Atatürkün təkidi ilə
təhsil alan
azərbaycanlı general
Cahangir bəy Novruzovu nə qədər tanıyırıq?
Onları "Azadlıq yolunun mücahidləri" adlandırırdılar. Onlar yaşından,
tutduğu vəzifəsindən
asılı olmayaraq, müstəqil Azərbaycan
üçün hər
şeydən keçməyi
qarşılarına məqsəd
qoymuşdular. Onlar
kim idi?
1918-ci ilin fevral ayı... Tiflis şəhəri.. Bir qrup azərbaycanlı gənc Azərbaycanın müstəqilliyi üçün
var qüvvəsi ilə çalışırdı.
Rusiyada baş verən hakimiyyət dəyişikliyi
bu gənclərin müstəqillik arzularını
daha da alovlandırmışdı.
Lakin bolşevik-daşnak emissarları
azərbaycanlı gəncləri
təqib edir, onlara siyasi fəaliyyətinə
görə əngəllər
yaradırdılar. Bu gənclərin arasında
Azərbaycanın işıqlı
gələcəyinə inanan
bakılı balası
Cahangir bəy Novruzov da var
idi.
Araşdırmaçı
Qoşqar Salmanlının
bildirdiyinə görə,
1894-cü ildə Bakıda
hərbçi ailəsində
dünyaya göz açan Cahangir bəy Tiflisdə hərbi məktəbdə
təhsil alarkən, azadlıq mücahidi Sultan
Məcid Qənizadə
ilə tanış
olur. Bu tanışlıq
gələcək zabitin
həyatında önəmli
dəyişikliyə imza
atır. Sultan Məcid
Qənizadə bu gənc zabiti Məhəmməd Əmin
Rəzulzadə və
Fətəli xan Xoyski ilə tanış edir. Beləliklə, bu tanışlıq gənc zabitin sabahkı həyatında mühüm rol oynayır: "Şərqdə
ilk Cümhuriyyəti qurmağı
qarşısına məqsəd
qoyan azadlıq mücahidləri bunun üçün var qüvvələri ilə
çalışırlar. Gənc zabit
Cahangir bəy bu çətin işdə öz köməyini əsirgəmir.
Cahangir bəy 1918-ci ilin aprel ayında həbs olunsa da, tezliklə həbsdən azad edilir və ona 3 gün ərzində Tiflisi tərk etmək haqqında göstəriş
verilir. Gəncəyə gələn Cahangir
bəy bir müddət burada qaldıqdan sonra, Azərbaycana gələn Nuru Paşanın başçılıq etdiyi
Qafqaz İslam Ordusunun tərkibinə qatılır. Kapitan rütbəli
Cahangir bəy ağır döyüşlərin
iştirakçısı olur.
Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun hissələri Bakını
bolşevik, erməni-daşnak
və ingilis hərbi dəstələrindən
azad etdikdən sonra, müstəqil Azərbaycan hökuməti
Bakıya köçür.
Peşəkar hərbçi Cahangir
bəy Novruzov da Azərbaycan ordusunda xidmətə başlayır. Milli Ordumuzun
ölkənin müxtəlif
ərazilərində erməni-daşnak
ünsürlərinə qarşı
apardığı savaşlarda
iştirak edən Cahangir bəy 1919-cu ildə mayor rütbəsi
ilə təltif edilir".
Xatırladaq ki, Cahangir bəyin soyadını daşıdığı Novruzovlar
hərb tariximizə öz adlarını yaza biliblər. Cahangir bəyin babası general-leytenant Mirzə Novruzov, əmisi qvardiya polkovniki Kərim bəy Novruzov, əmisi oğlanları Cümhuriyyət ordusunda öz qanları ilə tarix yazan general-mayor Teymur bəy Novruzov və mayor Rüstəm bəy Novruzovun da hərb tariximizdə
xüsusi yeri var.
Cahangir bəy 1920-ci ildə
6 aylıq hərbi təhsilini başa vurduqdan sonra vətənə dönür.
