"Sənətimin sənətkarı
olmağa çalışdım"
Mənsum İbrahimov:
"Muğam bizim tükənməyən sərvətimizdir"
Sənətin sənətkarı, seçdiyin peşənin peşəkarı olmaq savadla, qabiliyyətlə olan iş deyil, hətta şansa arxayın olmaq da olmaz. Bu işin arxasında həmçinin böyük zəhmət durur. Mənsum İbrahimov böyük zəhmətlə sənətkarlıq zirvəsinə ucalan xanəndələrimizdəndir. Bütün fəxri ad, titul və mükafatlarını (Xalq artisti, professor, "Şöhrət" ordeni və s.), xalqın sevimlisinə çevrilməyi məhz Tanrı vergisi istedadı və çəkdiyi zəhmət sayəsində qazanıb.
Görkəmli muğam ifaçısı ilə onun illərdən bəri
çalışdığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görüşdük.
Təbii ki, Mənsum müəllimlə
öncə muğam barədə
danışdıq.
-
Mənsum müəllim, muğam
ifaçısı, xanəndə olmaq,
Dövlət Akademik Opera
və Balet Teatrının səhnəsində
həm mahir ifaçılıq nümunəsi
göstərmək, həm də bir aktyor kimi yadda
qalan obrazlar yaratmaq, yüzlərlə tələbə
yetişdirmək, mədəniyyət xadimi
kimi fəaliyyətiniz və s. böyük məsuliyyət
yükü deməkdir. Bu
qədər işin öhdəsindən
necə gəlirsiniz?
- Öncə qeyd edim ki,
sadaladığınız fəxri titulları qazanmaq
mənim üçün böyük
fəxrdir. Ancaq muğam
ifaçısı olmağı qərara aldığım zaman heç də
qarşıma məqsəd qoymamışdım ki, bütün fəxri
titulları qazanmalıyam. Mən o məqsədlə
sənətə gəldim ki, yaxşı
sənətkar olmalıyam və buna nə
dərəcə nail olmuşam,
onu ancaq muğamseverlər,
ümumiyyətlə götürdükdəsə,
tamaşaçılar deyə bilər. Bilirsiniz
ki, mən Qarabağın dilbər guşələrindən
biri olan Ağdamda doğulmuşam.
Və onu da
yaxşı bilirsiniz ki,
Qarabağda doğulmaq
- muğamla dünyaya
göz açmaq deməkdir.
Bu baxımdan muğam
ifaçısı olmağım təbii bir
haldır.
Muğam ifaçılığına qədəm qoyduğum gündən çalışdım ki, sənətimin sənətkarı olum. Zaman keçdikcə zəhmətim dövlətimiz tərəfindən qiymətləndirildi ki, buna görə də fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə dövlət başçımız İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Sözünüzə qüvvət olaraq etiraf edim ki, hər dəfə hər hansı bir fəxri ada layiq görüldüyüm zaman hiss edirəm ki, çiynimə bir az daha ağır yük qoyuldu. Bu yükü daşımaq o qədər də asan məsələ deyil. Təsəvvür edin ki, 50 yaşımda "Şöhrət" ordeninə layiq görüldüm. Bu mənim üçün gözlənilməz olduğu qədər də məsuliyyəti çox ağırdır.
- Musiqi sənətində muğam
ən çətin janrdır. Müstəqilliyimizin ilk illərində muğam
az qala unudulmaq
təhlükəsi ilə qarşılaşmışdı. Siz məhz o çətin
illərdə muğamı yaşadanlardan
biri oldunuz...
-Haqlısınız. Çünki o çətin dövrdə bu sənətə gəlmək, sənətdə tanınmaq, yəni bir söz demək çox çətin idi. Muğam ən çətin sahədir. 90-cı il hadisələrindən sonra sadəcə muğam deyil, bütün sahələrdə bir gərginlik yarandı ki, bu da təbii prosesdir. Ancaq zamanla ölkədəki inkişaf bütün sahələrə sirayət etdi, o cümlədən də muğam ifaçılığının inkişafında böyük rol oynadı. 1993-cü ildə geniş tamaşaçı kütləsinə "Leyli və Məcnun" operasındakı Məcnun obrazıyla təqdim olundum və bu günə qədər də Məcnun obrazıyla geniş tamaşaçı auditoriyasının qarşına çıxıram. Allahıma hər zaman şükür edirəm ki, mənə belə bir səs verib, eyni zamanda bu səsi yaşatmaq, tanıtmaq üçün keçdiyim daşlı-kəsəkli yolda mənə güc verdi.
- Çətin
sənət yolu keçənlər hər
zaman özlərinə hesabat
verirlər. Siz geriyə - keçdiyiniz
sənət yoluna baxdığınız
zaman nə düşünürsünüz?
