Əlil uşaqlara
sosial xidmət
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
"Sağlamlıq imkanları
məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanlara
sosial xidmət göstərilməsi sahəsində
əlavə tədbirlər
haqqında" Azərbaycan
prezidentinin sərəncamı
son illərdə ölkəmizin
sosial-iqtisadi inkişafı
sağlamlıq imkanları
məhdud uşaqların
və sosial təhlükəli vəziyyətdə
olan yetkinlik yaşına çatmayanların
sosial müdafiəsinin,
o cümlədən onlara
göstərilən sosial
xidmətin keyfiyyətinin
artmasına imkan yaradılıb.
Son illərdə
sosial müdafiəyə ehtiyacı olan və aztəminatlı ailələrə
dövlət tərəfindən dəstəyin verilməsi
müxtəlif istiqamətlərdə davam
etdirilir. Bu istiqamətdə qəbul olunan
dövlət proqramlarının əsas
icraçılarından olan Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyin və
uşaqların sağlamlıq imkanlarının məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası, sosial müdafiəsi
yönündə də bir sıra tədbirlər
həyata keçirir. ƏƏSMN-nin bir qrup əlili dövlət
hesabına xaricə bərpa müalicəsinə göndərməsi
buna canlı misaldır. Yeri gəlmişkən,
"Əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların sosial müdafiəsi və
reabilitasiyası Proqramı"na uyğun
olaraq, ötən ilin
aprel-avqust aylarında dayaq-hərəkət
sistemi xəstəlikləri olan 60 yaxın əlil vətəndaş Ukrayna Respublikasının Saki
şəhərindəki N.Burdenko adına Onurğa-beyin
sistemi zədələnmiş xəstələr
üçün
İxtisaslaşmış Müalicə Mərkəzinə 28
günlük bərpa-müalicəsinə
göndərilib. Onlardan 25 nəfəri əlil
arabasından istifadə edən şəxslərdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanda 62860 nəfərə yaxın sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq var: "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna əsasən, belə uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları vardır. Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər. Eyni zamanda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara dövlət tərəfindən sosial müavinət verilir, onların statusu və göstərilən yardım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilir. Təkcə son beş ildə 13074 nəfər sağlamlıq imkanları məhdud uşaq həm respublika daxilindəki, həm də xarici ölkələrdəki reabilitasiya mərkəzlərində reabilitasiya xidməti ilə təmin olunub. Bundan başqa, sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz olunub".
Ölkə başçısı tərəfindən "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" imzalanan sərəncamda göstərilir ki, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədi ilə ƏƏSMN-ə ilkin olaraq 2 milyon manat ayrılıb. Eyni zamanda, qanun yeni istiqamət kimi sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən QHT-lərə verilməsini nəzərdə tutur. Nazirlikdən bildirilib ki, sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayanlara ev şəraitində icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmış QHT-lərlə son illər əməkdaşlıq həyata keçirilir və bununla bağlı artıq müsbət təcrübə mövcuddur.
Onu da qeyd edək ki, Azərbaycanda sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün göstərilən sosial xidmətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində daima fikir mübadiləsi aparılır vıə bu istiqamətdə tədbirlər proqramı həyata keçirilir.
Xatırladaq ki, ölkə başçısının sərəncamı
QHT-lər tərəfindən də rəğbətlə
qarşılanır. Uşaq
Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin
sədri Nazir Quliyev sərəncamı
çox vacib hesab etdiyini bildirib: "Burada əsas
məsələ maliyyənin miqdarında deyil,
uşaqlara dəstək göstərilməsi
ilə bağlı verilən mesajdır. Bu
sərəncam sosial xidmət sahəsində
uşaqlara göstərilən xidmətlərin
inkişaf etdirilməsinə imkan yarada bilər. Eyni zamanda hesab
edirəm ki, bu sərəncam
həm də gələcəkdə Uşaqlara
Yardım Fondunun yaradılmasında baza rolunu oynaya
bilər. Eləcə də sosial xidmət
sahəsində sosial sifarişlərin
verilməsində də yaxşı imkan yaratmaqla yanaşı, həmçinin
sağlamlıq imkanlarında problem olan uşaqlara diqqətin
artmasına imkan yarada
bilər. Əsas məsələ bu prosesin davamlı olmasıdır. Bu daha çox
hüquq pozuntusuna yol verən, zorakılığa məruz qalan, küçə uşaqlarını və
dövlət uşaq müəssisələrini
tərk edən uşaqları nəzərdə tutur. Belə uşaqlara da dəstək çox vacibdir".
