Ermənilərin 24 aprel həşiri....
Böyük yalan və Malta məhkəməsinin
həqiqətləri
"Qərb aləmində erməni məsələsini
şişirtməyin başqa bir üzü vardır - o da
hakimiyyət üçün yeni bir fürsətdir, ermənilərə
üz vermiş ağır çətinliklərin faciələrə
gətirib çıxara biləcəyinin günahı
onları anlamadıqları işə təhrik edənlərin
üzərinə düşür". İngilis
yazıçı- publisisti S.F.Dikson-Consonun 1916-cı ildə
yazılmış "Ermənilər" kitabından
Ermənilərin bədnam günə çevirdiyi daha
bir 24 aprel yetişdi. Haylar onlara dəstəvuz verənləri
Eçmiədzində öz başlarına yığıb
yenə şaxsey-vaxsey salacaqlar və ya Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan demişkən, "özləri
çalıb, özləri oynayacaqlar".
Siyasi elmlər
üzrə fəlsəfə doktoru Zaur Əliyev Böyük
"yalan və Malta məhkəməsinin həqiqətləri"
adlı araşdırmasında qondarma soyqırımın
tarixi saxtakarlıqdan başqa bir şey
olmadığını yazır. Alimin
araşdırmasını Lent.az-a istinadən
təqdim edirik
Konkret 56 nəfərə
qarşı isə "Osmanlı Xristianlarına qarşı
qırğın törətmək" ittihamı ilə
cinayət işi açılır. Daha
açığı, bu adamların guya erməniləri
öldürmüş və öldürmüş olduğu
ittihamı irəli sürülür. Amma
bu iddianı təsdiqləyəcək bir cinayət əməli,
bir hadisə göstərilməmişdir. Bütün
yazılanlar havada qalan, təbliğat xarakteri daşıyan
sözlər olduğu üçün məhkəmə tərəfindən
ciddi qəbul edilməmişdir.
Qeyd edək ki, 1920-ci ilin avqustunda bağlanmış Sevr müqaviləsi özündə uydurma "erməni soyqırımı" ilə bağlı bir neçə maddə ehtiva edirdi. Hətta müqavilənin 230-cu maddəsi Osmanlı hökumətindən bir sıra yüksək rütbəli generalın, siyasətçi və ziyalıların müttəfiq dövlətlərin yaratdıqları Malta Tribunalına təhvil verilməsini tələb edirdi (Sevr müqaviləsinə 88, 89 və 230-cu maddələrlə ABŞ prezidenti Vudro Vilsonun sərhədlərini müəyyən etdiyi, dənizə çıxışı olan erməni dövləti daxil edilmişdi).
Maltada tutulan məhbuslardan əsas sorğular aşağıdakı şəxslər üzərində aparılırdı:
1. Atif Bəy
2. Müəmmər Bəy
3. Zəkəriyyə Bəy
4. Rza Bəy (Bursa mebusu)
5. Rza Bəy
6. Midhəd Şükrü Bəy
7. Sudi Bəy
8. Şükrü Bəy
9.Tahsin Bəy
10. Tofiq Hadi Müəllim
11. Sabri Bəy
12. Əli İhsan Paşa
13. Memduh Bəy
14. Asım Bəy
15. Xəlil Sezai Bəy
16. Ziya Gökalp
17. Hacı Adil Bəy
18. Xəlil Menteşe
19. Əhməd Ağaoğlu
20. Əhməd Nəsimi Bəy
21. Sabit Bəy
22. İzmitli Rifat Əfəndi
23. Fevzi Bəy
24. Mayor Nevzat Bəy
25. Əhməd Bəy
26. Macit Bəy
27. Mayor Həzm Bəy
28. Midhəd Akif Bəy
29. Fərid Bəy
30. İbrahim Bəy
31. Şükrü Qaya Bəy
32. Hüseyn Cahit Bəy
33. Salah Cimcoz Bəy
(British Archives: PRO?F.
0. 371/ 4173/47913)
Ermənilər və
onlara havadar olan Fransa İngiltərə Xarici İşlər
Nazirliyindən və Kral Prokurorluğundan Maltadakı məhbus
Türklər əleyhinə "hüquqi deyil, siyasi bir qərar
verilməsini" istəyirdi. Məqsəd
bu qərara saxtakarlıq edilməsi, məhbusların azad
olunmaması və ermənilərin "soyqrıma" məruz
qalmasını təsdiq etmək idi. Lakin
xarici işlər naziri lord Kerzon və Baş Prokurorluq
hüquq çərçivəsi daxilində işlərin
aparılacağını bildirdi və heç bir təyziqlə
istintaqın qərarının dəyişməsinə
razı olmadı.
