Xaricdə təhsil: Neft kapitalının
insan kapitalına çevrilməsi
"Beşikdən qəbr evinə qədər oxuyun". "Elm Çində də olsa, arxasınca gedin"... VII əsrdə Məhəmməd peyğəmbərin səsləndirdiyi bu fikirlər hələ də öz aktuallığını qoruyur. Bəli, elm və təhsil bəşəriyyətin inkişaf tarixinin belə desək, mühərrikidi. Fikrimcə, elə bəşəriyyət tarixinin ən böyük kəşfi də yazıdı. Məhz yazı yazmaq sayəsində insanlar elmi həm bir-birinə, həm də gələcək nəslə ötürərək inkişafa nail olur. Bütün bunlar isə təhsil sisteminin içində formalaşır.
Təhsil yeganə
sahədi ki, onun içində bütün peşələr
embrion halında birləşir. Bioloq da, mühəndis də, filoloq
da, jurnalist də eyni sistemdən qidalanır. Təbii ki,
elmin sirrlərinə yiyələnmək istəyən şəxs
də öncə öz yaşadığı ərazidə
parta arxasında əyləşir. Bunu bir
növ "kəpənək effekti"nə bənzətmək
olar. Yəni insan öncə sürfə halında
dünyada öz varlığını hiss etdirir. Daha sonra həmin sürfə kəpənəyə
çevrilir, qanadlanır, nəticədə bu çiçəkdən
o çiçəyə qonur və gözəlliyi ilə ətraf
mühitin könlünü oxşayır. Bəli, öncə sürfə təsiri
bağışlayan şagird tələbə həyatında
ilk addımlarını atınca kəpənəyə
çevrilir. Ən gözəl kəpənəklər
xalları və rəngarəngliyi ilə öyünürsə,
ən şöhrətli tələbələr də xaricdə
təhsil almasıyla diqqət mərkəzinə
düşür.
Prezidentin təşəbbüsü
zəngin ənənənin davamıdı
Azərbaycan
Respublikasının bütün sahələr üzrə
inkişafı haqqında söz açarkən, təhsil sahəsinin
də nə qədər inkişaf etdiyini görürük.
Qısa bir müddət ərzində müstəqil
ölkəmizin yüksək nailiyyətlər əldə etməsi,
beynəlxalq miqyasda əhəmiyyətli təşəbbüslərlə
çıxış edən demokratik dövlət kimi
tanınması Azərbaycanın yeni-yeni uğurlar əldə
etməsinə zəmin yaradır. Ümumi inkişaf
prosesi ölkənin ali təhsil sistemində
də özünü göstərir.
Son 12 il ərzində
Azərbaycanda təhsil sahəsində mühüm işlər
görülmüşdür. 2003-cü ildən Azərbaycanda
başlanmış yeniləşmə siyasəti təhsil
sektorunun da inkişafına əlavə təkan verdi. Təhsil sisteminin inkişaf
etdirilməsi üçün Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən müxtəlif dövlət
proqramları və sərəncamlar imzalandı. Prezidenti İlham Əliyevin tərəfindən irəli
sürülmüş ən vacib təşəbbüslərdən
biri də azərbaycanlı gənclərin xarici ölkələrdə
təhsil alması məsələsi idi. Prezidentin irəli
sürdüyü konsepsiyaya görə dünyanın müxtəlif
elm ocaqlarına üz tutan azərbaycanlı tələbələr
də gələcək adına ölkəmiz
üçün əsl kapitala çevrilməli idi. Əslində,
vətəndaşının xaricdə təhsil alması
dövlətin bir əmanəti banka
qoymasına bənzəyir. Həmin tələbə
təhsilini başa vurduqdan sonra vətənə qayıdarkən
dəyərini daha da artıran ləl-cəvahirata bənzəyir.