Sosioloq
Əhməd Abbasbəyli də o fikirdədir
ki, sağlamlığı məhdud
uşaqların problemləri istiqamətində son dövrlərbir çox
işlər görülür: "Məsələn,
fiziki qüsurlu
uşaqların internat məktəbləri
ilə bağlı xeyli işlər görülüb. Biz bir sıra müəssisələrdə olmuşuq, orada təmir,
abadlıq işləri aparılıb. Onların
yaşayış və təhsil şəraiti çox yaxşılaşdırılıb. Bunlar əsasən
həmin uşaqların gələcəkdə peşə seçimi ilə bağlıdır, həmçinin
valideynlərin imtina etdiyi
uşaqların internat məktəbini
bitirdikdən sonra yaşayış yerləri
ilə təmin olunması ilə bağlı problemlər var. Mənim fikrimcə,
ayrılmış vəsait bu istiqamətdə
də sərf edilsə, daha yaxşı olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
ümumiyyətlə, bütün əlillərin
sosial reabilitasiyası, onların sosial problemlərin həlli, bu
istiqamətdə dövlət proqramlarının işlənməsi,
hazırlanması və yerinə yetirilməsi işlərini
həyata keçirməlidir. Ancaq istərdik
ki, ayrılan vəsait sırf göstərilən
üçün xərclənilsin. Bizim bir ideyamız var ki, bu,
uşaqların asudə vaxtının təşkili ilə
bağlıdır. Yəni, həmin uşaqlara
bir neçə oyuncağın verilməsi,
heç də onların asudə vaxtının
səmərəli keçirilməsi ilə bağlı problemin həlli deyil. Burada əsasən müasir
üsullardan istifadə etmək
lazımdır".
Sosioloqun
sözlərinə görə, burada
uşaqları bir neçə qrupa bölmək olar. Belə ki, fiziki qüsurlu
olsalar da, onlar daha çox
istedadlı uşaqlar
olur. Həmin uşaqları isə
müxtəlif incəsənət
sahələrinə yönləndirmək
olur. Bu mənada
birdəfəlik yardımlar,
yaxud tədbirlər keçirməklə funksiyanı
məhdudlaşdırmaq olmaz:
"Bu gün bir qism uşaqlar internat məktəbində
yaşayır və onların problemləri təmin olunur. Ancaq ailələrdə yaşayan
bir qrup uşaqlar var ki, həmin məbləğlə onların
sosial problrmlərinin həlli çətinlik yaradır. Onların problemlərin həlli
istiqamətində ölkə
başçısının sərəncamını alqışlayıram.
İstərdim ki, müvafiq
strukturlar bu sərəncamın məqsədəmüvafiq
şəkildə yerinə
yetirilməsində maraqlı
olsunlar".
Xatırladaq ki, Azərbaycan Respublikası Birləşmiş
Millətlər Təşkilatının
Baş Məclisi tərəfindən qəbul
edilmiş "Əlillərin
hüquqları haqqında"
Konvensiyaya qoşularaq
ölkədə əlillərə
və sağlamlıq
imkanları məhdud uşaqlara digər vətəndaşlarla bərabər
şəraitin yaradılması
öhdəliyini öz
üzərinə götürüb.
Bundan başqa Dövlət Sosial Təminat Xidməti tərəfindən
əlillərin İsmayıllı,
Lənkəran rayonlarında
və Nabranda yerləşən istirahət
zonalarına göndərilməsi
ilə bağlı işlər də görülüb. Belə ki,
560 nəfərdən artıq
əlil istirahət zonalarına göndərilib
və onların istirahətləri xüsusi
mədəni-kütləvi proqram əsasında təşkil olunub.
Ekspertlərin fikrincə, əlillərlə
bağlı dövlət
tərəfindən atılan
addımlar heç də qənaətbəxş
sayılmır. Bu istiqamətdə mütərəqqi
qanunlar və dövlət proqramları
qəbul olunsa da, icrasında problemlər var.
Əlillərin xarici ölkələrə
müalicəyə, reabilitasiya
mərkəzlərinə göndərilməsinə
gəlincə, bu cür göndərişlər
zamanı çoxlu sənəd tələb edildiyindən, əksəriyyət
bundan yararlana bilmir. Bir sözlə, ekspertlər
bu sahədə görülən işləri
yetərincə saymır.
Son olaraq
qeyd edək ki, "Əlilliyin qarşısının alınması,
əlillərin reabilitasiyası
və sosial müdafiəsi haqqında"
qanun yenidən hazırlanmaq üzrədir.
BMT-nin Əlilliyi
olan şəxslərin
hüquqları üzrə
Komitəsinin 2014-cü ilin
1-2 aprel tarixlərində
Cenevrədə keçirilmiş
125-ci və 126-cı iclaslarında
ölkəmizin bu sahədə gördüyü
işlər barədə
ilkin məruzəsi dinlənilib. Həmin iclaslarda
ölkəmizin müvafiq
nazirlik və qurumlarının nümayəndələrindən
ibarət yüksək
səviyyəli nümayəndə
heyəti ilə təmsil olunması, Komitə üzvlərinin suallarının səmimi
cavablandırılması yüksək
qiymətləndirilib.
Rəşid
RƏŞAD
Ekspress.-2015.- 21-23 fevral.-
S.10.