Böyük Vətən müharibəsi iştirakçıları
yubiley medalı ilə təltif olundular
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycan prezidenti İlham
Əliyev Azərbaycan
Respublikasından olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində
Qələbənin 70 illiyi"
yubiley medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda
deyilir: "Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"1941-1945-ci illər Böyük
Vətən müharibəsində
Qələbənin 70 illiyi"
vahid yubiley medalı haqqında"
MDB dövlət başçıları
Şurasının 2013-cü il 25 oktyabr tarixli
qərarına uyğun
olaraq qərara alıram:
1.Aşağıdakı
şəxslər "1941-1945-ci illər Böyük Vətən müharibəsində
Qələbənin 70 illiyi"
yubiley medalı ilə təltif edilsinlər:
1.1. SSRİ Silahlı
Qüvvələri sıralarında
Böyük Vətən
müharibəsi cəbhələrində
döyüş əməliyyatlarında
iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
1.2. faşist
işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər;
1.3. Böyük
Vətən müharibəsi
dövründə SSRİ Silahlı
Qüvvələrində xidmət
etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər;
1.4. "1941-1945-ci illər
Böyük Vətən
müharibəsində Almaniya
üzərində qələbəyə
görə" və
"Yaponiya üzərində
qələbəyə görə"
medalları ilə təltif olunmuş, həmçinin "1941-1945-ci illər
Böyük Vətən
müharibəsində Almaniya
üzərində qələbəyə
görə" medalının
vəsiqəsi, yaxud müharibə iştirakçısı
vəsiqəsi olan şəxslər;
1.5. Böyük
Vətən müharibəsi
illərində fədakar
əməyə görə
SSRİ ordenləri, "1941-1945-ci illər Böyük Vətən müharibəsində
rəşadətli əməyə
görə", "Əmək
igidliyinə görə",
"Əməkdə fərqlənməyə
görə", "Leninqradın
müdafiəsinə görə",
"Moskvanın müdafiəsinə
görə", "Odessanın
müdafiəsinə görə",
"Sevastopolun müdafiəsinə
görə", "Stalinqradın
müdafiəsinə görə",
"Kiyevin müdafiəsinə
görə", "Qafqazın
müdafiəsinə görə",
"Sovet Zapolyaryesinin
müdafiəsinə görə"
medalları ilə təltif olunmuş şəxslər;
1.6. "1941-1945-ci illər
Böyük Vətən
müharibəsində rəşadətli
əməyə görə"
medalının vəsiqəsi
olan şəxslər;
1.7. "Blokadada olan Leninqrad sakininə" nişanı ilə təltif olunmuş şəxslər".
Sərəncama
əsasən, Nazirlər
Kabineti "1941-1945-ci illər
Böyük Vətən
müharibəsində Qələbənin
70 illiyi" yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər
görməli; yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahılarının
tərtib edilməsini
və medalların təqdim olunmasını təmin etməlidir.
Prezidentin məlum sərəncamı dövlətin Böyük Vətən müharibəsi iştirakçılarına diqqət və qayğısını göstərir. Ümumiyyətlə, ölkəmizdə təkcə Böyük Vətən müharibəsi veteranlarına deyil, digər əlillərin də sosial-məişət qayğılarının həlli daim diqqət mərkəzindədir. Elə Azərbaycan prezidentinin imzaladığı sərəncəmlarda da bu əksini tapır. Ölkə başçısının fərmanına əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir. Ötən il ölkə başçısı "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" fərmanda dəyişiklik edilməsi barədə sənəd imzalayıb. Sənədə əsasən, müharibə əlillərinə verilən təqaüdün aylıq məbləği artırılaraq I qrup müharibə əlillərinə 150 manat, II qrup müharibə əlillərinə 130 manat, III qrup müharibə əlillərinə 100 manat müəyyən edilib.
Yeri gəlmişkən, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" olan fərmanda da dəyişiklik edilib. Həmin sənədə əsasən 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərin, ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinin, keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərin və başqa rifah halını yaxşılaşdırmaq və onlara dövlət qayğısını artırmaq məqsədi ilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" fərmanda "37" rəqəmləri "45" rəqəmləri ilə əvəz edilib.
Ehtiyatda olan polkovnik Mehdi Mehdiyevin sözlərinə görə, Azərbaycan dövləti müharibə veteranlarının, şəhid ailələrinin və müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. "Ölkəmiz son illərdə böyük inkişaf yolu keçib. Ölkə başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. O cümlədən, müharibə veteranlarının, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli irəliləyişlərə nail olunub".