Ümimiyyətlə, hazırda dövlətimizin
əsas prinsiplərindən biri də neft kapitalını təhsilə
yatırmaq və vətəndaşlarını
dünyanın tanınmış universitetlərinə
yollamaqdı. Əslində bu ənənə
hələ cumhiriyyət dövründən öz prioritetini
qorumaqdadı. Sovet dövründə də
bu tendensiya davam edirildisə, müstəqilliyə qədəm
qoyduğumuzdan dünyaya inteqrasiya prosesimiz daha da sürətləndi.
Heydər Əliyevin qoyduğu bu ənənə
yüksək şəkildə inkişaf etdirildi, Azərbaycan
gəncinin xəyalı çin oldu.
Əlbəttə, Azərbaycanın
dövlət və özəl ali təhsil
ocaqlarına da söz ola bilməz. Ölkəmizin
aparıcı universitetlərində xarici ölkələrdən
təhsil alanlar varsa, deməli bizim də "dilimizə
görə dilçəyimiz var". 1919-cu
ildən fəaliyyət göstərən Bakı Dövlət
Universitetiylə Yaxın Şərqdə diqqət mərkəzinə
düşən Azərbaycan elmi və təhsili
keçmiş SSRİ-yə də öz nurunu
saçmışdı.
Lakin modernləşən
dünya ilə də ayaqlaşmaq vacib amillərdən biridi.
Buna görə də zəruri ixtisaslar üzrə azərbaycanlı
gənclərin xaricdə təhsil almalarını və
ölkənin inkişafının mühüm amilinə
çevrilmələrini təmin etmək üçün
"Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı
imzalandı. Həmin sərəncama uyğun olaraq
hazırlanmış və Azərbaycan Respublikası
Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nda istedadlı Azərbaycan gənclərinin
xaricdə təhsilinin təşkili istiqamətində vahid
sistem yaradıldı. Proqramın əsas məqsədi
dünyanın aparıcı ölkələrinin ən
tanınmış və nüfuzlu təhsil müəssisələrində
istedadlı azərbaycanlı gənclərin biliyə yiyələnməsi
məsələlərinin tənzimlənməsi idi. Bu proqram çərçivəsində artıq
minlərlə azərbaycanlı gənc müxtəlif
tanınmış dünya universitetlərində təhsil
almağa göndərilmişdir.
Dövlət Proqramının verdiyi
üstünlük
"2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı"nın
icrası haqqında məlumatla tanış olduqda statistik
faktlardan biz bu vəzifənin nesə dəqiqliklə yerinə
yetirildiyinin şahidi oluruq. Qeyd olunan bu müddət
ərzində Dövlət Proqramı çərçivəsində
təhsil almaq hüququ qazananların ümumi sayı 3185 nəfər
olmuşdur. Onlardan təhsil alanlar 2286 nəfər
təşkil etmişdir. Oxumağa göndərilənlərin
arasından isə 821 nəfər məzun adına
yiyələnmişdir.
Göstərilən
illər ərzində proqram çərçivəsində
33 ölkədə 542 universitet qapılarını azərbaycanlı
gənclərin üzünə açmışdır.
ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Türkiyə
və s. kimi dövlətlərin nüfuzlu ali
təhsil ocaqlarında azərbaycanlı tələbələrin
oxuması üçün geniş perspektivlər
açılmışdır. Dövlət tərəfindən
bu tələbələrə Harvard, Oksford, M.V.Lomonosov
adına Moskva Dövlət Universiteti, İstanbul Texnik
Universiteti, HEC Paris, MDBMİ və s. kimi ali təhsil müəssisələrində
təhsil almaq şəraiti yaradılmışdır.
Proqram icra olunmağa
başladığı 20072008 tədris ilindən 66 nəfər
xaricə oxumağa göndərilmişdisə, artıq növbəti
illərdə göndərilənlərin sayı bir neçə
dəfə artmışdır. Belə ki,
20082009 - 134, 20092010- 308, 20102011 - 275, 20112012 - 145, 20122013 - 607,
20132014 - 787, 20142015 - 573 nəfər təhsil almağa
göndərilmişdir.