1920-ci ilin fevral
ayında Qarabağda gedən döyüşlərdə
göstərdiyi igidlik
və şücaətə
görə Cahangir bəy təltif edilir. Lakin bolşevik-daşnak ünsürlərinin Azərbaycanı
istila etmək üçün hərəkətə
keçməsi milli ordu hissələrinin ölkənin müdafiəsinə
yönəldilməsinə əsas verir. Cahangir bəyin də başçılıq etdiyi
süvari alayı ölkəmizin şimal sərhədlərinin müdafiəsinə
göndərilir. Lakin qüvvələrin
qeyri-bərabər olması
Milli Ordumuzun vəziyyətini xeyli cətinləşdirir. Bütün
bunlara baxmayaraq, 1920-ci
ilin aprelində süvari alayın komandiri mayor Cahangir bəy Novruzov istilaçı rus-daşnak
ordusuna qarşı inamlı döyüşlər
aparır, ancaq məlum səbəblərə
görə, bir qədər sonra Vətəni tərk edərək İrana keçməyə məcbur
olur. Az
müddət orada qaldıqdan sonra isə süvari alayı ilə Ərzurumda Kazım Qarabəkir Paşanın ordusu ilə birləşir. Türk ordusunda xidmətə
başlayan Cahangir bəy tez bir
zamanda öz cəsurluğu ilə seçilir. 1921-ci ildə
Bənliəhməd yaxınlığında
daşnak tör-töküntülərinin
qaldırdığı Berna
meydan müharibəsində
böyük qəhrəmanlıqlar
göstərir, düşmən
təyyarələrini dəqiq
top atəşilə susdurur.
Məhz bu döyüşlərdəki
qəhrəmanlığına görə türk komandanlığının və
türk paşalarının
hörmət, ehtiramını
qazanır. Cahangir bəy
döyüşlərdə dəyanətlə vuruşduğuna
görə, türk komandanlığı ona
"Bərkər"- yəni
bərk ər, igid, döyüşkən
ər təxəllüsünü
verir. Göstərdiyi igidlik və
şücaəti ilə
seçilən Cahangir
bəy ordu rəhbərliyinin diqqətini
cəlb edir. Məhz bu cəsurluğuna görə Mustafa Kamal Paşa Atatürklə görüşə gedən
zabitlərin qrupuna daxil edilir. Bu görüşdə öz davranışı və bacarığı ilə seçilən Cahangir bəy Atatürkün də rəğbətini qazanır.
Məhz Atatürkün təkidi ilə azərbaycanlı zabit təhsilini artırmaq üçün
Ali Hərbi Akademiyaya göndərilir. 1929-ci ildə Akademiyanı müvəffəqiyyətlə bitirən Cahangir bəy polkovnik rütbəsi ilə təltif edilir. Kutahiyadakı topçu alayının komandiri olarkən hərb sahəsində qazandığı
nailiyyətlərə görə,
1948-ci il avqustun 30-da general-mayor fəxri
rütbəsinə layiq
görülür.
Cəsur azərbaycanlı generalın
gördüyü işlər
yüksək qiymətləndirilir
və o, Türkiyə
dövlətinin ən
ali mükafatı
sayılan "İstiqlal"
ordeni ilə təltif edilir.
İzmir istehkamlaşdırılmış
rayonunda və arxa cəbhə komandiri vəzifəsində
çalışan Cahangir
bəy Novruzov
1953-cü ildə yaşına
görə istefaya çıxır. O, ömrünün
axırınadək Boronovada
tikdirdiyi təmtəraqsız,
sadə bir evdə yaşayır. Həyatının sonunadək Azərbaycana
qayıtmağı qarşısına
məqsəd qoyan Cahangir bəy nə yazıq ki, bu arzusuna
catmadı. Tez-tez
dostu Türk Ordusunun azərbaycanlı generalı Firudin bəy Daryalıya "Azərbaycanı müstəqil
görmədən ölməyəcəyəm",
- deyə məktub yazırdı.
General-mayor Cahangir bəy Novruzov səmimi və saf bir
ailə başçısı
olub. Uzun illər generalın komandanlığı altında
çalışan istefada
olan süvari polkovniki Baba Behbud Türkiyədə nəşr
olunan "Azərbaycan"
jurnalının 1958-ci il 4-5-ci sayında yazır: "Cahangir bəy Bərkər bütün döyüşlərdə
bir ərən kimi özünü sübut edib. Onun ücün tapşırığın
asanı və yaxud cətini yox idi. Tapşırıq verilibsə, yerinə
yetrilməli idi.
O, bir sərkərdə
kimi erməni daşnaklarına ağır
zərbə vura bildi. Yadımdadır, bizim ağır
döyüşlərimizin birində Cahangir bəy özü düşmənin bir taqımını məhv
etmişdi. Əminliklə deyə bilərəm ki, Cahangir bəy
Bərkər bütün
həyatını hərb
sənətinə həsr
etdi və davamçılarına əsl
hərbçinin necə
olduğunu öz əməlləri ilə sübut etdi".
Böyük bir nəslin
layiqli davamçısı
olan Cahangir bəy Novruzov vətəndən uzaqda olsa da, Azərbaycanı
heç zaman unutmadı. Onun xatirə qalan şəkillərinin birində
sinəsinə sıxdığı
üçrəngli Azərbaycan
bayrağı var. Cəsur
general-mayor Cahangir bəy
Novruzov 1958-ci il iyunun 17-də İstanbulda vəfat edir və elə
oradaca da dəfn edilir.
Ekspress.-2015.- 7-9 fevral.- S.17.