Orucluq tövsiyələri
Terapevt: Oruc tutmağın
orqanizmə müsbət
cəhətləri çoxdur
Müsəlmanlar üçün müqəddəs sayılan
Ramazan ayı başlayıb.
İslam dininə görə, bu ayda insanlar oruc tutaraq, nəfsinə qalib gəlməlidirlər. Bununla da onlar ruhən təmizlənmiş olarlar. Müqəddəs Qurani-Kərimdə bildirilir ki, oruc Allah rizası üçün tutulur və onun mükafatı da Allah tərəfindən verilir.
Oruc - niyyət edib dan yeri söküləndən
gün batanadək orucu pozan şeylərdən
özünü saxlamaq
deməkdir. Hər bir
həddi-buluğa çatmış, ağlı
başında olan müsəlman Ramazan ayının orucunu
tutmalıdır. Lakin bəzi
istisna hallar var ki, bu
halda oruc tutmaq vacib sayılmır.
Ramazan ayı başladı.
Müsəlmanlar ilk oruclarını tutublar. Orucluq orqanizmin təmizlənməsidir,
dini nöqteyi nəzərdən insanın
öz nəfsinə qalib gəlməyi deməkdir. Oruc tutaraq insan bu aylarda öz
nəfsinə qalib gəlir. Bəs oruc tutanlr necə qidalanmalıdır?
Terapevt Hüseyn Mehdiyevin sözlərinə görə,
oruc saxlamağın insan orqanizminə müsbət cəhətləri
çoxdur: "Belə
bir dövrdə orqanizm bir müddət
qidasız qalır. Qidasız qaldığı dövrdə
də mədə-bağırsaq
sisteminə güc düşmür. Orqanizmdə illərlə
toplanıb qalmış
toksinlər bədəndən
xaric olmağa başlayır. Hətta
siqaret çəkən
və ya daim yeyən adam öz
dilinə diqqət yetirsə, dilin üstündə olan ərplərdən təmizləndiyini
görər. Dil mədə-bağırsaq
sisteminin güzgüsüdür".
Hər orqanizm ac qalmağa
bir cür reaksiya verir. Oruc saxlamağa psixoloji hazır olmaq lazımdır. Bəzən insan
həddindən artıq
gərgin vəziyyətdə
oruc tutmağa başladığı üçün
orucu axıra kimi tuta bilmir.
Terapevt qeyd edib ki,
oruc tutmağın sağlamlığa müsbət
cəhətlərindən biri
bədənin bir müddət sakit qalmasıdır: "Səhhətimizlə
bağlı bütün
bəlaların səbəbi
yediyimiz qidalardan toplanan toksinlərdir. Ac qalmaq isə
bədəni toksinlərdən
təmizləyir".
Müsahibimiz bildirib ki, şəkərli diabet xəstəliyi olanlar gündə minimum 4-5 dəfə
yemək yeməlidirlər.
Bəzi şəkərli diabet xəstəliyi olan insanlarda yanlış fikir formalaşır ki, yemək yeməyəndə şəkər
düşür. Amma təcrübə
göstərir ki, şəkərli diabet xəstəliyi olan insan oruc tutduğu
zaman şəkəri
qalxır. Ona görə
ki, gün ərzində ac qalıb axşam birdən-birə yemək yeyəndə orqanizm yüklənir.
Şəkərin kəskin qalxması
müşahidə olunur.
Şəkərin qanda
yüksək səviyyədə
qalxması daha qorxulu xəstəliklərin
- ürəyin işemik
xəstəlikləri, insult, infarkt və s. xəstəliklərə tutulma
prosesini sürətləndirir.
Bu baxımdan müəyyən qrup adamlar, misal üçün, təzyiqi,
şəkərli diabeti,
mədə-bağırsaqda problemi, yazvası olan adamlar üçün
ac qalmaq təhlükəlidir.
Bu xəstələrə oruc tutmaq məsləhət
deyil.
