Əlillərin ipoteka dərdi

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Azərbaycanda əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzunmüddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericilik təkmilləşdiriləcək. Bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirliklərinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasına tapşırıq verilib.

   Azərbaycanda hər il sosial müdafiə məqsədilə bir milyarddan artıq vəsait ayrılır, əlillərə sosial müavinətlər verilir. Qarabağ əlilləri avtomobil və mənzillə təmin olunurlar. Bunlar vaxtaşırı atılan çox böyük addımlardır.

   Ümumiyyətlə, Azərbaycanda Əmək Məcəlləsinə əsasən 50 yerindən 1-i əlillərə verilməlidir. Elə yerləri var ki, əlillər burada çalışa bilərlər. Bu insanlar üçün yerləri yaradılmalıdır ki, sosial müdafiəsi yaxşı olsun. Əillərin təkcə fiziki yardıma yox, həm də sosial-psixoloji yardıma da ehtiyacı var. Bu, əlillərin cəmiyyətə inteqrasiyasına ciddi kömək edir.

   Bundan başqa, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi də nəzərdə tutulub. Yeni sosial xidmətlərin yaradılması da istisna edilmir.

   Bununla bağlı ƏƏSMN və yerli icra hakimiyyətlərinə tapşırıq verilib.

   Azərbaycan əlil vətəndaşların problemlərini çözmək üçün başqa dövlətlərin, tutalım, qonşu Türkiyənin də təcrübəsindən yararlana bilər. Orada son illər əlillərin sosial durumunun yaxşılaşdırılması üçün bəzi addımlar atılıb. Məsələn, banklardan biri öz yerlərini açmaqya sərbəst fəaliyyət göstərmək istəyən əngəllilərə 5-25 min TL (təxminən 2500-12500 manat civarında) faizsiz kredit verir. Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyiöz işini qurmaq istəyən əngəllilərə 100 min TL-lik (təxminən 50 min manat) qrant ayırıb. Pulu alan şəxs məbləğin 70 faizini geri ödəyəcək.

   "Əlillər haqqında" qanunda göstərilir ki, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb ocaqlarında büdcə vəsaiti hesabına fərdi reabilitasiya proqramı və tibbi xidmətdən yararlanmaq, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüquqları var. Lakin bu o demək deyil ki, onların digər məişət qayğıları yoxdu. Buna görə də əlillər də bu gün ölkədə geniş vüsət alan kredit layihələrindən yararlanmaq istəyirlər.

   Fiziki məhdudiyyəti olan, ikinci qrup əlil Zöhrab Şiri hesab edir ki, öncə ayrılacaq kreditin fiziki əngəlli insanların hansısa zəruri ehtiyaclarına xərclənəcəyi və bu zəruri ehtiyacların əlillərin həyatında faydasının nədən ibarət olduğuna diqqət yetirilməlidir: "Birincisi, əlil arabası gərəkdir. Bu, əlilin ayağıdır, o nə qədər keyfiyyətli, müasir olarsa, əlilin xeyrinədir. Amma çox təəssüf ki, bu gün dövlətimiz əlilə xəstənin xəstəxanaya aparılması üçün uyğun olan (ayağı sınmış və ya hamilələri daşımaq üçün) arabalardan verir. Onun da 3-5 ildən bir yenisini verir. Halbuki, o arabaların 1-2 illik ömrü var, bu da ki, xəstəxanalar üçün" deyən Z.Şirinin sözlərinə görə, ancaq ömürlükuzun müddətli əlillər üçün bu qətiyyən uyğun deyil. Çünki əlil arabası əlilin ayağıdır və o bununla hər yerə gedir, bu da keyfiyyətsiz arabanın ömrün birazda azaldır. "Əgər bizim uyğun kredit almaq imkanımız olsaydı, biz arabalarımızı özümüz seçib, özümüz alardıq və "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunda deyildiyi kimi, əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasın təmin etmiş olardı".

