Yoxsulluqdan sahibkarlığa doğru
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması
Azərbaycanda dövlət aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə ünvanlı sosial yardım verməklə bərabər aztəminatlı ailələrin gəlirini artırmaq üçün müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri 2011-ci ilin mart ayından icra edilən "Özünədəstək" proqramıdır.
Bu proqram çərçivəsində də aztəminatlı ailələrə ünvanlı şəkildə sosial yardım edilir. Lakin "Özünədəstək" proqramı davamlı olaraq hər ay yardımın verilməsini yox, birdəfəlik yardımın verilməsini nəzərdə tutur. Proqrama cəlb olunan aztəminatlı ailələrə respublika üzrə ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı verilir. Hazırda yardımın orta aylıq məbləği bir ailə üçün 127 manat olduğunu nəzərə alsaq deməli, bir aztəminatlı ailə birdəfəyə 1500 manat dəyərində ünvanlı yardım ala bilər.
Dövlət bu proqramı həyata keçirməklə səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq, gəlirlərini artırmaq üçün potensial imkanlara malik aztəminatlı ailələrin şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmələri, gəlirlərini artıraraq yoxsulluq vəziyyətindən çıxmalarını istəyir.
Birdəfəlik ünvanlı dövlət sosial yardım olan "Özünədəstək" proqramı aztəminatlı ailələrin sosial reabilitasiyasına şərait yaradılması üçün qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanıb. Hazırda birdəfəlik ünvanlı yardımlar kütləvi şəkildə verilmir. Hələlik proqramın sınaq mərhələsi başa çatdırılıb. Sınaq mərhələsində müxtəlif regionlardan bir neçə aztəminatlı ailə seçilərək onlara birdəfəlik yardım edilib və ailələrin gəlirinin artmasına belə yardımların nə dərəcədə əhəmiyyətli olduğu öyrənilib.
İlk dəfə olaraq 2011-ci ilin mart ayında Tovuz rayonunun Vahidli kəndində "Özünədəstək" proqramının sınaq işlərinə başlanıb və ötən müddətdə 12 pilot rayon və şəhərdə 271 ailə bu proqrama cəlb olunub. Onlardan 230-na kənd təsərrüfatı sahələri üzrə şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək, 41-nə əmtəə və xidmətlər istehsalı üzrə fəaliyyət göstərmək üçün birdəfəlik maddi ünvanlı yardım olaraq mal və materiallar alınıb verilib. Əmək və Əhalinin Soail Müdafiəsi Nazirliyi və müxtəlif QHT-lər tərəfindən aparılan monitorinqlər nəticəsində həmin ailələrin 96%-nin proqramdan uğurla istifadə edərək gəlirlərində artım əldə etdikləri aydın olub.
İlk
əvvəl ailələrdə proqrama inam aşağı idi. Lakin dəqiq mexanizm və ciddi nəzarət
sistemi ortaya qoyulandan sonra inam artdı. İlkin nəticələr
göstərir ki, əgər bir çox dünya ölkələrində analoci
proqramların icrasında
60 faiz uğur əldə olunursa, Azərbaycanda müsbət
nəticə 95 faizə
çatdı. Hazırda rayonlarda
çoxlu sayda ailə proqramdan bəhrələnmək üçün
müraciət edib.
Lakin müvafiq hüquqi baza yaradılmadığı
üçün biz proqramın
bütün ölkə
ərazisində tətbiqi
mümkün deyil.
Proqramın əhəmiyyəti tam dəqiqləşəndən sonra
bununla bağlı hökumətə müvafiq
təkliflər göndəriləcək.
Aztəminatlı
ailələrə "özünədəstək"
imkanı
Proqramın mənimsənilməsi, nəticələri ilə
bağlı QHT-lərin
monitorinqlər apardığını
bildirdik. 2013-cü ildə belə monitorinqlərdən birini
İqtisadi Tədqiqatlar
Mərkəzi yekunlaşdırıb.
"Özünədəstək"
- Birdəfəlik ünvanlı
sosial yardım proqramının icrasının
monitorinqi və aztəminatlı ailələrin
məşğulluğa çıxış
imkanlarının artırılmasına
dəstək" adlı
layihə aztəminatlı
ailələrin gəlirinin
artırılmasında birdəfəli
yardımın əhəmiyyəti
haqqında müəyyən
təsəvvür yaradır.
İqtisadi Tədqiqatlar Mərkəzi
layihə çərçivəsində
sorğu həyata keçirib. Sorğu göstərib
ki, ailələrin hamısı proqrama könüllü qoşulur.
