Ermənilərin 24 aprel həşiri....
Böyük yalan və Malta məhkəməsinin
həqiqətləri
"Qərb aləmində erməni məsələsini
şişirtməyin başqa bir üzü vardır - o da
hakimiyyət üçün yeni bir fürsətdir, ermənilərə
üz vermiş ağır çətinliklərin faciələrə
gətirib çıxara biləcəyinin günahı
onları anlamadıqları işə təhrik edənlərin
üzərinə düşür". İngilis
yazıçı- publisisti S.F.Dikson-Consonun 1916-cı ildə
yazılmış "Ermənilər" kitabından
Ermənilərin bədnam günə çevirdiyi daha bir 24 aprel yetişdi. Haylar onlara dəstəvuz verənləri Eçmiədzində öz başlarına yığıb yenə şaxsey-vaxsey salacaqlar və ya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən, "özləri çalıb, özləri oynayacaqlar".
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Böyük "yalan və Malta məhkəməsinin həqiqətləri" adlı araşdırmasında qondarma soyqırımın tarixi saxtakarlıqdan başqa bir şey olmadığını yazır. Alimin araşdırmasını Lent.az-a istinadən təqdim edirik
GİRİŞ: Yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin soyqrım termini təklif edənə qədər dünya siyasətçiləri və hüquqşünasları bu cür cinayətlərə konkret bir ad verməmişdi. İlk dəfə 1944-cü ildə Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi surətdə məhv edilməsi siyasətini ifadə etmək üçün "soyqırım" terminini işlətdi. Yunan dilində genos - "nəsil, kök, soy" sözü ilə latın dilində caedo - "öldürürəm" sözlərinin birləşməsindən "genosid" termini belə yarandı.
İndiyə qədər dünyanın bir çox ölkələri "genosid" terminini tərcümə etmədən orijinalda işlədirlər. Azərbaycanın siyasi və hüquqi leksikonuna isə 1990-cı illərdə "soyqırım" kimi daxil olan bu termin insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir. Hansı dildə işlənməsindən asılı olmayaraq, cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqi və ya dini qrupun soyunun, kökünün kəsilməsini əks etdirir.
Tarixi faktlar və sənədlər sübut edir ki, erməni millətçiləri xəyali "böyük Ermənistan"ı yaratmaq üçün ayrı"ayrı zamanlarda tarixi faktları saxtalaşdıraraq, özlərini guya soyqırıma məruz qalan tərəf kimi göstərmişlər. Lakin faktlar göstərir ki, ermənilər bütün zamanlarda azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui-qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.
Tarixi keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü "məzlum xalq" kimi tanıtmağa çalışan ermənilər hər yerdə geniş təbliğat apararaq, uydurma "erməni soyqırımı"nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.
Türkiyənin Xarici İşlər Naziri olmuş Qabriel Norandukyan Lozanna konfransına Türkiyənin göndərdiyi heyətin rəhbəri İsmət paşa ilə arasında aşağıdakı dialoq olmuşdur:
- Biz bir erməni yurdu istəyirik.
- Necə bir erməni yurdu?
- Türkiyənin bir yerini
ayıracaqsınız.
- Türkiyənin harasında istəyirsiniz?
Şərqindəmi, cənubundamı, yoxsa qərbindəmi?
- Harada olursa olsun, erməni yurdu
olaraq bizə bir yer verin, biz də orada toplanaq, orada
yaşayaq...
(Karakoç, Ercan, "Osmanlı
Hariciyesinde Bir Ermeni Nazır: Gabriyel Noradunkyan Efendi",
Uluslararası İlişkiler, Cilt 7, Sayı 25 (Bahar 2010), s.
157-177.)
Bəs uydurma
"erməni
soyqırımı" məsələsi haradan yaranıb?
Tarixən məlumdur
ki, "erməni məsələsi" Şərq məsələsinin
tərkib hissəsi kimi meydana gəlmiş və böyük
dövlətlər özlərinin işğalçı məqsədlərini
həyata keçirmək üçün ondan bir vasitə
kimi istifadə etmişlər. Şərq
məsələsinin mahiyyəti isə Osmanlı
imperiyasının torpaqlarının
bölüşdürülməsindən, Türkiyənin bir
dövlət kimi məhv edilməsindən, Türkiyənin
torpaqları hesabına erməni bufer dövlətinin
yaradılmasından ibarət idi. Habelə
həmin məsələ Şərqə yiyələnmək
uğrunda çar Rusiyası və Qərb dövlətləri
arasında beynəlxalq münaqişələrin ifadəsi,
Şərq xalqlarına qarşı
işğalçılıq planlarının təzahürü
idi. Şərq siyasətinin həyata
keçirilməsi üçün ermənilərdən
istifadə edildi və Türkiyə ərazisində
yaşayan ermənilər başlıca hədəf
seçildi. Birinci Dünya Müharibəsi
zamanı Antanta dövlətləri müharibədə
Almaniyanın tərəfində çıxış edən
Türkiyəyə təzyiq göstərməyə
başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta
1914-cü il oktyabrın 29-da Rusiya
Türkiyəyə müharibə elan etdi. Belə
bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər
böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə
silahlandılar və hər yerdə türkləri
qırmağa başladılar.