(PRO?F.O. 371/
6502/ E. 5845:Procurator General Department to Foreign Office. May 20, 1921)
Haşiyə: Britaniyanın xarici
işlər naziri olan Lord Kerzon sonra
çıxışlarının birində deyəcəkdi:
"Ermənistan Fransaya verilməlidir, çünki Fransadan
başqa heç kim və heç bir
formada bu qeyri-adi, iyrənc və çirkin insanlarla iş
görmək istəməz. Siz erməniləri
8 yaşında bakirə qız kimi təsəvvür
edirsiniz? Siz tamamilə səhv mövqedəsiniz.
Ermənilər öz qəddar
davranışları ilə nə qədər qaniçən
xalq olduqlarını göstərdilər. Dünyanın bu bölgəsində ermənilər,
hətta son həftələrdə də bəzi kəslərin
sandığı kimi, günahsız quzular kimi
davranmamışlardır. Hal-hazırda əlimdə
onlar tərəfindən son dərəcə vəhşi və
qana susamış tərzdə işlənmiş vəhşiliklərlə
bağlı bir çox sənəd var. Unudaq bunu. Şimali Ermənistandakı ermənilərin nə
soyqırım, hətta nə də hücum təhlükəsində
olduqlarına inanmıram".
Malta məhkəməsində
iştirak edən İngiltərənin İstanbuldakı
baş komissarı ser Rumbold Lord Kerzona göndərdiyi
teleqramda yazır: "O, hər bir saxlanılan şəxs barəsində
məlumatları xüsusi zərfdə göndərib. Bununla yanaşı, o qeyd edib ki, müttəfiq və
neytral dövlətlərlə yanaşı bir çox
ölkələrə istintaqa kömək məqsədi ilə
müraciət edlib. Hadisələrin
baş verdiyi günlərdə orda olan Amerikalı agentlər
və hərbçilərin də qeydləri
üçün Vaşinqtona məktub göndərilib, lakin
onlar bir çox sənədləri özlərində
saxlayırlar. Ən təəccüblüsü
isə erməni kilsəsinin bizim müraciətlərimizə
laqeyid qalması, onlarda olan materialların verilməyəcəyini
deyib və "prokuroluq özü axtarıb tapsın"
cavabın veribdir". (PRO?F.O. 371/
6500/ E. 3552 Rumbold to Curzon, No: 268 March 12, 1921 və PRO?F.O. 371/
6499/ E. 3197 Rumbold to Curzon, Telegram No: 178 dated March 13, 1921)
Qeyd edək ki, 31 mart
1921-ci ildə Lord Kerzon Britaniyanın Vaşinqtondakı səfirinə
aşağıdakı məzmunda teleqram göndərib:
"Ermənilərin
kütləvi qətlində iştirakda ittiham olunan türklər
bizim əlimizdədir. Təqsirin sübut
edilməsində böyük çətinliklər var. Əgər
Birləşmiş Ştatlar hökumətinin əlində məhkəmə
istintaqı üçün əhəmiyyətli olan hər
hansı sübutlar varsa, xahiş edirəm bizə təcili
göndərin".
(BritishArchives.
PRO?F. 0. 371/6500/ E.3552, Curzon to Geddes Telegram
No 176, dated March 31, 1921.)
Vaşinqtondakı Böyük
Britaniya səfiri 1921-ci il iyulun 12-sı Amerikada
apardığı araşadırmalardan sonra əldə etdiyi
məlumatlarla bağlı Lord Kerzona yazmışdır: "Əlahəzrət,
Sizin Maltada mühakimə edilən məhbus Türklərlə
əlaqədar olaraq, iş yoldaşlarımdan biri dünən,
12 İyul günü, Amerikan Xarici İşlər Nazirliyinə
gedib. Ermənistanda edilən zülmlərlə
bağlı Amerika konsullarının hesabatlarının nəzərdən
keçirməsinə icazə verilib. Bu
hesabatlar Əlahəzrət Hökumətinin məqsədinə
ən çox yarayacaq deyə incələnmişdir. Təəssüflə çatdırım ki, bu sənədlərin
içində mühakimə olunmaq üçün Maltada həbsdə
olan Türklər əleyhinə dəlil kimi istifadə oluna
biləcək heç bir şey yoxdur. Nəzərdən
keçirilən hesabatlarda, sözügedən Türk əməkdaşlarından
yalnız iki nəfərin Sabit Bəy ilə Süleyman Faiq
Paşanın adları var, bunlar haqqında yazılanlar da
hesabatları qələmə alanların şəxsi
düşüncələrini aşmır və cinayət dəlili
ola biləcək heç bir şey konkret göstərilmir.