Proqrama qoşulduqdan sonra ailələrin 49 faizində 2 nəfər,
41 faizində 1 nəfər,
8 faizində 3 nəfər,
2 faizində isə 4 nəfər işlə təmin olunub. Ailələrin 67 faizi əldə etdiyi gəlirlərin üçdə
ikisini, 23 faizi yarısını, 4 faizi yarıdan azını, 6 faizi isə hamısını ərzağa
xərcləyir. Sorğuya cəlb
olunan ailələrin böyük əksəriyyəti
tibbi xidmətdən istifadə edib. Ailələrin yarıdan çoxunda
ailə üzvü
son vaəsait çatışmazlığı
üzündən həkimin
təyin etdiyi dərmanları ala bilməyib.
Proqrama cəlb olunandan sonrakı həyat səviyyələrini
qiymətləndirən ailələrin
71,4 faizi "orta səviyyədən bir az aşağı",
10,2 faizi "orta səviyyədən çox
aşağı", cəmi
18,4 faizi "hamı kimi" yaşadığını
qeyd edib. 40 ailə (81,6 faiz) proqramın onların yoxsulluqdan çıxmalarına qismən
fayda verdiyini, 8 ailə (16,3 faiz) tam yoxsulluqdan çıxardığını,
1 ailə (2,1 faiz) fayda vermədiyini bildirib. Ailələrin əksəriyyətinin fikrincə, verilən birdəfəlik yardımın
məbləği artırılmalıdır.
Əksər ailələr hesab
edir ki, proqramın sınaq mərhələsi bitdikdən
sonra onlara məşğul olduqları
işi böyütmək
üçün aşağı
faizli mikrokreditlərin
(5000 manata qədər)
və ya faizsiz qrantların verilməsi zəruridir.
Ötən il başa
çatan bu layihənin yekunu kimi İqtisadi Tədqiqatlar Mərkəzi
birdəfəlik yardımın
təkmilləşdirilməsi üçün bəzi təkliflər də verib. Həmin təkliflərə görə ilk növbədə
"Özünədəstək" birdəfəlik sosial yardım sisteminin hüquqi bazası formalaşdırılmalıdır. Proqramın idarə edilməsi üçün ilkin olaraq ayrıca bir strukturun - Sosial Dəstək Fondunun yaradılması vacibdir. Tədqiqatlar mərkəzi bu
qənaətdədir ki,
"Özünədəstək" proqraminin bir ilini uğurla başa vuran ailələrə sonrakı
mərhələdə faizsiz
qrantların və aşağı faizli mikrokreditlərin verilməsi
yaxşı olardı.
QHT təklif
edir ki, proqrama qoşulan aztəminatlı ailələrin
məcburi tibbi sığortası aparılmalı
və sığorta haqqı bu istiqamətə
ayrılan vəsaitdən
ödənməlidir.
Həmçinin proqram çərçivəsində
kənd təsərrüfatı
ilə məşğul
olan ailələrin əmlakının da söğortalanması zəruri
sayılır.
Tədiqatlar Mərkəzi hesab edir ki, iki
dəfə qrant alan ailənin
aşağı faizli
kreditə cəlb olunması üçün
menecment və marketinqlə bağlı
(biznes planın hazırlanması, məhsulun
istehsalı, qablaşdırılması,
bazarların öyrənilməsi
və sair) təlimdən keçməsi
şərt kimi qoyulmalıdır.
Təkliflər
sırasında "Özünədəstək"çilərin
uğur hekayələrinin
yazılması, nazirliyin
saytına yerləşdirilməsi,
proqramın təbliği
ilə bağlı qısa reklam çarxlarının, sənədli
filmlərin çəkilməsi,
sosial reklamların TV-də verilməsi, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlı
sosial yardım üçün iddia edən ailələrin kredit öhdəçiliyinin
olub-olmaması haqda bütün məlumatların
verilməsinə imkan
yaradılması da
var.
Aztəminatlı
ailələr üçün
faizsiz kreditlər
Qeyd edək ki,
"Özünədəstək" proqramının sınaq işlərinin müsbət
nəticələri əsas
götürülərək, proqramın bütün ölkədə tətbiqi
nəzərdə tutulur.
Hazırda bu proqramın
davamı kimi, ölkəmizdə ilk dəfə
olaraq Sosial Dəstək Fondunun yaradılması, aztəminatlı
ailələrə güzəştli
mikrokreditlərin verilməsi
mexanizminin tətbiqi istiqamətində işlər
aparılır.
