR-ə qarşı Ermənistanın ərazisindən geniş miqyaslı əməliyyatları ilə əlaqədar olaraq muxtar respublikada son dərəcə ağır vəziyyət yaranmışdır.

   "Günahsız dinc sakinlər həlak olur, kəndlər artilleriya toplarından atəşə tutularaq yandırılır, elektrik enercisi rabitə kəsilir, bütün bunlar ictimai-siyasi iqtisadi sabitliyin pozulmasına gətirib çıxarır.

   İki ildir ki, Naxçıvan MSSR əhalisi aramsız blokada nəticəsində ehtiyac məhrumiyyət içərisində yaşayır, erməni quldur dəstələri muxtar respublikanın xarici aləmlə avtomobil dəmir yolu əlaqəsini kəsmişlər...

   Kərki kəndi sakinlərinin müqəddəratı kəndin fartiki ilhaqı ilə əlaqədar olaraq Naxçıvan MSSR Ali Sovetinin Rəyasət heyəti muxtar respublikdan olan SSRİ xalq deputatları SSRİ prezidentinə, SSRİ Ali Soveti sədrinə, SSRİ müdafiə nazirinə SSR İttifaqının digər vəzifəli şəxslərinə dəfələrlə müraciət etmiş, lakin bütün bu müraciətlər nəticəsiz qalmışdır.

   Azərbaycan SSR Ali Soveti qərara alır:

   1. Azərbaycan SSR Nazirlər Soveti Naxçıvan MSSR-in Ermənistan ilə sərhədlərini möhkəmləndirmək üçün təcili olaraq əlavə tədbirlər görsün.

   2. SSRİ Konstitusiyasının 127.3-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq SSRİ prezidentindən tələb edilsin ki, özünün geniş Konstitusiya səlahiyyətini icra edərək Naxçıvan MSSR-in Ermənistan tərəfindən ilhaq edilmiş ərazisi üzərində Azərbaycan SSR-in yurisdiksiyasını bərpa etmək Kərki kəndini erməni ekstremistlərindən azad etmək, onu tərk etmiş Azərbaycan SSR vətəndaşlarını geri qaytarmaq üçün dərhal tədbirlər görülsün.

   3. SSRİ Müdafiə Nazirliyinə SSRİ Daxili İşlər Nazirliyinə təklif edilsin ki, Naxçıvan MSSR-in Ermənistan ilə sərhəddində yerləşdirilən qoşun bölmələrinin sayını dərhal artırsın, "Azərbaycan SSR-in Ermənistan SSR ilə həmsərhəd rayonlarında yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək tədbirləri haqqında" Azərbaycan SSR Ali Sovetinin 1990-cı il 11 iyun tarixli qərarının Kərki kəndində fövqəladə vəziyyət elan etmək haqqında Naxçıvan MSSR Ali Sovetinin 2003-cü il 28 aprel tarixli qərarının qeyd-şərtsiz yerinə yetirilməsini təmin etmək məqsədilə Naxçıvan MSSR ərazisində yerləşdirilmiş qoşun qüvvələrindən vasitələrindən tam istifadə etsinlər.

   4. Azərbaycan SSR Xarici İşlər Nazirliyi Azərbaycan SSR ərazisinin bir hissəsi olan Kərki kəndinin Ermənistan tərəfindən ilhaq olunması ilə əlaqədar etiraz notası ilə çıxış etməyə vəkil edilsin.

   5. SSRİ hökumətindən tələb edilsin ki, Naxçıvan MSSR-ə təxirəsalınmaz iqtisadi yardım göstərsin Naxçıvan MSSR-in sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qərar qəbul etsin.

   6. Azərbaycan SSR Nazirlər Soveti 1990-cı il 28 iyul tarixli qərarının icrası üçün Naxçıvan MSSR-in sərhədyanı kəndlərinin sosial-iqtisadi inkişafı sahəsində əlavə olaraq təsirli tədbirlər görsün.

   Azərbaycan SSR Ali Sovetinin sədri E.Qafarova"

 

əvvəli, ardı var

 

Teyyub QURBAN

Ekspress.-2013.- 25-27 yanvar.- S.15.