Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Cümhuriyyətin maarif naziri Nurməmməd Şahsuvarovun Rzayev İskəndər Cabbarxan oğluna verdiyi şəhadətnamə

Rizayev İskəndər Cabbarxan oğlu

 

 Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik təhdidlərlə üzləşsə , Vətənin millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış talelərinə güzgü tutmuşdur.

   "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" digər qəzetlərdə çap olunub.

   Tehranın Cümhuriyyət tələbəsi

   Azərbaycan Cümhuriyyəti Xalq Maarif nazirinə 1919-cu ildə iki dəfə müraciət edən bir gənc vardı: Rizayev İskəndər Cabbarxan oğlu.

   Onun Bakı, İkinci Bayıl küçəsi, 12 ünvanından həmin il avqust ayının 13-də yazdığı ərizəsində deyilirdi ki, Petroqrad Politexnik İnstitunun Elektromexanika Şöbəsinin ikinci kurs tələbəsidir. Ancaq Rusiyada baş verən hadisələrlə əlaqədar təhsilini davam etdirmək imkanından məhrumdur. Gənc İskəndər xahiş edirdi ki, təhsilini başa çatdırmaq üçün adı dövlət hesabına xaricə göndəriləcək tələbələrin siyahısına salınsın.

   Daha sonra müraciətdə oxuyuruq: "Mən iyirmi ilə yaxındır ki, Azərbayandayam və özümü burada heç vaxt qərib hiss etməmişəm. Hazırda Bakı və Biləcəri stansiyaları və şəbəkələri müdiri vəzifəsində işləyirəm. Anam və bacım da mənim öhdəmdədir".

   1919-cu il oktyabrın 11-də yazılmış ikinci məktubdan aydın olur ki, İran təbəəsi olan İskəndər Cabbarxan oğlu Rizayev sentyabr ayında rəsmi olaraq Azərbaycan vətəndaşlığı adını Parlament tərəfindən almış və bu barədə "Hökumət Xəbərləri"ndə məlumat dərc edilmişdir.

   Bundan sonra nazir Nurməmmədbəy Şahsuvarov onun yol vərəqəsini imzalamış, 1897-ci il noyabrın 18-də Tehranda dünyaya gəlmiş soydaşımız 1920-ci ildə Bakıdan Fransaya yola düşmüşdür.

   Qeyd etmək yerinə düşər ki, bundan sonra Cümhuriyyət tələbəsinin sənədlərində soyadı "Rizayev" deyil, "Rzazadə" yazılmışdır.

   Azərbaycan Respublikası Dövlət Arxivində Cümhuriyyət tələbəsinin Bakı Real Məktəbini bitirməsi barədə attestatın surəti də saxlanılır. Burada deyilir ki, 1897-ci ilin noyabrında "İranda doğulmuş Məhəmməd məzhəbli" İskəndər Cabbarxan oğlu Rizayev 1807-ci ilin sentyabrında Bakı Real Məktəbinə qəbul edilmiş və 1914-cü il iyunun 7-də nümunəvi davranışla və aşağıdakı qiymətlərlə məktəbi bitirmişdir:

   İlahiyyat - əla (beş)

   Rus dili - yaxşı (dörd)

   Alman dili - əla (beş)

   Fransız dili - əla (beş)

   Riyaziyyat - əla (beş)

 

   Cəbr - yaxşı (dörd)

   Həndəsə - əla (beş)

   Triqonometriya - əla ( beş )

   Tarix - əla (beş )

   Coğrafiya əla (beş)

   Fizika - əla ( beş)

   Rəsm rəsmxət - yaxşı (dörd).

   Cümhuriyyət tələbəsinin Fransada sonra da Almaniyada təhsil illəri necə keçmişdir?

   1920-ci ilin payızında Parisə gəlmiş İskəndər Rzazadə ali məktəbə qəbul olunmamışdan əvvəl Sorbon Universitetində fransız dili məktəbini bitirmişdir. 1920-21-ci illərdə Mansi Ali Elektrotexnika İnstitunda oxumuş, sonra isə təhsilini Almaniyanın Damştadt Ali Tepxniki Məktəbində davam etdirmiş bu ali məktəbi 1924-cü ildə mühəndis-elektrik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mühəndis-elektrik 1924-cü ildə Damsştadt şəhərində elektrik stansiyasında, 1925-ci ildə Berlində Elektrik Şirkətində mühəndis işləmişdir.

   Almaniyada kamil mühəndis kimi tanınan Cümhuriyyət tələbəsi 1925-ci ilin sentyabrında Azərbaycana qayıdır. İlk yeri "Azərneft" olmuşdu. Burada mühəndis-elektrik işlərinə rəhbərlik edir. 1927-ci ilin sentyabrından 1929-cu ilin avqustuna kimi məsul bir vəzifədə - Ümumittifaq Xalq Təsərrüfatı Şurasının Bakıdakı Elektrotikinti şöbəsinin müdir müavini vəzifəsində çalışır. Azərbaycan dəmir yollarının elektrikləşməsində Cümhuriyyət tələbəsinin böyük rolu olmuşdu.

   1935-ci ilin yanvarında Zaqafqaziya Sovet Federativ Sovet Respublikaları Yeddinci Çağırış qurultayında Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilən İskəndər Rzazadə 1936-cı ildə Zaqafqaziyada texniki kadrların yetişdirilməsində məhsuldar əməyinə görə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri fərmanı ilə təltif edilmişdi.

