Cümhuriyyət tələbələri II fəsil

 

Eyyub Abbasov Adil Şahsuvarov

Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur. "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

 

Cümhuriyyət  tələbələrinin  andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycanın ayrılmaz bir parçası olmuş Zəngəzur torpağı yüzlərlə ziyalı, o cümlədən üç nəfər cümhuriyyət tələbəsi və Cümhuriyyət hökumətinin maarifetiqad naziri, "İttihad" partiyasının üzvü Nurməmməd Şahsuvarovu yetirmişdir. Hər dəfə Surxay Əzim oğlu Şahsuvarovun oğlu Adil müəllimlə görüşəndə onların işıqlı əməllərindən söhbət düşür.

   Nurməmməd bəy Şahsuvarov TofiqAdil qardaşlarının doğma əmisidir. Adil müəllim əmisinin həyatından indiyədək eşitmədiyimiz maraqlı məqamlar danışır: "1938-ci ildə Nuruş əmi Azərbaycan Tibb Universitetində Azərbaycan və rus dili kafedrasının müdiri vəzifəsində işləyirdi. İnstitutun rektoru Bahadur bəy Eyvazov nə qədər səy göstərsə də, hətta Mir Cəfər Bağırova müraciət etsə də, onu repressiyadan xilas etmək mümkün olmamışdı. Çünki əmim "İttihad" partiyasının rəsmən üzvü kimi Moskva üçlüyünün dəftərinə yazılmışdı. 1944-cü ildə Nuruş əmi cəzasını çəkərək, həbsdən Bakıya qayıtmış, yaşadığı mənzilə baş çəkmişdir. (Nurməmməd bəy Şahsuvarov Bakının mərkəzində, Nəriman Nərimanovun ev muzeyinin qonşuluğundakı Musəvi küçəsi, 6 ünvanlı binada olurmuş. Vaxtilə N.Nərimanovla yaxın dostqonşu imiş. - T.Q.)

   Çarəsiz qalmış Nuruş əmi poçta gedib, M.C.Bağırova teleqram vurur: "Yoldaş Bağırov! Cəzamı çəkərək vətənə qayıtmışam, ancaq mənzilimə qeydiyyata almırlar. Çöldə qalmışam. Şahsuvarov".

   Həmin gün axşam saatlarında binanın girişində Nuruş əmini Voroşilov rayon milis şöbəsinin rəisi xoşüzlə qarşılayır. Bildirir ki, M.C.Bağırovun tapşırığı ilə onu artıq mənzil qeydiyyatına almışlar. Ancaq günü qurtardığından rəsmi sənəd sabah teleqram sahibinə təqdim ediləcək. Beləliklə, keçmiş maarif naziri, "İttihad" partiyasının sabiq üzvü Nurməmməd bəy Şahsuvarov rayon milis şöbəsi başçısının müşayiəti ilə doğma mənzilində rahatlıq tapır.

   Mir Cəfər Bağırovun şəxsi göstərişi ilə Nuruş əmi ATİ-nin Azərbaycan və rus dilləri kafedrasının müdiri vəzifəsinə bərpa olunmuşömrünün sonunadək bu vəzifədə çalışmışdır".

   ***

   Müsavat hökumətinin maarifdini etiqad nazirinin tərcumeyi-halından bəlli olur ki, o, ailədə yeddi qardaşdan birisidir. Qardaşları onun kimi əyilməz, düşmənlə düşmən, dostla dost olmuşlar. Şahsuvarovlar nəslinin ən cavan nümayəndəsi - Rasim Şahverdiyev 1990-cı ildə Qarabağ uğrundakı döyüşlərdə şəhid olmuşdur...

   Adil müuəllimin babası (N.Şahsuvarovun atası - T.Q.) haqqında dediklərini də oxuculara çatdırıram: "1913-cü ildə Gorus erməniləri pristava şikayət məktubu yazıb göndərirlər. Heç bir əsas olmadan giley-güzar edirlər ki, Minkəndlilər onların ləyaqətinə toxunur, hətta biçənək sahələrini əllərindən alırlar. Xahiş edirlər ki, erməni əhalisinin ərzi-halı imperator həzrətlərinə çatdırılsın.

