Akademik Akif Hacıyev vəfat etdi

 

 Nekroloq

 

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Fizika-RiyaziyyatTexnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Akif Cəfər oğlu Hacıyev 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində vəfat edib (AzərTAc).

   Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının RiyaziyyatMexanika İnstitutunda funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev 1961-1967-ci illərdə həmin institutda elmi katib, 1967-1978-ci illərdə baş elmi işçi, 1978-1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışıb.

   1992-1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərən alim 1999-cu ildə Bakıya qayıdaraq yenidən Elmlər Akademiyasının RiyaziyyatMexanika İnstitutunda şöbə müdiri olub, 2001-ci ildə AMEA-nın Fizika-RiyaziyyatTexnika Elmləri Bölməsinin akademik-katibi seçilib. 2004-cü ildən 2013-cü ilədək AMEA-nın RiyaziyyatMexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə AMEA-nın vitse-prezidenti olub.

   Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Akademiyanın həqiqi üzvü seçilib.

   "Şöhrət" ordenli akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr verib. Onun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapıb. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktorufizika-riyaziyyat elmləri doktoru hazırlanıb.

   Akademikin vəfatı ilə bağlı rəsmi nekroloqda deyilir:

   "Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və səmimi insan Akif Cəfər oğlu Hacıyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Allah rəhmət eləsin!

   İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Akif Əlizadə, Əli Abbasov, Arif Paşayev, Arif Mehdiyev, Tofiq Nağıyev, İbrahim Quliyev, İsa Həbibbəyli, Rasim Əliquliyev, Telman Əliyev".

 

Ekspress.-2015.- 5 fevral.- S.15.