 

   Əlil insanlarımızla bağlı bir sıra həlli vacib olan problemlərin mövcudluğunu inkar etmək olmaz və onların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi son dərəcə vacibdir. Bu gün bütün dünyada yaşından, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq buya digər səbəblərdən sağlamlığını itirərək əlil olmuş insanlar üçün xarakterik olan bir sıra ümumi problemlər mövcuddur. Belə problemlər sırasında ictimai binaların, sosial infrastruktur, ictimai-iaşə və s. obyektlərinin onlar üçün müyəssər olmaması (fiziki maneələr), əlilliyinin cəmiyyətdə düzgün dərk edilməməsi (psixoloji maneələr) əsas yerlərdən birini tutur. Və təbii ki, maddi problemlər. Bəzən əlil insanlara da öz ailə məişət problemlərini həll etmək üçün müəyyən miqdarda pul lazım olur. Ki, günümüzdə onlar bunu banklardan kredit almaqla edə bilər. Lakin yuxarıda qeyd olunan qanunun qəbulunadək bu çox çətin məsələ idi.

   Əlillərin böyük qismi çalışır, ailəsi olanlara ailələri yardım göstərir. Bunlar həyati fəaliyyəti məhdudlaşan, başqalarının köməyinə ehtiyacları olan insanlardır. Onlar necə biznes quraya təsərrüfatla məşğul ola bilər? Əlilin biznes qurmasına dünyada çox nadir rast gəlinir. Yalnız 3-cü qrup əlil buna nail ola bilər. 1-ci qrup əlil isə başqasının yardımına ehtiyacı olanlardır. Buna görə də, onlar üçün ehtiyacya təsərrüfat kreditlərinin verilməsi məqsədəuyğun hesab oluna bilər.

   Digər bir məsələ isə ipoteka kreditləri ilə bağlıdı. "İpoteka haqqında qanun"da əlillərə aid ayrıca maddə yoxdur. O qanunla ipotekadan yararlanıb, əmlak almaq istəyən şəxslərin dairəsini müəyyən etmək mümkündür: şəhid ailəsinin üzvü, məcburi köçkünya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər və s.

   Amma bu gün məlumdur ki, əlillərin hər hansı bir işlə məşğul olması üçün güzəştli kredit alması çox çətindi.

   Qanuna əsasən, ölkədə yerlərinin 5 faizi əlillərə ayrılmalıdır. Hansı adamı, yaxud idarə bunu öz xoşu ilə etmək istəyəcək? Bu, qeyri-mümkündür. Çünki qanunvericilik çərçivəsində həmin təşkilatlar həvəsləndirilmir. Əlillərə güzəştli qrafiki, güzəştli məzuniyyət heç bir adamına sərf etmir.

   Qeyd edək ki, Azərbaycanda ümumilikdə pensiya və müavinət alan əlillərin sayı 506 min 127 nəfərdir. Onların da 58 min nəfərindən çoxu 18 yaşınadək uşaqlardır. Bu rəqəm 2000-ci ildən bəri 2 dəfədən çox artıb. 2000-ci ildə onların sayı 250 min 712 nəfər olub. Bunlarında 21 min 739 nəfəri 18 yaşına çatmayan uşaqlar imiş.

   1-ci qrup əlil Pərviz Heydərov 66 manat sosial müavinət alır. İqtisadi İnkişaf Nazirliyinin Elmi Təhqiqat İnstitutunda, eyni zamanda "Ekspress" qəzetində ev şəraitində çalışır. Deyir mindən çox məqaləsi var. Maddi durumunu çalışqanlığı sayəsində normallaşdıra bilib: "300 mindən çox birinci qrup əlil var. 50 milyarda yaxın valyuta ehtiyatı olan ölkədə 1-ci qrup əlilə 65 manat sosial müavinət verilir. Bu 65 manat minimum istehlak səbətindən də aşağıdır. Evdə çalışıram. Maddi durumumu qonorarla düzəldirəm. Ancaq bu, hamıda belə deyil. Güzəştli kreditlər barədə heç düşünmürəm. Əlillərə güzəştli kredit verilməsi məsələlərinin heç hüquqi tərəfləri də hazır deyil. Kommersiya banklarının kredit faizləri 18-%-dən başlayır. Bu şəraitdə dövlət islahat aparmalıdır ki, əlillər güzəştli kredit ala bilsin".