Türkiyənin
tanınmış tədqiqatçı alimi, professor
İsmail Ürçelik "Ermeni iddiaları ve gerçekler"
adlı kitabında göstərir ki, Birinci Dünya Müharibəsi
ərəfəsində və müharibə illərində
ermənilər öz istəklərini gerçəkləşdirmək
üçün Rusiyadan dəstək alırdılar. Rusiya vəd etdi ki, yeni bir Ermənistan qurulmağa
kömək edəcək. Bundan sonra
Türkiyə ərazisində yeni"yeni erməni hərbi
alaylarının təşkili prosesi sürətlənirdi.
Bu alaylara erməni liderləri
başçılıq edirdilər. Hətta
bu erməni hərbi birləşmələrinin fəaliyyətini
əlaqələndirmək üçün Tiflisdə Erməni
Uluslararası Bürosu yaradıldı. Bir
çox xarici ölkələrdən gələn ermənilər
hesabına könüllü hərbi birləşmələrin
sayı getdikcə çoxalırdı. Qısa
zamanda Rusiyadan, İrandan, Amerikadan, İngiltərədən,
Fransadan, Bolqarıstandan, Rumıniyadan və hətta Buxaradan gələn
ermənilər könüllü erməni alaylarına daxil
olurdular. Onlara xüsusi təlimat
keçirdilər. Təqribən 180 minə
qədər erməni belə təlim keçmişdi. Təlim
keçən erməni casuslarına təxribat işləri
ilə məşğul olmaq, adam
öldürmək, türk ordusuna arxadan zərbə vurmaq
tapşırığı verilmişdi. Bu ordunun
qarşısında iki əsas tapşırıq
aşağıdakı idi ki, ermənilərin hökümət
tərəfindən köçürülməsini labüd
etdi:
Sənəd N:1
"İlk öncə rus dövləti
ordusunun qarşı tərəfdən Ərzuruma doğru hərəkəti
ilə hücuma keçəcək orduya qarşı türklərin
mücadələyə məcbur olacaqları təbii
olduğuna görə bu fürsətdən istifadə etmək
üçün geridə hazırlıq görmüş qəhrəman
erməni çətələri (partizan dəstələri)
Türk ordusunu arxa tərəfdən vurmaqla iki tərəf
arasında qalan düşmənin hamısının beş yaşından böyük olanları ilə
birlikdə yox və qətl edilmələri qərara
alınmışdır."
Sənəd N: 2
"Öncəki qərarda hər
nə qədər 5 yaşından böyük olanların kəsilməsinə
qərar verilmişsə də, bu beş
yaşındakı uşaqların nüfuz etibarilə əhəmiyyəti
9 qabaqcadan görmək və irəlidə mənsub
olduqları milləti yada salaraq gələcəkdə erməni
milləti üçün bir təhlükə təşkil
edəcəklərinə görə iki yaşından
böyük olanların kəsilmələrinə birlikdə
qərar verilmişdir."
(ALBÜM - 1916 - Ermeni Amal ve
Harekat-ı İhtilaliyesi Tesavir ve Vesaik Albüm No. 1
Osmanlıca - Fransızca - Almanca - İngilizce izahatlı,
Yayınevi, Matbaa-i Amire- Ahmed İhsan ve
Şürekası,Sayfa sayısı : 64, Basım Tarihi 1916)
Təbii ki, erməni
silahlı dəstələrinin türklərə vurduğu
ağır zərbələr və günahsız türk əhalisinin
kütləvi məhv edilməsi, habelə ermənilərin
yaşadıqları bu dövlətə xəyanəti
Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə
məcbur etdi.
Bir şey də maraqlıdır
ki, ermənilərin respublika elan edəcəyindən 2 gün
qabaq - 1915-ci il aprel ayının 22-də Eçmiədzin
katolikosu ABŞ prezidenti Vilsona belə bir teleqram vurmuşdu:
"Erməniləri türk fanatizminin
özbaşınalığından xilas edin".
