Gözdən əlillərin üzləşdikləri problemlər

 

Dövlət bu problemlərin həlli üçün hansı işləri görür?

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Bu gün dünyada 180 milyona yaxın insan gözdən əlildir ki, onların da 45 milyonu görmə qabiliyyətindən tam məhrumdur. Araşdırmalara əsasən belə məlum olur ki, görmə qabiliyyətindən məhrum insanların beyni sağlam insanlardan daha sürətlə işləyir və onlar daha iti düşünürlər.

   Qeyd edək ki, son zamanlar gözdən əlil insanların həyatını yüngülləşdirən bir çox ixtiralar edilib. Onların arasında əlilləri lazımi istiqamətə yönəldə bilən xüsusi GPS naviqatorlar, həmçinin xəstənin virtual xəritə üzrə getdiyi xüsusi əlcəklər və əl ağacı var.

   Yaşadığımlz əsrdə gözdən əlillər üçün xüsusi səsli qəzetlər, audiokitablar çıxıb. Onları telefonla dinləmək, restoranda menyuya nəqliyyatın cədvəli ilə tanış olmaq olar. Qeyd edək ki, gözdən əlillər üçün Avropada xüsusi internet-xidmətlər də mövcuddur.

   Qeyd edək ki, ölkəmizdə gözdən əlil insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində bir çox işlər görülüb.

   Yeri gəlmişkən, Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar üçün Dil kurslarının təşkili və İnformasiya Mərkəzi yaradılıb. Bu barədə Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyindən bildirilib.

   Verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə və texniki dəstəyi həyata keçirilən layihə çərçivəsində bu mərkəzdə Şəmkir rayonu ərazisində yaşayan görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar və gənclər üçün təşkil olunmuş müxtəlif treyninqlərdə psixoloji, informasiya, kompyuter bilgiləri verilir. Layihə çərçivəsində Mərkəzin əməkdaşları, bu uşaqların valideynləri üçün də maarifləndirici və bilgiləndirici treyninqlər keçirilib. Mərkəz görmə qabiliyyəti itirilmiş və zəif olan uşaqlar və gənclərin istifadə etmələri üçün xüsüsi CAWS proqramı yüklənmiş kompüter, xüsusi qulaqcıqlar və digər vacib avadanlıqlarla təmin edilib.

   Layihəni icra edən işçi heyyəti və respublikanın bu sahədə tanınmış ekspertləri tərəfindən maarifləndirici bukletlər, lifletlər, broşürpaylama materialları hazırlanmış və Mərkəzə təqdim edilib ("modern.az"). Treninqlər zamanı da bu materiallardan istifadə edilib. Layihənən əsas məqsədi ölkəmizin harasında yaşamasından asılı olmayaraq görmə əngəlli uşaqların və gənclərin cəmiyyətə tam və səmərəli inteqrasiyasına nail olmaqdır. Bu ilin aprel ayından başlayan layihə avqust ayında yekunlaşacaq.

   Layihədə bir neçə il bundan öncə görmə əngəlli uşaqların və gənclər üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yaradılmış Mərkəzin təcrübəsindən də istifadə edilib. Layihə haqqında rayon ictimaiyyətinə müvafiq və aidiyyatı dövlət qurumlarına məlumat verilib.

   Ekspertlər bildirirlər ki, ölkəmizdə gözdən əlillər üçün cəmi bir kitabxana fəaliyyət göstərir. Kitabxanada 100-150 adda Azərbaycan, bundan bir qədər artıq isə rus dillərində diskkaset şəklində yazılmış kitablar var. SSRİ dövründə həmin kitabxana zəngin olduğundan gözdən əlil tələbələr hətta axşam saatlarında da orada imtahana hazırlaşırdılar. Hazırda kitabxanada olan kitabların əksəriyyəti köhnəldiyindən gənc nəsil onlardan lazımi səviyyədə yararlana bilmir. Latın qrafikalı kitablar isə burada azlıq təşkil edir. Bundan başqa, sovet dövründə diskə yazılmış kitablar da artıq sıradan çıxıb. Bundan başqa gözdən əlillər üçün yerləri problemləri də var.

   Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayevin fikrincə, hazırda boş yerlərinə qəbullar çox vaxt qeyri-leqal aparılır. Əksər hallarda isə həmin yerlərin tutulmasında əlillərə sağlam insanlarla yanaşı bərabər imkanlar yaradılmır: "Əlillərin müasir texnologiyalardan istifadə imkanları məhduddur. Xüsusilə də, gözdən əlillərin informasiya ilə təmin olunması və müasir texnologiyalardan istifadə imkanları çox zəifdir. Əksər ölkələrdə bu təbəqədən olan insanlar üçün xüsusi televiziya proqramları hazırlanır. Ölkəmizdə belə verilişlər yoxdur. Əlillərə cəmiyyətin digər üzvləri kimi təhsil almaq və peşə bacarıqlarını artırmaq üçün şərait yaradılmalıdır. Ölkəmizdə gözdən əlillərin problemləri ilə məşğul olan kifayət qədər mütəxəssis yoxdur. Bu isə ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına mənfi təsir göstərir".

   Yeri gəlmişkən, ötən il Bakıda keçirilən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin illik hesabat yığıncağında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin öz üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı tədbirlər və layihələr barədə məlumat verilib. Hesabat məruzəsi ilə çıxış edən cəmiyyətin prezidenti Səmyar Abdullayev qazanılmış nailiyyətləri ölkədə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi qiymətləndirib. Dünyada baş verən maliyyə böhranı bütün ölkələrin iqtisadiyyatına mənfi təsir edib. Buna baxmayaraq Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları NazirliyininBMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə və Naxçıvan şəhərində regional informasiya mərkəzlərinin yaradılması və bu mərkəzlərdən gözdən əlil vətəndaşlar da istifadə edə bilməsi bir daha sübut edir ki, əlil insanların problemləri istiqamətində çox işlər görülür.

   Qeyd edək ki, analoji mərkəz bir neçə il öncə Yevlax şəhərində də yaradılıb. Müasir texnologiyalarla təchiz olunan bu mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audio formata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş kompyuter mərkəzi qurulub. Qeyd olunub ki, hesabat dövrü ərzində Azərbaycan Gözdən Əlillər Cəmiyyəti üzvlərinə 25 min 419 manat məbləğində yardımlar göstərilib. Cəmiyyətin il ərzində xərcləri 80 min 701 manat, ümumi maliyyə dövriyyəsi 75 min 482 manat təşkil edib.

   Onu da qeud edək ki, cəmiyyətin 2013-cü ildə reallaşdırdığı "Gözdən əlillərə xüsusi kompüteringilis dili kursları" və "Məhdudiyyətsiz həyat" layihələrindən 200-dək gözdən əlil faydalanıb. Cəmiyyət üzvlərinin ötən il aldıqları ən gözəl hədiyyələrdən biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsi çərçivəsində gözdən əlillər üçün xüsusi işlənib hazırlanmış "DİLMANC" mini kompyuteri olub. Bundan başqa nazirlik tərəfindən 200 ədəd səsli kompyuter cəmiyyət üzvlərinə təqdim edilib. Hesabat dövründə cəmiyyətə müraciət etmiş 2 minə yaxın gözdən əlildən 500-nün problemləri həll olunub.

   Xatırladaq ki, Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə "Mini informasiya laboratoriyası" hədiyyə edib ki, bura da xüsusi kompüter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.

   Gözdən Əlillər Cəmiyyətinə təqdim olunan Cawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram vasitəsilə isə müxtəlif informasiyaları oxumaq mümkündür.

   Bundan başqa, Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış edib. Hətta 2005-ci il dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi də imzalanıb. Həmin layihə üç mərhələdə həyata keçirilib. İlk mərhələdə kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarının müəyyən edilməsi, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaq nəzərdə tutulurdu.

   Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, son illərdə gözdən əlillərin işlə təmin olunmasında, onların cəmiyyətə inteqrasiyasında böyük irəliləyişlər baş verir. Artıq İKT ölkədə prioritet sahə elan olunub. Hazırda kompyuter texnologiyalarından istifadə etməyi bacaran gözdən əlillər üçün rabitə kursları təşkil edilib. Bu da o deməkdir ki, həmin insanlar artıq işlə təmin olunacaqlaronlar rabitə sistemində fəaliyyət göstərəcəklər. Həmin layihəyə uyğun olaraq hər il eyni kursları 20-25 nəfər bitirərək işə göndərilirlər. Bundan başqa əlillərin əmək bazarına inteqrasiya olunmasında onların informasiya texnologiyalarına yiyələnmələrinin də mühüm rolu var. Bu da o deməkdir ki, ölkəmizdə olan gözdən əlillərin bu texnologiyalara yiyələnməsi istiqamətində aparılan işlərin, həyata keçirilən layihələrin də əsasında məhz bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək durur. Gözdən Əlillər Cəmiyyəti dövlətin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyir, bu insanların əmək bazarlarındakı yerini möhkəmlətmək məqsədilə yeni layihələrin reallaşması istiqamətində məqsədyönlü aparır.

 

Ekspress.-2015.- 8 iyul.- S.9.