- İnanın ki, çox vaxt geriyə baxdığım zaman o qədər təəccüb edirəm ki, hətta bəzən gərginlik yaşayıram ki, bu qədər çətinliyə necə dayandım. Demək ki, Allahın verdiyi güc bizi xəbərimiz olmadan belə aparır. Hətta insan oğlu çox vaxt çəkdiyi zəhmətə belə təəccüb edir. Etiraf edim ki, ən çətin məqamımda belə nikbin, optimist oluram, möhkəm iradə gücü məni dözümlü edir. Bu çox önəmlidir. Daima tələbələrimə də deyirəm ki, iradəsiz insan bu sənətdə heç bir şey edə bilməz.
- Tamaşaçı sadəcə hazır məhsulu - ifaçının səhnədəki ifa məharətini görür, amma bunun pərdəarxası da var...
- Təbii ki, hazır məhsulu ərsəyə gətirənə
kimi nə qədər zəhmət tələb
olunur. Bunu siz də çox gözəl
bilirsiniz.
- Muğam ifaçıları ənənəvi
olaraq Qarabağ
torpaqlarından çıxır. Bu
gözəl torpaqlarımız işğal
olunduqdan sonra
çoxları düşündü ki, artıq qarabağlılardan muğam ifaçısı yetişməyəcək.
Ancaq muğam
müsabiqələri bunun əksini sübut etdi...
- Doğrudur, qarabağlılardan yenə muğam ifaçıları yetişir, ancaq bu çox azdır. Yəni muğamın Qarabağdan olan səs bazası azalıb. Vaxt olacaq biz Qarabağı işğaldan azad edəcəyik, mən o günün olacağına inanıram. Çünki tarixdən də bəllidir ki, uzun sürən müharibələr olub. Görünür Qarabağ torpaqları da bu taleyi yaşayır. Təbii ki, belə bir vaxtda biz oturub gözləyə bilmərik. Çox şükür ki, işlər gedir, güclü ordu formalaşır. Bildiyiniz kimi, Ağdamın bir hissəsi işğal olunub, digər hissəsində 90 min ağdamlı yaşayır. Düşmən gülləsindən qorxmayaraq böyük əhval-ruhiyyə ilə torpağı əkib becərirlər. Tez-tez ora tədbirlərə gedirəm, insanlarımızın əhval-ruhiyyəsinin şahidi oluram. Nə zaman gücüm azalır, onda Ağdama gedirəm, gücü o torpaqlardan alıram, sanki səsimə yeni ahəng qatılır. Sözlər acizdir mənim torpaq həsrətimin yanında...
- Bu həsrət sizi Məcnun edib...
- Doğrudan da mən sənətin MƏCNUNUYAM...
- Bildiyimə görə, 1993-cü ildən bu günə kimi təqribən 120 dəfə Məcnun obrazıyla səhnəyə çıxmısınız...
- 125 dəfə Məcnun obrazının həsrətini geniş tamaşaçı kütləsinə çatdırmışam.
- Amma bir yaş faktoru
da var. Yəni müxtəlif yaşlarda oynadığınız Məcnun
obrazlarını fərqləndirirsinizmi?
- Gənclik illəri nə qədər savadlı, qabiliyyətli olsan da, həyata, dünyaya güclü baxışlarla baxırsan,
baş verən hadisələr çılğınca
münasibət bildirirsən.
Gənclik illəri məsuliyyət
hissi insana o qədər təsir edə bilməz. Məsələn, 1993-cü ildə Məcnun obrazına yanaşma tərzimlə
2014-cü ildə olan
yanaşma tərzim arasında çox böyük fərq var.
"Leyli və Məcnun" əsərində
böyük fəlsəfə
var və zaman keçdikcə əsərdə olan dərinliyi daha dərin anlamaq olur. Əgər bir obrazda ilk dəfə səhnəyə
çıxırsansa o zaman
sadəcə əzbərlədiyin
məqamlara diqqət edirsən, ancaq bu proses illərlə
davam edirsə artıq obraz daha da dərinləşir,
onu iç dünyasından açmağa
nail olursan.
- Məhz bu baxımdan təcrübə vacibdir, çünki təcrübə
zaman, zaman isə dərin bir anlayış deməkdir...
- Təcrübə
çox böyük amildir və zaman keçdikcə də dərindən dərk etmə prosessi baş verir. Qeyd etdiyim kimi
125 dəfə Məcnun
obrazında səhnəyə
çıxmışam və
belə hesab edirəm ki, 125 dəfə imtahan vermişəm və bu imtahan davam
edəcək.
- Artıq tələbələriniz Məcnun
olaraq səhnəyə
çıxır...