Onu da əlavə etməklə
iftixar edirəm ki, Amerikanın Dövlət rəsmiləri
çıxış zamanı, verəcəkləri məlumatların
heç birinin bir hüquq məhkəməsi
qarşısında istifadə edilməməsi arzusunda
olmuşlar. Bu baxımdan və Amerika rəsmilərinin
əlindəki sənədlərdə heç bir şəkildə
Türklər əleyhinə dəlil tapa bilmədik və
qorxuram ki, bu barədə yenidən Amerika Hökumətinə
müraciət edilməsindən hər hansı bir şey əldə
etmək ümidi yoxdur".
("(RO-FO 371/6504/E.8515: Craigie,
British Charge de Afaires at Washington, to lord Curzon, No.722 of Culy 13, 1921)
Malta Valisi Mareşal Plumer Londona 12
fevral 1921-ci ildə yazır: "Nazirlərə, deputatlara və
başqa şəxslərə ünvanladıqları ərizələrinin
cavabsız qaldığından və özlərini müdafiə
imkanlarının özlərinə tanınmamasından
şikayətlənirlər. Əllərindəki
dəlillərin xülasəsini, ya da heç olmasa nə ilə
ittiham etdiklərinin özlərinə bildirilməsini istəyirlər
ki, bunlara bəlkə də qarşılıq verəcəklər.
Sülh sazişləri ratifikasiya olunmadan əvvəl
buraxılan və yurdlarına geri göndərilmiş olan
Alman, Avstriyalı və Bulqar müharibə cinayətkarlarının
vəziyyətlərini ziddiyyətli tapırlar. Bu siyasəti dini bir zülm olaraq görürlər
və bunun təkcə Yaxın Şərqdə deyil,
bütün İslam dünyasında da əks-sədaları
olacağını irəli sürürlər.
Bu halda bunları təklif edirəm:
Bəzi məhbusların
sərbəst buraxılması yolundakı Ali
Komissarlığın 9 Dekabr 1920 günlü tövsiyələrinin
dərhal həyata keçirilməsi.
"A" sinfində
deportasiyaların hansı cinayətlə mühakimə
olunacaqlarını və dəlillərin xülasənin,
uyğundursa, özlərinə bildirilməsi.
Bu əsirlərin nə vaxt mühakimə
olunacaqlarını bildirilməsi".
32 ay davam edən məhkəmədə
həmin şəxslərə bəraət verilib və erməni
əhalisinə qarşı cinayət törədilməməsi
qənaətinə gəlinib. 29 iyul 1921-ci ildə belə
qərar verilib:
"Bu günə qədər,
məhbuslar əleyhinə keçirilmiş ittihamların
doğruluğuna şahidlik edən ciddi bir şəxs
tapılmamışdır. Müttəhimlərin
əleyhinə ittihamların Ədliyyə Məhkəməsi
tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi
imkansız görünür. İngilis Kral Baş
prokurorluğu "kütləvi öldürmə"
iddiası ilə bağlı hüquq məhkəməsində
yeni dava açmağa kifayət qədər sübut
olmadığına, əldə olan sənəd və məlumatların
ittihamlar üçün hüquq məhkəməsində
sübut dəyəri olmadığı, ona görə də
kimsənin bir hüquq məhkəməsi qarşısında
cəzalandırılmasının mümkün
olmayacağını qərara alır".
Maltaya sürgün
edilib ittiham edilənlər, nəhayət, Atatürk sayəsində
xilas olmuşlar. Sürgün illəri
onlar üçün bir xatirə olaraq qalır. Bir-iki il ailələrindən ayrı, dövlət
işlərindən uzaq, şəxsi azadlıqdan məhrum
olaraq keçirmişlər, çətinlik çəkmişlər.
Onlar sonra İngiltərə hökumətinə
qarşı təzminat davası açsalar da, nəticə əldə
etməmişlər.
Son olaraq bildirək
ki, erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə,
1915-ci ildən sonra onlar bu "soyqırımı"
uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər "soyqırım" ideologiyası
aradan götürülərsə, o zaman Ermənistan dövləti
də olmaya bilər.
"Soyqırım"
bütün erməniləri birləşdirən bir ideologiya
halına gəlib. Ölkə daxilində
didişən qüvvələr, düşmənçilik edənlər
bu məsələdə birləşirlər. "Soyqırım" onların alver predmetinə
çevrilib. "Soyqırım əfsanəsi"
ermənilərin erməni olmalarının əsas dəlili
sayılmaqla, erməniləri bir arada saxlamaq üçün
yeganə vasitədir.
Onlar gözəl başa
düşürlər ki, Ermənistanda yaşayan bir ovuc erməni
ümumi işin davamçısı ola
bilməz. Bu səbəbdən də diasporda erməniləri
ortaq əzablar və ortaq uğurlar xülyası ilə birləşdirməyə
çalışaraq, "soyqırım əfsanəsi"ndən
məharətlə istifadə edirlər.
əvvəli var
Zaur Əliyev
Siyasi
elmlər üzrə
fəlsəfə doktoru
Ekspress.-2015.- 25-27 aprel- S.17.