Uşaqlara qayğı dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, onların əlverişli mənəvi sosial mühitdə böyümələri üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir.

   MDB, Mərkəzi Şərqi Avropa ölkələrindən bir milyondan artıq uşaq xüsusi uşaq müəssisələrində yaşayır. Onların əksəriyyəti anadan olduqdan dərhal sonra valideynləri tərəfindən atılır və çoxunda inkişaf geriliyi müəyyən olunur. Valideynlər tərəfindən imtinanın ən yayılmış səbəbi uşaqlarında psixoloji-fiziki inkişafda problemlərin olmasıdır.

   1992-ci ildə Azərbaycan Respublikasının ratifikasiya etdiyi BMT-nin Uşaq Hüquqları Konvensiyasında deyilir: erkən yaşlı uşaqlar inkişaf geriliyi səbəbindən heç zaman xüsusi müəssisələrə yerləşdirilməməlidirlər. Cəmiyyətin ilkin vəzifəsi onların cəmiyyətin həyatında tam iştirakı üçün bərabər imkanları təmin etmək və hüquqlarının müdafiəsinə mane olan əngəlləri aradan qaldırmaqdır. Beləliklə, inkişaf problemləri olan uşaqların erkən aşkarlanması və onların ailələrinə köməklik edilməsi bütün dünyada səhiyyə, təhsil və sosial müdafiə üzrə fəaliyyətlərin ən prioritet sahələrindən biridir.

   Ötən əsrin 70-ci illərinin əvvəllərində bu istiqamətdə mühüm nailiyyətlər əldə edilib. Nəticədə bir sıra ölkələrdə "Erkən müdaxilə" adlanan fəaliyyətlər inkişaf problemləri olan uşaqlar və onların ailələrinə dəstək məqsədi ilə geniş bir sosial layihəyə çevrildi. Erkən müdaxilə proqramı dedikdə uşağın inkişafdan geri qalmasının və ya inkişafdan geri qalmaq riskinin mümkün qədər tez aşkarlanması, uşağaonun ailəsinə erkən olaraq ixtisaslaşmış, psixoloji-tibbi-pedaqoji, sosials. yardımın göstərilməsi nəzərdə tutulur. Erkən uşaqlıq dövrü çox vacib mərhələdir. Bu dövrdə hərəkətlər inkişaf edir, qavrama, dərk etmə, nitq, şəxsiyyətin formalaşması və s. Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanıb. Erkən adekvat yardım uşağın psixoloji-fiziki inkişafındakı pozğunluqları kompensasiya edirbununla da ikincili pozğunluqları aradan qaldırır. Həmçinin, müasir elmi tədqiqatlar göstərir ki, uşaq həyatının ilk 6 ili, xüsusilə də birinci 3 ili, kritik dövrlərin zənginliyi ilə fərqlənir.

   Buna görə də birmənalı olaraq doğulandan sonra uşaqlar yaşadıqları ərazidəki uşaq poliklinikasında qeydiyyata götürülməlidirlər. Uşaqların dinamik müşahidəsi 1-ci ildə hər ay, 2-ci ildə 3 aydan bir, 6 yaşa qədər müddətdə ildə 2 dəfə aparılır. Skrininqlərin aparılmasını poliklinikada peyvəndlərin və uşağın profilaktik müayinəsinin keçirilmə vaxtı ilə uyğunlaşdırmaq olar. Bu müddətlərin uyğunlaşdırılması yaşa görə inkişaf dövrləri baxımından məqsədəuyğundur, həmçinin valideynlərin və tibb işçilərinin vaxtlarına qənaət etmələrinə imkan yaradır. Müayinə zamanı pediatrdan aşağıdakılar tələb olunur:

   1. Anamnez toplamaq. İlkin anamnez elə həkimin ilk gəlişi zamanı toplanır. Gələcək gəlişlər zamanı əldə olunan əlavə məlumatlarla tamamlanır.

   2. Valideynlərin təlimatlandırması: uşağın qidalandırılması, təhlükəsizliyinin qorunması və travmaların qarşısının alınması, uşağın inkişafı və davranışı, gigiyenik qaydalar, uşaqlarla valideynlərin qarşılıqlı münasibətləri üzrə və s. aparılmalıdır. Valideynləri narahat edən məsələlər üzrə sorğu aparmaqizahatlar vermək tələb olunur.

   3. Fiziki müayinə. Hər bir gəliş zamanı uşağın tam obyektiv müayinəsini aparmaq lazımdır. Uşağın yaşından asılı olaraq müəyyən orqan və sistemlərə xüsusi diqqət yetirilməlidir.

   Aparılan müayinələr: Boy və kütlə hər gəliş zamanı ölçülməlidir. Başın ölçüsü uşağın 1 yaşına qədər hər gəliş zamanı ölçülməlidir. Arterial təzyiq həkimin təyinatı olduqda ölçülməlidir.

   4. Laborator analizlər həkimin seçimi ilə aparılır. Sidiyin, qanın, nəcisin ümumi bakterioloji müayinəsinin tezliyi fərdi olaraq müəyyənləşdirilir.