- Tələbələrimi
Məcnun obrazında görmək, tələbəlimlə
eyni səhnəni paylaşma məni bir müəllim olaraq sadcə sevindirə bilər.
Və hər dəfə tələbələrimi Məcnun
obrazına hazırlayanda
böyük qürur hissi keçirirəm.
Bilirsinizmi, başqalarının uğuruna sevinmək lazımdır, xüsusuilə
müəllim tələbələrinin
uğuruna sevinirsə,
demək yaxşı pedaqoqdur. Tələbələrimi teatra gətirərək
onların səsindən,
ifaçılığından istifadə edilməsini təklif edirəm. Təsadüfi deyil ki,
1998-ci ildən pedaqoji
fəaliyyətlə məşğul
oluram. Bu illər ərzində dəfələrlə müğam
müsabiqələri keçirilib
ki, onların da əksəriyyətinin qalibləri məhz mənim tələbələrim
olub. Beynəlxalq Muğam Müsabiqəsinin
ilk Qran-Pri mükafatını
tələbəm Təyyar
Bayramov qazanıb, eyni zamanda əməkdar
artistdir və Milli Konservatoriyanın müəllimidir, çiyin-çiyinə
çalışırıq. Zənnimcə, müəllim
üçün bundan
böyük xoşbəxtlik
ola bilməz.
Eləcə də əcnəbi
ölkələrə olan
qastrol səfərlərinə
tələbələrimlə gedirəm, onların sənət gücünü
göstərməsinə bir
müəllim olaraq şərait yaradıram.
Ancaq bu o demək deyil ki, sadəcə,
öz tələbələrimə
şərait yaradıram,
əksinə muğam
ifaçılığını sənət olaraq seçən güclü
səslərin hər
birinə şərait
yaradıram.
- "Gəncləşən Muğam"
layihəsi yaxşı
mənada böyük
səs-küyə səbəb
oldu. Bu qədər
işləriniz olmasına
rəğmən, əlavə
olaraq muğama aid bir konsert də
hazırlayırsınızsa, deməli, məqsədiniz
muğamı daha geniş formada təbliğ etməkdir...
- Öncə qeyd edim ki,
"Gəncləşən Muğam" layihəsini əməkdar artistlər Elcin Haşımov və Elnur Əhmədovla
birgə hazırlamışıq.
Artıq
layihəni 5-ci dəfədir
ki, hazırlayırıq
və hər ilin Gənclər günündə Heydər
Əliyev sarayında möhtəşəm şəkildə
təqdim edirik. Öncə bu layihəyə öz tələbələrimi
cəlb etməyi düşünürdüm, sonra
fikrimi dəyişdim və bütün ustad muğam ifaçılarının hər
birinin tələbələrini
layihəyə dəvət
etdim. Və hər dəfə
də siyahı dəyişir, təbii ki, məqsəd Azərbaycan muğam sənətinə gələn
gəncləri bu sahə üzrə yetişdirməkdir. Bu il də 51 tələbə ilə eyni layihədə çıxışımız olacaq, hətta bu dəfə bir qədər dəyişiklik etmişik.
Bu dəfə teatrlaşmış formada-kompozisiya
şəklində konsert
proqramı təqdim etməyi düşünürük.
Təbii
ki məqsədimiz bəllidir-dediyiniz kimi muğamı geniş formada təbliğ etmək. Təsadüfi
deyil ki, son illərdə Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan
muğamının bütün
dünyada tanınmasında
böyük rolu var.
Biz də bu fürsətdən istifadə
edərək muğama
aid hazırladığımız bütün layihələrdə,
müsabiqəqlərdə yeni yetişən gənclərin ortaya çıxmasına, tanınmasına
çalışırıq. Bütün bunları diqqətinizə
çatdırmaqla demək
istəyirəm ki, biz
boş oturmuruq, muğamımızın təbliğində
bacardığımızdan artıq işlər görürük. Azərbaycan güclü
iqtisadiyyatı ilə
tanınan bir ölkədir. Güclü iqtisadiyyatımızın
səbəbi bizi ölkə olaraq bütün dünyada tanıdan sərvətlərə
malik olmağımızdır.
Muğam
da bizim millət olaraq sahib olduğumuz sərvətlərimizdən
biridir. Bildiyiniz kimi tükənən
və tükənməyən
sərvətlər var. Muğam
bizim tükənməyən
sərvətimizdir, dərin
köklərə bağlıdır.
Bu sərvəti qorumaq, dünyada tanıtmaq, dünyaya sevdirmək biz muğam ifaçılarının borcudur.
Xədicə Qiyas
Ekspress.-2014.- 25-27 yanvar.-
S.21.