Tarixin qara ləkəsi və ya insanlığa qarşı cəzasız qalmış cinayət

 

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 23 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

   Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhəri üzərinə hücuma keçib. Mühasirəyə alınan şəhərdə qalmış 2500 Xocalı sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət etməyə başlayıb. Lakin pusquda dayanaraq dinc sakinləri gözləyən ermənilər onları güllə-barana tutublar. Əsrin faciəsi olan soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir, 150 nəfər itkin düşüb.

   1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə dövlətin və əhalinin əmlakına 5 mlrd. rubl dəyərində ziyan vurulub.

   Xocalı soyqırımının ildönümü hər il olduğu kimi, bu il də Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. İstanbul, BrüsselHaaqadan sonra Ankarada - Türkiyə Böyük Millət Məclisinin himayəsində olan Mustafa Necati Mədəniyyət Evində Xocalı soyqırımını əks etdirən "Üç nəsil, bir soyqırımı" adlı əşya və foto sərgisi açılıb.

   Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) ilə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil edilən sərginin açılışında Türkiyə və Azərbaycanın media nümayəndələri ilə yanaşı, rəsmi şəxslər də iştirak edib. Ziyarətçilər onlara paylanan türkingilis dillərində "Üç nəsil, bir soyqırımı" kitablarını maraqla qarşılayıblar. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində təşkil edilən "Üç nəsil, bir soyqırımı" martın 1-dək davam edəcək.

   "23 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində tarixə qara ləkə kimi düşən soyqırımı baş verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rusların 366-cı motoatıcı alayı və təpədən-dırnağa qədər silahlanmış erməni silahlıları günahsız insanları vicdansızcasına qətlə yetirib. Xocalıda etnik təmizləmə aparılıb. Dünyanın gözü qarşısında sənədli-sübutlu soyqırımı cinayəti törədilib". Bunu isə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlamentdə keçirilən iclasında deyib (APA). MHP sədri əllərində "Hamımız erməniyik" plakatını gəzdirənlərin Xocalı soyqırımını görmək istəmədiklərini bildirib: "Xocalı 23 ildir əzab içindədir. İllərdir soyqırımı nağılı danışan, uydurma iddialarını yalanböhtan üzərində quran erməni lobbisi hələ də millətimizə qarşı intiqam həvəsindən vaz keçməyib. Ermənilər ilk növbədə günahsız müsəlman-türk qanının bədəlini ödəməlidir. Bəs erməni olduqları ilə fəxr edənlər haradadırğ Küçə-küçə plakat daşıyıb "Hamımımz erməniyik" gurultusu qoparanlar hansı deşikdədirlər? Bunların ağzından ömür boyu bir dəfə də Xocalı kəlməsi çıxmayıb".

   Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi və "Buta" Azərbaycan-Koreya Dostluq Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə Seulda növbəti təbliğat kampaniyası keçirilib. Azərbaycanın Koreyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirdə Koreyada təhsil alan azərbaycanlı tələbələr və koreyalı gənclər iştirak ediblər. Onlar Seulun mərkəzi küçələrində üzərində "Xocalıya ədalət" yazılmış böyük ölçülü plakatingilis dilində "Justice for Khojaly" yazılmış geyimləri ilə şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə çəkiblər, soyqırımı əks etdirən fotolar nümayiş etdiriblər və qətliam haqqında Koreya dilində nəşr olunmuş broşürlər paylayıblar.

   Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində, dünən İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı baş qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti, Forumun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkilatın 2015-ci il üçün nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri, tədbirlər və onların mövzuları, həmçinin istifadə olunacaq əyani materiallar haqqında tanıtım tədbiri keçirilib. İKGF sədri Elşad İskəndərov bildirib ki, "erməni soyqırımı"nın 100 illiyi bəhanəsi ilə beynəlxalq müstəvidə təzyiqlərini artıran Ermənistan və erməni lobbisi əslində Xocalıda törədilən qətliamı ört-basdır etmək və eyni zamanda Türkiyəni qaralamaq məqsədi güdən kampaniya aparır: "Xocalıya ədalət" kampaniyasının əsas məqsədlərindən birinin erməni yalanlarının ifşa edilməsi olduğu nəzərə alınaraq, bu iki məkrli plana qarşı Forum tərəfindən bu həftədən etibarən xüsusi məlumatlandırma aksiyası başlayacaq. Bu fəaliyyətlər Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğannın birlikdə elan etdikləri "Çanaqqala anım törəni"nədək davam etdiriləcək".

   Aksiyanın təfərrüatı haqqında danışan İKGF Media və Təhsil İKGF-nin kampaniya çərçivəsində tədbirləri haqqında məlumat verən İKGF Layihə Koordinatoru Sevinc İskəndərova onların Vyanadakı "Xocalıya ədalət" çadırından Belçikanın Gent Universitetindəki elmi konfransadək, Kolumbiyadakı küçə yürüşündən Cakartanın ən böyük məscidindəki dua tədbirinədək geniş coğrafiyanı əhatə edəcəyini bildirib.

   İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filminin nümayişi keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı şəraitində baş tutub.

   İtalyanın Milan şəhərində isə Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə sərgi və "Xocalıdakı qırmızı mələk" tamaşasının premyerası keçirilib. Tədbirə mane olmaq istəyən erməni diasporunun istəyi baş tutmayıb. Onlar tamaşanın və sərginin keçirilməsinə mane ola bilməyiblər. Lakin tamaşadan sonra Milanın mərkəzi meydanında və əhalinin gur olduğu yerlərdə ermənilər təxribat xarakterli vərəqələr yaymağa başlayıblar. Bu vərəqlərdə Azərbaycanı "tarixi saxtalaşdırmaq"da ittiham edən ermənilər Xocalı soyqırımı və Dağlıq Qarabağla bağlı tarixi faktları saxtalaşdırıblar. Onlar bir qədər də uzağa gedərək, "Cəhənnəmdə böyük çığırtı" kitabında danışmış girov şahidlərin və "Xocalıdakı qırmızı mələk" tamaşasındakı personajların da "saxta" olduğunu iddia ediblər.

   ABŞ-ın Corciya ştatının qubernatoru Natan Dil Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat imzalayıb.

   Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, bəyanatda qubernator N.Dil Corciya ştatı adından 23 il bundan əvvəl Xocalıda baş verən qətliamla bağlı kədərini ifadə edərək, bu faciəvi günü yad edənlərə qoşulduğunu bildirib. Bəyanatda qeyd olunur ki, 1992-ci ildə Azərbaycanda törədilən bu amansız qətliam nəticəsində 600-dən çox mülki insan həyatını itirib. Həmçinin vurğulanır ki, gələcəkdə belə dəhşətli hadisələrin baş verməməsi üçün bu kimi faciəvi günlərin yad edilməsi olduqca önəmlidir. Sonda qubernator Xocalı qətliamının ildönümü ilə bağlı tədbirlərin təşkilini təqdir edib: "Qoy belə faciələrin tariximizin səhifələrini bir daha ləkələməsinə heç zaman yol verilməsin".

   Qeyd edək ki, bu, Corciya qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

 

  

Qənirə MƏMMƏDLİ

Ekspress.-2015.- 26 fevral.- S.12.