Osmanlı dövləti bu vəziyyət
qarşısında ilk tədbir olaraq ordudakı erməni əsilli
əsgərləri döyüşən hissələrdən
çıxarıb, arxa xidmətlərə verdi.
Daxili işlər naziri Tələt bəyin
imzasıyla 24 aprel 1915-ci ildə bir fərman verildi və dərhal
erməni silahlıları haqqında əməliyyat
başladıldı. Buna görə erməni
komitələrinin başçıları həbs olunacaq və
hərbi məhkəmələrə sövq ediləcəkdi.
Bu dəyişikliklər nəticəsində
İstanbulda yaşayan 77735 ermənidən 2435-i həbs olundu,
dəstə başçıları hərbi məhkəmələrə
çıxarıldı.
24 aprel 1915-ci ildə erməni hərəkatına
rəhbərlik edən 600 nəfər erməni
yazıçı, şair, jurnalist, siyasətçi, həkim,
vəkil, hüquqşünas, müəllim, alim və
ruhaninin həbs edilməsi erməni millətçi ekstremistlərini
bərk narahat edirdi. Çünki bu şəxslərin uzun
müddət həbsdə saxlanılması "erməni məsələsi"nin öz istiqamətini itirməsi və bununla
da erməni hərəkatının əsas liderlərinin zərərsizləşdirilməsi
ilə nəticələnə bilərdi. Odur
ki, həmin tarixdən etibarən ermənilər aprelin
24-nü soyqırımı günü kimi qeyd edirlər.
Fransa və
Böyük Britaniya Osmanlı İmperiyasında
"Müharibə əsirləri ilə pis rəftar və
ermənilərə qarşı qırğınlara görə"
təhqiqatlar aparıb, 147 məmur və yüksək rütbəli
zabit 1919-1921-ci illərdə Malta adasına sürgün edilib
və Böyük Britaniyanın qanunları əsasında
onların üzərində mühakimə qurulub.
Mühakiməni əsasən İngiltərənin baş
prokurorluğu aparıb və Maltadakı Türk məhbuslara
aşağıdakı ittihamlar irəli sürlmüşdür:
1.Sülh şərtlərinə
tabe olmamaq (Mudros anlaşması bəndlərinə).
2.Bu şərtlərin
yerinə yetirilməsinə mane olmaq.
3.İngilis komandirlərinə
və zabitlərinə nalayiq hərəkət etmək.
4.Əsirlərə
pis münasibət göstərmək.
5.Türkiyədə
və Transqafqazda ermənilərə və digər əsillərə
zülm etmək.
6.Talançılıqda
iştirak etmək, mülkiyyətə ziyan vurmaq və s.
7. Müharibə qanun və
qaydalarını başqa hər hansı bir formada pozmaq.
(British Archives: PRO"F.O. 371/ 4172 Private
and confidential: February 28, 1919)
Malta
sürgünündə olanları günahlandırmaq
üçün istifadə olunan əsas mənbə, erməni
Patriarxlığının hesabatlarıdır. Patriarxlıq "100 Cinayətkar Türk"
adlı bir hesabat vermişdir. Ondan sonra
başqa hesabatlar da qələmə almışdır. Ingilislər əvvəl bu hesabatları əsas
götürmüşlər. "Türkiyədə
ən çox nifrət edilən ingilis" - deyə səciyyələndirilən
ingilis tərcüməçisi Ryan ilə İngiltərənin
İzmir Baş Konsulu Ser H. Lamb da erməni
Patriarxlığının hesabatlarını təsdiq edirlər.
Beləliklə, bir ittihamnamə
yaradılmışdır. İttihamnamələr,
yer-yer başqa qaynaqlarla da əlavə etmək tələb
olunmuşdur. İttihatçı
düşməni "Səhər" qəzeti ilə
"Renesans" adlı qəzetin hökumət əleyhinə
yazıları da bir dəlil olaraq alınmışdır.
Bəzi erməni şahidlərinin ifadələri
də ittihamnamələrdə istifadə edilmişdir. Arada bir türk müxbirlər də
görünür. Fransa və ermənilərə
gizlində xidmət edən dövlət qurumlarında olan
donosçular da bir dəlil kimi qəbul olunmuşdur. İngilis zabitlərinin iddiaları da cinayət dəlilləri
kimi istifadə edilmişdir.
(ardı var)
Zaur
Əliyev
Siyasi
elmlər üzrə
fəlsəfə doktoru
Ekspress.-2015.- 24 aprel- S.15.