2014/2015-ci tədris ili
üçün dünyanın aparıcı ali təhsil
müəssisələrində təhsil almaq hüququ
qazanmış 573 tələbənin adı Proqram təqaüdçüləri
siyahısına daxil edilmişdir. Son tədris ilində
müsabiqə nəticəsində 311 nəfər magistratura,
44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili
almaq hüququ qazanmışdır. Ölkəmiz
üçün prioritet müəyyən olunan mühəndislik,
tibb, informasiya texnologiyaları sahəsində istər yüksək
TQDK göstəricilərinə malik, istər beynəlxalq
olimpiada iştirakçıları, istərsə də
müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı
nümayış etdirmiş 153 tələbə isə baza
ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil
almaq imkanı əldə etmişlər. Sevindirici haldır
ki, ilk dəfə olaraq 9 nəfər kənd təsərrüfatı,
14 nəfər isə təhsilin təşkili və idarəolunması
kimi vacib sahələr üzrə təhsil almaq hüququ
qazanmışdır.
Ümumilikdə tələbələrin
əsasən Türkiyə və ingilis dilli ölkələrdə
təhsil almağa üstünlük verdiyi müşahidə
olunur. Gənclərin seçimində Türkiyə 662
tələbə ili ikinci yerdə
olduğu halda siyahıya 902 nəfərlə Böyük
Britaniya liderlik edir. Ölkələr üzrə
statistikada sonrakı yerləri Almaniya (424), Kanada (221),
Niderlandın (144) tutduğunun şahidi oluruq. Sadalanan
ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25,
Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini
davam etdirmək imkanı qazanmışdır.
Davamlı inkişafın
təmin edilməsi baxımından ölkənin müasir tələblərə
cavab verən kadrlara ehtiyacının ödənilmə əsas
məqsədlərdən biridi. Dövlət Proqramı
çərçivəsində dünyanın nüfuzlu ali məktəblərindən məzun olmuş
gənclərimiz də öz töhfələrini verməkdədir.
2007-2014-cü illərdə xaricdə dövlət
proqramı çərçivəsində təhsil almaq
hüququ qazananların ixtisas və təhsil səviyyələri
üzrə statistikada maraqlıdı.
Belə ki, gənclərin
seçimində burada birinci yeri tibb sahəsi tutur - 825 nəfər.
İkinci yerdə 743 nəfərlə iqtisadiyyat
sahəsi qərarlaşıb. Sevindirici
haldırki, müasir dünyada ən tələb olunan və
respublikada ehtiyac duyulan ixtisas sahələrindən biri olan
informasiya texnologiyaları 316 şəxsin seçimində əsas
olub. Sonrakı yerləri isə mühəndislik
(276) və sosial və humanitar (209) ixtisas istiqamətləri
tutur.
Təhsilin səviyyəsinin
seçimində də əsas meyar kimi keyfiyyət
götürülür. Buna görədə
xaricdə təhsil alanların arasında magistratura pilləsini
seçənlər daha çoxdur - 1372 nəfər. 1161 gənc isə təhsillərini bakalavr pilləsində
alırlar. Təhsilin səviyyəsinin yüksək pillələri
olan rezidentura və dokturanturada oxumaq istəyənlərin
sayıda az olmamışdır. Müvafiq olaraq 483 və 169 nəfər.
Xaricdə təhsil müsbət bəhrəsini
verməkdədi
Əslində,
dünyanın tanınmış universitetlərində təhsil
almağın üstünlükləri haqda çox
danışmaq olar. Hər şeydən
öncə həmin tələbə təhsil
aldığı ölkədə öz dövlətini təmsil
edir. Azərbaycanın isə belə
nümayəndələrinə hər zaman ehtiyacı var.
Dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq
üçün həmin tələbəyə bir növ
canlı eksponat gözü ilə baxmaq olar. Hətta qərib
ölkədə təhsil alan həmyerlimizi
canlı kitab kimi də qələmə vermək olar. Beləliklə də elmin qaymağını ölkəmizə
gətirəcək tələbə həm də təsirə
öz əks təsirini göstərir. Beləliklə
də qloballaşan dünyada kimya və biologiya dili ilə desək
maddələr mübadiləsi yaranır.