   Zəngəzur mahalına xəbər yayılır ki, pristav Üelizavetpoldan Minkəndə səfər edəcək. Kənd əhalisinin müsəlman cəmiyyətinin sədri kimi Ədilxan bəydən rica edilir ki, bütün zəngəzurlular adından rəsmi qonağı Minkəndin girəcəyində ehtiramla qarşılasın. Belə də olur. Ədilxan bəy oğlu Əhmədxanla çay qırağına enərək, rəsmi qonağın pişvazında dururlar. Pristav atdan düşəndə, Ədilxan bəy duz-çörək qoyulmuş məcməyini "möhtərəm" çar məmuruna uzadır. Pristav qeyzə gələrək yumruğu ilə məcməyinin altından vurur, məcməyidəki duz-çörək çaya düşür. Elə bu anda Əhmədxanın gözlərini qan tutur, düz-çörəyi yumruqla qarşılayan çar məmurunu, əslində ermənilərin havadarını tapançadan açdığı atəşlə yerə sərir. Pristavın mühafizəçiləri dərhal Əhmədxanın üstünə atılır və onu həbs edirlər. Bu hadisədən sonra Gorus ermənilərinin kürkünə birə düşür, biçənək məsələsinə son qoyulur.

   Pristavı öldürmüş Əhmədxan Sibirə sürgün olunur və Zəngəzur həsrətilə alışıb-yanır..."

   ***

   1944-cü ildən 1958-ci ilədək Azərbaycan Dövlət Universiteti binasının yaxınlığındakı binanın ikinci mərtəbəsindəki sadə mənzil müxtəlif ziyalıların, ilk növbədə Zəngəzur övladlarının pənah gətirdiyi bir mərkəzə çevrilmişdi. Ev sahibi də, evin xanımı da (N.Şahsuvarovun arvadı Ukraynada ali məktəbdə oxuyarkən tanış olub ülfət bağladığı Penya xanım Şahsuvarova idi - T.Q.), ocağın balaca kişisi Cahangir də gələn qonaqları mehribanlıqla qarşılayardılar. N.Şahsuvarova baş çəkənlər arasında bir zamanlar vəsiqələrinə qol çəkdiyi Cümhuriyyət tələbələri, müəllimlər, dövlət xadimləri, şair və ədiblər, tələbələr, hətta partiya işçiləri də vardı. Mərkəzi Komitədə məsul vəzifələrdə işləyənlər keçmiş Müsavat dövlət xadiminin evinə gəlməkdən niyə çəkinmirdilər? Çünki M.C.Bağırovun Nurməmməd bəyə səmimi münasibəti onlara yaxşı məlum idi.

   Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Təbliğat və Təşviqat şöbəsinin təlimatçısı Əyyub Cəbrayıl oğlu Abbasov hər dəfə Nurməmməd bəyə baş çəkəndə, söhbət axşamdan xeyli keçənədək uzanardı. Bunun bir səbəbi də vardı: Əyyub Abbasovun yaşadığı ev yaxınlıqda idi. Başlıca səbəb isə məxfi səciyyə daşıyırdı. MK-nın məsul işçisi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, şairdramaturq Əyyub Abbasov həmyerlisi Nurməmməd bəy Şahsuvarovu mətbuatda dərc olunmayan məsələlərdən də hali edirdi.

   1945-ci il dekabrın sonlarında Əyyub Abbasov Nurməmməd bəyə Mir Cəfər Bağırovun imzalayıb Kremlə göndərdiyi məktubun məğzindən söhbət açdı. Bildirdi ki, M.C.Bağırov ermənilərin bütün ərazi iddilarına son qoymuşdur. Bildirmişdir ki, Ermənistandakı Zəngəzur və digər Azərbaycan torpaqları, Gürcüstandakı Borçalı mahalı, Dağıstandakı Dərbənd şəhəri və Qasımkənd qaytarılmayınca, ermənilərin Dağlıq Qarabağa uzanan əlləri havada qalacaqdır!

  

 əvvəli, ardı var

  

Teyyub Qurban

Ekspress.-2015.- 11-13 iyul S.15.