Mehdiyev deyir ki, heç bir əlilin, şəhid ailəsinin gücünün çatmadığı məsələləri dövlət öz üzərinə götürüb və qısa müddətdə həll edir. Mənzil təminatı məsələsini xüsusi qeyd edən M.Mehdiyevin sözlərinə görə, 1997-ci ildən etibarən dövlət ardıcıl surətdə bu istiqamətdə işlər görür, müharibə əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən mənzillər verilir. Ötən zaman ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bunlar paytaxtda, eyni zamanda ölkəmizin digər bölgələrində yaşayan insanlardır. Bakının Binəqədi, Yasamal, Sabunçu, Qaradağ və Suraxanı rayonları, eləcə də Abşeron, Beyləqan, Yevlax, Quba, Samux, Göygöl, Ağcabədi, Qəbələ rayonları ərazisində, Gəncə şəhərində bu kateqoriyadan olan insanların mənzillərlə təmin edilməsi davam etdirilir.
Onu da qeyd edək ki, müharibə veteranlarının, əlillərin pensiyalarının, şəhid ailələrinə ödənən müavinətlərin həcmi demək olar ki, ildən-ilə artırılır. Bundan başqa, əlillərimizin minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısının imzaladığı fərmanların mühüm addım olduğunu bildirib: "Bu sənədlər bir daha təsdiq edir ki, hər bir vətəndaşın, o cümlədən əlilliyi olan şəxslərin, müharibə veteranlarının rifah halının yaxşılaşdırılması möhtərəm prezidentimizin diqqət mərkəzindədir. Bu fərmanların hər birinin öz təyinatı var, onların hər biri mühüm sosial əhəmiyyət kəsb edir və sosial müdafiə sahəsində növbəti irəliləyişi təmin edir".
Nazir onu da qeyd edib ki, dövlət başçısının nazirlik qarşısında müəyyən etdiyi vəzifələrdən biri də Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin problemlərinin araşdırılması və bu problemlərin aradan qaldırılması üçün müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi olub: "Biz bu tapşırığa əsasən, müvafiq işlərin aparılmasına başladıq. Sosial cəhətdən həssas əhali qrupları, həmçinin əlillər, müharibə veteranları ilə bağlı bir sıra ictimai təşkilatların nümayəndələri, eləcə də həmin təbəqələrdən olan insanlarla görüşdük. Onların rəy və təkliflərini dinlədik, mövcud problemlərin həlli yollarını birgə müzakirə etdik. Beləliklə, nəticə olaraq ümumi yanaşmalardan irəli gələn konkret təkliflər əsasında fərman layihələrinin sənədlərini hazırlayaraq prezidentimizə təqdim etdik. Təqdim olunan layihə sənədləri ölkə rəhbəri tərəfindən müsbət qarşılanaraq 17 və 18 mart 2014-cü il tarixlərində ayrı-ayrılıqda 4 Fərman və 1 Sərəncam imzalayıb".
Onu da qeyd edək ki, "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə" 17 mart 2014-cü il tarixli Fərman ümumilikdə 11821 nəfərə şamil olunur. "Fərmana əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər) üçün 85 manatdan 130 manata və III qrup əlillər (2045 nəfər) üçün 60 manatdan 100 manata çatdırılır. Bununla da həmin insanlara ötən il aprelin 1-dən ödənilən Prezident təqaüdlərinin məbləği 20 Yanvar əlillərinə ödənilən Prezident təqaüdlərinin məbləğləri ilə bərabərləşdirilib. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcək.
Bundan başqa, S.Müslümov əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat məbləğində kompensasiyanın bu Fərmana əsasən, 37 manatdan ötən il aprelin əvvəlindən 45 manata çatdırıldığını da qeyd edib. Sənəd ümumilikdə 53545 nəfərə şamil olunur ki, onlardan 50077 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adı almış şəxslərdir.
Ölkə başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" da imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Sərəncamın şamil olunacağı 600-ə yaxın təhsil alan vətəndaşın təhsil haqqının ödənməsi üçün 1 ildə təxminən 1,2 milyon manat vəsait sərf ediləcək. Bütün bunlarsa ölkə prezidentinin sosial cəhətdən həssas əhali qruplarının dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunması sisteminin gücləndirilməsinə xüsusi diqqət yetirməsinin nümunəsidir.
Rəşid
RƏŞAD
Ekspress.-2015.- 5
fevral.- S.9.