   Cümhuriyyət tələbəsinin pedaqoji elmi fəaliyyəti rəngarəngdir. O, 1925-ci ildən indiki Azərbaycan Dövlət Neft Akademiyasında laboratoriya rəhbəri, müəllim, dosent daha sonra isə kafedra müdiri olmuşdu. 1933-cü ildən başlayaraq elektrotexnika fakültəsinin yuxarı kurs tələbələrinə yeni fəndən - "Elektrik enerjisinin ötürülməsi paylanması" fənnindən mühazirələr oxuyan İskəndər Rzazadə 1935-ci ildə dərs dediyi ali məktəbdə - Azərbaycan Sənaye İnstitutunda "Elektrik şəbəkələri yüksək gərginlik texnikası" kafedrasını yaratmış burada ana dilimizdə mühazirələr söyləmişdi.

   Cümhuriyyət tələbəsi İskəndər Rzazadə elm aləmində yeni kəşflər axtarışlar müəllifidir. Məsələn, 1936-cı ilədək respublikada 110 kilovatlıq elektrik xətlərinin yuyulmasına sərf olunan içməli suyun sərf olunmasının qarşısını almış, bütün respublika ərazisində elmi kəşfinin tətbiq edilməsinə səy göstərmişdir. Elm aləmində şöhrət qazanmış alim pedaqoq, geniş dünyagörüşlü, bir neçə əcnəbi dili, o cümlədən farscanı mükəmməl bilən ensiklopedik insan 1934-cü ilin fevralından 1937-ci ilədək SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında Energetika bölməsi rəhbərinin müavini olmuşdur.

   1937-ci ildə isə...

 

   Adlı-sanlı Cümhuriyyət tələbəsinin müsibətli günlərinin arxiv sənədləri ilə Azərbafycan Respublikası Milli Təhlükəzlik Nazirliyinin Arxivində tanış olmaq mümkündür. Burada Azərbaycanda energetikanın bünövrə daşlarını qoymuş Cümhuriyyət tələbəsinin istintaq işi "6136" rəqəmli qovluqda saxlanılır.

   1937-ci il iyul ayının 11-də aparılmış ilk istintaq protokolunda oxuyuruq:

   "Sual: Özünüzü müqəssir sayırsınızmı?

    Cavab: İnkar edirəm.

    Sual: Siz doğru danışmırsınız!

    Cavab: Mən doğru danışıram , irəli sürülmüş ittihamı rədd edirəm!"

   Sorğu-sual iki ay çəkmişdi. Bu müddətdə təcridxanada saxlanılan 39 yaşlı Cümhuriyyət tələbəsi SSRİ adlanan ölkədə repressiya girdabından çıxmağın mümkünsüzlüyünü artıq dərk edirdi. Odur ki, iki aydan sonra - 1937-ci il sentyabrın 29-da "günahları"nı boynuna alır: guya Sovet Azərbaycanının energetika sənayesindəki "bütün pozuculuq-təxnibatçı işlərinə başçılıq" etmişdir.

   Yeni il gecəsi - 1937-ci il dekabrın 31-də Azərbaycanın nadir istedad sahiblərindən daha biri barəsində SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası güllələnmə qərarı çıxarır.

   Arxivdə güllələnmə hökmünün icrası barədə sənəd yoxdur. Müvafiq sənədlər arasında yalnız Cümhuriyyət tələbəsinin 1932-ci il təvəllüdlü oğlu Nazim Rzazadənin Respublika Daxili İşlər Komissarlığına göndərilmiş məktubu var.

   Məktuda deyilir: "Deyilənlərə görə, mənim atam 10 il alıb 1947-ci ildə biz onun qayıdacağını gözləyirdik. Ancaq ondan indiyədək heç bir məlumat yoxdur. Sizdən xahiş edirəm, atam bəraət alaraq sağdırsa, bildirin".

   1955-ci il fevralın 7-də yazılmış məktuba bir il sonra qısaca cavab verilmişdi: "Atanız 1956-cı ildə bəraət almışdır".

   Müəllifdən. Cümhuriyyət tələbəsi İskəndər Rzazadə barədə arxivlərin susduğu məqamları tanınmış tədqiqatçı, professor Ədalət Tahirzadənin 2000-ci ildə nəşr etdirdiyi "İskəndər Rzazadə - Azərbaycanın ilk energetiki" əsərində tapmaq olar. Vaxtilə "Kür" nəşriyyatı tərəfindən min nüsxə çap olunmuş 36 səhifəlik kitabçanın əmanət kimi qalmış nümunəsi ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tanış oldum. Oxuduq gözlərimiz qarşısında İskəndər Rzazadə onun yaxınları göz önündə canlandı.

   Müəllif "Ön söz"ündə yazır: "Bu kitabça 1989-cu ilin başlanğıcında Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işlədiyim çağda qələmə alınıb o zaman Akademiyanın "Elm" qəzetində (4 fevral 1989,N5) müstəqil "Dünyaya qapı" qəzetində (dekabr 1991, NN24-27) qısaltmalarla dərc edilib. Bundan sonra görkəmlm alim, müəllim mühəndis İskəndər Rzazadə haqqında bir çox maraqlı faktlar sənədlər toplasam da, yenidən bu mövzuya qayıtmadım. 1989-cu ildə yazdığım mətn bu nəşrdə həm bütövlükdə, həm xeyli əlavələrlə yenidən işlənilmiş biçimdə verilir.

   Çox təəccüblənirəm ki, İskəndər Rzazadə kimi görkəmli bir şəxsiyyət xalqımızın yaddaşından silinib. Ancaq ən ürəkgöynədən hal budur ki, onun haqqında məqalənin dərc edilməsindən 10 ildən çox vaxt keçsə , Akademiya başda olmaqla heç bir elm ocağından indiyədək bir səs-səmir çıxmayıb".

 

    əvvəli, ardı var

  

Teyyub QURBAN

Ekspress.-2015.- 21-23 fevral.- S.15.