Neft gəlirlərinin
insan kapitalına çevrilməsi strategiyasının
reallaşdırılması nəticəsində qurulan bilik
iqtisadiyyatı sayəsində bundan sonra keyfiyyət göstəriciləri
daha da yüksəlməyə doğru gedəcək və bu
sahəyə qoyulmuş investisiya öz müsbət bəhrəsini
verəcəkdir. Xaricdə təhsilini
başa vuraraq vətənə dönən tələbə həm
də zəngin təcrübə əldə edir. Əvvəla həmin tələbə dil bilgisi
sarıdan heç bir problemlə üzləşmir. Üstəlik orda əldə etdiyi təcrübədən
vətənində faydalanmaqla ölkəmizin dünyaya
inteqrasiya olmasına şərait yaradır. Təsəvvür
edin, ABŞ və Almaniyada təhsil alan gələcəyin
həkimi vətənində çalışmaqla həm də
yerli kapitalın ölkədən kənara
çıxmasına da imkan vermir. Yəni,
artıq bir azərbaycanlı pasient Almaniyaya müalicəyə
yollanaraq belə desək, xeyri əcnəbilərə vermək
fikrinə düşməyəcək. Xaricdə təhsil
alan yerli həkimin əldə edəcəyi
gəlir də özümüzə qalacaq və nəticədə
bu iqtisadiyyatımızda dövriyyənin sürətlənməsinə
təkan verəcək. Necə deyərlər, əl
əli yuyur, o da qayıdıb üzü yuyur. Xaricdə təhsil həm də ölkədaxili təhsil
sisetinin inkişafına da effektiv təsir göstərir.
Məsələn, Avropada riyaziyyat sahəsində təhsil alan tələbə vətəninə həm
də bir müəllim kimi qayıdır. O gələcəkdə
hansısa bir tədris ocağında dərs deməklə bir
növ bulaq funksiyası daşıyacaq. Necə
deyərlər, xaricdən ölkəyə çəkilən
bulaq. Belədə onun tələbəsi
olanlar bir növ qiyabi də olsa, dünyanın müxtəlif
guşələrinə səyahət edəcək həmin
müəllimin sayəsində biliyini inkişaf etdirəcək.
Deyərdim ki, əcnəbi ölkələrdə
təhsil alanları canlı rabitə kimi qələmə verə
bilərik. Həmin tələbələr
Azərbaycandan dünyanın 4 bucağına çəkilən
bir növ körpü rolunu oynayır. Həmin
körpü sayəsində biz xəyali olaraq dünyanın
istənilən yerinə gedib qayıda bilərik.
Hə, bir məqamı
da xüsusi vurğulamaq lazımdı. Dünyanın
müxtəlif guşələrində təhsil alan həmyerlilərimizin gələcəkdə
vətənə qayıtması şərt deyil. Onlar təhsilini başa vurandan sonra elə həmin məkanda
fəaliyyət göstərməklə vətənimizi şərəfli
işləri ilə təmsil edə bilər. Məsələn hamımız üçün bir
azərbaycanlının NASA kimi elm ocağında
çalışması qürur mənbəyi
sayılardı. Belədə həm də
savadlı həmyerlilərimizin bir yerdə fəaliyyət
göstərməsi həm də lobbiçiliyimizin
inkişafına da təkan olardı.
Qeyd edək ki təhsil
sahəsi Prezident İlham Əliyevin hər zaman diqqətində
olmuşdu. Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ilə təsdiq edilən "Azərbaycan 2020: Gələcəyə
Baxış" İnkişaf Konsepsiyasınına əsasən
"2015-2020-ci illər üçün gənclərin xarici
ölkələrdə təhsil almasına dair yeni Dövlət
Proqramı"nın qəbul edilməsi nəzərdə
tutulmuşdur.
Rövşən Məmmədli
Ekspress.-2015.- 8 iyul.- S. 17.