Müxətlif cərrahiyyə əməliyyatlarından sonra da oruc tutmaq orqanizmə mənfi təsir göstərir. Elə xəstəliklər var ki, əməliyyatdan sonra bərpa dövrü keçibsə, oruc tutmaq olar. Lakin ağır cərrahi əməliyyatlardan sonra bunu etmək qəlizləşir. Mehdiyev bildirib ki, ürəyin işemik xəstəliyi, damar tutulması xəstəliyi olan adamların əməliyyatdan sonra oruc tutması fəsadlarla nəticələnə bilər. Ürəyindən, mədəsindən əməliyyat olan adamlara da oruc tutmaq olmaz. Xəstənin öd kisəsi əməliyyatla götürülübsə, bu öd daim mədə-bağırsaq sisteminə axır. Sözsüz ki, o insan ac qalmamalıdır. Ödün boş-boşuna axması insan orqanizminə mənfi təsir edir. Appendisitdən əməliyyat olunubsa, bir müddət sonra sağlamlığı bərpa olunur və oruc tuta bilər. Onun üçün qorxusu yoxdur. Hansısa yırtıqdan əməliyyat olunanlar da bərpa dövrü keçəndən sonra oruc tuta bilər.
Həkimin dediyinə görə, oruc saxlayan insanın əsəb sistemində də müəyyən dəyişikliklər olur: "Oruc tutduğu müddət ərzində insanlar daha əsəbi və aqressiv olur. Ac qaldığı müddətdə əsəbilik özünü büruzə verir. Əsəb və aqressiya orqanizmə öz mənfi təsirini göstərir".
İnsanın bədəni oruc tutmağa tam hazır olmalıdır. Həmsöhbətimiz deyir ki, psixoloji cəhətdən özünü Ramazan ayına hazırlayan adamlar orucu rahat tuta bilir: "Bəzi adamlar xəstə də olur, şəkəri də olur. Amma özündə elə inam hissini yaradır ki, psixoloji cəhətdən özünü elə hazırlayır ki, orucu rahat tutub".
Oruc saxlayan adamın tox və enerjili qalması üçün qidalanmasına gəlincə, terapevt bildirib ki, çox yeyən adam tez də acıyır: "Nə qədər az yeyirsənsə, aclıq hissi də bir o qədər azalır. Yəni birinci növbədə qidanın özü tutumlu və vitaminli olmalıdır. İmsak vaxtı bir və ya iki yumurta yemək adama bəs edir. Yumurta bütün sutka ərzində insanın kaloriyə olan ehtiyacını təmin edir. Yaxşı olar ki, yumurta yağda qızardılmış şəkildə deyil, soyutma halında yeyilsin. İlıq, alabişmiş yumurta yemək daha xeyirlidir. Səhər tezdən təbii şirələr içmək də gün ərzində enerjili və sağlam qalmağımıza kömək edir. Axşam iftarı açanda isə bədəni birdən-birə yükləmək olmaz. Az və tez-tez yemək lazımdır. Gecə müəyyən vaxta qədər 2-3 dəfə yemək olar. Meyvə, tərəvəzdən bol istifadə sağlamlığımıza müsbət təsir göstərir. Ağır və yağlı yeməklər yeməkdən uzaq durmaq lazımdır. Gün ərzində boş qalan mədə-bağırsaq sistemini birdən-birə plovla və ya baqşa ağır yeməklərlə yükləyəndə orqanizmə ziyan edir. Yaxşı olar ki, iftarda yüngül sıyıqlardan, bulqur, qarabaşaq istifadə edəsiniz. Yəni mümkün qədər porsiyaları azaldın və acıdıqca tez-tez yeyin".
Hamilə qadınlar, süd
verən analar heç vaxt oruc tuta bilməz.
Uzun müddət işdə olan analar da
oruc tutduqda çətinlik çəkir.
Çox
vaxt böyüklərdən
nümunə götürən
uşaqlar da oruc tutmaq istəyir.
Lakin terapevt uşaqlara oruc saxlamağın müsbət
təsirindən daha çox mənfi təsiri olduğunu deyir: "Təcrübə
onu göstərir ki, uşaqlara oruc tutmaq ziyandır.
Xüsusilə, cinsi yetkinliyə
çatmayan uşaqlara
pis təsir edir. 17-18 yaşını
keçəndən sonra
rahat oruc tuta bilərlər. Uşaqlıq dövrü orqanizmdə
bütün toxuma və hüceyrələrin
inkişaf mərhələsidir.
Toxuma və hüceyrələr
daim enerji, oksigen tələb edir. Oksigenlərin də əksəriyyəti
yediyimiz qida, hava ilə bədənə
daxil olur. Uşaqların oruc tutması
nəticəsində onlarda
güclü avitaminoz yarana bilər. Bu da orqanizmdə
geri dönməyən
proseslər yaradar".
Aynurə
MƏMMƏDOVA
Ekspress.-2015.- 19 noyabr.- S. 5.