Mikrokreditlərin verilməsi müəyyən
potensiala malik yoxsul ailələrin şəxsi təsərrüfatlarını
inkişaf etdirmək imkanı qazanmasına, aztəminatlı vətəndaşın
tədricən yoxsulluqdan
sahibkarlığa doğru
irəliləyişinə hesablanıb.
Əslində, hər ay verilən
ünvanlı yardım
yoxsulluq şəraitində
yaşayan ailələrin
yaşayışında mühüm
rol oynayır, onları yoxsulluğun çətinliklərindən xilas
edir. Lakin öz mahiyyəti
etibarilə bu, passiv və müvəqqəti xarakterli
yardımdır və
uzunmüddətli şəkildə
belə yardımların
verilməsi həmin vətəndaşlarda dövlət
yardımlarından daimi
asılılıq yarada
bilər.
Buna görə
də dövlət sosial müdafiə sistemində yeni addım kimi, aztəminatlı ailənin
məşğulluq potensialını
reallaşdırmağa, onların
sosial reabilitasiyasına
xidmət edən aktiv tədbirlər kimi "özünədəstək"
proqramına dəstək
verməyi lazım bilib. Proqramın davamı olaraq
aztəminatlı ailələr
mikrokreditlərin verilməsi
nəzərdən keçirilir.
Hökumət hesab edir ki, mikrokredit alacaq ailələr daim yoxsul qalmaqdan
xilas olacaq.
Təbii ki, mikrokreditlərin
verilməsi üçün
mütləq xüsusi
mexanizm hazırlamalıdır.
Mexanizmin
əsas elementi sosial dəstək fondu olacaq. Gözlənilir ki, belə bir fond yaradılsa onun vasitəsilə aztəminatlı ailələrə
5 min manatadək faizsiz
kredit verilə bilər. Bu kreditlər
nağd vəsait və ya həmin
vəsaitin dəyərində
müxtəlif avadanlıqlar
şəklində ayrılması
mümkündür.
İnkişaf etmiş ölkələrin
hər birində aztəminatlı ailələr
üçün faizsiz
mikrokredirlər verilir.
Adətən, bu kreditlər
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olmaq istəyən, amma girov qoymaq
imkanı olmayan aztəminatlı ailələrə
ayrılır. ABŞ-da aztəminatlı ailələrə 20 min dollaradək,
Avropa Bİrliyi ölkələrində 10 min avroyadək
faizsiz kredit verilir.
Əgər mikrokreditlər veriləcəksə
ən önəmli məsələlərdən biri
də onun bölüşdürülməsidir. Bütün növ kreditləri bir qayda olaraq
kredit təşkilatları
verməlidir. Məsələn, dövlət vəsaiti hesabına verilən sosial ipoteka əhaliyə 4 faizlə ayrılır. Ancaq dövlət
həmin vəsaiti banklara 1 faizlə paylayır. Dövlət sosial ipoteka
üçün vəsaiti
4 faizlə versə banklar xidmət və digər xərcləri ödəməklə
sosial ipotekanı 4 faizlə verə bilməz.
Deməli, aztəminatlı ailələrə mikrokreditlər
sıfır faizlə
verilsə dövlət
ya banklara əlavə olaraq xidmət haqqı ödəməlidir, ya da kredit verilməsi
prosesi elektronlaşdırlmalıdır.
Beynəlxalq təcrübədə elektron kredit mexanizmindən istifadə edilir. Bu zaman
vətəndaş kredit
almaq məqsədilə
internet vasitəsilə müraciət
etmək imkanı qazanır. Onun müraciəti müvafiq
təşkilat tərəfindən
elektron formada araşdırıldıqdan sonra
elə internet üzərindən
də vətəndaşa
cavab verilir.
Xatırladaq ki, hazırda
aylıq ünvanlı
sosial yardımların
təyinatı elektron
qaydada aparılır.
Eyni proseduru mikrokreditlər üçün tətbiq
etmək realdır.
Azərbaycanda 2006-cı ildən bəri verilən ünvanlı yardımların
nəticələri göstərir
ki, bu yolla
ölkədə aztəminatlı
ailələrin sayını
azaltmaq çətindir.
Elə ailələr var ki, onların üzvləri məhz vəsaitin olmaması səbəbindən öz
gəlirini artıra bilmir. Xüsusən kənd yerlərində
belə ailələrə
daha çox rast gəlinir. Bu mənada aztəminatlı
ailələrə birdəfəlik
yardım verməklə
və həmin yardımın düzgün
istifadəsinə nəzarəti
həyata keçirməklə
aztəminatlı ailələrin
məşğulluğunu artıraraq
yoxsulluq həddindən
çıxartmaq olar.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 30 yanvar.- S.9.