Ana dili və əlifba sərgisi

 

Milli Kitabxanada iki yüz ədəbiyyatı özündə əks etdirən sərgi açılıb

 

Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "1 avqust - Azərbaycan əlifbası Azərbaycan dili günüdür" mövzusunda geniş kitab sərgisi açılıb.

   Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxana direktorunun müavini Gülbəniz Səfərəliyeva Azərbaycan əlifbasının Azərbaycan dilinin tarixindən, bu günədək keçdiyi şərəfli inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən bəhs edib, dilimizin zənginliyindən söhbət açıb.

   Tədbirdə şairlər Fəridə Hacıyeva, Səyyarə Məmmədli başqaları Azərbaycan dilinə həsr etdikləri şeirlərini oxuyublar.

   İki yüzədək ədəbiyyatı özündə əks etdirən "1 avqust - Azərbaycan əlifbası Azərbaycan dili günüdür" mövzusunda sərgi iştirakçıların böyük marağına səbəb olub.

 

Ekspress.-2015.- 1-3 avqust.- S. 13.