   5. Peyvəndlər.

   6. Mantu sınağı hər il olmaqla bütün sağlam uşaqlara 1 yaşından 18 yaşınadək ildə 1 dəfə qoyulur.

   7. Uşağın psixoloji-nevroloji inkişafını müşahidə etmək lazımdır.

   Qeyd edək ki, erkən müdaxilə məqsədi ilə müşahidə aşağıdakı uşaqlıq dövrlərinə əsasən aparılır. Uşaqlıq dövrləri:

   Neonatal (yenidoğulmuş) - doğulan gündən 28-ci günədək

   Südəmər- 29-cu gündən 1 yaşadək

   Erkən uşaqlıq dövrü - 1 yaşdan 3 yaşadək

   Məktəbəqədər - 3 yaşdan 6 yaşadək

   İnkişaf pozuntuları olan uşaqlar da cəmiyyətin bərabərhüquqlu üzvləridirlər onlarda özünə inam hissini tərbiyə etmək sərbəst həyata hazırlamaq əhəmiyyətlidir. Odur ki, uşaqlar doğulandan sonra onlarda əqli, fiziki ya psixoloji nasazlıqların yaranmaması üçün Səhiyyə Nazirliyi mütəmadi olaraq təlimlər keçirir. Nazirliyin məlumatına əsasən, belə təlimlərdə uşaq poliklinikalarında çalışan həkim-nevropatoloq pediatrlar iştirak edirlər.

   Təlimlərdə ən çox "Uşaq gənc yaşlarında emosional pozğunluq", "Uşaqlarda emosional davranış pozğunluğunun müalicəsi, o cümlədən diaqnostikasında rəsmdən istifadə imkanları", "Uşaq yaşlarında kompyuter asılılığı", "Uşaqlarda yeniyetmələrdə davranış pozğunluğu aqressivlik", "Uşaq yaşlarında katatoniya klinik hadisənin analizi" mövzularında təqdimatlar keçirilir.

   Xatırlatmaq yerinə düşər ki, ölkənin səhiyyə sistemində uşaqlarla bağlı aparılan ən önəmli islahatlardan biri sağlamlıq kartlarıdı. Uşaqlara Elektron Sağlamlıq Kartı 2007-ci ilin sonlarından başlayaraq verilir. Hazırda təxminən 500 mindən çox uşağa bu kartdan verilib. Kartın üstündə unikal kod, uşağın qan qrupu, kartların çipində isə sistemdə olan informasiyalar - uşağa göstərilən tibbi xidmətlər, keçirdiyixəstəliklər s. ilə bağlı bütün məlumatlar yerləşdirilir.

   Kartın sisteminə daxil edilən məlumatlar Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta s.) kart sahibinə operativ dəqiq müayinə olunmaq imkanı yaradır. Elektron informasiya sistemi ilkin mərhələdə uşaq kontingentinə xidmət edən tibb müəssisələrini əhatəedir. Buraya respublikada fəaliyyət göstərən bütün doğum evləri şöbələri, uşaq poliklinikaları, eləcə xəstəxanaları aiddir. Sistemin iştirakçısı olan doğum evlərində ya xəstəxanaların doğum şöbələrində yenidoğulmuşların ilkin qeydiyyatı aparılaraq, məlumatlar sistemə daxil edilir.

   Həmin məlumatlar yeni doğulmuşun qeydiyyatda olması nəzərdə tutulan uşaq poliklinikasına göndərilir. Əgər doğuş hər hansı səbəbdən doğum evindən kənarda baş veribsə, körpənin qeydiyyatı müvafiq uşaqpoliklinikası tərəfindən həyata keçirilir".

   Daha sonra poliklinika həm doğum evləri, həm özü tərəfindən qeydiyyata alınmış hər bir yeni doğulmuş uşaq üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinə elektron sifariş göndərir. Kartpersonalizasiya mərkəzində hazırlanan kartlar poliklinikalar vasitəsilə uşaqların qanuni nümayəndələrinə təhvil verilir. Mikroprosessorlu çiplə təchiz edilmiş plastik elektron kartlarının üzərində çipdə yerləşdirilən məlumatlarkart sahibinə daha keyfiyyətli, effektiv sürətli müayinə müalicə olunmaq imkanı verir. Yeni doğulmuşlarla yanaşı, uşaq poliklinikalarında qeydiyyatda olan digər uşaq kontingenti informasiya sisteminə daxil edilir.

   Sadəcə, bu mərhələdə onlara kart verilməsə , bütün məlumatları sistemə daxil edilir. Bu da həkimlərə həmin uşaqların tam dolğun tibb məlumatlarını operativ əldə etməkdə kömək edir. Məlumatların sistemdə vəkartda tam dolğun olması məqsədilə vətəndaşlar uşaq tibb müəssisələrinə hər bir müraciət zamanı kartlarını təqdim etməlidir.

   Üstəlik Azərbaycanda 2013-cü ildə qəbul olunmuş "Uşaqların İcbari Dispanserizasiyası haqqında" qanunu var bu qanuna əsasən, Azərbaycanda uşaqlar ildə bir dəfə məcburi tibbi müayinədən keçməlidir. Müayinə yeni doğulanlardan tutmuş ta 18 yaşınadək hər kəsi əhatə etməlidir.

   Uşaqların icbari dispanserizasiyası onların yaşı sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qaydalar valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların, sosial təhlükəli vəziyyətdə olan uşaqların, sağlamlıq imkanları məhdud uşaqların, cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.

   Uşaqların icbari dispanserizasiyasının planlaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı dispanserizasiyadan keçiriləcək dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparır. Uşaqların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

   Xəstə xəstələnmə riski olan uşaqlara müalicə-sağlamlaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. Xəstə xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülür müalicə üçün təyinat alırlar, eləcə hər bir uşaq üçün fərdi sağlamlaşdırma reabilitasiya proqramı tərtib edilir.

   Sözsüz ki, bu qanun uşaq sağlamlığı ilə bağlı indiyədək qəbul olunmuş qanunların zirvəsi sayılmalıdır.

   

   Murad MƏMMƏDLİ

   Ekspress.-2015.- 9 iyul.- S.9.