Kurort zonasında fərqli otel
Ölkəmizdə son illərdə
bir-birindən gözəl, geniş imkanlara malik mehmanxana tipli müəssisələr
istifadəyə verilir. Bu
müəssisələrdə turistlərə çeşidli
xidmətlər təklif edilir, onların
istirahəti üçün hər cür şərait yaradılır.
Yeni otellər inşa edilən zaman turizm sektorunun tələbatı da nəzərə alınır. İndi bir çox insan təbiət qoynunda, səfalı yerlərdə istirahət etməyi daha üstün tutur.
Azərbaycanın şimal bölgəsində yeni istifadəyə verilən "River İNN Resort" oteli bu baxımdan digər otellərdən fərlənir. Nabranda açılan 4 ulduzlu yeni otel burada hər turistin istəklərini təmin etməyə imkan yaradır.
Avqustun 14-də "Silk Way Travel" şirkətinin təşkilatçılığı ilə jurnalistlərin "River İNN Resort" otelinə infoturu həyata keçirildi. İnfotur jurnalistlərə otelin şəraiti, xidmətləri ilə tanış olmağa imkan verdi.
Xəzər dənizinin sahilində, meşələrin əhatəsində, çayın ətrafında yerləşən və təxminən 15 hektar ərazini əhatə edən istirahət güşəsi digər istirahət mərkəzlərindən fərqlənir.
İstirahət mərkəzi çay, meşə və dağlıq ərazinin əhatəsindədir. 47 nömrənin olması burada istirahət edəcək turistlər üçün əlverişli şərait yaradır.
Ərazidə həm ağacdan, həm də daşdan inşa edilən mehmanxana nömrələri var. Burada tamamilə ağacdan inşa edilən ikimərtəbəli otel və fərdi yaşamaq üçün daşdan tikilən kottec və villalar var.
Bundan əlavə, taxta və daş kotteclər, lüks - "Rok", "Svinq" və "Caz" adı verilmiş villalar da var. Otelin həyətindən çay keçir. Elə otelin adı da buna uyğun olaraq seçilib. Balıq həvəskarları balıq və xərçəng tuta biləcəkləri çayın kənarında gəzintiyə çıxa bilərlər.
Burada məskunlaşan hər bir turist istirahət mərkəzinin ümumi xidmətlərindən - SPA mərkəzindən, türk hamamından, saunadan, hovuzdan, idman vasitələrindən istifadə etmək imkanına sahib olur.
Otel xüsusi paketlər təklif edir: "Yeni ailə quranlar üçün" paket, "Toy" paketi, "Korporativ" paket, "SPA" paketi, "Şərab Dequstasiyası" paketi və "Ailəvi İstirahət".
"River İNN
Resort" otelində istirahət
imkanlara görə dəyişir. Marketinq meneceri
Səadət Məmmədovanın
bildirdiyinə görə,
burada ailəvi istirahət daha əlverişlidir. Otel rəhbərliyi
birhəftəlik istirahət
paketi təklif edir. İstirahət zonasında ən
azı bir həftə yaşayanlar əksər xidmətlərdən
istifadə etməklə,
gündə 3 dəfə
yemək daxil olmaqla, 100 manata istirahət imkanına
sahib olurlar. Bu paketə görə bir nəfərin həftəlik istirahəti
700 manata başa gəlir. Altı yaşa qədər
olan uşaqlara xidmət pulsuzdur. 6-12 yaş arasında
olan uşaqlara görəsə 50 faiz güzəşt tətbiq
edilir.
Digər variantlarda qiymətlər
fərqlidir. Birotaqlı nömrələrdə
bir nəfərin bir gecə qalması
150 manat, iki nəfərin qalması
200 manatdır. Bu qiymətə səhər
yeməyi və yuxarıda sadalanan başqa xidmətlərdən
istifadə imkanı var.
Nahar və şam yeməyinin qiyməti bir nəfər üçün
20-35 manat intervalında
dəyişir.
İkiotaqlı nömrələrdə sadalanan şərtlər qalmaqla bir gecə
300 manatdır. Kottecdə bir
gün qalmaq bir nəfərə 320 manatdır. Bu qiymətə də ancaq səhər yeməyi daxildir.
Villalarda bir günlük yerləşmə 2 nəfər
üçün 400, 4 nəfər
üçün 600, 6 nəfər
üçün 800 manat
təşkil edir.
Bir və ya bir
neçə ailə bir yerdə gələrsə, onlar üçün ən əlverişlisi lüks villalar ola
bilər. 6 nəfərlik
villanın bir günü 800 manatdır.
4 nəfər 600 manat, 2-3 nəfər qalarsa, 400 manat pul ödəməlidir.
4 və 3 nəfərlik
daş evlərin qiymətləri isə
320-300 manat arasında
dəyişir.
İstirahət mərkəzində ümumilikdə 47 nömrə
var və eyni vaxtda maksimum
102 nəfər istirahət
etmək imkanına sahibdir.
Oteldə əyləncə axtaran gənclər və balacalar da öz
maraqlarına uyğun
nəsə tapa bilər - film, boulinq, bilyard, elektron oyunlar 24 saat müştərilərin ixtiyarındadır . Otelin peşəkar animasiya komandası həm də əyləncə proqramları təklif edir. Burada həmçinin ən
kiçik qonaqlar üçün dayə nəzarəti ilə uşaq otaqları da var. Əylənmək istəyən valideynlər
uşaqlarını buradakı
dayələrə rahatlıqla
etibar edə bilər.
Otelin Nabranda yerləşən
əksər otellərdən
bir üstün cəhəti də odur ki, burada
istirahət mövsümi
xarakter daşımır.
Yəni,
"River İnn Resort"da
istənilən fəsildə
dincəlmək olar.
Oteli baş aşpazı
bolqar Aleks Nikolovdur. Bolqarıstan, Böyük Britaniya
və Kiprin yüksəksəviyyəli otel
şəbəkələrində kulinariya təcrübəsi
olan aşpaz "Alekslə kulinariya səyahəti" ("Culinary travel with
Alex") adlı kitabın
müəllifidir.
Marketinq meneceri Səadət Məmmədovanın sözlərinə
görə, otel yeni istifadəyə verilsə də, gələn qonaqların sayı çoxdur: "Artıq otel bir neçə gündür ki, istifadəyə verilib, amma cəmi 3 nömrə boş qalıb..."
Vasif Cəfərov
Ekspress.- 2015.- 18 avqust.- S.6.