   Ümumilikdə pensiya və müavinət alan əlillərin sayı 506 min 127 nəfərdir. Onların da 58 min nəfərindən dən çoxu 18 yaşınadək uşaqlardır. Bu rəqəm 2000-ci ildən bəri 2 dəfədən çox artıb. 2000-ci ildə onların sayı 250 min 712 nəfər olub. Bu sayın 21 min 739 nəfəri 18 yaşına çatmayan uşaqlarmış.

   Əlillərə kredit verilməsi ilə bağlı ən önəmli məqamlardan biribudur ki, sağlam adam bankdan kredit götürür, daha sonra bədbəxt hadisə nəticəsində əlilə çevrilə bilir. Burada qrup dərəcələrindən asılı olaraq, banka olan kredit borcunu kimin ödəyəcəyini bankla müştəri öz arasında tənzimləməlidi. Çünki buna dair qanunvericilikdə hər hansı bir müddəa yoxdur. Məsələ ilə bağlı bankların birində kredit mütəxəssisi kimi çalışan Araz Nəzərli ilə əlaqə saxladıq. Məsələnin praktiki tərəflərindən danışan həmsöhbətimiz qanunvericiliyin tələblərinə əsasən, əlillərə kredit verilməsi məsələsini açıq şəkildə diqqətə çatdırdı: "Bankdan istehlak krediti götürmüş müştərinin başına bədbəxt hadisə gələrsə, onun kredit borcunu 1-ci dərəcəli qohumları, yəni ailəsi ödəməlidir. Ölkə banklarının əksəriyyəti müştərilərlə münasibətləri bu qayda ilə tənzimləyir. Amma bu, müştərinin sığortalanmadığı hala aiddir. Bəzi banklar isə əlavə risklərdən qorunmaq üçün həyat sığortasından istifadə edirlər. Bu, onun üçün tətbiq olunur ki, hansısa bədbəxt hadisə nəticəsində müştərinin başına bir gəlsə, onun kredit ödənişi zaminlərinin və yaxud ailə üzvlərinin üzərinə düşməsin. Bu sığorta müştəri öldükdə və ya 1-cu qrup əlil olduqda, yəni həyatını və yaxud əmək qabiliyyətini itirdikdə işə düşür. Sığorta hadisəsi baş verdikdə sığorta şirkəti borclanın həmin tarixə olan əsas borcunu və hesablanmış faizləri ödəyir. Amma bunun üçün ölüm haqqında şəhadətnamənin və yaxud 1-ci qrup əlillik haqqında sənədin surəti banka təqdim edilməlidir".

   Müsahibimizin dediyinə görə, müştəri bədbəxt hadisə nəticəsində 2-ci və 3-cü qrup əlil olduqda isə kreditin qalan hissəsini zamin(lər) həyata keçirməlidir. Bu zaman sığorta haqqı böyük olmur - borcalanın yaşından asılı olaraq kreditin maksimum 1%-i qədər.

   Bununla belə, bankların heç də hamısında bu növ sığortadan istifadə edilmir. Vətəndaşların kütləvi şəkildə üz tutduğu, zaminsiz, amma yüksək faiz dərəcələri ilə 10 min manata qədər kredit verən və buna görə kreditin 5-10%-i qədər komisyon haqqı alan banklar müştərilərini bir qayda olaraq müştərilərini sığortalamırlar. Belə banklarda borclunun başına gəldiyi halda kredit avtomatik olaraq onun 1-ci dərəcəli qohumlarının (ata, ana, bacı, qardaş, övlad) adına keçirilir və ödənişi də ailə üzvləri edir. Vəziyyətdən çıxış yolu müştərilərin özlərinin həyatlarını sığortalamasıdır. Yəni bankdan kredit götürən müştəri, hətta bank bunu tələb etməsə də, banka borclu olduqları müddətdə özlərini həyat sığortası ilə sığortalaya bilərlər.

 

   

Ekspress.-2015.- 10 fevral.- S.9.